qüvvəyə çevirməklə Bəy əslində öz gücünü də ortaya qoymuĢdu. Çox qəribədir ki, öz partiyasına
iki-üç yüz adam cəlb edə bilməyən bəzi siyasi rəqibləri Bəyin insanları səfərbər etmək və
quruculuq sahəsindəki məharətinə kölgə salmaqçün onun bacarıqsız təĢkilatçı olduğu haqda
hay-küy qaldırır, onların daha çoxbilmiĢlərisə deyiləni sübuta yetirməkçün ya Xalq Cəbhəsini
onun əlindən almaq, ya da bütövlükdə AXC-ni siyasi qüvvələr içərisində əritməkçün yollar
axtarırdılar. Ancaq yırtıcı kommunistlərlə çarpıĢmaya giriĢdiyi andan ona ən etibarlı dayağın məhz
AXC olduğunu hamıdan gözəl anlayan prezident Əbülfəz bəy deyilənlərə əhəmiyyət vermədən
Cəbhəni siyasi səhnədə daha fəal qüvvə kimi görmək və ondan yeni həyat quruculuğunda
maksimum yararlanmaq niyyətindəydi. Təsadüfi deyil ki, onun prezident kimi geniĢ auditoriyada
ilk mühüm görüĢü də cəbhədaĢlarıyla oldu. 22 iyunda Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin
prezident seçkilərindən sonrakı ilk sessiyası keçirildi və AXC sədri Əbülfəz Elçibəy onun iĢində
yaxından iĢtirak etdi.
Yığıncaqda söz alan Bəyin çıxıĢında AXC-nin taleyi xüsusi yer tutdu. O göstərdi ki, bu təĢkilat
Xalq hərəkatının güclü qolu kimi yaĢamalıdır. "Hazırda baĢlıca vəzifələrimiz respublikamızın ərazi
bütövlüyünü qorumaq, gənc Azərbaycan Respublikasının müstəqilliyini möhkəmlətmək, milli
dövlətçiliyimizi bərpa etməkdir" söyləyən prezident ağır sınaqlarda daim onunla birgə olmuĢ
yaraqdaĢlarını bu vəzifələri yerinə yetirməkdə ona yardımçı olmağa çağırdı.
Bəy kommunistlərin müstəqil Azərbaycan Cümhuriyyətinin (1918-1920) yarımçıq binasını
xarabaya çevirərək onun yerində tikdikləri 7 milyon nəfərlik və 70 yaĢlı həbsxananı tarixdən
silərək elə onun yerindəcə möhtəĢəm Yeni Azərbaycan sarayını ucaltmağı qərarlaĢdırmıĢdı. Bu
məqsəd və istəklə də elə ilk gündən baĢ memar kimi qollarını çırmayaraq həvəslə iĢə giriĢmiĢdi.
Sözün gerçək anlamında onun gecəsi-gündüzü yoxdu. Ancaq qarĢıdakı vəzifə həddən artıq
böyük, iĢ görmək imkanlarısa hədsiz məhduddu. Tikiləcək binanın görünüĢü necə olacaq? Onun
layihəsi və maketi necə hazırlanacaq? Özülü necə qoyulacaq? Tikinti ləvazimatı haradan
gətiriləcək? ĠĢ icraçıları və fəhlələr kim olacaq?.. Bu inadlı sorğuların heç birinin hələ cavabı
yoxdu. Və bu cavabları xalq məhz ondan gözləyirdi. Ən pisi də buydu ki, bütün yan-yörəsi köhnə
həbsxananı qoruyub saxlamağa çalıĢanlardan ibarətdi; onlar nəinki yeni sarayın tikintisinə kömək
etməyəcək, əksinə, heç bünövrəsinin qazılmasına da imkan verməməyə çalıĢacaqdılar. Bunu
həbsxananın gerçək ağası - Rusiya, həbsxana baĢçısının fars və erməni dostları da onlardan
tələb edirdilər.
54 illik ömrünün yarıdan çoxunu azadlıq uğrunda güzəĢtsiz çarpıĢmaya xərcləmiĢ Əbülfəz bəy -
azadlığın dadını, müstəqilliyin Ģirinliyini və onların necə çətinliklə əldə ediləcəyini hamıdan yaxĢı
bilən insan xalqın ona verdiyi 5 illik möhlətdə dövlətin sarsılmazlığını təmin etmək istəyirdi.
ĠĢə baĢladığının ertəsi günü - 17 iyunda imzaladığı ilk qanunun "Azərbaycan Respublikası
vətəndaĢlarının pul gəlirlərinin və əmanətlərinin indeksləĢdirilməsi haqqında" adlanması əslində
həm qanunauyğun, həm də rəmzidir. Ölkədə qiymətlərin artmasıyla bağlı iqtisadi durumu
pisləĢmiĢ soydaĢlarına köməyi hər Ģeydən irəli sayan Bəy bununla milyonlarca yurddaĢına sanki
"elə ilk andan sizə arxayam, çətinliklərinizə heç vaxt laqeyd qalmayacağam" demək istəyirdi.
Andiçmə mərasimindən heç bir həftə keçməmiĢ ortaya qoyulmuĢ iĢlərsə prezidentin ciddi
niyyətlərinin yönündən soraq verirdi. 23 iyunda fərmanla strateji proqramlar üzrə dövlət müĢaviri
vəzifəsini təsis etməsi və bu vəzifəyə gənc silahdaĢı Sabit Bağırovu təyin etməsi Bəyin "nə
etməli?" sorğusuna cavab verə biləcək adamlardan ibarət komanda yaratmaq yolunda ilk uğurlu
addımlarındandı. Sabit bəy ölkədə tezliklə köklü iqtisadi islahatların aparılmasından ötrü
irimiqyaslı ciddi iĢlər görməyə baĢladı. Məhz onun təĢəbbüsü və ən yaxından iĢtirakıyla bir çox
dövlət müəssisələri yaradıldı, çoxlu qanun layihələri iĢlənib hazırlandı və parlamentdə qəbul
edildi, milli valyutamızın tətbiqi, ticarətin kommersiyalaĢdırılması və b. kimi inqilabi dəyiĢikliklər,
köklü yeniliklər gerçəkləĢdirildi. Prezident iqtisadi baxımdan dilənçi vəziyyətinə salınmıĢ
Azərbaycanı rüĢvət alması, korrupsiyaya qurĢanması ağla da gətirilə bilməyən, öz iĢində yalnız
demokratik prinsiplərə söykənən belə bacarıqlı arxadaĢlarından yaratdığı komandasının
yardımıyla ən varlı ölkələrdən birinə çevirmək istəyirdi.
Fərmandan söz düĢmüĢkən, xatırladım ki, "Əbülfəz Elçibəyin 1 saylı prezident fərmanı
olmayıb, çünki o, prezidentliyə namizəd olanda deyirdi ki, mənim 1 saylı fərmanım
ġimali və Cənubi Azərbaycanın birləĢdirilməsi haqqında olacaq. Təbii ki, prezident
ikən belə fərman verməsi mümkünsüzdü və onu imzalamağa tələsmədən Elçibəy
birbaĢa 2 saylı fərman verdi. O umud edirdi ki, haçansa 1 saylı fərmanı da imzalamaq
ona qismət olacaq…" (keçmiĢ dövlət müĢaviri Arif Hacıyev).
Elə 23 iyunda üç baĢqa əlamətdar hadisə də baĢ verdi - prezidentin fərmanlarıyla dövlət
quruculuğunda ciddi islahatların ilk qaranquĢu olan iki mühüm komitə: Dövlət Əmlak Komitəsi və
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi yaradıldı, mətbuatda "Siyasi
partiyalar haqqında qanun" dərc edildi.
Deməli, hələ "yerini isitməmiĢ" prezident artıq öz məqsədlərini incəliklə müəyyənləĢdirib - yeni
Azərbaycan dövlətinin daxili siyasətində dövlət mülkiyyətinin özəlləĢdirilməsi (baĢqa sözlə,
sosializm quruluĢunun dağıdılmağa baĢlanması) və özəl bölmənin, sahibkarlığın inkiĢafı (yəni
bazar iqtisadiyyatına əsaslanan kapitalist münasibətlərinin bərpasına baĢlanması) hər Ģeydən irəli
çəkiləcək, ölkədə demokratiyanın və siyasi plüralizmin tərəqqisinə geniĢ Ģərait yaradılacaq. Bəyin
həddən artıq tələsməsi, görünür, qarĢıdakı iĢlərin təsəvvürəgəlməz çoxluğunun dərk
edilməsindən və onların 5 ilə baĢa çatdırıla bilməməsi qorxusundan irəli gəlirdi. ĠĢə baĢladıqdan
vur-tut bircə həftədən sonra yeni dövlət qurumlarını yaratması göstərirdi ki, "yeni saray"ın
layihəsini, deyəsən, hələ "tikinti"yə baĢlamazdan qabaq hazırlayıbmıĢ. Ancaq Elçibəy "saray"a
girməzdən öncə bir hazırlıq da görmüĢdü - özünə söz vermiĢdi ki, oraya necə sadə insan kimi
daxil olacaqsa oradan qətiyyən dəyiĢməmiĢ elə sadəlik və qayğıkeĢliklə də çıxacaq!
Xalqımızın ən sevimli sənətkarlarından biri olan Habil Əliyev çox az ünsiyyətdə bulunduğu
Əbülfəz Elçibəy haqqında yazır:
"1992-ci ilin iyununda o, xalqın istəyi ilə Azərbaycan Respublikasının prezidenti seçildi. Aradan bir
müddət keçdi. Bir də eĢitdim ki, AğdaĢda yaĢayan böyük qardaĢım Qabilin evinə OMON-çular
hücum edib... Mən bildim ki, məsələ rayonluq deyil, Bakıdan gəlir, ona görə də AğdaĢa gedərək
vaxt itirməmək, bu iĢi daha təcili həll etmək üçün prezidentə zəng etdim. Onun köməkçisi GülĢad
Zərbəliyevə dedim ki, prezidentlə ikicə dəqiqə telefon söhbətinə ehtiyacım var. O bildirdi ki,