Əbülfəz bəy həmin gün - 26 iyunda saat 19.10-da Türkiyə Böyük Millət Məclisinə (TBBM) getdi.
Ġqtidar qapısından TBBM-nin Genəl Kuruluna girən Əbülfəz bəyi millət vəkilləri ayağa qalxaraq
salamladılar. Azərbaycan prezidentinin buradakı çıxıĢı əsl hadisəyə çevrildi. O, Türkiyənin millət
vəkilləri qarĢısında aĢağıdakı tarixi çıxıĢını etdi:
"Özümü çox xoĢbəxt sayıram. Uzun, böyük, ağır yol keçmiĢ və türk millətini özgürlüyə
qovuĢdurmuĢ Türkiyə Böyük Millət Məclisində danıĢmaq, təbii olaraq, çox ağırdır, mənim üçün
çətindir. Siyasi mücadilədə yoğrulmuĢ, siyasi mücadilələrdə yetiĢmiĢ parlamentarlar qarĢısında
danıĢmaq mənim üçün çox çətin bir iĢdir. Əgər qüsurlarım olursa o qüsurlarımı bağıĢlarsınız,
mənim suçumdan keçərsiniz.
Məmləkət o qədər gözəl, Türkiyə o qədər görkəmli, onun insanları o qədər ucadır ki, bu
məmləkətə girərkən də, bu məmləkətdən çıxarkən də hər bir Ģey təzim tələb edir, hər bir Ģey
baĢ əymək, hər bir Ģey köküs basmaq tələb edir.
ArxadaĢların bir qismi bilir demokratiya uğrunda mücadilə verən insanları. Bu mücadiləni
Azərbaycanda Azərbaycan Xalq Cəbhəsi baĢlatdı və onu yürüdür. Ancaq bu demokratiyanı
yürütməklə bərabər, bizim idealımız Məmmədəmin Rəsulzadənin hədəf qoyduğu idealdır.
Birincisi, türklük, özünü dərk etmək, bir millətin özünü dərk etməsidir. Bizim bayrağımızda üstdə
yer alan mavi rəng onu təmsil edir.
Bu məmləkətə gəlirkən bir Sultan Mehmet Fateh xatırlanır - Avropanı diz çökdürüb də türk
haqqını dünyaya bildirən, Ġstanbulu fəth edən insan xatırlanır; baĢ əyməmək mümkün deyil.
Həzrət Peyğəmbərimiz buyurmuĢdur ki, "kim onu fəth edəcəksə xoĢ onun halına - Tanrı onu
sevər". Yəni Tanrı Fatehi sevmiĢ və o fəthi ona vermiĢ. Nə mutlu!
Zaman-zaman dünyanın bir ġərq siyasəti olmuĢ, Doğu siyasəti olmuĢ, dörd yüz il bütün dünya
Osmanlı dövlətini çökdürməyə çalıĢmıĢdır. Təbii olaraq, türk milləti bundan da çıxıĢ yolu
tapmıĢdır - "cümhuriyyət quracağıq və demokratiyanı yerləĢdirəcəyik" deyərək yola çıxılmıĢdır.
Böyük Mustafa Kamalın öndərliyində qurulan bu Cümhuriyyət bu gün yüksəlməkdə, bu gün
türkün səsini, öz səsini, Türkiyənin səsini, tarixin səsini dünyaya eĢitdirməkdədir. Bu mutluluq
içərisində yaĢayırıq, bu mutluluq içərisində qürurlanırıq.
Sayın bəylər, bayanlar! Nə mutlu ki, bu gün Türkiyənin önündə böyük üfüqlər açılmaqdadır. Bu
gün Türkiyə dünyaya səsini eĢitdirən böyük, güclü bir ölkədir.
Qosqocaman rus imperiyası, qırmızı rus kommunizmi çokdü və dağılmaqdadır. Onun içərisində
yaĢayan qeyri millətlər… və o cümlədən də orada yaĢayan müsəlmanlar və qeyri-türk millətlər öz
özgürlükləri uğrunda mücadiləyə baĢlamıĢdır. ĠnĢallah, Ortaçağ qalıntısı olan belə imperiyalar,
buna bənzər dövlətlər çökərlər - Ġran, Çin və baĢqaları. Ġnsan haqları, demokratiya uğrunda öz
tarixini, milli müqəddəratını əldə etmək istəyən millətlər ayağa qalxmıĢdır. ĠnĢallah, bunlar da
özgür olacaqlar.
Təbii olaraq, dünyada türk bayraqları arasında hələ yerini almamıĢ və bu gün doğulmaqda olan
bayraqlar, sancaqlar doğulacaqdır; o Sibirdən, o Çindən, o Hindistandan. Bu ağır, bu çətin,
ancaq bu Ģərəfli tarix dövründə türk dünyası və müsəlman qardaĢlarımız imperiyalardan
özgürlüklərini qazanacaq və öz həyatlarını quracaqlar.
Biz bu gün daha çox mutluyuq ki, Türkiyə demokratiyanı gəliĢdirərək Avropaya çıxmıĢ, Doğuya
bir örnək olmaqdadır. Biz mücadiləyə baĢlarkən də bu məsələni hədəf götürmüĢdük və məndən
də soruĢanda ki "nə edəcəksiniz?", demiĢdim ki, ilk yolumuz Mustafa Kamalın yoludur, sonra da
dövlətimizi quracağıq.
Bundan iki gün öncə dediyim sözü bir dəfə də burada təkrarlamaq istəyirəm. "ÇağdaĢ bir
cümhuriyyət qurmaq insanları insan kimi yaĢatmaq, öz haqqını almaq deməkdir" deyən böyük
Mustafa Kamal bugünləri düĢünmüĢ, gələcəkdə türklərin öz ənənələrinə, öz gələnəklərinə, öz
duyğularına uyğun, öz mənliklərinə uyğun dövlətlər quracaqlarına iĢarə etmiĢdir. Bizim
quracağımız dövlət də demokratik dövlətdir. Demokratiya türkün ruhunun içərisindədir.
Tarixə baxaq - dünyada müstəmləkə dövlətləri olmuĢ, türklər bundan keçmiĢlər. Türklər
haqqında tarix kitablarında yazarlar - min il öncə, iki min il öncə türklərin qurduğu dövlətləri
yazarlar: nə olmuĢdu ki, belə yürümüĢ, belə dünyaya çıxa bilmiĢlər? Orada bir Ģey vardır -
demokratiya. Yəni bütün dünya dövlətlərinin demokratiyanı ordu üstündə qurmalarına
baxmayaraq, türklər ordunu da demokratiya əsasında qurmuĢlar: "Sağda oturan sağ bəylər,
solda oturan sol bəylər, ortadakı inaqlar; mənim sözüm sizədir, hərəkətə keçəlim, yürüyəlim,
haqqımızı alalım" demiĢlər. Biz bu demokratiyadan, bu gələnəklərdən gələn millətik. Ġmperiyalar
dağıldıqdan sonra bütün türk xalqları bu demokratiya ilə yürüyəcəkdir. Avropa və Asiyanı
birləĢdirən Türkiyə türklüyü bu məsələdə bir örnək olacaqdır; bunu görməməzlik olmaz.
ġərqin, Doğunun bir gələnəyi vardır. Fransadakı demokratiyanı götürüb kimsə tətbiq edərsə
yanılır. Hər kimsə amerikan həyat tərzini də Azərbaycana və yaxud Orta Asiyaya gətirirsə yanlıĢ
olur. Millətin ənənələri vardır, gələnəkləri vardır, bunların hamısı göz önünə alınmalıdır. Biz də
onu edəcəyik.
Sayın bəylər, sayın siyasət insanları, sayın böyük ərlər! Hüzurunzda cəsarətlə danıĢdığıma görə
üzr diləyirəm - bu, bir mücadilədir, biz bu yolda öyrənəcəyik. Parlament sistemini də Türkiyədən
örnək alacağıq. ĠnĢallah, sizlərlə geniĢ görüĢəcəyik, bol-bol görüĢəcəyik, qucaqlaĢacağıq və bir
sıra məsələlərdə sizdən görüĢlər alacağıq və gələcəkdə də fikrmiz vardır özgürlüyümüzlə
kifayətlənməyib özgür olmaq uğrunda mücadilə verən bütün türk xalqlarına, müsəlman
dünyasına əlimizdən gələn yardımı əsirgəməyəcəyik, bir əsgər kimi onlara doğru qoĢacağıq.
Çox sağ olun, çox minnətdaram".
QarĢılarında müstəqil Azərbaycanın qurucusu olan alovlu bir vətənpərvəri, BÜTÜN TÜRK
DÜNYASININ sevimlisi olan çılğın, idealist və romantik, eyni zamanda təpədən-dırnağadək
demokrat bir prezidenti görən qardaĢ Türkiyənin millət vəkilləri onu sonsuz diqqət və ehtiramla
dinləyərək öz sevgilərini aramsız alqıĢlarla bildirdilər. "Bizim əsas yolumuz Mustafa Kamal
yoludur!" söyləyən Bəy çağdaĢ dünyamızda baĢ verən köklü dəyiĢikliklərdən, siyasi proseslərdən
də söz açaraq bəyan etdi: "Ġndi tarix yeni inkiĢaf yolu ilə gedir. Ġnanıram ki, az bir vaxtdan sonra
dünya xəritəsinə Türkiyə ilə yanaĢı, yeni müstəqil dövlətlərin də adı yazılacaqdır". Əlbəttə, Bəy