Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə34/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   30   31   32   33   34   35   36   37   ...   112

Nazim Tapdıqoğlu
18 
aprel  1991-ci il - Füzuli rayonunun' Divanalılar kəndi yaxınlığında yerli 
milis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularını aparan  “Təcili 
yardım”
 
maşını  atəşə  tutulur.  Sürücü Əlvan Ərşad oğlu Ağayev,  milis  zabiti 
Namiq Həsən oğlu Hümbətov,  hərbi qulluqçu Ainur Raşitoviç Inayev həlak olur­
lar, nəfər - milis serjantı Çingiz Ərşad oğlu İsmayılov, hərbi qulluqçu İqor  Vla- 
dimiroviç  Şelmenkov ağır yaralanırlar...
18 
aprel  1991-ci il -  Q.Sarkisyanın başçılıq etdiyi erməni terrorçuları  Azər­
baycan  Respublikasının  Dağlıq  Qarabağ Vilayətinin Xocavənd  rayonundakı 
Ağoğlan türbəsi yanında dayanmış avtomobili atəşə tutur. 3 azərbaycanlı milis 
əməkdaşı həlak olur...
18 
aprel  1992-ci il Qazax-Cəfərli
 
avtomobil yolunun 10-cu kilometrliyində 
"VAZ"
 
markalı maşın ermənilərin silahlı basqınına məruz qalır, nəticədə 2 nəfər 
azərbaycanlı ağır yaralanır...
18  aprel  1993-cü il - Ermənilər Kəlbəcərdən girov götürdükləri 30 nəfərdən 
19-nu Əmirəliyeva Arzu Binnət qızının gözləri qarşısında güllələyirlər. Güllələ- 
nənlər arasında onun həyat yoldaşı, anası, bacısı, qayınatası, qaynı, baldızı və 
əmisi arvadı da olur...
18  aprel  1994 - cü il - Ağdam rayonunun Güllücə, Suma, İlxıçılar,  Tağıbəyli
kəndləri ərazisində şiddətli döyüşlər gedir.  İtkilər olur...
18  aprel  1994-cü il - Ağdam rayonunun  Cəvahirli kəndi istiqamətində er­
məni yaraqlıları ilə gedən qanlı döyüşlərdə Nazim İbrahim oğlu Cəbrayılov həlak 
olur...
19  aprel  1919-cu il - Yaraqh erməni quldurları azərbaycanlıların yaşadıqları 
Böyük  Qaraqoyunlu,  Kiçik  Qaraqoyunlu,  Zərzibil,  Çayəhmədli, İnəkdağ,  Qara 
İman,  Kəsəmən,  Baş Kənd,  Kiçik Məzrə, Şişqaya, Baş Hacı,  Qərib Qaya kənd­
lərinə yenidən basqın edirlər. Silahsız azərbaycanlılar kəndi yenidən tərk etməyə 
məcbur olurlar.  Ölən və yaralananlar olur.  Azərbaycanlıların bütün  əmlak və 
mal-qaraları qarət olunur...
19 
aprel  1920-ci il - Erməni quldur birləşmələri «Daşnaksütyun»
 
terror təş­
kilatının göstərişini  yerinə yetirərək, indiki Ağdam rayonunun Gülablı
 
kəndinin 
ətraf məhəllələrini yandırır. Sakinlər arasında çaxnaşma salmır. Bir neçə kəndli 
əsir götürülür...
19 
aprel  1921-ci il - RSFSR Xalq Komissarları Soveti  “Neft sənayesi və onu 
yeni iqtisadi siyasət yoluna salmaq məsələsi’n
 
i müzakirə edir və "lazımi tədbirlər" 
görür...
19  aprel  1939-cu il - Görkəmli Azərbaycan ziyalısı Əsəd Nəsir oğlu Axundov
98
Azərbaycan faciələrinin təqvimi
güllələnir...
19 
aprel  1991-ci il - Azərbaycanın nəfər işıqlı ziyalısı - Azərbaycan Bədii 
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, Azərbaycan Ali Sovetinin depu­
tatı (1990),  parlamentin millətlərarası münasibətlər üzrə daimi komissiyasının 
sədri, xalq hərəkatının liderlərindən biri, Qarabağa Xalq Yardımı Komitəsinin 
sədr müavini,  Azərbaycan  Yazıçılar  İttifaqı  katibliyinin  heyət üzvü,  tanınmış 
türkoloq-alim  Aydm Məmmədov (1944-cü il təvəllüdlü)  və Azərbaycan xalq hə­
rəkatının  digər vətənpərvər öncüllərindən biri, Azərbaycan  SSR Ali Sovetinin 
deputatı  (1990),  AMEA  Nizami  adma  Dil  və Ədəbiyyat  İnstitutunun bölmə 
müdiri  və  elmi  işçisi,  filologiya  elmləri  doktoru Dilarə  Əliyeva  (1929-cu il tə­
vəllüdlü)
 
müəmmalı avtomobil qəzasında həlak olurlar...
19 
aprel  1991-ci il Şuşa-Ağdam
 
avtomobil yolunda maşın karvanı - sürücü 
Mirzəyevin idarə etdiyi 99-67 AQD,
 
Qədir Əmirovun idarə etdiyi 96-20 AQYA 
nömrəli  avtobuslar,  Həsən Quliyevin idarə etdiyi 96-79 A Q V n ö mrəli  “UAZ” 
markalı maşını Ağa körpüsü
 
yaxınlığında ermənilər tərəfindən partlayışa məruz 
qalır; Allahverdi Cümşüdovun şəxsi maşını tam yararsız hala düşür.  Bu hadisə 
nəticəsində ağır yaralananlar da olur...
19 
aprel  1992-ci il - Ermənilər Xocavənd rayonunun Əmirallar kəndini zi­
rehli maşınlardan və iriçaplı pulemyotlardan atəşə tuturlar. Kəndin müdafiəçi­
lərindən Xanoğlan Həsənov və Xanoğlan Salahov həlak olurlar...
19  aprel  1992-ci  il -  "Müqəddəs Erməni  Vətən birliyi" təşkilatı  (təşkilat  3 
dekabr  1989-cu  ildə Xartumda erməni mühaciri Emin Aydınyanın  təşəbbüsü  ilə 
yaradılıb)
 
Laçın rayonunun Hacılar kəndində  müstəqil  silahlı  dəstə kimi fəa­
liyyətə başlayır...
20  aprel  1827-ci il - Rusiya-İran müharibəsi zamanı ruslar Xudafərin körpü­
lərini  tuturlar.  Döyüşlər zamanı çoxlu  sayda  azərbaycanlı dinc sakinlər həlak 
olurlar...
20  aprel  1847-ciil-  "Kəndli əsasnamələri"
 
adlı sənədlər nəşr olunur...
20 
aprel  1915-ci il - Ruslar cəbhə xəttində insanlığa sığmayan üsulla müsəl­
manlara qarşı  birinci deportasiyalarını yekunlaşdırırlar.  Bu aksiya nəticəsində 
Türkiyənin  təxminən  400  000  nəfər  müsəlman  əhalisi  qətlə  yetirilir  və  itkin 
düşür...
20  aprel 1918-ci il - Ərəş qəzasının Ərəbki kəndinə basqın edən erməni silahlı 
quldurları  8  dinc  azərbaycanlı  sakinini  qətlə  yetirirlər;  bu  cəsədlərin  gözləri 
süngü ilə oyulur...
20  aprel  1920-ci il - San-Remo konfransında  «erməni məsələsi»  müzakirə
99


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə