Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə35/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   31   32   33   34   35   36   37   38   ...   112

Nazim Tapdıqoğlu
edilir. Bu, onlarm öz qonşularına qarşı olan təkəbbürlü münasibəti daha da ar­
tırır...
20 
aprel  1921-ci il - Azərbaycan əyalətinə vali göndərilən Eynüddövlə zahi­
rən bütün şərt və təəhhüdləri qəbul edərək Təbrizə daxil olur...
20 
aprel  1990-cı il - Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 
keçirdiyi iclasda fövqəladə vəziyyət rejimində seçkilərə hazırlıq və onun keçiril­
məsinin qeyri-qanuniliyi müzakirə olunur...
20  aprel  1991-ci il - Cəbrayıl rayonunun  Qışlaq,  Doşulu,  Daşbaşı  kəndləri 
ermənilər tərəfdən atəşə tutulur...
20 aprel  1991-ci  il  -  Xocalı aeroportunda Xankəndi şəhər  sakini M.Mirzə- 
bekyan saxlanılır.  Ondan  10 000 manat pul, 40 şüşə konyak,  100 kq ət və nar­
kotik maddə müsadirə olunur...
20 
aprel  1991-ci il- SSRİ DİN DQ komandam, general-polkovnik Y.Şatalin 
Ermənistan SSR Ali Sovetinin sədri L.Ter-Petrosyana məktub göndərərək bil­
dirir ki, erməni yaraqlılarının əli ilə milli münaqişə zamanı DQ-m 19 hərbi qul­
luqçusu öldürülmüşdür...
20  aprel  1991-cü il - Bham Baxşeyiş  oğlu Allahverdiyev Xankəndi yaxınlı­
ğında  ermənilərin  gizli  şəkildə  maşına  qoyduqları  partlayıcı  qurğunun  işə 
düşməsi nəticəsində  faciəli  sürətdə həlak olur...
21  aprel  1408-cü  il  -  Qara Yusif Təbrizin  cənubunda Sərdrud döyüşündə 
Miranşaha qalib gələrək onu öldürür.  Əbu Bəkr isə qaçır. Azərbaycanda Tey- 
muri ağalığına son qoyulur...
21  aprel  1549-cu il 1  Şah İsmayılın  oğlu  Əlqas Mirzə  atalarının  qisasını 
almaq məqsədilə 3 dustaq tərəfindən Ələmut qalasındakı hündür həbsxanadan 
aşağı atılaraq öldürülür...
21  aprel  1831-ci il -  Talış üsyanı məğlub olur...
21  aprel  1902-ci i l
-B akıda birinci açıq siyasi nümayiş baş verir...
21 
aprel  1903-cü il - "Cənubi Qafqazın beş quberniyasında pay torpaqlarını 
müəyyənləşdirmək və torpaq quruluşu işini aparmaq  qaydası haqqında"  əsas­
namə verilir...
21 
aprel  1916 cı- il - Urmiyada 100-dən çox müsəlman cilovların və erməni­
lərin əli ilə amansızlıqla qətlə yetirilir...
21 
aprel  1918-ci il - Qızıl Ordu hissələri ilə müsavat qoşunları arasında Ha­
cıqabul ərazisində qanlı vuruşma olur...
21  aprel  1918-ci il - Salyan qəzasının Tatarməhlə, Kor-Qarabucaq və başqa 
kəndləri ərazilərində erməni yaraqlıları tərəfindən amansız qətliamlar törədilir.
100
Azərbaycan faciələrinin təqvimi
1.000  nəfərə yaxın dinc azərbaycanlı öldürülür...
21 
aprel  1918 ci il  Erməni  silahlı  quldurları Basarkeçər bölgəsində  azər­
baycanlıların yaşadıqları kəndlərdə dinc sakinləri amansızlıqla qətlə yetirirlər...
21  aprel  1920-ci il -Qafqaz Cəbhəsi Komandanlığı Tuxaçevski, Orconikidze 
və Zaxarovun imzası ilə yazdığı direktivdə 27 apreldə Azərbaycan sərhədini ke­
çəndən sonra nəinki təkcə Bakını, bütün Azərbaycanı tutmağı XI Qızıl Ordu və 
Volqa-Xəzər donanmasına tapşırır...
21  aprel  1938-ci il - Görkəmli dövlət xadimi,  "Hümmət"
 
təşkilatının banilə­
rindən biri Sultanməcid Məcid oğlu Əfəndiyev (partiya təxəllüsləri - Müftizadə, 
Yoldaş, Sultan)  "dünyasını dəyişir”...
21  aprel  1990-cı il -  Rayonların  ərazilərində  qismən  dəyişikliklər edilməsi 
haqqında fərman imzalanır...
21 
aprel  1991-ci il - Cəbrayıl rayonunun Süleymanlı,  Qışlaq, Nüsus, Daşbaşı, 
Sirik, Sur kəndləri ermənilər tərəfindən atəşə tutulur...
21  aprel  1994-cü il - Tərtərli igidlər - Qabil Cəlil oğlu Əliyev, Bəxtiyar Abil 
oğlu Əliyev, Müşfiq Saleh oğlu Hüseynov, Çingiz Bayram oğlu Qasımov, Elman 
Qənimət oğlu Əliyev, Abil Əsəd oğlu Muradov ermənilərlə döyüşdə həlak olur­
lar...
22  aprel  1831-ci il - Çar qoşunları Talış üsyançılarının son dayağı olan Əm- 
buran kəndini ələ keçirir.  Mir Həsən xan qaçır.  Talış üsyanı yatırılır...
22 
aprel  1918-ci il - Cənubi Qafqaz Demokratik Federativ Respublikası ya­
radılır.  Zaqafqaziya Seymi Zaqafqaziyanı Müstəqil Federativ Respublika elan 
edir  (26 apreldə Çxengelinin rəhbərliyi altında yeni hökumət təşkil olunur)...
22  aprel  1920-ci il - Məmmədhəsən Hacınski yeni hökuməti təşkil etməkdən 
imtina edir...
22 
aprel  1920-ci il - RK(b)P Qafqaz Ölkə Komitəsi Bakı bürosunun müşa­
virəsi keçirilir. Müşavirə hakimiyyəti təslim etmək haqqında aprelin 27-də müsa­
vat hökumətinə ultimatum verilməsini və dərhal silahlı üsyana başlamağı qərara 
alır...
22 
aprel  1962-ci il - Görkəmli Azərbaycan ziyalısı, milli-azadlıq hərəkatının 
təəssübkeşlərindən  biri  Ceyhun bəy Əbdülhüseyn oğlu  Hacıbəyli  vətəndən çox 
uzaqlarda, Paris şəhərində ölür...
22  aprel  1992-ci il - Zəngilan rayonunun Kollu,  Günqışlaq,  Seyidlər, Pirve- 
yisli,  Rəzdərə kəndləri ermənilər tərəfindən basqına məruz qalır. Azyaşlı Sadıq 
Baloğlan oğlu Süleymanov qətlə yetirilir...
22  aprel  1993-cü il - Ağdam rayonunun qərb tərəfindəki kəndləri ermənilər
101


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə