Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə29/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   25   26   27   28   29   30   31   32   ...   112

Nazim Tapdıqoğlu
çulan kəndə basqın edirlər. 555 kişi, 260 qadın, 140 uşaq terrorçular tərəfindən 
amansızlıqla  qətlə yetirilir.  Stansiyadakı  bütün tikililəri  ermənilər od  vuraraq 
yandırırlar...

aprel  1990-cı il - M.Qorboçovun imzası ilə 17 bənddən ibarət "Fövqəladə 
vəziyyətin  qanuni  şərtləri"  qərarı  qəbul  olunur.  SSRİ  Ali  Sovetinin  sədri 
A.Lukyanov qərarın qüvvəyə mindiyini rəsmi şəkildə elan edir...

aprel  1990-cı il - Ermənilər Dağlıq Qarabağın Azərbaycan Respublikasın­
dan  ayrılmasını  və  orada  referendum keçirilməsini  «Müttəfiq Respublikanın 
SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında»
  1 410-1 
nömrəli 
SSRİ Qanununun Muxtar Vilayətə verdiyi səlahiyyətlərlə əsaslandırırlarsa, Şa- 
umyan  (Ağcakənd)
 
rayonunun da ermənilərin kompakt yaşadıqları rayon ol­
duğunu  iddia  edərək  həmin  qanunun  3-cü maddəsinin  ona  da  öz  statusunu 
müəyyənləşdirmək imkanı verdiyini əsas gətirirlər. Azərbaycanın rəsmi dövlət 
qurumları nədənsə ermənilərin bu və bunun kimi digər təcavüzkar iddialarına 
etinasız yanaşır...

aprel  1992-ci il - Ağdam rayonunun Şelli kəndi ermənilər tərəfindən atəşə 
məruz qalır...
3  aprel  1993-cü il - Kəlbəcər şəhərini tərk etmiş Azərbaycan ordusunun his­
sələri Murovdağın ətəklərinə doğru geri çəkilir. İtkilər olur...
4  aprel  1919-cu il - Erməni quldur birləşmələri Böyük  Vedi kəndinə yaxın­
laşırlar. Müsəlman ağsaqqalları üə görüş üçün rəsmi səbəb danışıqlar aparılması 
idi. Gözlənilmədən ermənilər tərəfdən açılan atəşlər nəticəsində Böyük Vedi kən­
dinin iki nümayəndəsi  - Zeynalabdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşirbəy oğlu 
öldürülürlər...
4  aprel  1993-cü  il -  30 yaşlı Kəlbəcər rayon sakini İmarət Məmmədovanın
gözləri qarşısında ermənilər 8 mülki şəxsi, o cümlədən, İmarətin 8 yaşlı oğlu Ta­
lehi  güllələmiş, sonra meyidləri yandırmışlar...

aprel  1993-cü il - Füzuli və Ağdam rayonlarının əraziləri ermənilər tərə­
findən atəşə tutulur...
4  aprel  1993-cü  il -  Erməni  yaraqlıları  muzdluların  köməyi  ilə  Füzuli 
rayonunun  Üçbulaq  kəndinə yenidən hücum edirlər.  Kənd yandırılır.  İtkilər 
olur...
5  aprel  1915-ci il - General Yudeniç Qafqaz canişininə yazdığı sənəddə bil­
dirir ki, ermənilərin işğal etdikləri torpaqları müharibədən sonra onlardan geri
86
Azərbaycan faciələrinin təqvimi
almaq və ya tutulanların onlara məxsus olmadığını sübuta yetirmək çətin ola­
caqdır...

aprel  1920-ci il - Səhər saat 5:00-da erməni silahlı dəstələri Qazax qəzasının 
Qaraçan,  Çaxmanlı,  Yaradulla kəndinə  basqın edərək  dinc əhalini  gülləbaran 
edirlər. Hər 3 kənddə qətliam törədilir. Çoxlu sayda dinc, günahsız azərbaycanlı 
ölür...

aprel  1920-ci il «Daşnaksütyun» terror təşkilatının erməni quldur dəstələri 
Qazax rayonunun  Tatlı kəndi yaxınlığındakı kiçik bir Azərbaycan kəndini ələ 
keçirərək, onun bütün sakinlərinə qəddarcasına divan tuturlar...

aprel  1920-ci il - Səhər saat 5 radələrində Ermənistan  tərəfindən erməni 
silahlı  quldar birləşmələri  Azərbaycan ərazisindəki  Yaradulla kəndinə basqın 
edirlər. Əhalinin üçdə bir qismindən çoxu məhv edilir, əmlakları yağmalanır...
5  aprel  1990-cı il Tərtər-Kəlbəcər
 
marşrutu ilə hərəkət edən sərnişin avto­
busu erməni yaraqlıları tərəfindən atəşə  tutulur.  Bağlıpəyə kənd sakini Aslan 
Xıdırov həlak olur; sərnişin ağır yaralanır...

aprel  1991-ci il - Cəbrayıl rayonunun Qaracallı,  Quşçular,  Qışlaq, Süley­
manlı, Sirik kəndləri erməni yaşayış məntəqələrindən atəşə tutulur...

aprel  1993-cü il - Füzuli rayonunun Yuxarı Qarabağ ilə həmsərhəd olan 
bəzi kəndləri atəşə tutulur.  Üçbulaq kəndi ətrafında baş verən döyüşlərdə ölənlər 
və yaralananlar olur...
aprel  1993-cü il - Goranboyun Gülüstan-Xarxarut yolu ərazisindəki keşikçi 
məntəqəsinə adamları gətirən avtobus ermənilər tərəfindən vurulur. 4 nəfər ağır 
yaralanır...

aprel  1917-cü  il - Azərbaycanda kəndli hərəkatının fəal iştirakçılarından 
biri,  igid  vətənpərvər Süleyman Ağahüseyn oğlu  (Qaçaq Süleyman)  Cənubi 
Azərbaycanın Şahqasım kəndində faciəli surətdə həlak olur...

aprel  1919-cu il - Qarabağın 18 evdən ibarət olan azərbaycanlılar yaşayan 
Cavanşir kəndi erməni silahlı dəstələrinin hücumuna məruz qalır.  Bir nəfər də 
olsun  sağ adam qalmır; 25 kişi, 20 qadm və 10 uşaq ermənilər tərəfindən vəh­
şicəsinə qətlə yetirilir...

aprel  1920-ci il -  Erməni yaraqlıları Gümrü şəhərində və ətraf ərazilərdə 
1.500 azərbaycanlı türkünü amansızlıqla qətlə yetirirlər...
6  aprel  1992-ci il  -  Erməni quldur  birləşmələri Tovuz rayonunun  Əlibəyli 
kəndini artilleriya atəşinə tuturlar. Dinc əhali arasında ölənlər və yaralananlar 
olur...
6  aprel  1992-ci il -  Laçın  -Şuşa avtomobil  yolu ilə hərəkət edən  Xəyyam
87


Nazim Tapdıqoğlu
Əvəz oğlu Mirzəyevin idarə etdiyi  QAZ-52 markalı maşm erməni terrorçuları 
tərəfindən PDM-lərdən atəşə tutulur. Xəyyam Əvəz oğlu Mirzəyev həlak olur, 
müşayiətçi  Yusif Süleymanov isə ağır yaralanır...
6 aprel 1993-cü il - Azərbaycanda fövqəladə vəziyyət elan olunur.  Çağırışçı- 
ların və ehtiyatda olan hərbi mükəlləfıyyətlilərin səfərbərliyinə başlanılır...
7  aprel  1909-cu il - Türkiyədə müxalifət düşərgəsinin vətənpərvər ziyalıla­
rından biri olan Həsm Fəhmi bəy öldürülür...
7  aprel  1916-cı il - Rizeyə rus desantı çıxarılır...
7  aprel  1991-ci il  -  Erməni yaraqlıları  Qubadlı rayonunun  Yuxan  Cibikli 
kəndinə basqın edirlər. Kənd sakinləri - Şahin İlyas oğlu Hüseynov, Qərib Qulam 
oğlu Nəzərov və bir nəfər Oleq adlı rus zabiti qətlə yetirilir, nəfər ağır yarala­
nır...
7  aprel  1992-ci il - Ağdamın Abdal və Gülablı kəndləri ermənilərin atəşinə 
məruz qalır...
7  aprel  1992-ci il - Erməni yaraqlıları Kəlbəcərin Ağdaban kəndi istiqamə­
tində hücuma keçirlər.  İtkilər olur...

aprel  1993-cü  il -  Zəngilan,  Qubadlı,  Cəbrayıl,  Füzuli,  Ağdam,  Tərtər 
rayonlarının əraziləri ermənilər tərəfindən atəşə tutulur...
7  aprel  2010-cu il - Saat 12.20-də Şimali Qafqaz dəmiryolunda, Kizlər stan­
siyası  yaxınlığında Azərbaycana taxıl  gətirən yük  qatarının hərəkəti zamanı 
partlayış baş verir. Qatarın 6 vaqonu relsdən çıxır. Partlayış Həştərxandan Ba­
kıya taxıl  gətirən qatarın sonuncu vaqonunun altında olur və nəticədə hər iki 
istiqamətdə hərəkət dayandırılır. Bakı-Tümen və Bakı-Moskva sərnişin qatar­
larının hərəkəti də bu səbəbdən təxirə salınır...
7  aprel  2010-cu il - Axşam saatlarında Lənkəranda dindarlarla polis ara­
sında qarşıdurma yaranır. Olay  “Cümə” məscidinə axund təyinatı üstündə baş 
verir. Qarşıdurmanı yatırmaq üçün polis gözyaşardıcı qazdan istifadə edir. Ha­
disədə ölən və yaralananlar olur.  Hadisə ilə bağlı 30 nəfər həbs edilir...
8  aprel  1918-ci il - Xırdalan stansiyası yaxınlığında sovet qoşunları ilə müsa­
vatçıların və  Qotsinskinin  silahlı qüvvələri  arasında qızğın  vuruşma baş verir. 
Ölənlər və yaralananlar olur...

aprel  1920-ci il -  Erməni quldur birləşmələri təkrarən basqın edərək  Ya- 
radulla Azərbaycan kəndini və Qazax rayonundakı Tatlı kəndinin cənub hissə­
sini yandırırlar...
88
Azərbaycan faciələrinin təqvimi
8  aprel  1988 - ci il - 5 nəfər erməni terrorçusu  “Jiquli  maşınında Sarvanlar 
(Zəngibasar)
 
kəndinə girib  kəndi  boşaltmağı  tələb edirlər.  Etiraz cavabı  alan 
terrorçular maşını camaatın üstünə sürərək 3 nəfəri ağır yaralayırlar...
8  aprel  1991-ci il - Füzuli rayonunun  Yuxarı Divanalılar kəndinin ərazisində 
erməni yaraqlıları ilə baş verən atışmada azərbaycanlılardan ölən və yaralanan­
lar olur...
8  aprel  1992-ci il - Kəlbəcər rayonunun Ağdaban kəndi ermənilər tərəfindən 
işğal  olunaraq yandırılır.  30 nəfər azərbaycanlı qətlə yetirilir,  2  nəfər evində 
yanıb kül olur, nəfər girov götürülür, 50 nəfər itkin düşür.  Kəndin bütün əm­
lakı qarət olunur. Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban 
kəndi erməni terror birləşmələri tərəfindən tamamilə yandırılır. Kəndin 80-100 
yaşh ağsaqqalı, eləcə də azyaşlı uşaq, qadın diri-diri yandırılaraq öldürülür, 
12 nəfər  ağır yaralanır.  Kolxozun  1.000  baş mal-qarası,  4.000  baş qoyunu; 
camaatın minlərlə baş mal-qarası və davarı sürülüb aparılır...
8  aprel  1992-ci il - Erməni yaraqlıları ilə Ağdərə rayonunun Çardaqlı və Ma- 
qavuz  kəndləri  uğrunda  gedən  döyüşlərdə igid tərtərlilər  -  Həbib Hüseyn oğlu 
Cəfərov,  Mübariz  Böyükkişi oğlu  Süleymanov,  Namiq  Məzahir  oğlu  Əsədov 
həlak olurlar...
8  aprel  1994-cü il - Qarabağ uğrunda gedə qanlı döyüşlərdə  ucarlı igidlər - 
Mübariz Arif oğlu Səmədov, Fəqan Qənbər oğlu Həsənov şəhid olurlar...
9  aprel  1920-ci il -  Qazax rayonu ərazisində azərbaycanlı kəndlilərin barışıq 
haqqında imzalanmış müqaviləyə əməl edərək ağ bayraqlar qaldırmasına bax­
mayaraq, qaniçən daşnaq Dronun erməni quldur birləşmələri Əskipara,  Yuxarı 
Əskipara, Aşağı Fərəhli,  Ayrım,  Quşçu Ayrım,  Xeyrimli,  Bənası,  Salahlı kənd­
lərinə basqın edir və onları tamamilə yandırırlar.  Dinc əhali arasında çoxsaylı 
tələfat olur. Özünün qəddarlığı ilə ad çıxaran erməni faşist Dro  (somalar o, Hit- 
lerin silahdaşı olub)
 
bir sıra qətllərə şəxsən başçılıq edir.  Bu qətllər zamanı qa­
dınlar və qocalar təsviredilməz işgəncələrə məruz qalırlar...
9  aprel  1935-ci il - Orta Xəzərdə  (Skif-Tur an platformasında)
 
bal gücündə 
zəlzələ baş verir...
9  aprel  1991-ci il -  Cəbrayıl rayonunun Sirik,  Qışlaq,  Süleymanlı kəndləri 
ermənilər tərəfindən atəşə tutulur...

aprel 1994-cü il - Füzuli və Ağdam cəbhələrində gedən qanlı döyüşlərdə bir 
neçə Azərbaycan əsgəri həlak olur...


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə