ĠLK DEVRĠLĠġ CƏHDĠ
Elçibəy hakimiyyəti hələ rüĢeym halındaykən onu devirmək təĢəbbüsündə bulunuldu. Fazil
Qəzənfəroğlunun fikrincə, bu təĢəbbüsün arxasında Ayaz Mütəllibov, Rəhim Qazıyev, seçkilərdə
Elçibəyə rəqib olmuĢ Nizami Süleymanov kimi adamlar dayanırdı.
"Ordudakı bütün ruspərəst
zabitlərə çevriliĢ günü bildirilmiĢ, özəl fitnəkarlıq dəstələri hazır hala gətirilmiĢdi. Rus KQB-sində
hazırlanan plana görə, xalq kütlələrinin ayağa qalxdığı, gerçəkdə seçkini udanın Nizami
Süleymanov olduğunu iddia etdikləri və əsgərlərin də onları dəstəklədiyi tərzində bir səhnə
yaradılacaqdı. Hətta dəniz qüvvətlərinə aid bir neçə rus gəmisi də hərəkətə hazır duruma
gətirilmiĢdi. Həyatakeçirmə tarixi 1992 ĠYULUNUN 10-u ĠLƏ 20-si ARASI olaraq təsdiqlənmiĢdi.
Çox sərt müqavimət görəcəkləri haqqında xəbərdarlıq aldıqları üçün Ģəbəkənin risq etməyə gücü
yetməyən üzvləri bu iĢdən çəkildilər"
(Fazil Qəzənfəroğlu. "Əbülfəz Elçibəy. Tarixdən gələcəyə".
Ġstanbul, 1995, 210-uncu səh.).
Tarix boyunca ruslar Bakını həmiĢə dənizdən etdikləri hücum sayəsində iĢğal ediblər və
Azərbaycanın güclü döyüĢ gəmilərinin olmaması məğlubiyyətimizlə nəticələnib. Ola bilsin ki,
məhz bu amili nəzərə alan Bəy milli donanmamızın yaradılmasına xüsusi önəm verirdi. Özü bu
haqda deyir:
"
-…Mən donanma məsələsində də güzəĢtsiz mövqe tutdum. Dəniz donanması hərbi dəniz
donanması və mülki dəniz donanmasından ibarətdir. Mülki dəniz donanmasında katerləri də
nəzərə almaqla 300-dən yuxarı dəniz nəqliyyat, yaxud yük vasitəsi vardı. O saat əlimi onların
hamısının üstünə qoydum. Elə gəmi vardı gedib qalmıĢdı Murmanskda. Bəli, Azərbaycan gəmisi
qalıb orada, axtaran da yoxdu. Biri Qara dənizdə ticarət edir - heç gəlməyib, biri qalıb Baltik
dənizində.
Bütün bu gəmiləri, katerləri və b. çəkdik gətirdik Azərbaycana, saldıq dəftərə, verdik Azərbaycan
Nazirlər
Kabinetinin nəzarətinə ki, bunlardan mülki məqsədlərlə istifadə olunsun.
Bundan sonra baĢladıq hərbi dəniz donanmasına. Buradakı bütün dəniz donanmasında 75 gəmi
vardı - Sovet hökumətindən qalma gəmi. Biz də bundan payımızı almalıydıq. Bunun uğrunda
mübarizəyə giriĢdik. Mən dedim ki, bizə həmin gəmilərin yarısı qalacaq. Ruslar gördülər ki,
vəziyyət xarabdır, dedilər ki, onda bəs Qazaxıstanla Türkmənistanın payı necə olsun? FikirləĢdim
ki, 75-i bölsək təqribən 45-ini onlar götürəcək, 30-unu bizə verəcəklər. Ancaq 15-i bizə, 15-i
Qazaxıstana, 15-i də Türkmənistana verilsə, deməli, türk dövlətlərinə 45 gəmi düĢəcək, onlarda
30 əvəzinə 45 gəmi olacaq. Məhz türk dövlətlərinin xeyrinə olaraq beləcə razılaĢdıq. Mən
bilsəydim ki, obirilər ala bilməyəcək, heç razılıq verməzdim. Nəysə, biz 15 əvəzinə 17 gəmi aldıq.
Gedib saysınlar, bu saat 17 hərb gəmimiz dənizdədir.
-Yararlıdırlarmı?
-Tamam yararlıdır. Ġçində nasazları vardı, seçib tam yararlıları götürdük, yararsızlar qaldı onların
özündə - dedik ki, onsuz da, sizdə çoxdur.
Gəmiləri alandan sonra mən göstəriĢ verdim ki, rus gəmiləri Azərbaycandan çıxmalıdır, Bakı
buxtasında qalmamalıdır. Bunlar dava-dalaĢ salmaq istədilər. Dedim ki, istəyirsiniz qalanları da
tutum əlinizdən alım? Mənim bu məsələlərdə sərt prezident kimi davranmağım, görünür, sərt
hərəkatçı olmağımdan irəli gəlirdi. Əslində Ģərait də sərtlik və kəskinlik yeritməyi tələb edirdi -
indi kim necə düĢünür-düĢünsün. Onlar da elə bundan çəkinirdilər ki, Əbülfəz prezidentdən çox
inqilabçıdır. Deyirdim elə eləməyin ki, xalqı ayağa qaldırım. Bax, o xalqın gücündən
qorxmuĢdular - mənim gücüm bundaydı. BaĢqa prezident belə deyə bilməzdi.
-Çox qəribədir, Bəy. Azərbaycanın da, Rusiyanın da mətbuatında dünən də, elə bu gün də Sizin
qətiyyətsiz prezident obrazınızı yaratmaq istəyirlər. Ancaq bu danıĢdıqlarınız qətiyyətsiz adam
obrazıyla heç cür uyuĢmur.
-Bir Ģeyi baĢa düĢmürəm - qətiyyətsizdimsə Ġran da, Rusiya da niyə mənə müharibə elan edir?
Qətiyyətsiz adamla onların nə iĢi var? Fağır adamdımsa o böyüklükdə dövlətlər üstümə niyə
gəlirdi? Əslində onlara burada fağır adam lazımdır ki, əllərində oynatsınlar.
Bir Ģer oxumuĢdum gəncliyimdə. ġair öz xalqına yazır ki, bilirsən sənin düĢmənlərin məni niyə
öldürmək istəyirlər? Çünki səni mən hamıdan çox, dönməzcəsinə sevirəm. Görürlər ki, mən
dönməyəcəyəm, ona görə məhv etmək istəyirlər.
Mən də öz xalqımı sevdiyimçün onunla məhəbbətlə davranmıĢam, ancaq onun düĢmənlərinə
qarĢı barıĢmaz, son dərəcə qətiyyətli olmuĢ, bir çox hallarda hətta açıq risqə getmiĢəm. Məncə,
xalqın seçdiyi prezident öz xalqına ipək ürəyini, onun düĢmənlərinəsə dəmir əlini göstərməyi
bacarmalıdır!
-Ġpək ürəkli və dəmir əlli prezident rusların gəmilərini Bakı buxtasından necə çıxardı?
-Dedilər ki, 40 gün vaxt ver bizə. RazılaĢdım. 40 günün tamamında zəng vurdum ki, nə oldu -
çıxmırsınız? Dedilər ki, hələ hazır deyilik, 3 gün də vaxt ver. Bildirdim ki, elə Ģey yoxdur - bu gün
çıxacaqsınız! Moskvadan da xahiĢ etdilər ki, heç olmazsa 3 gün də imkan ver. Bu dəfə də
güzəĢtə getdim. 43 gündən sonra - bizim dediyimiz vaxtda buxtanı tərk etdilər.
Onlar bəhanə gətirirdilər ki, getməyə yerimiz yoxdur. Dedim HəĢtərxanda yeriniz var. Bildirdilər
ki, oradakı mülki donanmadır, həmin Ģəhərdə yer olmayacaq. 43 günə Mahaçqalada yer düzəldib
getdilər. Bəlkə də elə 40 günə hazırdılar, sadəcə bizim qətiyyətimizi yoxlayırdılar. Onu da
gördülər".
(
Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.41-43
).
Görünür, çevriliĢ cəhdi Azərbaycan dəniz donanmasının yaradılmasıyla bağlı prezidentin
niyyətlərinin gerçəkləĢməsinə imkan verməmək məqsədi güdürdü. Ancaq Əbülfəz bəyi heç bir
çevriliĢ, yaxud sui-qəsd cəhdi yolundan döndərə bilməzdi, buna görə də o inadla ölkənin hərbi
gücünü artırmağa çalıĢırdı. Ümumiyyətlə, iyul ayının sonu ölkənin və prezidentin
tərcümeyi-halında hərbi quruculuq sahəsindəki iĢlərlə anılacaq. Belə ki, 26 iyuldan Xəzər Hərbi
Donanmasında 5 gəminin üzərində Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa baĢladı. Bu,
Azərbaycan Hərbi Dəniz Donanması yaradılmasının baĢlanğıcıydı. Bəyin Rusiya tərəfiylə apardığı