Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə37/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   33   34   35   36   37   38   39   40   ...   112

Nazim Tapdıqoğlu
hüquqlardan məhrum edilir...
25 
aprel  1909-cu il - İngiltərə ilə əlbir olan çarizm guya xarici təbəələri müda­
fiə etmək bəhanəsi ilə  Təbriz  şəhərinə  qoşun yeridir.  Rus  qoşunu mücahidləri 
tərksilah etməyə başlayır...
25 
aprel  1918-ci il - Lənkəran vilayət idarəsinə qarşı üsyan başlanır. Partizan 
dəstələri ağqvardiyaçıların qərargahını, poçtu, radiostansiyam və başqa mühüm 
binaları tuturlar...
25 
aprel  1918-ci il - Bakıda Xalq Komissarları Soveti yaradılır.  Bakı XKS- 
nin sədri daşnaq-bolşevik Stepan Şaumyan seçilir...
25  aprel  1918-ci il - Erməni terrorçuları Zəngəzurun Dəstəyurd kəndinə bas­
qın edərək orada qətllər törədirlər...
25 
aprel  1918-ci il - Ərəş qəzasının Savalan kəndinə hücum edən erməni ter­
rorçuları  7 nəfəri qətlə yetirirlər; sonra ermənilər kənddən qaça bilməyən qadın 
və uşaqların başlarını kəsərək onları da öldürürlər...
25 
aprel  1918-ci il - Qars yaxınlığındakı Subatan kəndində erməni yaraqlıları 
tərəfindən 750 nəfər  türk millətindən  olan etniklər vəhşicəsinə qətlə yetirilir, 
yandırılır, asılır.  Öldürülənlərin içərisində 257 nəfər uşaq olur...
25 
aprel  1918-ci il -  Soyqırımın 3-cü bu günündə Səlmasda cilovlarla ermə­
nilər 40 000 müsəlman əsiri bir yerə toplayaraq  onları bazardan keçirib Həftvan 
və  Qalasər kəndlərinə  aparırlar.  Əsirlər lüt-üryan  bir həftə  burada saxlanılır; 
sonra onlar müxtəlif uzaq bölgələrə yola salınır. Onların yarıdan çoxu yollarda 
aclıqdan qırılır;  Xoy və Güney  mahallarına  çatanların  çoxusu  isə  müxtəlif 
xəstəliklərdən həlak olurlar...
25  aprel  1919-cu il - Bolşevik separatçı qüvvələri Azərbaycan Respublika­
sının cənubunda  "Muğan Respublikası" və ya  "Lənkəran Respublikası" yarat­
mağı planlaşdırırlar...
25  aprel  1922-ci il - Əslən Qarabağdan olan daşnaq ermənisi Zaren Məlik- 
Şahnazaryan Tiflis şəhərində  “Gənc Türklər ”dən olan Camal paşam və onun bir 
köməkçisini qətlə yetirir...
25 
aprel  1991-ci il - Erməni quldurları azərbaycanlıların yaşadığı  Umudlu 
kəndinə saat 16.00-da basqın edirlər. Kənd mədəniyyət evinin direktoru, 5 uşaq 
atası Məcid Niftalıyev ağır güllə yarası alır. Ermənilər eləcə də Tərtər rayonunun 
Qapanlı  və Qaradağlı kəndlərini atəşə tuturlar.  Dinc əhali arasında ölənlər və 
yaralananlar olur...
25  aprel  1993-cü il - Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam rayonla­
rının  əraziləri  ermənilər tərəfindən  artilleriya  atəşinə məruz  qalır.  Dağıntılar 
olur...
25  aprel  1994-cü il - Ermənilər Ağdam rayonunun Qərvənd kəndinə güclü
104
Azərbaycan faciələrinin təqvimi
hücum edirlər. İtkilər olur...
26 
aprel  1920-ci il - Ölkə PK-nın Bakı bürosu ilə  AK(b) P MK-nin birlikdə 
keçirilmiş təcili iclası hakimiyyətin  ələ alınması planını müəyyən  edir.  Üsyana 
rəhbərlik etmək üçün A.Əlimov, D.Bünyadzadə, M.D.Hüseynov, Ə.H.Qarayev, 
Q.Musabəyov, N.Nərimanov və H.Sultanovdan ibarət Müvəqqəti Azərbaycan 
İnqilab Komitəsi təşkil edilir...
26  aprel  1920-ci il  -Erməni  saqallıları indiki Ağdam rayonunun Abdal və 
Gülablı kəndlərini zəbt edirlər.  Gülablı  kəndi yandırılır...
26 
aprel  1920-ci il - Rus qoşunları Azərbaycanın şimalmdadır; bir neçə saat 
sonra rus əsgərləri şimal sərhədini keçir...
26  aprel  1946-cı il - Qərbi Azərbaycanın Amasiya rayonunda  Cələb (Rad- 
zor),  İlanlı  (Çaybasar),  Qaraməmməd  (Meğraşot);  Düzkənd  (Axuryan) 
rayonunda Molla Musa (Voskehask), Dirəklər (Karnut), İlxıyabı (Hayqabats), 
Yuxarı  Qanlıca  (Marmaraşen),  Aşağı  Qanlıca  (Bahramaberd),  Böyük  Kəti 
(Keti), Kiçik Kəti (Lematsk), Ocaqqulu (Arapi), Ortakilsə (Maisyan);  Yelenovka 
(Sevan) rayonunda Aleksandrovka  (Çkalovka),  Ördəkli (Lçaşen),  Çirçir (Var- 
ser), Şəhriz (Geğamavan); Hamamlı (Spitak) rayonunda Ağbulaq (Luskaxpyur), 
Göy  Yoxuş (Saralanc),  Goran (Qoqaran),  Qaltaxçı (Artagyuğ),  Qaraboya (Xi- 
koyan), Qaral (Katnacur), Quçağan (Lemavan), Qızılörən (Şenavan), Muncuqlu 
(Tsilkar),  Çotur (Sarameç),  Əfəndi (Karadzor) kəndlərinin adları ermənilər tə­
rəfindən dəyişdirilir...
26 
aprel  1988-ci il  - Vilayət XDS  İK-nin  sessiyası çağırılır.  İK-nin  sədri 
V.V.Osipovu vəzifəsindən  azad  edib,  yerinə  qatı millətçi,  separatçı  V.A.Tov- 
masyanı  seçmək  planlaşdırılır.  Müzakirələr zamanı DQMV-in Azərbaycanın 
tərkib hissəsindən çıxmasına dair qərarlar, fikirlər səsləndirilir. Qəribə burasıdır 
ki, Azərbaycan rəhbərliyi  separatçı  V.A.Tovmasyanm seçilməsinə öz rəsmi ra­
zılığını verir...
26  aprel  1991-ci  il  -  Erməni  yaraqlıları Goranboy  rayonunun  Gürzalılar 
kəndinə hücum edir.  2  nəfər öldürülür,  1 nəfər yaralanır...
26  aprel  1991-ci il - Goranboy rayonu ərazisində polis əməkdaşları - Azər 
Xametov və Səlimxan Rəhimxanov erməni terrorçuları tərəfindən qətlə yetirilir­
lər...
26 
aprel  1992-ci il - Erməni silahlı quldur dəstələri 20-dən çox zirehli maşmm 
və 2 tankın köməyi ilə Qafan rayonu tərəfdən Azərbaycan Respublikasının sər­
hədim keçib, Zəngilan rayonunun ərazisinə soxularaq Qazançı və Dərəli kənd­
lərini  tutur;  Seyidlər kəndinə girməyə  cəhd göstərirlər.  Düşmən Şayıflı kəndi
105


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə