Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə26/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   22   23   24   25   26   27   28   29   ...   112

Nazim Tapdıqoğlu
olur,  6 nəfər yaralanır...
21  mart  1992-ci il - Erməni quldur birləşmələri tərəfindən Qazax rayonunun 
Aşağı Əskipara kəndinin artilleriya atəşinə tutulması nəticəsində 5 nəfər ölür, 5 
nəfər yaralanır...
21  mart  1993-cü il - ABŞ-m Nyu-York və Nyu-Cersi ştatlarında 8.000 er­
məni  Azərbaycan  əleyhinə  nümayiş  keçirir;  BMT-ni  və  ABŞ-ı  Ermənistana 
kömək etməyə çağırır...
22 
mart  1789-cu il - Məmləkəti birləşdirmək arzusunda olan Azərbaycanın 
görkəmli dövlət xadimi, diplomat, tədbirli siyasətçi Qubalı Fətəlixan Hüseynəli 
xan oğlu  ölür...
22 
mart  1918-ci il - Dronun başçılıq etdiyi terroçu daşnaqlar İrəvan quber­
niyasının bir neçə kəndində qətliamlar törədirlər...
22  mart  1918-ci il - Terrorçu ermənilər Ərəş qəzasının Ağdam-Qəbələ yolu­
nun Ağtala hissəsində yolçulara hücum edib,  onları qətlə yetirərək, cəsədlərini 
ağaclardan asırlar...
22 
mart  1919-cu il - Erməni silahlı quldur birləşmələri Azərbaycanın Xan­
kəndi şəhərinə basqm edirlər. Qətlə yetirilən azərbaycanlılar arasında qadınlar, 
qocalar və uşaqlar vardır...
22 
mart  1920-ci il -  Şuşada  bolşeviklərin  sifarişi  ilə  ermənilər  xəyanət- 
karcasma Azərbaycan xalqının əziz Novruz bayramı günündə silahlı qiyam tö­
rədirlər. Əksər yerlərdə bu erməni separatçı qiyamı dəf olunsa da, onlar Əsgəran 
qalasını ələ keçirə bilirlər. Ermənistan silahlı qüvvələri Rusiya ilə Azərbaycana 
qarşı  eyni  vaxtda müharibəyə başlamaq haqda razılaşmaya əsasən Zəngəzur, 
Naxçıvan və Qarabağ istiqamətlərində işğalçı yürüşə başlayır. Erməni pristavları 
general-qubernatorun görüşünə gəlmək adı ilə  200 nəfərlik silahlı dəstə ilə hissə- 
hissə Şuşaya girib daxildəki ermənilərlə birləşirlər.  Birləşmiş erməni silahlı də­
stələri Şuşa şəhərinin azərbaycanlılar yaşayan hissələrinə hücum edirlər...
22 
mart  1920-ci il - Şirəyöl mahalının ayrı-ayrı kəndlərinə basqm edən daş- 
naq qruplaşmaları  200 nəfər azərbaycanlını qətlə yetirirlər...
22  mart  1921-ci il - Erməni yaraqlıları Qərbi Azərbaycanın Arpaçay  (indiki 
Axuryan)  qəsəbəsində amansız terror aktı törədərək 148 nəfər dinc türk sakinini 
qətlə yetirirlər...
22 
mart  1932-ci il - Uzun illər (1917-1930) daşnaq terrorçularına qarşı müba­
rizə aparmış  el  qəhrəmanı Abbasqulu bəy Şadlinski muzdlu erməni  qatili tərə­
findən qətlə yetirilir...
22  mart  1949-cu  il  -  Günahsız  olduqları  halda  gənc və  azadfikirli  Azər­
74
Azərbaycan faciələrinin təqvimi
baycan ziyalıları - İsmixan Rəhimov, Gülhüseyn Abdullayev, Hacı Zeynalov 25 
U, Kamal Əliyev, Aydın Vahidov, Azər Ələsgərov, Musa Abdullayev 10
 
il müddə­
tinə azadlıqdan məhrum olunurlar...
22  mart  1991-ci il - Sur kəndi erməni yaraqlıları tərəfindən atəşə tutulur...
22  mart  1991-ci il -  Yevlax-Laçın
 
avtomobil yolunun 134-cü
 
kilometrliyində 
DQ üzrə Respublika Təşkilat Komitəsinə məxsus avtomaşın Qaladərəsi kəndi 
yaxınlığında erməni  yaraqlıları  tərəfindən  avtomat  silahlardan  atəşə  tutulur. 
Nəticədə sərnişin - Gəncə şəhər sakini M.Vəliyev həlak olur, nəfər sərnişin isə 
ağır yaralanır...
22  mart  1992-ci il -  Milli  Qəhrəman Mərfət  Əhməd oğlu Nəsibov  Quşçu 
Ayrım kəndi ərazisində erməni yaraqlıları ilə döyüşdə həlak olur...
22  mart  1992-ci il - Ağdamın Muğanlı kəndinə ermənilər tərəfindən basqm 
edilir.  1  nəfər öldürülür, 200 baş mal-qara aparılır...
22  mart  1992-ci il - "UAZ-469" markalı 60-25 A Z U
 
dövlət nişanı olan azər­
baycanlıya məxsus avtomaşın Qazax rayonu ərazisində partladılır; nəfər həlak 
olur, 2 nəfər yaralanır...
22  mart  1993-cü il - Cəbrayıl rayonunun bir neçə kəndi ermənilər tərəfdən 
atəşə tutulur...
22  mart  1993-cü il - Papravənd,  Сапу ataq və Gülyataq istiqamətlərində er­
məni silahlı birləşmələri ilə şiddətli döyüşlər davam edir.  Ölən  və yaralananlar 
olur...
23  mart  1918-ci il - 850 nəfər Bakı qaçqını  "Poseydon” gəmisi ilə Mahaçqa- 
laya gəlir. S.Şaumyanm sonradan göndərdiyi Lalayanm quldur dəstəsi bu qaç­
qınların 535 nəfərini vəhşicəsinə qətlə yetirir...
23  mart  1918-ci il - Qəbələ bölgəsinin Civar oymağına basqm edən erməni 
silahlıları əhaliyə divan tutur, onlara ağır işgəncələr verirlər.  Uşaqların gözləri 
çıxarılaraq saplara düzülür və o, boyunbağı kimi qətlə yetirilən qadınların biri­
nin boğazına keçirilir...
23 
mart  1919-cu il - «Daşnaksütyun»
 
terror təşkilatına mənsub erməni qul­
dur dəstələri Şuşa şəhərinə basqm edirlər...
23  mart  1919 cu il - Erməni silahlı qrupları Göyçə mahalının Kiçik Məzrə 
və Hüseynquluağalı kəndlərinə basqm edərək əhalini qətlə yetirirlər.  Kiçik Məz- 
rədə  90,  Hüseynquluağalıda  30  nəfər azərbaycanlı öldürülür...
23  mart  1920-ci il - Qarabağda daşnaq qiyamı başlanır. Daşnaq terrorçular 
Xan kəndindəki Azərbaycan ordu hissələrinə hücum edib şəxsi heyətdən nəfəri 
qətlə yetirirlər...
75


Nazim Tapdıqoğlu
23 
mart  1920-ci il - Ermənistan hökumət qoşunları barışığı növbəti dəfə po­
zaraq, Azərbaycanın Əsgəran şəhərini qəsb edirlər. Qırğın əməliyyatında əsasən 
«tayqulaq Andranik»in
 
quldur dəstələri iştirak edirlər. Onlar dinc əhaliyə qarşı 
xüsusilə daha çox qəddarcasına cinayətlər törədirlər...
23 
mart  1920-ci il - Ermənistan qoşunları quldur birləşmələrinin köməyilə 
Xankəndi və Şuşa şəhərlərinə basqın edərək bununla da 23 noyabr 1919-cu il ta­
rixli barışıq sazişini pozurlar. Hər iki şəhərdə onlarla qadınlar, uşaqlar, qocalar 
qətlə yetirilirlər...
23 
mart  1946-cı il - Böyük Vətən müharibəsində partizan hərəkatının fəal 
iştirakçısı, leytenant Qədim  Yaqub oğlu Məmmədov ölür...
23 
mart  1990-cı il - Erməni yaraqlıları Qazax rayonunun kəndlərinə silahlı 
basqın edirlər; dəmir yolun yatağı, yanacaqdoldurma stansiyası partladılır, içə­
risində azərbaycanlı mülki əhali olan avtobus gülləbaran edilir...
23 
mart  1992-ci il Ağdam şəhəri və rayonun  Gülablı,  Şelli,  Papravənd və 
Abdal kəndləri  ermənilər  tərəfdən  atəşə  tutulur.  Yaralananlar  və  dağıntılar 
olur...
23 
mart  1994-cü il - Azərbaycan tərəfinin təkidli tələbi ilə Beynəlxalq Qırmızı 
Xaç Komitəsinin əməkdaşları 10 nəfər azərbaycanlı hərbi əsirin meyidini Bakıya 
gətirir...
24  mart  1918-ci il - Lənkərana gedən  "Evelina " gəmisi bolşeviklər tərəfin­
dən tərksilah edilir...
24 
mart  1919-cu il -  Germanisdən irəliləyən erməni silahlı quldur birləşmə­
ləri Şeşikdağ Azərbaycan kəndinə  basqın edir və yeni hakimiyyətin - kommu­
nistlərin adından bütün kəndliləri qırıb-çatır...
24 
mart  1920-ci il - Erməni quldur birləşmələri  «Daşnaksütyun» terror təş­
kilatının göstərişini yerinə yetirərək, Tərtər şəhəri yaxınlığındakı kəndlərə silahlı 
basqın edir və  23 noyabr 1919-cu il  tarixli barışıq sazişini növbəti dəfə pozur­
lar...
24 
mart  1945-ci il - Azərbaycanın igid, vətənpərvər oğlu, Sovet İttifaqı Qəh­
rəmanı Məmiş Şahbaz oğlu Abdullayev həlak olur...
24  mart  1988-ci il - Sovet İttifaqı KP M K və SSRİ Nazirlər Soveti Qarabağ 
probleminin ədalətli həllinə zidd olan və ikili standarta əsaslanan qərar  ( “1988 
-1995-ci illərdə Azərbaycan SSR  DQMV-nin sosial-iqtisadi inkişafım gücləndir­
mək tədbirləri haqqında’’)  qəbul edir...
24 
mart  1988-ci il - Azərbaycan SSR AS RH-nin qərarı ilə Birləşdirici K o­
mitə  (Xankəndi şəhər İcraiyyə Komitəsi özünün 5 mart  1988-ci il tarixli qərarı
76
Azərbaycan faciələrinin təqvimi
ilə gizli işləyən  «Krunk»  təşkilatını rəsmi olaraq Dağlıq  Qarabağı Ermənistana 
birləşdirici komitə kimi təsdiq etmişdi)
 
ləğv edilsə də,  o,  öz fəaliyyətini  dayan­
dırmır...
24 
mart  1990-cı il -  Saat  7  radələrində  Ermənistan  SSR Noyemberyan 
rayonu ərazisindən erməni millətindən olan yüzlərlə silahlı şəxs qəflətən 3 isti­
qamətdən Qazax rayonunun Bağanis-Ayrım kəndinə hücum edirlər.  600 nəfər 
əhalisi olan 100 evlik bu kənd yerlə-yeksan edilir. Sonra ermənilər bu meyidlərin 
üzərinə benzin tökərək onları yandırırlar. Kəndin 438 nəfər dinc sakini canlarını 
qurtarmaq üçün kəndi tərk etməyə məcbur olurlar. Basqınçı silahlı dəstənin ba­
şında  "Xaç gəzdirənlər"in rəhbəri Ohanes Beqlaryan dururdu.  Beləliklə, Qazax 
rayonunun Bağanis Ayrım kəndi ermənilər tərəfindən işğal olunur.  Kənd yerlə 
yeksan  edilir.  Kənd sakinləri Dadaş  Bayram oğlu,  onun həyat yoldaşı Pakizə 
Qulu q ız ı,  qızları  H aw axam m  və Aliyə , 2 aylıq nəvəsi Hafiz öz evlərində er­
mənilər tərəfindən diri-diri yandırılır. Alməmməd  Gülməmməd oğlu isə əl-ayağı 
sarılaraq xüsusi amansızlıqla ot tayasında yandırılıb öldürülür. Ənvər Əsgərov 
və Məcid Əhmədov güllələnirlər,  milis baş leytenantı Zirəddin Əliyev ağır ya­
ralanır...
24  mart  1990-cı il - Erməni silahlı quldurları Qazax rayonunun  Pirili, Çaylı 
kəndlərinə qəflətən hücum edir. Dinc sakinlər öldürülür, evlər yandırılaraq da­
ğıdılır...
24 
mart  1990-cı il -  Yaxşı  silahlanmış  erməni  quldur birləşmələri  «Qrad» 
tipli  kütləvi  tələfat  sistemli  silahlardan  atəş  açaraq,  Azərbaycanın  Qazax 
rayonunun  kəndlərinə hücum edirlər. Mülki əhali arasında çoxlu sayda ölənlər 
olur...
24  mart  1992-ci il - Erməni quldur birləşmələri Füzuli rayonunun Divanahlar 
kəndini  raket  atəşinə  tuturlar.  Dinc  əhali  arasında  ölənlər  və  yaralananlar 
olur...
24  mart  1992-ci il -  Milli  Qəhrəman Namiq  Nəsir  oğlu Yusifov  Tovuzun 
Koxa Nəbi kəndi yaxınlığında ermənilərlə döyüşdə həlak olur...
24 
mart  1992-ci il - ATƏM-in Nazirlər Sovetinin Helsinki şəhərində keçiri­
lən iclasında münaqişənin tənzimlənməsi üçün Minsk Qrupu yaradılır...
24  mart  1992-ci il - Şelli, Papravənd, Abdal, Gülablı, Əhmədavar, Əliağalı, 
Qalayçılar, Çuxurməhlə kəndləri və Ağdam şəhəri atəşə tutulur. 3 nəfər yarala­
nır, çoxlu dağıntılar olur...
24  mart  1992-ci il - Daşnaq terrorçular Şuşa şəhərinə həmlə edirlər. nəfər 
itkin düşür. Az sonra onlar qətlə yetirilir...
24  mart  1993-cü il - Zəngilan şəhəri ermənilər tərəfindən qrad atəşinə tutu­
lur. Zəngilan şəbəkə rayonunun rəisi Dadaş Zeynalov və şəhər sakini Elman Qu­
77


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə