Nazim Tapdıqoğlu
hüquqlardan məhrum edilir...
25
aprel 1909-cu il - İngiltərə ilə əlbir olan çarizm guya xarici təbəələri müda
fiə etmək bəhanəsi ilə Təbriz şəhərinə qoşun yeridir. Rus qoşunu mücahidləri
tərksilah etməyə başlayır...
25
aprel 1918-ci il - Lənkəran vilayət idarəsinə qarşı üsyan başlanır. Partizan
dəstələri ağqvardiyaçıların qərargahını, poçtu, radiostansiyam və başqa mühüm
binaları tuturlar...
25
aprel 1918-ci il - Bakıda Xalq Komissarları Soveti yaradılır. Bakı XKS-
nin sədri daşnaq-bolşevik Stepan Şaumyan seçilir...
25 aprel 1918-ci il - Erməni terrorçuları Zəngəzurun Dəstəyurd kəndinə bas
qın edərək orada qətllər törədirlər...
25
aprel 1918-ci il - Ərəş qəzasının Savalan kəndinə hücum edən erməni ter
rorçuları 7 nəfəri qətlə yetirirlər; sonra ermənilər kənddən qaça bilməyən qadın
və uşaqların başlarını kəsərək onları da öldürürlər...
25
aprel 1918-ci il - Qars yaxınlığındakı Subatan kəndində erməni yaraqlıları
tərəfindən 750 nəfər türk millətindən olan etniklər vəhşicəsinə qətlə yetirilir,
yandırılır, asılır. Öldürülənlərin içərisində 257 nəfər uşaq olur...
25
aprel 1918-ci il - Soyqırımın 3-cü bu günündə Səlmasda cilovlarla ermə
nilər 40 000 müsəlman əsiri bir yerə toplayaraq onları bazardan keçirib Həftvan
və Qalasər kəndlərinə aparırlar. Əsirlər lüt-üryan bir həftə burada saxlanılır;
sonra onlar müxtəlif uzaq bölgələrə yola salınır. Onların yarıdan çoxu yollarda
aclıqdan qırılır; Xoy və Güney mahallarına çatanların çoxusu isə müxtəlif
xəstəliklərdən həlak olurlar...
25 aprel 1919-cu il - Bolşevik separatçı qüvvələri Azərbaycan Respublika
sının cənubunda "Muğan Respublikası" və ya "Lənkəran Respublikası" yarat
mağı planlaşdırırlar...
25 aprel 1922-ci il - Əslən Qarabağdan olan daşnaq ermənisi Zaren Məlik-
Şahnazaryan Tiflis şəhərində “Gənc Türklər ”dən olan Camal paşam və onun bir
köməkçisini qətlə yetirir...
25
aprel 1991-ci il - Erməni quldurları azərbaycanlıların yaşadığı Umudlu
kəndinə saat 16.00-da basqın edirlər. Kənd mədəniyyət evinin direktoru, 5 uşaq
atası Məcid Niftalıyev ağır güllə yarası alır. Ermənilər eləcə də Tərtər rayonunun
Qapanlı və Qaradağlı kəndlərini atəşə tuturlar. Dinc əhali arasında ölənlər və
yaralananlar olur...
25 aprel 1993-cü il - Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdam rayonla
rının əraziləri ermənilər tərəfindən artilleriya atəşinə məruz qalır. Dağıntılar
olur...
25 aprel 1994-cü il - Ermənilər Ağdam rayonunun Qərvənd kəndinə güclü
104
Azərbaycan faciələrinin təqvimi
hücum edirlər. İtkilər olur...
26
aprel 1920-ci il - Ölkə PK-nın Bakı bürosu ilə AK(b) P MK-nin birlikdə
keçirilmiş təcili iclası hakimiyyətin ələ alınması planını müəyyən edir. Üsyana
rəhbərlik etmək üçün A.Əlimov, D.Bünyadzadə, M.D.Hüseynov, Ə.H.Qarayev,
Q.Musabəyov, N.Nərimanov və H.Sultanovdan ibarət Müvəqqəti Azərbaycan
İnqilab Komitəsi təşkil edilir...
26 aprel 1920-ci il -Erməni saqallıları indiki Ağdam rayonunun Abdal və
Gülablı kəndlərini zəbt edirlər. Gülablı kəndi yandırılır...
26
aprel 1920-ci il - Rus qoşunları Azərbaycanın şimalmdadır; bir neçə saat
sonra rus əsgərləri şimal sərhədini keçir...
26 aprel 1946-cı il - Qərbi Azərbaycanın Amasiya rayonunda Cələb (Rad-
zor), İlanlı (Çaybasar), Qaraməmməd (Meğraşot); Düzkənd (Axuryan)
rayonunda Molla Musa (Voskehask), Dirəklər (Karnut), İlxıyabı (Hayqabats),
Yuxarı Qanlıca (Marmaraşen), Aşağı Qanlıca (Bahramaberd), Böyük Kəti
(Keti), Kiçik Kəti (Lematsk), Ocaqqulu (Arapi), Ortakilsə (Maisyan); Yelenovka
(Sevan) rayonunda Aleksandrovka (Çkalovka), Ördəkli (Lçaşen), Çirçir (Var-
ser), Şəhriz (Geğamavan); Hamamlı (Spitak) rayonunda Ağbulaq (Luskaxpyur),
Göy Yoxuş (Saralanc), Goran (Qoqaran), Qaltaxçı (Artagyuğ), Qaraboya (Xi-
koyan), Qaral (Katnacur), Quçağan (Lemavan), Qızılörən (Şenavan), Muncuqlu
(Tsilkar), Çotur (Sarameç), Əfəndi (Karadzor) kəndlərinin adları ermənilər tə
rəfindən dəyişdirilir...
26
aprel 1988-ci il - Vilayət XDS İK-nin sessiyası çağırılır. İK-nin sədri
V.V.Osipovu vəzifəsindən azad edib, yerinə qatı millətçi, separatçı V.A.Tov-
masyanı seçmək planlaşdırılır. Müzakirələr zamanı DQMV-in Azərbaycanın
tərkib hissəsindən çıxmasına dair qərarlar, fikirlər səsləndirilir. Qəribə burasıdır
ki, Azərbaycan rəhbərliyi separatçı V.A.Tovmasyanm seçilməsinə öz rəsmi ra
zılığını verir...
26 aprel 1991-ci il - Erməni yaraqlıları Goranboy rayonunun Gürzalılar
kəndinə hücum edir. 2 nəfər öldürülür, 1 nəfər yaralanır...
26 aprel 1991-ci il - Goranboy rayonu ərazisində polis əməkdaşları - Azər
Xametov və Səlimxan Rəhimxanov erməni terrorçuları tərəfindən qətlə yetirilir
lər...
26
aprel 1992-ci il - Erməni silahlı quldur dəstələri 20-dən çox zirehli maşmm
və 2 tankın köməyi ilə Qafan rayonu tərəfdən Azərbaycan Respublikasının sər
hədim keçib, Zəngilan rayonunun ərazisinə soxularaq Qazançı və Dərəli kənd
lərini tutur; Seyidlər kəndinə girməyə cəhd göstərirlər. Düşmən Şayıflı kəndi
105
Dostları ilə paylaş: |