88
- biznes strategiyasının işlənib hazırlanması xüsusiyyətlərinin aşkara
çıxarılması;
- strateji planın reallaşdırılmasının, eləcə də strateji nəzarətin təşkili
amillərinin qiymətləndirilməsi;
- innovasiya tipli idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsinə
dair təklif və tövsiyələrin işlənib hazırlanması;
- biznesin təşkilati idarəetmə strukturunun təkmilləşdirilməsi ilə bağlı
əsaslandırılmış təkliflərin verilməsi;
- biznesin strateji idarəedilməsində rəqabətqabiliyyətliliyin yüksəldilməsi
yollarının müəyyənləşdirilməsi.
Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyekti kimi Azərbaycanda
fəaliyyət göstərən biznes subyektləri, o cümlədən “Azneftkimyamaş” ASC və onun
müəssisələri seçilmiş, predmetini isə bazar münasibətləri şəraitində biznesin
inkişafında strateji idarəetmə məsələlərinin tədqiqinin nəzəri-praktiki aspektləri
təşkil edir.
Tədqiqatın nəzəri və metodoloji əsasını iqtisad elminin klassiklərinin və
aparıcı iqtisadçı alimlərin əsərləri, Azərbaycan Respublikasının müvafiq qanunları,
ölkə prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərar və sərəncamları, digər
normativ-hüquqi sənədlər təşkil edir.
Tədqiqatın
informasiya
bazasını
Azərbaycan
Respublikasının
qanunvericilik aktları, normativ və metodiki sənədləri, dövri mətbuatın
materialları, Azərbaycanda biznesin, korporativ və strateji idarəetmənin inkişafı
üzrə elmi-praktik konfransların, “Azneftkimyamaş” ASC-nin hesabat materialları
təşkil edir.
İşin təcrübi əhəmiyyəti ondan ibarətdir ki, tədqiqat işində əldə edilən nəticə
və təkliflərdən biznes subyektlərində strateji idarəetmə sisteminin tətbiqi və onun
konkret şəraitə uyğun daim təkmilləşdirilməsi üzrə tədbirlər planının, eləcə də
biznes-planların hazırlanmasında istifadə edilə bilər.
89
Dissertasiyanın quruluşu və həcmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə və
təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmaqla 83 səhifədən
ibarətdir.
Sonda tədqiqatdan əldə olunan aşağıdakı nəticələr verilmişdir:
1.Uğurlu strateji idarəetmə müəssisəni gələcəyə istiqamətləndirir,
uzunmüddətli inkişaf istiqamətlərini və biznesdə öz mövqeyini müəyyən eməyə
imkan verir. Strateji idarəetmənin nəticələri müəssisənin bazarda qazandığı
mövqeyində və iqtisadi-maliyyə göstəricilərinin uzunmüddətli meyllərində təzahür
olunur. Biznesin strateji idarəedilməsi onun uzun müddətli inkişafının təımin
edilməsinin əsasıdır. Strateji idarəetmə təşkilatın vəzifəsi, onun plan və
proqnozlarının, məqsədlərinin, strategiyalarının təsərrüfatçılıq metodlarının və
funksiyalarının yerinə yetirilməsi ilə bağlıdır.
2. Müasir şəraitdə biznes strategiyasının hazırlanmasına münasibət
dəyişilmişdir. Əgər əvvəllər strategiyaya rəqabət mübarizəsində təşkilata üstünlük
verən vasitə kimi baxılırdısa və o təşkilatın məhdud rəhbərlər dairəsinə məlum
idisə,indi açıq ifadə olunmuş strategiyaya üstünlük verilir.Strategiya təkcə
idarəedicilərin işi deyil,elmi-tətqiqat və layihə-konstruktor işlərində,istehsal və
satış sahəsində çalışanların da işidir. Deməli icraçılar həm strategiyanın
hazırlanmasında,həm də həyata keçirilməsində iştirak edirlər.
3. Müəssisənin maliyyələşdirilməsinin səhmdar kapital vasitəsilə təminatı
daha real sayılır. Müəssisə rəhbərliyi tərəfindən səhmlərin buraxılışı və
yerləşdirilməsi haqqında qərar qəbul olunmasına mane olan bir neçə problem
mövcuddur. Birincisi, müəssisə rəhbərləri, bir qayda olaraq, faktiki olaraq
müəssisədə səhm mülkiyyətindən ayrılmaz surətdə istifadə etməkdə qeyri-məhdud
hakimiyyətə malikdirlər. İkincisi, bu maliyyələşmə üsulundan imtinanın səbəbi
müəssisə menecmenti tərəfindən öz funksiyalarını lazımsız yerinə yetirdiyi halda
idarəedənin təhdidi ola bilər ki, bunun da nəticəsində yeni səhmdar idarəedəni öz
tutduğu vəzifəsindən yerini dəyişməyi tələb edir. Üçüncüsü, səhmlərin
yerləşdirilməsi haqqında qərarın qəbul edilməsi yolunda aradan qaldırıla bilməyən
90
maneə maliyyə hesabatının tam şəffaflığını təmin etmək barədə investorun
tələbidir.
4.
Bizneslər portfelinin təhlili strateji idarəetmənin ən vacib alətlərindən birini
özündə birləşdirir. O, aydın təsəvvür yaradır ki, biznesin ayrı-ayrı hissələri bir-
birilə qarşılıqlı əlaqədardır və portfel vahid tam kimi onun hissələrinin sadə
cəmindən kəskin surətdə fərqlənir və onun ayrı-ayrı hissələrinin vəziyyətinə
nisbətən firma üçün daha vacibdir. Bizneslər portfelinin təhlilinin köməyilə risk,
pulun daxil olması, təzələnmə və sıradan çıxma kimi çox mühüm amillər
balanslaşdırıla bilər.
5.
Texnologiyanın təşkilati struktura təsiri özünü aşağıdakı kimi göstərir.
Birincisi, təşkilati struktur təşkilatda istifadə olunan texnologiyaya bağlıdır.
Struktur vahidlərin sayı və onların qarşılıqlı yerləşməsi təşkilatda hansı
texnologiyanın istifadə olunmasından asılıdır. İkincisi, təşkilati struktur elə
qurulmalıdır ki, o, texnologiyanın tənzimlənməsini aparmağa imkan versin.
Xüsusilə də, təşkilati struktur texnoloji inkişaf ideyalarının əmələ gəlməsinə və
yayılmasına, texnoloji təzələnmə proseslərinin aparılmasına kömək etməlidir.
91
Həmidli Aqşin Ceyhun oğlunun “Biznesin strateji idarə edilməsi və
onun təkmilləşdirilməsi” m
ö
vzusunda magistr dissertasiyası nı n
R E F E R A T I
Mövzunun aktuallığı. Azərbaycanda biznesin mövcud olduğu və inkişaf
etdiyi mühitin spesifik xüsusiyyətləri biznesin idarə edilməsinə əhəmiyyətli
dərəcədə təsir göstərən prinsiplərin, yanaşmaların, metod və vasitələrin elmi
dərkini və əsaslandırılmasını zərurətə çevirir.
İqtisadi inkişafın hazırkı mərhələsində biznesin düzgün qurulmuş idarəetmə
strategiyası düzgün qurulmuş idarəetmə strategiyası təkcə rəqabət üstünlüyü
sayılmır, həm də tezliklə sadəcə olaraq salamat qalmağın üsullarından birinə
çevriləcəkdir. Strategiya əslində bazar mühiti və müəssisənin imkanları barədə
xüsusi olaraq yığılmış və təhlil olunmuş informasiyalar əsasında müəssisənin
müəyyən edilməsidir. Reallaşdırmanın strategiyalar problemi müasir müəssisələr
üçün yeni vəzifələr sahəsi sayılır. Tədqiqatlar göstərir ki, müstəqil olaraq
strategiyanın işlənib hazırlanmasını və tətbiqini həyata keçirməkdən ötrü hər on
şirkətdən doqquzu həm təşkilati və ya maliyyə baxımdan, həm də bilik sahəsində
kifayət qədər resurslara malik deyillər.
Strateji idarəetmə prosesinin reallaşdırılması zəruriliyi yalnız xarici
dəyişikliklər fonunda deyil, həm də müəssisələrin idarə edilməsinə daxili tələblər
baxımından son dərəcə aydın görünür. Bu proseslər müasir texnologiyalardan geri
qalır. Odur ki, çox hallarda müasir müəssisələrin idarə edilməsi kompleks
strategiyanın reallaşdırılmasının köməyi ilə deyil, yalnız hansısa şərti olaraq qəbul
edilmiş əmsal nəzərə alınmaqla əvvəlki maliyyə və marketinq nəticələrinin və
idarəetmə qərarlarının proyeksiyasının yekunu sayılan sadə planların vasitəsilə
həyata keçirilir. Eyni zamanda, Azərbaycan müəssisələrinin menecerlərinin
fəaliyyətində strateji məsələlərin ziyanına olaraq idarəetmənin operativ və texniki
məsələlərinə aludəçilik üstünlük təşkil edir.
92
Lakin yaddan çıxarmaq olmaz ki, iqtisadi inkişafın hazırkı mərhələsində
düşünülmüş strategiya və onun reallaşdırılmasının işlək mexanizmi olmadan
uzunmüddətli perspektivdə müəssisənin uğurlu fəaliyyətini təmin etmək son dərəcə
mürəkkəbdir. İntuitiv rəhbərlik üslubu indi öz yerini daha tez-tez starteji planlar
üzrə daha proqmatik idarəetməyə verir. Odur ki, müəssisələrdə strateji
planlaşdırmadan başlamış strateji nəzarətə qədər idarəetmənin bütün baza
funksiyalarından istifadəsinə əsaslanan strateji idarəetmənin çevik fəaliyyət
mexanizminin qurulması modelinin hazırlanması və onun daim təkmilləşdirilməsi
zərurəti meydana çıxır.
Biznesin strateji idarə edilməsinin təkmilləşdirilməsinin aktuallığı onların
praktiki istifadəsinin obyektiv imkanları və tələbləri ilə müəyyən edilir. Biznesin
inkişafı strategiyası üzrə qərarların əsaslandırılmasının yeni metodlarının gətirə
biləcəyi sosial-iqtisadi səmərənin kəmiyyəti xeyli dərəcədə müəssisənin innovasiya
inkişafı və maliyyə sabitliyinin yüksəldilməsi, biznesin sosial məsuliyyətinin
artırılması
nəticəsində
biznesin
rəqabətqabiliyyətliliyinin
daha
da
möhkəmləndirilməsindən asılıdır.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi bazar
münasibətləri şəraitində biznesin inkişafında strateji idarəetmənin kompleks təhlili,
tətbiqi və konkret şəraitə uyğun olaraq daim təkmilləşdirilməsi yollarını
araşdırmaqdan ibarətdir.
Bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi qarşıya
qoyulmuşdur:
- biznesin inkişafının mühüm elementi kimi strateji idarəetmənin mahiyyəti
və məzmununun açıqlanması;
- biznesin strateji idarə edilməsinin müasir konsepsiyalarının araşdırılması;
- biznes strategiyasının işlənib hazırlanması və reallaşdırılmasında
informasiya təminatının rolunun əsaslandırılması;
- strateji planlaşdırmanın mahiyyətinin məqsəd və prinsiplərinin tədqiqi, əsas
mərhələlərinin müəyyənləşdirilməsi;
93
- biznes strategiyasının işlənib hazırlanması xüsusiyyətlərinin aşkara
çıxarılması;
- strateji planın reallaşdırılmasının, eləcə də strateji nəzarətin təşkili
amillərinin qiymətləndirilməsi;
- innovasiya tipli idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsinə
dair təklif və tövsiyələrin işlənib hazırlanması;
- biznesin təşkilati idarəetmə strukturunun təkmilləşdirilməsi ilə bağlı
əsaslandırılmış təkliflərin verilməsi;
- biznesin strateji idarəedilməsində rəqabətqabiliyyətliliyin yüksəldilməsi
yollarının müəyyənləşdirilməsi.
Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyekti kimi Azərbaycanda
fəaliyyət göstərən biznes subyektləri, o cümlədən “Azneftkimyamaş” ASC və onun
müəssisələri seçilmiş, predmetini isə bazar münasibətləri şəraitində biznesin
inkişafında strateji idarəetmə məsələlərinin tədqiqinin nəzəri-praktiki aspektləri
təşkil edir.
Tədqiqatın nəzəri və metodoloji əsasını iqtisad elminin klassiklərinin və
aparıcı iqtisadçı alimlərin əsərləri, Azərbaycan Respublikasının müvafiq qanunları,
ölkə prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərar və sərəncamları, digər
normativ-hüquqi sənədlər təşkil edir.
Tədqiqatın
informasiya
bazasını
Azərbaycan
Respublikasının
qanunvericilik aktları, normativ və metodiki sənədləri, dövri mətbuatın
materialları, Azərbaycanda biznesin, korporativ və strateji idarəetmənin inkişafı
üzrə elmi-praktik konfransların, “Azneftkimyamaş” ASC-nin hesabat materialları
təşkil edir.
İşin təcrübi əhəmiyyəti ondan ibarətdir ki, tədqiqat işində əldə edilən nəticə
və təkliflərdən biznes subyektlərində strateji idarəetmə sisteminin tətbiqi və onun
konkret şəraitə uyğun daim təkmilləşdirilməsi üzrə tədbirlər planının, eləcə də
biznes-planların hazırlanmasında istifadə edilə bilər.
94
Dissertasiyanın quruluşu və həcmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə və
təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmaqla 83 səhifədən
ibarətdir.
Sonda tədqiqatdan əldə olunan aşağıdakı nəticələr verilmişdir:
1.Uğurlu strateji idarəetmə müəssisəni gələcəyə istiqamətləndirir,
uzunmüddətli inkişaf istiqamətlərini və biznesdə öz mövqeyini müəyyən eməyə
imkan verir. Strateji idarəetmənin nəticələri müəssisənin bazarda qazandığı
mövqeyində və iqtisadi-maliyyə göstəricilərinin uzunmüddətli meyllərində təzahür
olunur. Biznesin strateji idarəedilməsi onun uzun müddətli inkişafının təımin
edilməsinin əsasıdır. Strateji idarəetmə təşkilatın vəzifəsi, onun plan və
proqnozlarının, məqsədlərinin, strategiyalarının təsərrüfatçılıq metodlarının və
funksiyalarının yerinə yetirilməsi ilə bağlıdır.
2. Müasir şəraitdə biznes strategiyasının hazırlanmasına münasibət
dəyişilmişdir. Əgər əvvəllər strategiyaya rəqabət mübarizəsində təşkilata üstünlük
verən vasitə kimi baxılırdısa və o təşkilatın məhdud rəhbərlər dairəsinə məlum
idisə,indi açıq ifadə olunmuş strategiyaya üstünlük verilir.Strategiya təkcə
idarəedicilərin işi deyil,elmi-tətqiqat və layihə-konstruktor işlərində,istehsal və
satış sahəsində çalışanların da işidir. Deməli icraçılar həm strategiyanın
hazırlanmasında,həm də həyata keçirilməsində iştirak edirlər.
3. Müəssisənin maliyyələşdirilməsinin səhmdar kapital vasitəsilə təminatı
daha real sayılır. Müəssisə rəhbərliyi tərəfindən səhmlərin buraxılışı və
yerləşdirilməsi haqqında qərar qəbul olunmasına mane olan bir neçə problem
mövcuddur. Birincisi, müəssisə rəhbərləri, bir qayda olaraq, faktiki olaraq
müəssisədə səhm mülkiyyətindən ayrılmaz surətdə istifadə etməkdə qeyri-məhdud
hakimiyyətə malikdirlər. İkincisi, bu maliyyələşmə üsulundan imtinanın səbəbi
müəssisə menecmenti tərəfindən öz funksiyalarını lazımsız yerinə yetirdiyi halda
idarəedənin təhdidi ola bilər ki, bunun da nəticəsində yeni səhmdar idarəedəni öz
tutduğu vəzifəsindən yerini dəyişməyi tələb edir. Üçüncüsü, səhmlərin
yerləşdirilməsi haqqında qərarın qəbul edilməsi yolunda aradan qaldırıla bilməyən
95
maneə maliyyə hesabatının tam şəffaflığını təmin etmək barədə investorun
tələbidir.
4.
Bizneslər portfelinin təhlili strateji idarəetmənin ən vacib alətlərindən birini
özündə birləşdirir. O, aydın təsəvvür yaradır ki, biznesin ayrı-ayrı hissələri bir-
birilə qarşılıqlı əlaqədardır və portfel vahid tam kimi onun hissələrinin sadə
cəmindən kəskin surətdə fərqlənir və onun ayrı-ayrı hissələrinin vəziyyətinə
nisbətən firma üçün daha vacibdir. Bizneslər portfelinin təhlilinin köməyilə risk,
pulun daxil olması, təzələnmə və sıradan çıxma kimi çox mühüm amillər
balanslaşdırıla bilər.
5.
Texnologiyanın təşkilati struktura təsiri özünü aşağıdakı kimi göstərir.
Birincisi, təşkilati struktur təşkilatda istifadə olunan texnologiyaya bağlıdır.
Struktur vahidlərin sayı və onların qarşılıqlı yerləşməsi təşkilatda hansı
texnologiyanın istifadə olunmasından asılıdır. İkincisi, təşkilati struktur elə
qurulmalıdır ki, o, texnologiyanın tənzimlənməsini aparmağa imkan versin.
Xüsusilə də, təşkilati struktur texnoloji inkişaf ideyalarının əmələ gəlməsinə və
yayılmasına, texnoloji təzələnmə proseslərinin aparılmasına kömək etməlidir.
96
Стратегическое управление бизнесом и его улучшение
Р Е З Ю М Е
Диссертационная работа состоит из введения, трех глав, выводов и
списка использованной литературы.
Во введении обоснованы актуальность темы, определены цель и задачи
исследования, приведены научная новизна и практическая значимость
работы.
В первой главе изучается
сущность и содержание стратегического
управления бизнеса, современные концепции стратегического управления
бизнесом, информационного обеспечение разработки и реализации бизнес-
стратегии.
Во второй главе рассматриваются
этапы
стратегического управления
,
особенности разработки функций бизнес-стратегии и организация контроля
реализации стратегического плана.
.
В третьей главе исследуются пути
улучшения mexaнизма
стратегическое управления бизнеса.
В конце работы даются выводы полученные в результате проведенного
исследования.
97
Strategic management of the business and its improvement
SUMMARY
The dissertation work consists of introduction, three chapters, conclusions
and list of references.
In the introduction justified the relevance of the topic, defines the purpose
and objectives of the study, given the scientific novelty and practical significance of
the work.
The first Chapter examines the nature and content of strategic business
management, modern concepts of strategic management, information support the
development and implementation of business strategy.
The second Chapter deals with the stages of strategic management,
especially the development of the functions business strategy and control the
implementation of the strategic plan.
The third Chapter examines ways of improving the mechanism of strategic
management of the business.
At the end are given the conclusions obtained in the study.
Dostları ilə paylaş: |