Nazim Tapdıqoğlu
19 sentyabr 1907-ci il - Neft sənayeçilərinin muzdlu nökərləri
"Naftalan "
cəmiyyəti fəhlələrinin müvəffəqiyyətlə qurtaran tətilinin təşkilatçısı RSDFP Bi-
biheybət RK-nin və
"Hümmət" SDQİB-nin üzvü
Xanlar Səfərəliyevi arxadan
(mədən müdiri Abuzərbəyin təhriki ilə Cəfər adlı bir buruq ustası tərəfindən)
atıl
mış güllə ilə ölümcül yaralayırlar...
19 sentyabr 1918-ci il - Zəngəzurun
Bağırbəyli kəndinə hücum edən erməni
daşnaqları kəndi tamam dağıdırlar. Ələ keçən 7 nəfər dinc sakin bir evə doldu
rularaq diri-diri yandırılır...
19 sentyabr 1918-ci il - Zəngəzurun
Məlikli kəndində yuva qurmuş daşnaq
terrorçuları
Əngəvəlit güneyi adlanan yerdə Dərələyəzdəki yaylaq yurdlarından
arana qayıdan Mərcanlı elatının köçünə basqın edir. Səməd Allahverdi oğlu,
Ağahəsən Fərzalı oğlu və başqa yaylaqçılar da daxil olmaqla 7 nəfər günahsız
azərbaycanlı quduzlaşmış erməni yaraqlıları tərəfindən qətlə yetirilir...
19 sentyabr 1919-cu il - Erməni silahlıları Cəbrayıl qəzasının
Əfəndilər kəndi
ərazisində amansız terror aktı törədərək 3 çobanı öldürürlər. Onlar çobanlardan
birinin başını kəsirlər. Sonra ermənilər bütün mal-qaranı oğurlayıb aparırlar...
19 sentyabr 1919-cu il - 1 piyada alaylnm çavuşu
Qaraşarovun raportuna
görə, Cəbrayıl rayonu kəndlərindən birinin yaxınlığında erməni quldurlar 3 ço
banı öldürürlər. Onlardan birinin başı kəsilir. Azərbaycanlılara məxsus bütün
mal-qara oğurlanıb aparılır...
19 sentyabr 1938-ci il - Azərbaycan SSR XDİK DT baş mayoru
Rayevin
əmri ilə 3 nəfər güllələnir...
19 sentyabr 1988-ci il - Ermənilər tərəfindən
Xankəndi
- Ağdam şose yolu
ilə hərəkət edən azərbaycanlılara məxsus avtomaşınlar daş-qalaq edilir...
19 sentyabr 1988-ci il - Ermənilər tərəfindən
Stepanakert (Xankəndi) şəhə
rində
44 azərbaycanlı evi yandırılaraq külə döndərilir...
19
sentyabr 1989-cu il - Azərbaycan SSR AS-nin növbədənkənar XI Çağırış
10-cu sessiyasında DQMY-da vəziyyət müzakirə olunur...
19
sentyabr 1992-ci il - Milli Qəhrəman Oqtay Güləli oğlu Güləliyev Laçın
rayonunun Hoçaz kəndi yaxınlığında erməni yaraqlıları ilə döyüşdə həlak
olur...
19 sentyabr 1997-ci il - ATƏT-in Minsk qrupu
"Dağlıq Qarabağ silahlı
münaqişəsinin dayandırılması haqqında"
ikinci sənədi tərəflərə təklif edir...
20 sentyabr 1123-cü il - Sultan Mahmud qardaşları
Toğrul və
Məsud ilə
münasibətləri yoluna qoymaqda ikən gürcülər Şirvana hücum edirlər. Şirvan
başdan-başa dağıdılır...
222
Azərbaycan faciələrinin təqvimi
20 sentyabr 1827-ci il - Ruslarla iranlılar arasında
Sərdarabad döyüşü baş
verir. Sərdarabad qalası ruslar tərəfindən işğal olunur...
20 sentyabr 1918-ci il - Andranikin silahlı dəstələri Zəngəzur qəzasmdakı
Rut, D arabas, Ağudi, Vağudi kəndlərini dağıdaraq
Arıqlı, Şükür, Məlikli, Pul-
kənd, Şəki, Qızılcıq, İrlik, Rəhlili, Kürdlər, Xotapan, Sisyan, Zabazadur kəndlə
rini yandırır; 500-dən çox kişi, qadın və uşaq öldürülür...
20 sentyabr 1918 -ci il - Bakı komissarları
Ağcaqum çölündə güllələnirlər...
20
sentyabr 1920-ci il - Təbrizdə ingilis imperialistləri və şah istibdadı əley
hinə 7 apreldə M.Xiyabaninin rəhbərliyi altında başlanan üsyan yatırılır. M.Xi-
yabani öldürülür...
20
sentyabr 1944-cü il - Gürcüstan SSR-in Türkiyə ilə sərhəd rayonları olan
Adıgey, Axalsix, Axalkələk, Aspindz, Boqolokovski və Acariya MSSR-dən
15.568 ailədən ibarət
69.869 nəfər
( o cümlədən, minlərlə azərbaycanlı) Orta
Asiya Respublikalarına sürgün edilir...
20
sentyabr 1988-ci il - SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Ste-
panakertdə
(Xankəndi)
xüsusi vəziyyət elan olunur və qadağan saatı qoyulur...
20 sentyabr 1991-ci il - Ağdam rayonunun
Abdal kəndi ermənilər tərəfdən
güclü atəşə məruz qalır. Dağıntılar olur...
20 sentyabr 1991-ci il - Goranboy rayonunun
Todan kəndi yaxınlığındakı
döyüşdə
1 nəfər yaralanır,
2 milis işçisi itkin düşür...
20 sentyabr 2001-ci il - Erməni daşnaq faşizminin yetirməsi olan Hacı Ma-
qamedovun
terror qrupu Katex kəndi ərazisində yerləşən yol polis məntəqəsinə
basqın edir. / nəfər azərbaycanlı mülki şəxs qətlə yetirilir;
1 nəfər isə yarala
nır...
21 sentyabr 1826-cı il - Məşhur partizan, general-mayor
Denis Davıdovun
süvari dəstəsi
M ’ırak yanındakı
(Naxçıvan yaxınlığında)
döyüşdə İran qoşun
larını yeni bir məğlubiyyətə uğradır...
21 sentyabr 1921-ci il - Sovet qüvvələri
Qaradonlu (İmişli) yaşayış məntə
qəsində və onun ətrafında üsyan edənlərə qarşı hücum edir. Kəndlilərin birləş
miş silahlı dəstələrinə
Sanxaıı rəhbərlik edir. Qəza rəisi tərəfindən gərgin
vəziyyət nəzərə alınaraq XI Ordu qüvvələrinin göndərilməsi tələb olunur. Sovet
hakimiyyətinə qarşı baş verən bu hadisələrdə yerli adamlardan xeyli ölən və
ya
ralananlar olur...
21 sentyabr 1937-ci il - Azərbaycan
SSR XDİK idarəsinin 3-cü dərəcəli döv
lət təhlükəsizlik komissarı
Sumbatovun əmri ilə
42 nəfər güllələnir...
21 sentyabr 1988-ci il - Azərbaycan hökumətinin rəsmi nümayəndələri Həsən
223