H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
Cədvəl 5.7
Qrunt sularının analiz nəticələri
5.5 İqlim və hidrometeoroloji şərait
5.5.1 Atmosfer sirkulyasiyası
Layihə ərazisi il boyu müxtəlif mənşəli və xassəli atmosfer proseslərinin təsiri altında olur (Cədvəl 5.8). İlin
soyuq dövründə meridional dövran aktivləşir. İlin isti dövründə, xüsusən də yay aylarında meridianal hava
dövranı zəifləyir, qərb axınları güclənir. Qış aylarında havanın kəskin dəyişməsi arktik hava kütlələrinin
müdaxiləsi vaxtı baş verir. Bu zaman havanın temperaturu kəskin enir, buludluq çoxalır, küləyin sürəti artır,
yağıntılar düşür (bəzən qar yağır). Tropik hava kütlələrinin təsiri zamanı ilin fəslindən asılı olmayaraq istilər
düşür, quru hava yaranır, qışda havanın temperaturu 20-25ºC-dək, yayda 40ºC-dək yüksələ bilir. Azor
maksimumu sistemində hava kütlələri dəniz mənşəli olduğuna görə ilin soyuq dövründə buludluğu artırır,
tez-tez yağıntı əmələ gəlir, yayda isə buludlu hava üstünlük təşkil edir, sərinlik gətirir. Bu hava kütləsinin
müdaxiləsi zamanı küləyin sürəti artır.
Cədvəl 5.8 İlin ayrı-ayrı fəsillərində Abşeron yarımadasında atmosfer prosesləri növlərinin
təkrarlanması (%-lə)
Atmosfer prosesləri
Qış
Yaz
Yay
Payız
Kontinental arktik hava kütlələrinin təsiri
4
1
0
1
Dəniz arktik hava kütlələrinin daxil olması
5
5
4
7
Azor maksimumunun təsiri
6
8
21
12
Tropik hava kütlələrinin gəlməsi
28
21
10
16
Cənub siklonlarının gəlməsi
14
12
11
8
Mülayim en dairələrinin kontinental
havasının müdaxiləsi
15
13
16
14
Orta Asiya maksimumunun təsiri
8
15
6
17
EKOLOGİYA İDARƏSİ
49
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
Yerli hava dövranı prosesləri
20
25
32
25
5.5.2 Havanın temperaturu
Havanın temperatur rejiminin il ərzində xeyli dəyişməsinə baxmayaraq, hətta ən soyuq ayın (yanvar) orta
temperaturu müsbət işarəlidir. Dənizin təsiri ilə qış mülayim keçir. Lakin müxtəlif illərdə yanvarın orta
temperaturu 1°-dən 8°-dək dəyişə bilir. Arktik hava kütlələrinin daha çox müdaxiləsi illərində, məsələn,
1972-ci ilin soyuq qışında yanvarın orta temperaturu -0.4°C-dək enmişdir. Soyuq hava kütlələrinin
müdaxiləsi az və zəif intensivliyə malik olan illərdə qış temperaturları bəzən xeyli yüksək olur. 1948-ci ilin
yanvarında orta aylıq temperatur 7.4°C təşkil etmişdir. Ümumiyyətlə, yanvarda -13°C mütləq minimum,
21°C mütləq maksimum temperatur qeyd edilmişdir. Yazda temperaturun intensiv yüksəlməsi müşahidə
edilir (martın sonu-may). Aprel ayının orta temperaturu 11.2°C təşkil edir.
Burada yay isti və quraq keçir, iyul və avqustun orta aylıq temperaturu 25.7°C-dir. Böyük miqdarda istilik
buxarlanmaya sərf olunur. Anomal isti keçən illərdə həmin aylarda orta temperatur 28°C və daha yüksək
ola bilir (1940-cı ilin avqustunda 28.4°C). Yayı sərin və yağıntılı keçən illərdə ən isti ayların orta
temperaturunun 22-23°C-dək enməsi mümkündür. Mütləq maksimum temperatur 40°C təşkil edir. Payız
mövsümü yazdan isti keçir və temperaturlar tədricən enir. Oktyabrda günəş enerjisinin daha az daxil
olmasına və soyuq hava kütlələrinin müdaxiləsinə baxmayaraq temperatur xeyli yuxarı olur (Xəzər dənizinin
təsiri özünü biruzə verir).
Şəkil 5.5
Yağıntının illik miqdarı
Temperaturun illik amplitudu (ən isti və ən soyuq ayların orta temperatur fərqləri) 22°C-dir. İllik Mütləq
temperatur amplitudu isə 53.2°-yə çatır. Temperaturun orta sutkalıq amplitudu (gün ərzində maksimum və
minimum temperaturların fərqi) ilin soyuq dövründə 4-5°C, yazda artaraq 5-6°C təşkil edir, iyun ayında isə
ən böyük həddinə çatır (7°C-dən çox). Sentyabrda sutkalıq amplitud azalır, tutqun havaların üstün olduğu
dekabr ayında minimuma enir (3°C). Havanın temperaturunun sutkalıq amplitudu hava şəraitindən asılıdır.
Belə ki, sakit və az buludlu günlərdə sutkalıq amplitud tutqun və küləkli günlərə nisbətən demək olar ki, 2
dəfə çox olur.
5.5.3 Havanın rütubətliliyi
İl ərzində havanın rütubətliyi bir-birini əvəz edən hava kütlələrinin dövranından xeyli dərəcədə asılıdır. Belə
ki, qışda əraziyə soyuq və nisbətən rütubətli hava kütlələri, yayda isə əksinə isti və quru hava kütlələri daha
çox təsir edir. Nisbi rütubətlik havanın su buxarı ilə doyma dərəcəsini göstərməklə mühüm iqlim
EKOLOGİYA İDARƏSİ
50
H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi
layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi
göstəricilərindən biridir. Havanın orta nisbi rütubətliyi Bakıda 70%-dir, dənizə doğru bu rəqəm artır. Nisbi
rütubətliyin illik gedişi temperaturun illik gedişinə əksdir. İlin soyuq dövründə nisbi rütubətlik 78%, dənizin
təsiri daha güclü olan ərazilərdə daha çox təşkil edir. Yayda bu göstərici minimuma enir. İl ərzində 30% və
daha az nisbi rütubətli günlərin orta sayı 18-ə, 80% və daha çox olan günlərin orta sayı 48-ə çatır. Rütubət
çatışmamazlığının orta miqdarı 6,7 mb, minimum ilin soyuq dövründə yanvar-fevral aylarında 2,0 mb,
maksimum yayda iyul ayında 15,1 mb qeyd edilir. Sutkalıq gedişdə ən az rütubət çatışmamazlığı gecə, ən
çox günorta müşahidə edilir.
5.5.4 Yağıntılar
Yağıntıların rejimi havanın rütubət tutumundan, su buxarı ilə doyma dərəcəsindən, buxarlanmanın
intensivliyindən, ərazinin səth örtüyünün və atmosfer dövranının xarakterindən asılıdır. Yağıntılar əsasən
soyuq hava kütlələrinin müdaxiləsi zamanı düşür. Ayrı-ayrı illərdə və ya fəsillərdə yağıntıların çoxluğu
cənub siklonlarının keçməsi ilə bağlıdır. Quraq dövr Qafqaz və Xəzər dənizi üzərində yüksək təzyiq sahəsi
yalının bərqərar olması ilə əlaqədardır. İl ərzində yağıntının miqdarı çox deyil (198 mm). Yağıntıların çox
hissəsi ilin soyuq dövründə düşür (107 mm). Yağıntıların illik gedişində iki maksimum qeyd olunur:
noyabrda (31 mm) və apreldə (19 mm). Minimum yayda, iyul və ya avqust aylarında müşahidə edilir (5-7
mm). Atmosfer proseslərinin inkişaf xarakterindən və intensivliyindən asılı olaraq ayrı-ayrı illərdə
yağıntıların miqdarı orta aylıq və illik göstəricilərdən xeyli fərqlənə bilər. Məsələn, 1963-cü ilin mayında 106
mm yağış yağıb, həmin ildə isə 390 mm yağıntı düşüb. ≥0,1 mm olan yağıntılı günlərin orta illik sayı 74 gün,
ilin isti dövründə ən az (2.2-2.6 gün), ilin soyuq dövründə isə 9.0-9.3 günə çatır (cədvəl 5.9). Yağıntıların
davamiyyəti daha çox qış aylarında (yanvarda 240 saat), yayda minimum isə olur.
Yağıntılar əsasən yağış şəklində düşür. Lakin ilin soyuq dövründə, əraziyə çox soyumuş hava kütlələrinin
müdaxiləsi zamanı yağıntılar qar şəklində də düşə bilir. İl ərzində düşən yağıntıların 6%-i bərk, 8%-i qarışıq,
86%-i yağış şəklində düşür.
Cədvəl 5.9
Bakı meteoroloji stansiyası üzrə iqlim amillərinin göstəriciləri
Meteoroloji amil
AYLAR
İl
I
II
III
IV
V
VI
VII
VIII
IX
X
XI
XII
Günəş
parıltısının
orta
davamiyyəti, saat
88
87
125
183
273
319
318
296
220
154
96
85
2244
Ümumi günəş radiasiyasının
miqdarı, kkal/sm
2
4,0
5,3
9,3
13,2 17,7 19,2 18,8 17,1 12,0 7,9
4,6
3,7
132,8
Havanın temperaturu, °C:
orta
mütləq maksimum
mütləq minimum
3,9
21
-13
4,1
27
-10
6,3
31
-7
11,2
31
-0,4
17,7
33
4
22,6
39
8
25,7
40
14
25,7
39
14
21,8
35
7
16,6
35
0,0
11,1
29
-6,0
6,8
27
-9,0
14,4
40
-13
Yağıntının miqdarı, mm
21
15
19
19
10
8
5
7
13
29
31
21
198
Havanın nisbi rütubətliyi, %
78
78
77
69
64
57
58
62
68
74
77
73
70
Rütubət çatışmazlığı, mb
2,0
2,0
2,4
4,6
8,0
13,0 15,1 13,5 8,9
5,1
3,1
2,4
6,7
Küləyin sürəti, m/s:
orta
maksimum
6,1
40
6,6
28
6,9
34
6,5
28
6,2
28
6,5
34
6,8
34
6,3
28
6,2
36
6,1
28
5,7
34
5,6
28
6,3
40
Güclü
küləkli
(≥15m/s)
günlərin sayı:
orta
maksimum
4,9
13
6,0
18
7,5
13
6,8
14
5,2
14
6,2
14
6,6
13
5,2
10
4,7
12
5,3
12
4,2
12
4,8
14
6,7
106
Buludluq, bal:
ümumi
aşağı
7,2
5,7
7,4
5,8
7,3
5,4
6,4
3,0
5,2
1,6
3,3
1,2
3,2
1,1
3,0
1,2
4,1
2,5
6,0
4,4
7,2
5,5
7,0
5,5
5,6
3,6
Yağıntıların orta sutkalıq maksimumu çox da böyük deyil. Müşahidə olunmuş ən böyük sutkalıq maksimum
EKOLOGİYA İDARƏSİ
51
Dostları ilə paylaş: |