47
Orxan axtarışın səbəbini indi tam anladı. Əsə-
bindən üzünün rəngi qızardı, acıqla ayaqqabılarını,
corablarını çıxardı:
–Siz məndə nəşə axtarırsız, eləmi? İstəyirsiz alt
paltarlarımı da çıxarıb lütlənim?
Onun inamla kəmərini boşaldıb, düymələrini
açıb şalvarını əynindən çıxarmaq istəyini görəndə
Niyazda axtarışın mənasız olması qənaəti yarandı:
–Gərək deyil, çıxarmayın, qalsın...
Bəkiri axtardığını tapmaması pərt etmişdi.
–Bəkir müəllim, bu nə deməkdir, məni başa sa-
lın, – Orxan hücuma keçdi, – siz məni təhqir edirsiz.
Mən bunu belə qoymayacayam. BÖYÜKLƏRƏ siz-
dən şikayət edəcəyəm. Məgər mən axtarışa layi-
qəm? Birdən-ikidən nə vaxtsa zona nəşə gətirmişəm
ki, belə edirsiz?..
–Dayan, saxla, zilə çıxma, – Bəkir onun “çıxışı-
nı” kəsdi, – Orxan, sən bu zona bir yox, bir neçə də-
fə nəşə daşımısan. İstəyirsən, kimə satmısan çağırım
üzünə dursun? Ancaq ki, üzünə durulandan sonra,
səninlə sağollaşmalı olacayıq. Razısan? – Orxan din-
mədi. – Düzdü, indi üstündə çıxmadı, amma, al boy-
nuna ki, gətirmisən. Sənə Niyaz müəllimin yanında
birinci və axırıncı xəbərdarlığımı edirəm. Bir də eşit-
səm ki, nə isə gətirmisən, səni mütləq Fuadın günü-
nə salacayıq...
48
Ötən payız nəzarətçi Fuadı da Bəkir hədələ-
mişdi. Özü də narkotika istifadəçisi olan nəzarətçi
onun hədəsinə əhəmiyyət verməyib yerlilərinə nəşə
ötürməkdə davam etmişdi. Saymazlığı görəndə mə-
sələni birdəfəlik həll etmək məqsədi ilə nəzarətçinin
narkotikaya meyilliliyini mərkəzə məruzə edilərək,
üzərində tibbi müayinə aparılması xahiş olunur. Fu-
adı çağırıb müayinədən keçirirlər, qan analizində
narkotikanın varlığı təsdiqlənir. Və xidmətdən azad
edilir...
Orxan Fuad qədər istifadə etməsə də, ayda iki-
üç dəfə nəşənin dadına baxırdı. Fuadın adını çək-
məklə Bəkir bundan xəbəri olduğuna işarə vururdu.
Əgər onu da yoxlayarlarsa, qanı naxələflik edərdimi
görəsən?! Orxanı qorxudan təkcə müayinə söhbəti
idi, yoxsa üzünə duran dustaq və ya kim olur olsun,
ona heç nə sübut edə bilməzdilər.
Mütəəssirlənmiş Orxan kürəyi yerə toxunsa da
məğlubiyyəti ilə barışmaq istəməyən güləşçilər sa-
yaq manevr etmək üçün söz axtarırdı:
–Bəkir müəllim, bir dəqiqə, yox e, elə deyil.
Mən bayıra maşının pəncərəsini örtmək üçün çıxmış-
dım...
Niyaz yekunlaşdırdı:
–Yaxşı, get, xəbərdarlıqdan nəticə çıxar.
Orxan kabineti tərk etdikdən sonra Niyaz Bə-
kirə dedi:
49
–Olur, bəzən belə də olur, məlumat düz çıxmır.
Buna görə əsəbiləşməyinə dəyməz.
Bəkir dinməyib təəccübünü bildirən baxışlarla
otaqdan çıxdı. Axı, bu xəbəri çatdıran məhkum ona
heç vaxt qeyri-dəqiq məlumat verməmişdi. Bəlkə,
Orxan Niyazın kabinetinə gələnədək işçisi əməliy-
yatçı Tofiqin qılığına girib götürdüyünü ona ötürüb!
Ola da bilər, – Bəkir düşünmüşdü, – çünki, Tofiqin
onun “alverindən” xəbəri olmaya bilməzdi və çox-
dandı aldığı “əlavənin” artırılmasını umurdu...
* * *
Növbəti iclas günü idarənin girişi qarşısında
yığışan zabitlər və nəzarətçilər rəisin tərbiyə işləri
üzrə müavini ədliyyə mayoru Səfər Nəzərlinin aşıb-
daşan qəzəbinə tuş gəlmişdilər:
–Hansısa mədəniyyətsiz, evlərində tualet gör-
məyən, kol dibində oturmağa vərdiş olanın birisi
müəssisə idarəsinin ayaqyoluna gedib, arxasınca su
tökməyib. Beləsinə dərs olmaq üçün mən ayaqyolu-
nu bağladaram, qoy canları çıxsın, getsinlər məh-
kumların tualetinə, ya da müəssisənin çölündəki kol-
luqlara...
Bu hal birinci dəfə olmadığından məsələ aydın
idi: yenə kimsə ardınca su tökməyi sanitarın borcu
hesab etdiyindən oturduğu yerin təmizliyinin qey-
dinə qalmayıb. Çox güman ki, sanitar Ayaz da bilə-
rəkdən Səfərin yolu düşənədək (o, kimin günün han-
50
sı vaxtlarında çölə çıxmasını təqribi bilirdi) təmizlə-
məmiş, natəmizliyin səbəbkarını ona açıqlamışdı. Sə-
fər də bir nəfərin adını çəkməyib acığını hay-harayla
kollektivdən çıxmaq istəyirdi.
Rəis vacib iş dalınca şəhərə getdiyinə görə iclas
üçün Niyazın kabinetinə yığışdılar. Dar, balaca kabi-
netdə səkkiz stulda – əsasən şöbə rəisləri oturduqdan
sonra qalan əməkdaşlar yer olmadığından yenə
ayaqüstə dayanıb Niyazın uzun-uzadı, özündən razı
moizəsini dinlədilər. Hirsi boşalmayan Səfər çıxış
üçün söz aldı:
–Niyaz müəllim, mən rəisə də deyəcəyəm, ica-
zə verin idarənin ayaqyolusunun qapısına qıfıl bağ-
layaq. Ayaqyolunda oturuşunu bilməyənlər qoy zəh-
mət çəkib özlərinə münasib yerə getsinlər...
–Yox, Səfər müəllim, qıfıl asmaqla iş aşmaz. Ba-
şa salmaq, qandırmaq lazımdır. Siz təkcə məhkum-
ların yox, əməkdaşların şəxsi heyət üzvlərinin də tər-
biyəsinin təşkili işinə cavabdehsiniz. İnsan var, gö-
rürsən əlli yaşı var, amma tərbiyəsində çatışmamaz-
lıqlar var. İşçilərə siz intizam, məsuliyyət hisslərini
aşılamalısız. Elə birinci dəstə rəislərindən başlamaq
lazımdır. Zəifdilər, fəal deyillər, vəzifələrini layi-
qincə yerinə yetirmirlər. Mən görmədim ki, nə vaxtsa
məhkumlar barədə bir operativ məlumat çatdırsın-
lar, əməliyyatın işinə yarasınlar.
Dostları ilə paylaş: |