Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə25/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   21   22   23   24   25   26   27   28   ...   112

Nazim Tapdıqoğlu
edir;  “Türkmənçay  müqaviləsi qüvvəyə minməklə Araz çaymm sol sahili R u­
siyaya birləşdirilir. Yeni erməni vilayəti yaratmaq haqqında rusların verdiyi vəd 
artıq bir növ reallaşır...
20 
mart  1918-ci il 
- Erməni zabiti əsgərin müşayiəti ilə  “İsmailiyyə"
 
bina­
sına daxil olaraq onu yandırır  (bu qrupa daşnaq terrorçusu T.Əmiryan başçılıq 
edib).
 
Bu gün Bakıda çoxlu sayda azərbaycanlı qətlə yetirilir. Erməni quldurları 
80 yaşlı 
Hacı  Əmir  Əliyevin 
evinə soxularaq  onu,  60 yaşlı arvadını öldürür,  3 
körpənin boğazını kəsir, Hacı Əmirin 25 yaşlı gəlinini diri-diri divara mismar- 
layırlar. Həmin gün  azərbaycanlılardan ibarət çoxlu sayda meyid ermənilər tə­
rəfindən dənizə və quyulara  atılır...
20  mart  1919-cu il - Erməni  quldur birləşmələri İrəvan mahalının Qaraxaç, 
Gədilli, Qarabağlar, Ağasıbəyli, Dəhnəz, Sağanlı Azərbaycan kəndlərinə yenidən 
soxulur. Dinc müsəlman əhalisinə qarşı vəhşiliklər edilir. Erməni quldurları ki­
şilərə divan tutduqdan sonra qadınları əsir götürürlər...
20 
mart  1919-cu il - Erməni silahlı quldur birləşmələri Naxçıvana hücuma 
keçir.  Faşistlər qarşılarına çıxan bir neçə Azərbaycan kəndini yer üzündən si­
lirlər. Ordubad tərəflərdə özünü qəza rəisi təyin edən Aşot Mosesyantsın quldur 
dəstəsi azğınlıqlar törədir...
20 
mart  1920-ci il - Ermənilər Qarsda və Azərbaycanla sərhəd rayonlarda 
hərbi əməliyyatlara başlayırlar...
20 
mart  1938-ci il - Azərbaycan SSR XDİK-in DT idarəsinin baş mayoru 
Rayevin əmri ilə tərkibində çoxlu azərbaycanlı olan 234 nəfər güllələnir...
20  mart  1991-ci il - Yuxarı Qarabağın Xocavənd və Qaradağlı yaşayış mən­
təqələri minaatanlardan və pulemyotlardan atəşə tutulur. İnqilab Hüseynovun 
və Məmməd Şükürovun evləri partladılır; 3 yaşlı körpə Elçinin qorxudan dili tu­
tulur...
20  mart  1992-ci il - Laçmlı Əjdər Həsi oğlu Hüseynov ermənilər tərəfindən 
qətlə yetirilir...
20 
mart  1992-ci il - Ağdam rayonunun Qalayçılar,  Əliağalı, Şelli və Gülablı 
kəndləri ermənilər tərəfindən atəşə tutulur...
20  mart  1993-cü il - Qarabağın Papravənd,  Cany at aq və Gülyataq kəndləri 
istiqamətlərində şiddətli döyüşlər gedir. İtkilər olur...
21  mart 1735-ci il - Səfəvilərlə Rusiya arasında Gəncə müqaviləsi imzalanır. 
Rus qoşunları Azərbaycanın Xəzəryanı torpaqlarını tam tərk edir...
21  mart 1747-ci il - III Sam Mirzə Təbrizdə və Ərdəbildə Əfşar hakimiyyətinə 
qarşı üsyan qaldırır. O, hakimiyyət nümayəndələrini qıraraq özünü hakim elan
72
Azərbaycan faciələrinin təqvimi
edir.  Bundan sonra ölkəni üsyanlar bürüyür...
21 
mart  1752-ci il - Gürcü çarları Azərbaycan torpağında xanlar tərəfindən 
hədiyyələrlə qarşılanırlar. Amma Gəncə yaxınlığındakı bu görüş xanların göz­
lədikləri kimi  nəticələnmir.  Gürcü çarları hədiyyələri  aldıqdan  sonra danışıq 
aparmaq üçün xanları çadıra dəvət edirlər.  Gəncə şəhərindən  bir qədər yuxa­
rıda, Qızılqaya adlı yerdə  "Qızılqaya xəyanəti" adlanan hadisə baş verir. Azər­
baycanın  xanları  Teymuraz  və  II  İrakli  tərəfindən  aldadılıb  həbs  edilir  və 
Gürcüstana aparılır.  Şəki  hakimi Hacı Çələbi xan  az  sonra  onları  əsirlikdən 
azad etdirir...
21 
mart  1828-ci il - Çar hökuməti tərəfindən İrəvan və Naxçıvan xanlıqla­
rında «Erməni vilayəti yaradılması haqqında» fərman verilir. Bununla da qədim 
Azərbaycan yurdları olan İrəvan, Naxçıvan, Ordubad bölgələrində erməniləşmə 
siyasəti  həyata keçirilməyə  başlayır.  Rus çarı  «Erməni vilayətlər i»nin
 
yaradıl­
ması  haqqında  qərar imzalayır.  İrəvan,  Naxçıvan xanlıqlarında və Ordubad 
bölgəsində erməniləşdirmə  siyasətinə  başlanılır.  ‘Erməni vilayəti”
 
tərkibində 
İrəvan vilayəti, Naxçıvan əyaləti və Ordubad dairəsi, onların tərkibində isə ma­
hallar təşkil olunur.  Rusiyanın əli ilə 15 mahaldan ibarət  “Erməni vilayəti" ya­
radılır.  Tarixin  sonrakı  dönəmində ermənilər Azərbaycan əraziləri  hesabına 
xeyli torpaqları mənimsəyirlər...
21 
mart  1918-ci il - Hamazasp və Anastas Mikoyanm əmri ilə İçərişəhərin 
girəcəyindəki binanı erməni saqqallıları kerosin tökərək yandırırlar...
21 
mart 1918 -ci il - Erməni quldurları Pəmbək Azərbaycan kəndində 13 ya­
şından yuxarı olan 411  nəfər azərbaycanlını diri-diri  yandırırlar.  Azərbaycan­
lılar yaşayan Arqut kəndində 60 adam qətlə yetirilir; onlardan 12 nəfərinin başı 
kəsilir.  Gözəldərə Azərbaycan kəndində 100-dən çox dinc sakin erməni yaraq­
lıları tərəfindən qətlə yetirilir. Meşəyə qaçan bir dəstə qadın erməni terrorçula­
rına əsir düşməmək üçün özlərinə sui-qəsd edirlər...
21 
mart  1919-cu il - Silahlı erməni daşnaqları Naxçıvan bölgəsində qarşıla­
rına çıxan bir neçə kəndi dağıdaraq əhalisini qırırlar...
21 
mart  1919 -cu il - Erməni silahlı birləşmələri İrəvan mahalının Qarağac, 
Qədili,  Qarabağlar, Ağasıbəyli, Dəhnəz, Sağanlı kəndlərinə yenidən hücum edə­
rək əhalini qətlə yetirirlər.  Kişilərə divan tutulur, qadınlar əsir götürülür...
21 
mart  1938-ci il  - Azərbaycan  SSR XDİK-in  DT  baş  mayoru Rayevin 
əmri ilə  68 nəfər güllələnir...
21  mart  1992-ci il -Milli Qəhrəman Səfiyar Abuzər oğlu Behbudov ermənilər 
tərəfindən vəhşicəsinə qətlə yetirilir...
21  mart  1992-ci il - Erməni terrorçuları Qazax rayonunun Aşağı Əskipara, 
Məzəm,  Sofulu,  Cəfərli,  Quşçu Ayrım  kəndlərinə  basqın  edirlər.  4 nəfər həlak
73


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə