Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə32/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   28   29   30   31   32   33   34   35   ...   112

Nazim Tapdıqoğlu
13  aprel  1919-cu il - Daşnaq terrorçular Tay qulaq Andranikin başçılığı ilə 
Göyçə mahalının 22 məntəqəsinə  -  İnəkdağ və ətraf kəndlərə  basqın  edurlər. 
Əhali öldürülür və didərgin salmır. Söyüdlü aşırımından Kəlbəcər üzə aşmağa 
can atan  zavallı  400  ailə qara, çovğuna düşərək Sümüktökülən dərədə kütləvi 
şəkildə donvurmadan məhv olur...
13  aprel  1991-ci il  -  Qarabağ hadisələri  başlayandan 200-cü
 
azərbaycanlı 
qətlə yetirilir...
13  aprel  1992-ci il  -  Ağdamın  Güllücə,  Boy əhmədli,  Şotlanlı,  Əhmədavar
kəndləri ermənilər tərəfindən atəşə tutulur...
13  aprel  1992-ci il -  Milli Qəhrəman Firudin İsa  oğlu Şamıyev erməni  qul­
durları ilə Мэгэт kəndinin uğrunda gedən döyüşlərdə həlak olur. Quşçu Ayrım 
və Aşağı Əskipara kəndləri ərazisində gedən döyüşlərdə nəfər ölür, nəfər ya­
ralanır...
13  aprel  1994-cü il - Dağıstan Respublikasının  "Dağıstan alovları” stansiyası 
yaxınlığında  "Moskva-Bakı" sərnişin qatarı erməni terrorçuları tərəfindən part­
ladılır.  6  nəfər həlak olur,  3  nəfər yaralanır...
13  aprel  1994-cü il -  "Karatyan " adlı nəfərlik iqtisadçılar qrupu torpaqlar 
haqqında fikirlər hazırlamaq, ərazinin strateji nöqtələrini araşdırmaq məqsədilə 
Zəngilana gəlir...
14  aprel  1909-cu il -M arağa şəhərinin qubernatoru olmuş Səməd xanın qo­
şunları Təbrizə hücum edir...
14 
aprel  1918-ci il - Polkovnik Avetisovun başçılıq etdiyi daşnaq terrorçuları 
Lənkəran  qəzasında  4.000  əhalini  qətlə  yetirirlər.  Sütəmurtov,  Musaküçə, 
Türkoba,  Aşağı Nüvədi və digər  kəndlərdə  (ümumilikdə
 
40 yaşayış məntəqə­
sində)
 
erməni daşnaqları xüsusilə ağır cinayətlər törədirlər...
14 
aprel  1919-cu il - Erməni daşnaqları 30 evdən ibarət azərbaycanlılar ya­
şayan  Zeyvə  kəndinə hücum  edirlər.  30 kişi,  20 qadın,  32 uşaq məhv edilərək 
diri-diri tonqalda yandırılır...
14 
aprel  1919-cu il - Yaraqlı erməni quldurları azərbaycanlıların yaşadıqları 
Daşkənd,  Qoşabulaq,  Sarıyaqub,  Baş Şorca,  Aşağı Şorca,  Soğanquluağalı,  Ağ- 
kilsə,  Zod,  Quluağalı kəndlərinə hücum edib onları talan edirlər.  Silahsız əhali 
qaçmaq məcburiyyətində qalır. Azərbaycanlıların bütün əmlakları ermənilər tə­
rəfindən qarət olunur.  Onlarla ölənlər və yaralananlar olur...
14 
aprel  1944-cü il -  SSRİ Ali  Soveti  Rəyasət Heyətinin qərarı ilə  Cənubi 
Qafqaz Müsəlmanlarının Ruhani İdarəsi yaradılır. Onun ilk sədri Şeyxülislam 
Ağa Əlizadə seçilir...
94
Azərbaycan faciələrinin təqvimi
14 
aprel 1948-ci il - Azərbaycan  SSR Nazirlər Soveti Ermənistandan azər­
baycanlıların köçürülməsini «siyasi və xalq təsərrüfatı üçün əhəmiyyətli»
 
hesab 
edərək bütün nazirlərdən, əlaqədar təşkilatlardan tələb edir ki, qeyd olunan tə­
ləblər təcili həyata keçirilsin...
14  aprel  1991-ci il - Laçın rayonunun Zabux kəndi ermənilər tərəfdən avto­
mat və pulemyotlardan atəşə tutulur...
14  aprel  1992-ci il - Ermənilərin Ağdam şəhərinə atdıqları mərmi nəticəsində 
2 nəfər həlak olur, 2 nəfər isə yaralanır. Erməni yaraqlıları rayonun  Papravənd, 
Şelli,  Qalayçılar  kəndlərinə hücum edir. nəfər həlak olur...
14  aprel  1992-ci il -  Şuşa şəhərinin ermənilər tərəfindən mərmi atəşinə tu­
tulması nəticəsində  1  nəfər həlak  olur, 7  nəfər  yaralanır...
14  aprel - 1993-cü il - Xocavənd rayonu istiqamətindən Ağdam rayonu əra­
zisinə ermənilər tərəfindən güclü hücum olunur. Düşmənin bu hücumu müvəq­
qəti  dayandırılırsa  da,  Azərbaycan  tərəfindən  4  nəfər həlak  olur,  7  nəfər 
yaralanır...
14  aprel - 1993-cü il - Goranboy rayonunun Gülüstan kəndi uğrunda şiddətli 
döyüşlər gedir...
15 
aprel  1395-ci il - Terek çayı sahilində Əmir Teymurun ordusu ilə  Qızıl 
Orda xanı Toxtamışm  qoşunu  arasında döyüş  baş verir.  Əmir Teymur qalib 
gəlir.  Bu döyüşdə azərbaycanlılar - Şirvanşah İbrahimin və Şəki hakimi Seyid 
Əlinin  komandanlığı ilə dəstələr vassalları  olduğu Teymurun  tərəfində vuru­
şurlar...
15 
aprel  1917-ci il - Bakıda gün davam edən Qafqaz müsəlmanlarının qal­
maqallı qurultayı keçirilir...
15 
aprel  1919-cu il - Erməni yaraqlıları Böyük Qaraqoyunlu,  Kiçik Qaraqo­
yunlu,  Zərzibil,  Çayəhmədli,  İnəkdağ,  Qara İman,  Kəsəmən,  Baş Kənd,  Kiçik 
Mərzə, Şişqaya, Baş Hacı,  Qərib Qaya kəndlərinə hücum edib əhalini qırır, mal- 
dövlətlərini ələ keçirirlər.  Bütün bu kəndlərin sağ qalmış əhalisi silahlanmış er­
məni  quldurların  basqınından  canlarını  götürüb  müxtəlif  istiqamətlərə 
qaçırlar...
15  aprel  1918-ci il - Ərəş qəzasının Çomaqlı stansiyası yaxınlığında erməni 
silahlıları azərbaycanlıların araba karvanma basqın edərək 21  arabaçını qətlə 
yetirir,  onların cəsədlərinin gözlərini süngü ilə oyurlar...
15 
aprel  1920-ci il - Fətəli xan Xoyski Dərbənd rayonuna rus qoşunlarının 
toplanması səbəbləri barədə məlumat vermək üçün Çiçerinin adma növbəti nota 
göndərir...
95


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə