Azərbaycandakı mövcud ictimai-siyasi durumdan da danıĢdı və ölkənin ümumi inkiĢaf yönlərini
açıqladı.
Prezident Elçibəy Ģənbə günü - 27 iyunda mətbuat konfransı keçirdi. Burada baĢlıca mövzu
Qarabağ problemi, Ermənistan-Azərbaycan müharibəsi oldu. Ancaq Bəy Azərbaycan mövzusuna
da tez-tez toxundu. Bir suala cavabında o dedi: "Bizdə dövlət mexanizmi yoxdur. Atatürkün ən
böyük əsəri Türkiyə Cümhuriyyətidir, bizim də ən böyük əsərimiz cümhuriyyətin qurulması
olacaqdır". Elçibəy dövlət quruculuğunda ordunun, ölkənin öz pulunun və büdcəsinin yaradılaraq
inkiĢaf etdirməsinin hər Ģeydən önə çəkiləcəyini göstərdi.
Türkiyə səfərini baĢa vuran Azərbaycan prezidenti iyunun 27-sində Ankaradan yurda döndü.
Əbülfəz Elçibəy gərgin iĢ günlərini arxada qoydu. Türkiyə səfəri, bu ölkədəki görüĢlər, imzalanan
sənədlər və aparılan danıĢıqlar müstəqil Azərbaycanın xarici siyasətinin ilk uğurlarından
sayılmalıdır.
Əbülfəz bəy özü tələsdiyi kimi, dostu və silahdaĢı Ġsa Qəmbərin baĢçılıq etdiyi Milli Məclisin də
iĢinin sürətli, qanunvericiliyin daha çevik olmasına çalıĢırdı. Bu səbəbdən də hər həftə mətbuatda
bir neçə qanun iĢıq üzü görürdü. Onlar cəmiyyət həyatının ən "ağrılı" yerləriyçün nəzərdə
tutulurdu. Bu baxımdan "Azərbaycan Respublikasında fiziki Ģəxslərdən gəlir vergisi haqqında" (24
iyun) və ""Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası qanununda dəyiĢiklik edilməsi
barədə" (25 iyun) qanunlar önəmlidir. Xüsusən ikinci qanun Azərbaycan demokratiyasının inkiĢafı
tarixində iĢıqlı bir an kimi qalacaqdır. Qanunda deyilir: "Dövlət siyasi partiyaların hüquqlarına və
qanuni mənafelərinə əməl olunmasına, ...onların öz nizamnamə vəzifələrini yerinə yetirmələri,
habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi Ģərait
yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə, bu məqsədlə
dövlət mühafizə xidmətinin yaradılmasını və onun təchizatını təĢkil etməyə təminat verir".
"Qanunla nəzərdə tutulmuĢ hallar istisna olmaqla, dövlət orqanlarının və vəzifəli Ģəxslərin siyasi
partiyaların fəaliyyətinə qarıĢmasına yol verilmir".
Ürəklə demək olar ki, Elçibəy iqtidarında bu qanun maddələri gözdən pərdə asmaqçün yox,
gündəlik həyatımızı demokratikləĢdirməkçün gündəmə gətirilmiĢdi.
Yeni Azərbaycan dövlətində ideologiyanın müsavatçılıq olduğunu dəfələrlə bildirmiĢ Əbülfəz
bəyin yaxından köməyiylə Müsavat Partiyasının Azərbaycana qayıdıĢını təmin etməkçün tədbirlər
görüldü. Bəyin Türkiyədə Müsavat baĢçılarıyla görüĢü bütün əngəlləri aradan götürmüĢdü. Ġyulun
ilk günlərində partiyanın bərpa mərkəzi iĢə baĢladı. Sonralar Məhəmməd Kəngərli, Əhməd
Qaraca və Cəmil Ünal kimi görkəmli müsavatçılar Məmmədəmin Rəsulzadənin bu ən dəyərli
mirasının ana yurduna dönüĢündə mühüm rol oynadılar.
Əbülfəz Elçibəyin prezidentliyinin ilk dövrü Ayaz Mütəllibovun və Yaqub Məmmədovun çağından
ağır irs qalmıĢ hakimiyyətsizlik və siyasi sabitsizlik mühitinə düĢdü. Ölkədəki kəskin kriminogen
durum, qanunsuz silahlı dəstələrin at oynatması qətiyyətli tədbirlər görülməsini qaçılmaz edirdi.
Buna görə də 1 iyulda Bəy "Qanunsuz silah və hərbi sursat əldə edilməsinin, saxlanılmasının,
gəzdirilməsinin qarĢısının alınmasına və ictimai asayiĢin təmin edilməsinə dair əlavə tədbirlər
haqqında" fərman verdi. Sonralar Elçibəy iqtidarı çağını yanlıĢ olaraq məhz bu fərmanaqədərki
durumla səciyyələndirməyə çalıĢan siyasi rəqibləri qəsdən baĢqalarını da aldatmağa çalıĢır və bu
gerçəkliyi hər vəchlə gizlətməyə can atırlar ki, həmin fərmanın Azərbaycandakı siyasi sabitlik
Ģəraitinin yaradılmasında müstəsna əhəmiyyəti oldu və çox keçmədən vətəndaĢlar özlərinin
təhlükəsizliyinə inandılar.
"RUSĠYANIN ZAQAFQAZĠYAYA... YÖNƏLĠK AYDIN SĠYASƏTĠ YOXDUR"
Müstəqil milli dövlətimizin qarĢısında Ermənistan-Azərbaycan münaqiĢəsindən sonra ikinci ən
kəskin problem inflyasiyanın sürətlə artması qarĢılığında əhalinin pul gəlirlərinin aĢağı düĢməsi və
ən baĢlıcası - Azərbaycanı "sözəbaxan" etməkçün Rusiyanın bu ölkəyə pul emissiyasını azaltması
nəticəsində nağd pulun çatıĢmazlığıydı; Milli Bankın prezidenti 2 iyulda bildirmiĢdi ki,
Azərbaycanda 2 milyard 700 milyon manat nağd pul çatıĢmır, bu səbəbdən dövlət öz
vətəndaĢına əmək haqqını ödəyə bilmir, baĢqa ödəniĢləri yerinə yetirməkdə acizlik çəkir. Bu
vəziyyətdən çıxmaq, ölkədə əmtəə-pul dövriyyəsini sabitləĢdirmək və nağd pula olan tələbatı tam
ödəmək (baĢqa sözlə, Rusiyanın "pul kisəsi"ndən asılılığa biryolluq son qoymaq) məqsədiylə
prezident Əbülfəz Elçibəyin 15 iyul 1992 tarixli
"Azərbaycan Respublikası milli valyutasının
dövriyyəyə buraxılması haqqında"
fərmanıyla milli valyutamızın tətbiqi mexanizmi təcili olaraq
hazırlandı, ölkənin qızıl və valyuta ehtiyatlarının yaradılmasıyçün təsirli tədbirlər görülməyə
baĢlandı. Həmin fərmanın ilk maddəsində oxuyuruq: "1992-ci il avqustun 15-dən Azərbaycan
Respublikasının milli valyutası - manat dövriyyəyə buraxılsın". Təəssüf ki, ozamankı müxalifət
baĢqa sahələrdə olduğu kimi bu məsələdə də gənc həkimiyyətə yardım göstərmək əvəzinə onun
gördüyü həqiqətən tarixi iĢlərə dodaq büzməyə baĢladı. Məsələn, AMĠP-çi professor Nazim
Ġmanov deyirdi: "...Ġndiki rəhbərliyin düĢündüyü formada milli pula keçməyin müstəqilliyimizi
artırmaq yox, əksinə, azaltmaq ehtimalı daha yüksəkdir". Tarixin gediĢisə Bəyin inqilabi
yenilikçiliyinin azadlığımızçün doğru seçim olduğunu təsdiqlədi.
Ġstər xarici, istərsə də daxili siyasətdəki mütərəqqi dəyiĢikliklər ölkədə yaradılan demokratik
mühit fonunda baĢ verirdi: yeni-yeni siyasi partiyalar yaranırdı (məsələn, 3 iyulda AMĠP-in təsis
qurultayı oldu və Bəy onu təbrik etdi); istər televiziyada, istərsə də rəsmi dövlət qəzetlərində
iqtidar-müxalifətliyindən asılı olmayaraq söz deməkçün hamıya imkan yaradılmıĢdı (məsələn,
prezidentliyə namizəd Nizami Süleymanovu müdafiə komitəsinin Azərinforma göndərdiyi,
seçkilərin guya saxtalaĢdırılması haqqında bəyanat rəsmi dövlət qəzetində dərc edilmiĢdi). Təbii
ki, bütün bunlar Azərbaycan dövlətinin dünya birliyində demokratik imicini formalaĢdırırdı. Ancaq
dövlət baĢçımızın Avropada Təhlükəsizlik və ƏməkdaĢlıq Məsələlərinə dair MüĢavirəsinin Yekun
aktını və baĢqa mühüm sənədləri imzalaması Azərbaycanda demokratik inkiĢafla bağlı ayrı-ayrı
təzahürlərin geniĢlənməsinə deyil, köklü demokratik islahatlara baĢlamaqçün ciddi özül oldu. Bu
məqsədlə Əbülfəz bəy iyulun birinci ongünlüyündə Finlandiyanın paytaxtı Helsinkiyə rəsmi səfərə
getdi. Oraya yola düĢmək ərəfəsində Bəy ABġ prezidenti Corc BuĢdan məktub almıĢdı. Məktubda
Bəyə müraciət edərək Azərbaycanı Helsinki prosesində ən fəal surətdə iĢtirak etməyə çağıran
Corc BuĢ sonda bildirirdi:
"TARĠXĠ VƏZĠFƏMĠZĠ YERĠNƏ YETĠRMƏK MƏQSƏDĠLƏ Sizinlə
əməkdaĢlığa ümid bəsləyirəm"
. Bu məktub ABġ dövlətinin Azərbaycanın yeni rəhbərinə böyük
etimadını göstərirdi və söz yox ki, Bəy də bu inamı yetərincə dəyərləndirirdi.