Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə31/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   27   28   29   30   31   32   33   34   ...   112

Nazim Tapdıqoğlu
masında ermənilər tərəfindən vertolyot vurulur.  Bütün ekipaj üzvləri (3 nəfər
həlak olur...
11 
fevral  1993 -cü il - Ermənilərlə qanlı döyüşlərdə zəngilanlı döyüşçülər - 
Elşən  Zülfüqar  oğlu  Orucov  (Aladin  kəndi),
 
Nadir  Bahadur  oğlu  Feyziyev
(Mincivan  qəsəbəsi),
 
Məhərrəm Həsən oğlu Süleymanov  (Mincivan qəsəbəsi) 
həlak olurlar...
11  aprel  1994-cü  il -  Milli Qəhrəman Yelmar  Şahmar  oğlu  Edilov Ağdam 
bölgəsinin  Suma-Güllücə  kəndi  ərazisində  baş  verən  şiddətli  döyüşdə  həlak 
olur...
11 aprel  1994-cü il - Qarabağ döyüşlərində ucarlı igidlər - Eldəniz Fəzan oğlu 
Əhmədov, Pünhan Cəmil oğlu Mehdiyev, Qabil Müslət oğlu Rzayev, Cavad Cəlil 
oğlu Səlimov, Mahmud Rubil oğlu Talıbov,  Əlizamin Məhəmməd oğlu Xəlilov, 
Dilşad Ağamalı oğlu Hüseynov həlak olurlar...
12  aprel  1803-cü il - Tiflisdə Car-Balakənin Rusiya tərkibinə qatılması şərt­
ləri ilə  "Andlı  öhdəlik haqqında"
 
saziş imzalanır.  Sazişə görə  Car-Balakən  Ca­
maatı Rusiyaya ipəklə xərac ödəməli, öz ərazisində rus qoşunlarım yerləşdirməli 
idi,..
12 
aprel 1919-cu il - Erməni silahlı birləşmələri 60 evdən ibarət azərbaycan­
lılar yaşayan Mucu kəndinə hücum edir; 35 ev yandırılır, 150  kişi, 55 qadın və 
25 uşaq qətlə yetirilir.  Uşaqların gözləri çıxarılır, sonra onlar tonqala atılır...
12 
aprel  1939-cu il - Xəzərin Bakıda və Abşeron rayonunun digər yaşayış 
məntəqələri sahillərində sunami dalğaları müşahidə edilir...
12 
aprel  1991-ci il - Milli Qəhrəman Aytəkin İsrail oğlu Məmmədov Xanlar 
rayonunun Quşçu kəndi ərazisində erməni quldurları ilə döyüşdə həlak olur...
12  aprel  1992-ci il  -  Keçmiş Ağdərə  rayonunun Marquşevan  və Marağa 
kəndləri uğrunda gedən döyüşlərdə tərtərlilər - Arif Məmmədbağır oğlu Həsənov, 
Nəsir Yaqub oğlu Hacıyev, intiqam Qulu oğlu Həsənov, Mayıl idris oğlu Allah­
verdiyev həlak olurlar...
12  aprel  1992-ci il -  Ermənilər bəşəriyyət 
ə l e y h i n ə  
cinayət hesab edilən bir 
vəhşiliyə əl ataraq 
Ş u ş a n ı n  
müdafiəçilərinə 
q a r ş ı   k i m y ə v i   s i l a h d a n  
istifadə edir­
lər. Şəhərə 120 mm-lik toplardan sianid 
m a d d ə s i   h o p d u r u l a n  
iynəvari qəlpələr 
doldurulmuş 
m ə r m i l ə r  
atılır...
12  aprel  1992-ci  il  -  Erməni hərbi 
b i r l ə ş m ə l ə r i   T ə r t ə r i  
atəşə tutaraq  onun 
ərazisində zirehli transpartyorların 
m ü ş a y i ə t i   ilə  b i r   n e ç ə  
saat manevr edirlər...
12  aprel  1992-ci il - Ağdam şəhəri
 
və 
A ğ d a m  
rayonunun Papravənd və Bo- 
yəhmədli kəndləri şiddətli atəşə tutulur.  Ağdam  şəhərində ev,  Boyəhmədlidə
92
Azərbaycan faciələrinin təqvimi
3 ev, Papravənddə 8 ev dağıdılır. Papravəndə basqın edən düşmən geri oturdu­
lur...
12  aprel  1992-ci il - Ağdam rayonunun Şelli, Abdal və Gülablı kəndləri er­
mənilər tərəfindən güclü atəşə tutulur...
13  aprel  1827-ci il - Rus qoşunları  Üçkilsətıi (Eçmiadzini)  zəbt edir...
13 
aprel  1894-cü il - Erməni qiyamçıları Türkiyə ərazisində «İnqilabi erməni 
federasiyası»m yaradırlar. Federasiya Türkiyə vilayətlərində yaşayan bütün er­
məniləri öz ətrafında birləşməyə çağırır...
13 
aprel  1903-cü il - Bakıda,  Volçi- Vorot yaxınlığında şəhərin bütün rayon­
larından gələn fəhlələrin iştirakı ilə böyük mitinq keçirilir...
13 
aprel  1918-ci il - Bu gündən etibarən Ararat orduları Göyçə mahalının 
və Yeni Bayazit qəzasının dinc müsəlman əhalisinə basqın edir,  onları müsəl- 
mansızlaşdırırlar. 22 müsəlman kəndi yandırılaraq məhv edilir...
13 
aprel  1918-ci il - Erməni terrorçuları Xoy şəhərinə daxil olub,  qırğınlar 
törədir, şəhəri qarət edirlər...
13 
aprel  1918-ci il - S.Şaumyan Moskvaya göndərdiyi növbəti məktubunda 
azərbaycanlılara qarşı daşnaqlarm apardığı müharibənin milli qırğın xarakteri 
daşımasını etiraf edir. Aydın olur ki, bütün bunlar bilərəkdən törədilmişdir...
13  aprel  1919-cu il - 5-ci sahənin Dağlıq zolağının müvəkkili İsmayıl Sulta­
novun qəza rəisinin adma 21.04.1919-cu il tarixli raportundan: «.. .Ararat Res­
publikası  qoşunlarının  Yeni  Bayazid  qəzasının  Göyçə  rayonunun  dinc 
kəndlərinə basqını başlamışdır. Bundan məqsəd ərazini Göyçə gölünün şərq və 
şimal həndəvərində məskunlaşmış müsəlmanlardan təmizləməkdi.  Bir həftədə
60.000  əhalisi olan 22 kənd darmadağın edilmişdir. Bədbəxt müsəlmanlar Göyçə 
müsəlmanlarını qırıb-çatmaq məqsədi güdən erməni birləşmələrinin top-tüfəng 
atəşləri altında tələf olurdular. Ermənilərin və Ermənistan hökumətinin öz keç­
miş qonşularına bu cür insanlıqdan kənar münasibətlərini görəndə adamı dəhşət 
bürüyür.  Erməni  qoşunlarının əlinə  keçən  müsəlmanlara  onlar tarixdə  görün­
məmiş və eşidilməmiş əziyyətlərlə işgəncələr verirlər,  çox az sayda  gənc qadm 
və yeniyetmə qızlar istisna olmaqla qalan bütün qadınları, uşaqları, kişiləri, qo­
caları  öldürürlər.  Erməni quldurların təqib etdikləri azərbaycanlı  və kürd qaç­
qınları sığınacaq tapmaq ümidilə üz tutduqları Gəncə mahalının 5-cı sahəsi ilə 
həmsərhəd qarlı dağ aşırımlarında həlak olmuşlar»...
13  aprel  1919 -cu il - Erməni silahlı dəstələri 70 evdən ibarət azərbaycanlılar 
yaşayan Haşman kəndinə hücum edir.  120 nəfər azori türkü - 60 kişi, 40 qadın, 
20 uşaq qətlə yetirilir. Onların cəsədləri eybəcər hala salınır...
93


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə