Bakıda 140 gündəlik və həftəlik qəzet çıxırdı ki, onların birdəfəlik tirajı 2 milyon nüsxəydi.
(Ölkənin poliqrafiya imkanlarını gücləndirməkçün də sentyabr ayından Üçüncü mikrorayonda illik
istehsal gücü 503 milyon rəngli çap vərəqi olan poliqrafiya kombinatı tikilməyə baĢladı. Burada
Azərbaycan Respublikası vətəndaĢlarının pasportları da çap olunacaqdı).
Azərbaycan Respublikası VarĢavada keçirilən (17-28 avqust) humanitar və insan hüquqlarına dair
beynəlxalq seminarda müstəqil dövlət kimi ilk dəfə iĢtirak etdi. 20 avqustdasa Bəy ölkə həyatında
mühüm rol oynayan "Dini etiqad azadlığı və dini qurumlar haqqında" qanunu imzaladı.
Yeni hakimiyyətin üzləĢdiyi problemlərin, demək olar ki, hamısı ona əvvəlkilərdən miras qalmıĢdı.
1992-nin birinci yarısında ölkənin xalq təsərrüfatı Qarabağda gedən müharibə, Naxçıvanın
blokadası, bölgələrarası iqtisadi əlaqələrin dağılması və qiymətqoyma sahəsindəki hərc-mərclik
Ģəraitində mövcudluğunu sürdürüb. Bütün bunlar maddi-istehsal sahələrində, istehlak bazarında
və maliyyə-kredit sistemində gərginliyin daha da artmasına və əhalinin yaĢayıĢ səviyyəsinin
gündən-günə pisləĢməsinə gətirib çıxarmıĢdı. Ancaq bu obyektiv səbəblərdən baĢqa, subyektiv
səbəblər də vardı. Xüsusən dünənki kommunistlər və hakimiyyətdən narazı qalan baĢqaları
iqtisadi təxribatlar törətməkdən belə çəkinmirdilər. Məsələn, Quba rayonunun Alpan kənd sakini
qəzetdə bildirirdi ki, kəndin 3 dükanında bir aydan çoxdur un kisələri qalaqlanıb qalıb, ancaq
əhaliyə satılmır. BaĢqa yerlərdə də əhalini ac qoymaqçün müxtəlif sabotajlara əl atılırdı. Bu,
xüsusən Bakıda daha aydın gözə çarpırdı. 10 avqustda ölkənin baĢ Ģəhərində kəskin çörək qıtlığı
hiss olundu. Paytaxtda ərzaq və baĢqa sahələrdə yaranmıĢ böhranı aradan qaldırmaqçün dövlət
büdcəsindən 4 milyard manat kredit ayrıldı.
Bakıdakı nəqliyyat gərginliyini aradan götürməkçün də tədbirlər görüldü. Qabaqlar Ģəhərdə
400-450 avtobus iĢləyirdisə 15 avqustdan xəttə 1300-1400 avtobus çıxarıldı. 2 milyon dollardan
artıq qiymətə alınmıĢ asfalt örtükçəkən yeni maĢın yolların bərpasına baĢladı. Türkiyə və
Almaniyanın köməyiylə yeni hava limanının tikintisi sürətləndirildi. Əhalinin suya tələbatını
ödəməkçün yenə Türkiyə və Almaniyanın yardımıyla
Bakıya 3 ilə yeni ġollar su kəmərinin
çəkilməsi üzərində iĢ baĢlandı.
Prezidentin 7 avqustda imzaladığı və 15 avqustdan qüvvəyə minən "Azərbaycan Respublikası
Milli Bankı haqqında" və "Azərbaycan Respublikasındakı banklar və bank fəaliyyəti haqqında"
qanunlar ölkənin müstəqil bank sisteminin yaradılmasında ən zəruri ilkin addımlardı. (Bu
qanunları dövlət müĢavirləri Sabit Bağırovla Vahid Axundov türkiyəli bir mütəxəssisin iĢtirakıyla
bir həftəyə yazmıĢdılar).
Hökumət avqust ayından baĢlayaraq iqtisadiyyat üzərindən inhisarı götürmək xətti tutsa da
bundan ötrü zəruri olan qanunların yoxluğu hüquqi boĢluq yaratmıĢdı. Milli Məclisin həmin
qanunları qəbul etməsi xeyli vaxt aparacağına görə boĢluğu doldurmaq, islahatları dayanmadan
aparmaqçün prezident prosesi öz fərmanlarıyla tənzimləməyi qərara aldı.
Əbülfəz Elçibəyin 11 avqust tarixli fərmanıyla Xarici Ġnvestisiyalar Komitəsi yaradıldı və gənc
iqtisadçı Ə.Məsimov ona baĢçı təyin edildi. Elə həmin gün prezident "Azərbaycan Respublikasında
beynəlxalq praktikada qəbul edilmiĢ uçot və statistika sisteminə keçilməsi haqqında" fərman da
verdi. Bu fərmanlar da ölkə iqtisadiyyatında islahatlara baĢlamaqçün ilk qaranquĢlardandı.
Bəyin 20 iyul tarixli "Dövlət üzərində mülkiyyət hüquqlarının tənzimlənməsi haqqında"
fərmanından sonra 13 avqust tarixli "Ticarətin sərbəstləĢdirilməsi haqqında" fərmanı da ölkənin
iqtisadi yüksəliĢinə xidmət edən uzaqgörən sənəddi.
Xarici iqtisadi fəaliyyətdə lazımi qayda-qanun yaratmaq və ölkənin valyuta fondunun
doldurulmasını sürətləndirmək məqsədiylə Bəy 13 avqustda "Azərbaycan Respublikasının ixracat
potensialından səmərəli istifadə edilməsi haqqında" fərman verdi.
Özü sonralar belə deyəcəkdi:
"Biz büdcəyə nəzarət edirdik. RüĢvətxorluğa, oğurluğa qarĢı ciddi
mübarizə aparırdıq; dövlətin bütün sərvəti nəzarətdəydi.
Biz hakimiyyətə gələndə soruĢdum ki, Milli Bankda nə qədər pul var? Dedilər bir qədər dollar, 10
milyon rubl. Mən çığırdım ki, Allah evinizi yıxsın, hərənizin cibində 10 milyon var. Belə dövlətmi
olar?!
Sonra baĢladıq iqtisadi problemləri həll etməyə. Milli Banka da çoxlu pul gətirdik, büdcəni də
artırdıq. Tək bircə ilin içində 150 milyon dollar pul topladıq.
Prezidentliyə yenicə baĢlayanda soruĢdum ki, Azərbaycanda nə qədər kürü istehsal edirsiniz?
Cavab verdilər ki, 2 ton. Mən dedim ki, 2 tonu bir balıqçı oğurlayır; bəs siz nəylə məĢğulsunuz?
Bizim hakimiyyətimizin bircə ilində kürü istehsalı 30 tona qaldırıldı, halbuki xalqın həmin
var-dövləti, malı dağıdılırdı. Biz dağıtmağa qoymadıq. Hamısının gəliri gəldi banka, mərkəzə"
.
(Ə.Elçibəyin Ə.Tahirzadə ilə söhbətindən. - "Elçibəylə 13 saat üz-üzə", Bakı, 1999, s.35).
Respublikada yetərincə taxıl məhsullarının istehsal edilməməsi və onun xarici ölkələrdən
alınmasındakı çətinliklər əhalinin çörək və taxıl məhsullarıyla təminatında gərginlik yaratmaqdan
baĢqa, taxılın və unun qiymətlərinin sərbəstləĢdirilməsinə baxmayaraq çörək və çörək
məhsullarının qiymətinin tənzimlənməsi də dövlətə ağır ziyan vururdu. Əhalini qıcıqlandıransa
həm də buydu ki,
Naxçıvanda buğdanın kiloqramı 11 manata baĢa gəlsə də çörəyin bir kiloqramı
90 qəpiyə satılırdı. (Nədənsə, Naxçıvan rəhbərliyi Azərbaycana da baĢçılıq edəndə belə ucuzluq
yaratmağın yolunu tapa bilmədi)
. 18 avqustda prezident "Əhalinin çörək və digər taxıl məhsulları
ilə təminatının yaxĢılaĢdırılması haqqında" fərman verməyə məcbur oldu.
Elə həmin gün onun "Azərbaycan Respublikasının Beynəlxalq Valyuta Fonduna, Beynəlxalq
Yenidənqurma və ĠnkiĢaf Bankına və onlara bağlı təĢkilatlara daxil olması haqqında", ertəsi
günsə adı çəkilən maliyyə qurumlarının saziĢ və konvensiyalarının tətbiqi haqqında mühüm
fərmanları verildi.
"BĠZ ĠSLAHATIN ĠLKĠN ġƏRTĠNĠ HAZIRLAMIġIQ"
Haqqında yayılan məqsədyönlü Ģayiələrin qarĢısını almaq, ölkə prezidentinin KĠV-də tez-tez
görünməməsinin səbəblərini açıqlamaq və həm indiyədək görülmüĢ, həm də bundan sonra
görüləcək iĢlər haqqında xalqa məlumat verməkçün Bəy 23 avqustda Azərbaycan televiziyasında
hesabat səciyyəli geniĢ çıxıĢ etdi.