hökmən prezidentə Sizin xahiĢinizi çatdıracağam; nəticəsini bilmək üçün saat 5-də mənimlə
yenidən əlaqə saxlayın.
Saat 5-də G.Zərbəliyevə bir də zəng vuranda o dedi ki, Habil müəllim, Siz heç nədən narahat
olmayın, prezident Ģəxsən özü Sizin məsələnin həlli ilə məĢğuldur. Məəttəl qaldım ki, mən hələ
ürəyimin sözünü ona deməmiĢəm, ancaq o artıq mənim problemimi həll etməkdədir!..
Elçibəyi mən prezident kimi yox, sıravi bir vətəndaĢ kimi gördüm. O, son dərəcə sadə, yaĢayıĢı
və məiĢəti ilə heç birimizdən seçilməyən adi bir insandı. Buna görə də ölkə vətəndaĢlarının
dərdini çox asanlıqla baĢa düĢür, onlara əlac etməyə çalıĢırdı. O, özünü qətiyyən çəkməz,
insanları həbsxanalara doldurmağı sevməz, xalqa yalan danıĢmaz, rüĢvət almaz və alan iĢçiləri ilə
barıĢmaz, hakimiyyətdən Ģəxsən özünün və dostlarının ehtiyacı üçün istifadə etməyə çalıĢmaz,
Azərbaycanın hansı bölgəsində yaĢamasından asılı olmayaraq hər bir yerin sakinlərinə prezident
kimi hörmət bəsləyərdi. Təəssüf ki, xalqımız onu baĢa düĢməyə hələ hazır deyildi..."
. (
"Savalanda
görüĢənədək, Bəy!"
. Bakı, 2000, s.52).
"BĠZĠM ƏSAS YOLUMUZ MUSTAFA KAMAL YOLUDUR!"
Ġndiyədək dünyada ardıcıl demokrat və azadlıqsevər insan kimi tanınmıĢ Bəyin yeni vəzifədəki ilk
addımlarını Amerika mətbuatı da diqqətlə izləyirdi. "Krisçen sayens monitor" qəzeti onun Dağlıq
Qarabağ probleminin həllinə dair danıĢıqlara hazır olduğunu, ancaq BMT-nin və baĢqa beynəlxalq
təĢkilatların qüvvələrinin Qarabağda yerləĢdirilməsinə qarĢı çıxdığını, bu qüvvələrin Azərbaycanla
Ermənistan sərhədində yerləĢdirilməli olduğunu söylədiyini yazırdı.
AssoĢieyted Press agentliyisə Əbülfəz Elçibəyin Ġrana Ayaz Mütəllibova nisbətən soyuq münasibət
bəslədiyindən söz açır və bildirirdi ki, Elçibəyçün strateji perspektivlərdən biri Arazın hər iki
tərəfində yaĢayan azərbaycanlıların birləĢməsidir, Ġransa bu məsələyə açıq-aydın mənfi
münasibət bəsləyir.
Ə.Elçibəyin Azərbaycanda neft sənayesini modernləĢdirmək niyyətində olduğunu göstərən həmin
agentlik onun bu modernləĢdirmədə "AMOKO" və "BritiĢ Petroleum" Ģirkətlərinin köməyinə bel
bağladığını qeyd edirdi.
Azərbaycanın
dünya
birliyində
yerini
möhkəmləndirməkçün
beynəlxalq
əlaqələrin
geniĢləndirilməsini mühüm vəzifələrdən sayan Əbülfəz bəy 24-27 iyunda prezident kimi ilk xarici
rəsmi səfərə çıxdı. Bu ölkənin Türkiyə olmaması, söz yox ki, təəccüb doğurardı, çünki Bəyi
prezidentliyə gətirib çıxarmıĢ əqidə yolu məhz Türkiyəyə sevgi, türkçülük və atatürkçülük
ideyalarından baĢlayıb. Qara dəniz hövzəsi ölkələrinin (Azərbaycan, Albaniya, Bolqarıstan,
Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna) iqtisadi
iĢbirliyi konfransının zirvə toplantısında dövlət və hökumət baĢçıları iĢtirak edirdilər.
Azərbaycan nümayəndə heyətinin baĢçısı Əbülfəz Elçibəy 24 iyunda Ġstanbulun hava limanına
enərkən onu dövlət naziri ġərif Ərcan və xarici iĢlər naziri Hikmət Çətin qarĢıladılar.
ġərəf salonunda Elçibəy Türkiyə və xarici ölkə jurnalistləriyçün ilk müsahibəsində dedi:
"Mən
Anadolu torpağına ilk dəfə gəlirəm. Türkiyənin mədəniyyəti, ədəbiyyatı, dili, tarixi, kamalçıların
azadlıq hərəkatı ilə tanıĢ olduqdan sonra qəlbimdə bu torpağın gözəl obrazı yaranmıĢdı. [...]
Sakarya və Ġnönü döyüĢlərinin tarixini öyrənərkən bu yerlərə gəlməyi, özümü vətənin
istiqlaliyyəti uğrunda mübarizlərin sıralarında hiss etməyi arzulayırdım. [...] Bir çox görkəmli
dövlət və din xadimlərinin, Mustafa Kamal Atatürkün, Məmmədəmin Rəsulzadənin, Zəki Vəlidi
Toqanın, Adam Mitskeviçin və azadlıq uğrunda digər mübarizlərin uyuduğu Anadolu torpağı
müqəddəsdir".
Əbülfəz bəy Türkiyədə bulunduğu ilk gündən bu doğma torpağı gözləriylə görmək, onunla daha
yaxından tanıĢ olmaq istəyirdi. Cangüdəni Ġlqar Qədirquluyev prezidentin Ġstanbuldakı ilk günün
bəzi anlarını belə xatırlayır:
"Sabah Qara Dəniz Ölkələri ĠĢbirliyi zirvə toplantısının əsas yığıncağı olacaq, əsas sənəd
imzalanacaqdı.
Gecə təxminən saat 2 olardı. Bəy məni çağırdı:
-Bacıoğlu (yaxın qohum olduğumuza görə, mən özümü tanıyandan o, məni ərklə belə çağırırdı),
bəlkə Ġstanbulu gəzək?
Gördüm ki, əhval-ruhiyyəsi əladır. Dedim:
-Məsləhət Sizindir.
-Onda maĢın çağır.
Çağırdım. Ancaq maĢın gəlməzdən qabaq "Çırağan"ın həyətinə düĢdük. Bir yerli mühafizəçi də
bizimləydi.
Gəzə-gəzə düz Boğazın qırağına çatdıq. Bu zaman qarĢımıza bir nəfər çıxdı. Bəyi tanıdı və 5-10
dəqiqə Ģirin-Ģirin söhbət etdilər. Türkiyəli mühafizəçi yaxınlaĢdı ki, araba hazırdır.
MaĢina əyləĢdik. MəĢhur Ġstanbul körpüsüylə Avropadan Asiyaya keçdik. Dan yeri ağaranadək
Boğaz qırağını gəzdik. Bəy Boğazın gecə mənzərələrini sanki içmək, yenə içmək, ürəyinin
yanğısını söndürmək istəyir, gördüklərindən qətiyyən doymur, bu gəzintidən sonsuz ləzzət alırdı.
Çox gözəl bilirdim ki, onun bu anda yaĢadığı duyğuları bir turistin yad ölkənin ekzotikasından
aldığı zövqə bənzətmək günah olardı.
Təxminən 1986-da Bakıda - qardaĢı Almurad bəyin Yasamaldakı evində doğmalarımızla birgə
olan söhbətdə Bəy demiĢdi ki, Tanrıdan ən böyük istəklərimdən biri Ġstanbulda Boğazın qırağında
gəzmək, həzin bir türk musiqisinə qulaq asa-asa ayaqlarımı Boğaza sallamaqdır. Oradakıların
çoxu qayıtdı ki, kaĢ onda biz də səninlə olaq. Ürəyimdə mən də bunu arzulasam da susdum. Ġndi
bu anda yadıma düĢən həmin söhbəti Bəyə xatırlatdım və dedim ki, Allah-taala bu ən xoĢbəxt
anınızda Sizinlə birgə olmaq səadətini həmin doğmalardan yalnız mənə nəsib etdi.
Onu da deyim ki, Bəyin "Çırağan"dakı dairəsinin balkonundan Boğazın olduqca gözəl görüntüsü