25-26 avqustda Qusarda narahat vəziyyət yarandı, rayonda sabitliyi pozmağa cəhd göstərildi.
Avqustun ikinci ongünlüyünün sonunda alınan xəbərlərə görəsə, Türkiyədə bəzi siyasi dairələrdə
prezident Elçibəyin xəstəliyi və fəaliyyət qabiliyyətsizliyi barədə Ģayiələr yayıldı. Elçibəyin həkimi
Azərbaycan mətbuatında bu Ģayiələri yalanlayaraq bildirdi ki, doğrudur, "son beĢ ilin gərgin ritmi
prezidenti yormuĢdur", "o, gündə 15-16 saat iĢləyir, çox siqaret çəkir və az yatır", ancaq
sağlamlığı normaldır.
Yeri gəlmiĢkən, bu Ģayiə yalnız Türkiyədə deyil, Azərbaycanda da sürətlə körüklənirdi və
hakimiyyət gücləndikcə o daha rəngarəng biçimdə və daha geniĢ ölçüdə yayılırdı. Məsələn,
"Həyat" qəzetində (25 avqust) müxbir yazır: "Hətta prezidentin təcrid edilməsindən danıĢılır" və
belə təsəvvürlərin yaranmasına "prezidentin kütləvi informasiya vasitələrindən uzaq düĢməsi"nin
səbəb olduğunu güman edirdi.
Mənim Ģəxsi düĢüncəmə görə, Bəyin bütün hakimiyyəti boyunca yol verdiyi ən ciddi səhv məhz
təbliğatın əhəmiyyətini yetərincə qiymətləndirməməsi olub. ĠĢ o yerə çatmıĢdı ki, hətta rəsmi
dövlət qəzeti də ölkə prezidentinin qəbullarını, onun çıxıĢlarını baĢdansovdu iĢıqlandırırdı.
Məsələn, 24 avqustda Bəy Fransa səfiri Jan Perreni qəbul edib və "Həyat"da bu haqda bir-iki
cümləlik ötəri xəbər verilib. (Təbii ki, foto da yoxdur! Ümumiyyətlə, prezidentin Ģəkli qəzetlərdə
nadir hallarda görünürdü)...
Hakimiyyətin bütün düĢmənləri güclü Ģayiə maĢınında növbənöv yalanlar, uydurmalar istehsal
etməklə məĢğuldular. Onların içərisində ən geniĢ yayılanlardan biri də prezidentin guya içkidən
baĢının ayılmamasıydı. Bu mövzuda söhbətlərin geniĢ yayılmasında Elçibəyin siyasi opponentləri
daha çox fəallıq göstərirdilər. Təsadüfi deyil ki, Elçibəy devriləndən sonra onun kabinetindən
Moskva televiziyasına musahibə verən yeni prezident H.Əliyev jurnalist Karaulovla (sonralar
onu rüĢvətxorluq üstündə televiziyadan qovdular) söhbətinin Elçibəyin sərxoĢluq
etməsinə həsr olunmuĢ hissəsində onun guya özündə olmayaraq prezident kabinetindəki
xalçaları islatmasından (!) danıĢmağı belə özünə rəva bilmiĢdi. (Əliyev əliylə kabineti göstərərək
"narahat olmayın, o xalçalar artıq götürülüb" deyirdi…).
Bu Ģayiələrin yayılma coğrafiyasının nə qədər geniĢ olduğunu jurnalist Əli ġamil'in aĢağıdakı
xatirəsi də göstərir:
"Elçibəy Kələkiyə yenicə getmiĢdi. AXC Naxçıvan Vilayət TəĢkilatından zəng vurub Almaniya
televiziyasından qonaqların gəldiyini söylədilər. Tələsik getdim. GörüĢdük. Kələkiyə getmək,
Bəydən müsahibə almaq istədiklərini bildirdilər. Həmin günlərdə benzin yaman qıtlaĢmıĢdı. MaĢını
olan tanıĢlardan birini tapmaq, onu Kələkiyə getməyə razı salmaq, benzin almaq xeyli çəkdi.
Günün istisində Kələkiyə yol aldıq. Bərk tərləmiĢdik, maĢın da qızmıĢdı. Kələkiyə bir neçə kilometr
qalmıĢ - Danaqırt kəndinə çatanda mən bir az dincəlməyi, çay qırağında bulaq suyundan içməyi,
yuyunub sərinləməyi təklif etdim. RazılaĢdılar.
Kəndi yaxĢı tanıyırdım - dəfələrlə Mehman əminin qonağı olmuĢdum, odur ki, kəndi ikiyə bölən
çayın sağ sahilindəki bulağa getdik. Bir çadralı qadın bulaq baĢında ocaq qalayaraq qazan qoyub
boymadərən "arağ"ı çəkirdi.
Salam verdik. O, hörmət əlaməti olaraq bizə "araq" təklif etdi. Mən çox məmnuniyyətlə ağzıma
bir tikə Ģəkər qoyub "arağ"ı baĢıma çəkdim. Bununla həm boymadərənin acısını azaltmaq, həm
də boymadərən "arağ"ını necə içməyi qonaqlara göstərmək istədim. Onlarsa, deyəsən, buna
diqqət yetirməmiĢdilər. Qonaqlardan biri "arağ"ı Ģəkərsiz içdisə də heç nə demədi. Ġkinci almansa
"arağ"ı russayağı birdəfəyə "atandan" sonra yoldaĢına almanca nəsə dedi. Cavab alandan sonra
tərcüməçiyə üz tutdu. Almaniya türklərindən olan tərcüməçi qonağın sözlərini təxminən belə
çevirdi:
-Abi, Elçibəy də bu "araq"dan içir?
Çadralı qadın ürəkdən gələn bir səmimiyyətlə:
-Hə, qadan alım, Elçibəyin də payını göndərəcəyəm, - dedi.
Tərcüməçi qadının söylədiyini çevirəndə almanlar bərkdən gülüĢdülər. Sonra öyrəndim ki, "arağ"ı
birinci içən alman onun tərkibində spirt olmadığını bilsə də nəzakət xatirinə susub. Ġkincisə
Ģübhəsini dəqiqləĢdirməkçün yoldaĢından bunu soruĢub, o da təsdiqləyib. Amma buna
baxmayaraq, Elçibəy "araq" içib-içmədiyiylə maraqlandıqlarına görə bu sualı veriblər.
Yol boyu kameranı əlində hazır tutmuĢ operator çadralı qadının sözlərini eĢidəndən sonra onu
yığıĢdırdı. Bəlli oldu ki, sən demə, onlara Elçibəyi məhz sərxoĢ vəziyyətdə çəkmək tapĢırılıbmıĢ.
Azərbaycanda hakimiyyətə yeni gələnlərin Elçibəydən sərxoĢ prezident obrazı yaratmalarının
sorağı, sən demə, Almaniyaya da gedib çatıbmıĢ.
Kələkiyə çatanda Elçibəy nahara gedirdi. Yolda görüĢdük. Bizi də evlərinə apardı. Süfrəyə
qonaqların Ģərəfinə tut arağı da qoydular. Almaniya televiziyasının əməkdaĢları nahar süfrəsi
arxasında, həyətdəki bağçada veriliĢ hazırladılar, ancaq ən qəribəsi bu oldu ki, nə süfrədəki araq
ĢüĢəsini çəkdilər, nə də tut arağının dadına baxdılar..."
.
Ancaq heç bir Ģayiəyə xüsusi önəm verməyən Bəy öz Ģəxsiyyətinin hər cür qabardılmasının da
ümumən əleyhinəydi və istər özünün, istərsə də baĢqa hakimiyyət qurumları baĢçılarının sərbəst
tənqidinə Ģərait yaradılmasına çalıĢırdı. Söz yox ki, tək bununçün deyil, ümumən cəmiyyətin
yüksəliĢindən ötrü ölkədə bütövlükdə demokratik mühitin, demokratiya institutlarının yaradılması
gərəkdi ki, prezident də bundan ötrü əlindən gələni edirdi.
Avqustun 10-unda 25-dən çox partiya, hərəkat, xeyriyyə cəmiyyəti, dövlət və ictimai təĢkilat
insan hüquqları üzrə Helsinki VətəndaĢ Assambleyasının Azərbaycan Milli Komitəsini yaratdı.
Ertəsi gün Milli Məclis qarĢısında polis iĢçilərinin piketi keçirildi (daxili iĢlər naziri 73 polisi iĢdən
çıxarmıĢdı) və bu, çox normal qarĢılandı.
Demokratiyanın ən mühüm göstəricisi azad məbuat olduğuna görə onun inkiĢafına yeni
hakimiyyət qayğı göstərmək təĢəbbüslərində bulunurdu. 12 avqustda Milli Məclisin "Mətbuat
orqanlarına və iĢçilərinə güzəĢtlər haqqında" qərarı çıxdı. Göstərək ki, avqust ayında təkcə