Dinc həlletmə yolları çətin olmasına baxmayaraq ATƏM-in prinsipləri kimi onun da alternativi
yoxdur.
Ümidvaram ki, biz bu münaqiĢəni həll edə biləcəyik və o vaxt "Zaqafqaziya" sözü artıq təhlükə,
əzab və ağrı rəmzi kimi səslənməyəcək. Bu səfalı oba sülh regionu və Avropa sabitliyi yeri ola
bilər və inanıram ki, olacaq.
Zaqafqaziya öz qonaqpərvərliyi ilə məĢhurdur. Lakin burada - Helsinkidə mən bizə layiqli rəqibin
meydana çıxdığının Ģahidi oldum. Mən bu ecazkar ölkəyə və onun mehriban xalqına
minnətdaram. Bu görüĢün səmimiyyətini mən daim qəlbimdə saxlayacağam.
Diqqətinizə görə təĢəkkür edirəm!".
Doğma dilini dünya məclislərinin ünsiyyət vasitəsinə çevirməyə çalıĢması Bəyin prezidentliyi
dövrünün ən Ģərəfli səhifələrindən biri olaraq qalacaq! Sonralar - 23 avqustda Bəy Azərbaycan
televiziyasında öz vətəndaĢına bunları söyləyəcəkdi:
"...Belə böyük beynəlxalq təĢkilatda,
beynəlxalq cəmiyyətdə Azərbaycan dilində ilk dəfə danıĢılmıĢdır. [...] Helsinkidə türk dilində (bu
çıxıĢ edilən vaxt "türk dili" dövlət dilinin adı olaraq hələ rəsmən qəbul edilməmiĢdi - Ə.T.) ilk dəfə
Azərbaycan nümayəndəsi çıxıĢ etmiĢdir. Bu, böyük irəliləyiĢdir, Azərbaycan dilini yüksəkliyə
qaldırmaqdır. Həmin çıxıĢdan sonra Türkiyənin dövlət xadimləri mənə yaxınlaĢıb dedilər ki, bəli,
Azərbaycan dili böyük kürsüdən ləyaqətlə ucaldı. KaĢ o gün olaydı ki, bizim də baĢçılarımız
burada öz ana dilində danıĢsınlar. Ġlk dəfə olaraq biz həmin təĢkilata məktub yazdıq, ALTI
DÖVLƏT QOL ÇƏKĠB XAHĠġ ETDĠ ki, Azərbaycan dili, türk dili bu təĢkilatın iĢlək dilinə çevrilsin".
Xatırladım ki, bəzi opponentləri (məsələn, Etibar Məmmədov) Elçibəyin Helsinkidə ana dilimizdə
danıĢmasına irad tutmuĢdular ki, prezident düz etməyib - bu dil ATƏM-in rəsmi dili deyil. Əslində
həm də onlara cavab olaraq Bəy bildirdi:
"Sentyabrın 23-də BirləĢmiĢ Millətlər TəĢkilatının
sessiyası açılacaqdır, [...] Azərbaycan dövlət baĢçısı orada ilk dəfə çıxıĢ edəcəkdir və Ģəksiz ki,
orada da mən YENƏ ÖZ DĠLĠMĠZDƏ danıĢacağam. ÇALIġACAĞAM KĠ, ingilis dili, ispan dili, rus
dili, ərəb dili BMT-də iĢlək dillər olduğu kimi, 200 MĠLYONLUQ TÜRK XALQLARININ DANIġDIĞI
TÜRK DĠLĠ DƏ BMT-nin ĠġLƏK DĠLĠNƏ ÇEVRĠLSĠN".
ġəxsən mənim fikrimcə, Bəyin ana dilini bu cür cəsarətlə təbliğ etməyə baĢlaması
Azərbaycançün, onun ATƏM-in Yekun sənədini imzalamasından heç də az önəmli deyildi - bu,
Azərbaycanın gerçəkdən də milli əsarət buxovlarını heç nədən və heç kimdən çəkinməyərək
qırdığını göstərən çox mühüm mənəvi-psixoloji amildi. Vücudunun ən kiçik hüceyrələrinə də milli
duyğular hopmuĢ Bəyin ana dilini milli qeyrətin göstəricisi kimi dövlət səviyyəsində qoruması bu
dilin ölkənin bütün idarə və müəssisələrində görünməmiĢ sürətlə tətbiqinə səbəb oldu. Artıq
rusdilli soydaĢlarımız da ana dilini öyrənməyin qaçılmazlığını anlayaraq müəllim tutur, ya da
açılmıĢ çoxsaylı dil kurslarında dövlət dilinə (eləcə də latın əlifbasına) yiyələnirdilər. Prezidentin
və onun komandasının Ģəxsi nümunəsi ən kiçik məmuru da bu dilə hörmətlə yanaĢmağa vadar
edirdi. Ölkənin paytaxtından tutmuĢ heç bir iri Ģəhərlərinin küçələrində baĢqa dildə reklamlara,
danıĢığa, dövlət idarələrində baĢqa dildə yazıĢmalara rast gəlmək mümkün deyildi - bu hal
müstəqilliyimizin təhqir edilməsi kimi dəyərləndirilirdi. (Aradan neçə illər keçəndən sonra
müstəqil Azərbaycanda rus dilinin 1970-80-ci illərdə olduğu kimi yenidən bərpa ediləcəyi onda
kimin ağlına gələ bilərdi?!.).
Onu da göstərim ki, bundan öncə Türkiyədə olduğu kimi Helsinkidə də Əbülfəz Elçibəyə
demokrat bir prezident kimi hamı, eləcə də ABġ prezidenti Corc BuĢ dərin sayğıyla yanaĢırdı.
Bunu Bəyin cangüdəni Ġlqar Qədirquluyevin mənə söylədikləri də təsdiqləyir:
"ABġ prezidenti Corc BuĢun Əbülfəz bəyə münasibəti çox yaxĢıydı, çünki onu əsl demokratik
yolla seçilmiĢ prezident (bu sözü Qafqazın baĢqa prezidentləri haqqında demək çətindi) və əsl
demokrat, sözünün ağası olan nəcib bir insan kimi tanıyırdı. ATƏM-in zirvə toplantısı keçirilən
zala biz mühafizəçiləri buraxmasalar da mən gördüm ki, zala daxil olanda BuĢ Bəyin qoluna
girərək onunla söhbət etməyə baĢladı.
Bir çoxları demokrat kimi görünməkçün Elçibəyin yanında olmağa, onunla söhbətləĢməyə və
bununla baĢqalarının diqqətini cəlb etməyə çalıĢırdı. Onlardan biri də Özbəkistan prezidenti Ġslam
Kərimovdu. Sammitin sonunda bütün prezidentlər və baĢqa dövlət baĢçıları birgə xatirə Ģəkli
çəkdirəndə Kərimov çox çalıĢdı ki, məhz Elçibəylə yanbayan dayansın, ancaq Bəy israrla bu
"qonĢuluq"dan qaçırdı. Bu zaman Norveçin baĢ naziri xanım Qro Harlem Brundtlandı Allah sanki
göydən zənbillə saldı - yaxınlaĢıb Bəylə görüĢdü, bundan sonra Bəy onu yanında saxladı və Ģəkil
çəkiləndə də məhz onunla yanaĢı düĢdü".
Helsinki səfəriylə bağlı baĢqa bir maraqlı faktı da xatırlatmağa ehtiyac duyuram. Bəy istəyirdi ki,
Helsinkidə təsdiqləyəcəyi sənədlərə müstəqil Azərbaycanın ÖZ gerbi əks olunmuĢ dövlət möhürü
basılsın. Bu məqsədlə o, Milli Məclisdən milli gerbimizin qəbulunu sürətləndirməyi xahiĢ etmiĢdi.
23 iyundan (Bəyin andiçməsindən bir həftə sonra) parlament bu məsələnin müzakirəsinə baĢladı.
7 iyul günü Milli Məclisdə növbəti müzakirədə bu məsələnin müsbət həll ediləcəyinə umud
bəsləyən prezident hətta səfərini bir neçə saat təxirə də salmıĢdı, ancaq, çox təəssüf ki,
deputatların böyük əksəriyyəti problemə dövlət mənafeyi baxımından yanaĢa bilmədiyinə görə
Helsinki sənədləri də Azərbaycanın Sovet dövrü möhürüylə təsdiqlənməli oldu...
Finlandiyanın prezidenti Mauno Koyvisto ilə Bəyin görüĢü (8 iyul), burada aparılan danıĢıqlar
Azərbaycan - Finlandiya əməkdaĢlığının inkiĢafında ilk ciddi addımlardı.
Bu ölkədə Azərbaycan prezidentinin imzaladığı (10 iyul) ikinci mühüm sənəd Avropada adi
silahların məhdudlaĢdırılması haqqında müqavilədir. Bu sənədin müharibəyə qatılmıĢ
Azərbaycançün mühüm əhəmiyyəti vardı.
11 iyulda Helsinkidən Vətənə dönən Bəy yolüstü yenə Sankt-Peterburqa düĢməli oldu. Onu
Ģəhərin meri Anatoli Sobçak ehtiramla qarĢıladı. Elə həmin gün də Azərbaycan rəhbəri Bakıya
qayıtdı.
Ali məktəblərə qəbul imtahanlarını rüĢvətdən təmizlənmiĢ görməyi neçə illər boyunca arzulamıĢ
keçmiĢ universitet müəllimi hakimiyyətə gələn kimi bu sosial bəlanın kökünü kəsməyin çarəsini
axtardı və tapdı. O, test üsulunun bu yaraya məlhəm olacağına inanaraq onun tətbiqinə hər cür
Ģərait yaratdı. Türkiyənin ali məktəblərində oxumaq istəyənlərin (1125 nəfər) 19 iyulda testlə