Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə22/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   18   19   20   21   22   23   24   25   ...   112

Nazim Tapdıqoğlu
5  mart  1992-ci il - Ağdam rayonunun Sırxavənd kəndi erməni yaraqlıları 
tərəfindən güclü atəşə tutulur.  10 nəfər həlak olur...

mart  1992-ci il - Füzuli şəhərinin kənarları və Ağdam şəhəri ermənilər tə­
rəfindən qrad qurğularından atəşə tutulur...
5  mart  1992-ci il  -  Milli Qəhrəman Əlabbas Qara oğlu  İsgəndərov erməni 
yaraqlıları ilə Kolam uğrunda gedən döyüşdə həlak olur...
6  mart  1917-ci il - 52 nəfərdən ibarət Bakı Fəhlə Deputatları Soveti  (BFDS) 
yaradılır. Bakı Sovetinə seçkilər keçirilir...
6  mart  1920-ci il - Azərbaycan SSR-nin  ISovetlər qurultayı keçirilir...

mart  1955-ci il - Azərbaycan Demokratik Respublikasının yaradıcısı, gör­
kəmli mütəfəkkir, Müstəqil Azərbaycanın ideoloqlarından biri Məmməd Əmin 
Rəsulzadə Türkiyədə, Ankarada həyata əlvida deyir...

mart 1986-cı il - Xəzər dənizinin Abşeron yarımadasına yaxın ərazisində 
zəlzələ olur...

mart 1988-ci il - DQMV PK-nin geniş büro iclası aşağıdakı bəndlərdən iba­
rət  qərar qəbul edərək, onun təsdiqini birbaşa Sovet İKP MK-dən xahiş edir...
,l.DQMV-nin adı dəyişdirilib DQEMV (Dağlıq Qarabağ Erməni Muxtar Vi­
layəti)  qoyulsun;
2. Vilayətdə əsas dil erməni dili hesab edilsin;
3. 
Kadrların seçilib yerləşdirilməsində Azərbaycan rəhbərləri ilə məsləhətləş- 
dirilməsin;
4.  Xankəndi Tibb Texnikumunun nəzdindəki Azərbaycan qrupu ləğv edilsin;
5.  Bütün kadrların təkmilləşdirilməsi yalnız Yerevanda aparılsın;
6.  Buraxılan məhsulların etiketlərindən Azərbaycan yazıları çıxarılsın;
7. 
Azərbaycan tərəfindən həyata keçirilən  hər hansı təftiş  və nəzarətin  apa­
rılması qadağan edilsin;
8. 
Vilayətin yüksək rəhbər  işçiləri Azərbaycan  KP MK-nin nomenklatura- 
smdan çıxarılsın;
9.  Şuşadakı texnikumlar ləğv edilsin, onlarm yerində internatlar açılsın;
10. Xankəndində filarmoniya yaradılsın;
11. Xankəndi Pedaqoji İnstitutunu ləğv edib, onun əvəzində Yerevan Kənd 
Təsərrüfatı İnstitutunun filialı açılsın;
12. DQMV-də olan Azərbaycan kəndlərinə erməni adları verilsin.
İclasda səsvermə hüququ olan  14 nəfər  erməni lehinə, 2  nəfər azərbaycanlı
isə əleyhinə səs verir.  Bu səbəbdən tərəflər arasında qarşılıqlı təhqirlər,  dartış­
malar baş verir və bunlar ruslar tərəfindən yatırılır. Bütün bu məlumatlar təfsi­
60
Azərbaycan faciələrinin təqvimi
latı  ilə Respublika rəhbərliyinə çatdırılsa da məsələyə lazımi reaksiya verilmir...
6  mart  1992-ci il - Ağdamın Şelli kəndi ermənilər tərəfindən atəşə tutulur. 1 
nəfər həlak olur, 3 nəfər yaralanır. ev yerlə-yeksan edilir, bir neçə ev dağıntıya 
məruz qalır...
6  mart  1993-cü il - Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy
"Ağdam rayonu ərazisində fövqəladə vəziyyət rejiminin uzadüması" haqqında fər­
man verir...
6  mart  2006-cı il - Saat 12.00-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri 
tərəfindən Füzuli rayonunun işğal edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində 
yerləşən mövqelərindən Silahlı Qüvvələrimizin üzbəüz mövqeləri atəşə tutulur
hərbi qulluqçu Mühiddin  Vəli oğlu Nazimov ağır yaralanır...
7  mart  1919-cu il - Lənkəran qəzasında, Hoveli kəndində rus evlərinin qon­
şuluğunda yaşayan Məcid Əjdər oğlunun evinə girən ermənilər onun qızıl əşy­
alarını, pullarını götürürlər. Sonra Məcidi güllə ilə öldürürlər. Mərhum cəmi bir 
həftə idi ki, evlənmişdi. Bolşevik adı altında pərdələnmiş ermənilər Məcidin və 
qardaşının arvadlarına qarşı hər cür ədəbsiz hərəkətlər edərək onları təhqir edir­
lər...

mart  1992-ci il - Ağdam aeroportu və Qalayçılar kəndi ermənilərin atəşinə 
məruz qalır...

mart  1993-cü il - Füzuli rayonunun Xocavənd rayonu ilə həmsərhəd kənd­
ləri ermənilər tərəfindən atəşə tutulur...
mart 2006-cı  il -  Saat  4.45-də  Ermənistan Silahlı Qüvvələri  bölmələrinin 
Tərtər  rayonunun  Qızıloba  kəndinin cənub-qərbində yerləşən mövqelərindən 
açdığı atəş nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər 
Pərviz Akif oğlu Cahangirov həlak olur...
8  mart  1722-ci il  - Gülnabad döyüşü baş verir.  Əfqan  qiyamçıları  Səfəvilər 
üzərində qələbə çalırlar, İsfahanı işğal edirlər. Şah Sultan Hüseyn başda olmaqla 
Səfəvi xanədanı əsir götürülür...

mart  1918-ci il - Naxçıvanın Nehrəm kəndinə basqın edən silahlı ermənilər 
3 nəfər azərbaycanlını qətlə yetirirlər...

mart  1921-ci il - Hadrut  (Xocavənd)
 
rayonunun Donu kənd sakmi, türkün 
qatı  düşməni,  Qaragen  Njdenin  ordusunda  xidmət  etmiş  daşnaq  terrorçusu 
Tevon Stepanyan  (Cavadov)  beynəlmiləlçiliyi təbliğ etdiyinə, azərbaycanlılarla 
xoş  davrandığına  görə soydaşı Şmavon Davidyam  şaqqalayaraq  qətlə  yetirir,
61


Nazim Tapdıqoğlu
sonra mərhumun anasını oğlunun parçalanmış meyidi ətrafında əl çalıb oyna­
mağa məcbur edir...

mart  1959-cu il -  Görkəmli Azərbaycan ziyalısı,  vətənpərvər  publisist, 
ADR hakimiyyəti zamanı parlamentin stenoqrafçısı vəzifəsində çalışan Mirzə 
Bala Məmmədzadə Azərbaycandan kənarda  -  İstanbulda ürək  xəstəliyindən 
vətən həsrəti ilə həyata əl vida edir...
8  mart  1991-ci il - Xocavənd rayonunun Qaradağlı kəndi yaxınlığında, hey­
vandarlıq kompleksində, kənddən 3  km aralıdakı fermada,  «Kardaş» adlanan 
ərazidə erməni yaraqlı quldurları hücum edərək Zülfüqar Dəmir oğlu Hüseynovu 
və Ələkbər Məmməd oğlu Quliyevi vəhşicəsinə qətlə yetirirlər...
8  mart  1992-ci il -  Qazax  rayonunun Xeyrimli kəndi ermənilər tərəfindən 
işğal edilir...

mart  1992-ci il - Ağdam şəhəri ermənilər tərəfindən artilleriya atəşinə tu­
tulur.  nəfər həlak olur...
8  mart  1992-ci il -  Ağdam  rayonunun Şelli  kəndi  yaxınlığındakı  milis 
postuna ermənilər tərəfindən basqın edilir. Ölənlər və yaralananlar olur...
8  mart  1992-ci il - Ağdam ərazisindəki Qaraqaya postuna erməni silahlıları 
basqın edir. 2 nəfər həlak olur, 6 nəfər yaralanır...
,8  mart  1993-cü il - Ağdərə şəhəri ətrafında döyüşlər gedir. İtkilər olur...
9  mart  1194-cü  il  -  III Toğrul az qüvvə ilə Rey  yaxınlığında xarəzmlərin 
Qutluq İnanc Mahmudun başçılıq etdiyi dəstələrinin üzərinə hücuma keçir. O, 
oxla gözündən yaralanır və atdan yerə yıxılır. Qutluq İnanc - Sultan III Toğru­
lun  başını  kəsib Xarəzmşaha aparır.  Xarəzmşah Təkiş onun  başını  Bağdada 
göndərir.  Toğrulun başı bir neçə gün Nubi darvazasından asılı qalır,  cəsədi isə 
Rey bazarında dar ağacından asılır...
9  mart  1226-cı il - Sultan Cəlaləddin Tiflis şəhərini zəbt edir...

mart  1828-ci il - Axırıncı rus qoşunu Təbrizi tərk edir. Türkmənçaya ya­
naşı olan müxtəlif kəndlərin erməniləri Qarabağa tərəf hərəkət edir...
9  mart  1920-ci il -  Türkiyənin Zaruşat  şəhərində erməni terrorçuları 100- 
dən çox dinc, günahsız azəri-türk sakinini vəhşicəsinə qətlə yetirirlər...
9  mart  1988-ci il -  Sovet  İKP  MK-də  DQMV-nə dair müşavirə keçirilir. 
Azərbaycan və Ermənistanın I katiblərinin məlumatları dinlənilir...

mart  1988-ci il -  Erməni liderləri  M.S.Qorbaçovla vaxtilə Stavropolda 
birgə  işləmiş,  Ermənistan SSR  Nazirlər Sovetinin keçmiş sədri vəzifəsində ça­
lışmış Markaryans vasitəsilə Sovet İKP MK-nə təzyiq göstərirlər...
9  mart  1991-ci il - Xocavənd rayonunun Qaradağlı kənd fermasına basqın
62
Azərbaycan faciələrinin təqvimi
edən erməni terrorçuları uşaq  atası Zülfıqar Hüseynovu və eləcə də Ələkbər 
Quliyevi qətlə yetirirlər...
9  mart  1992-ci il - Ağdam şəhəri və rayonun Şelli kəndi ermənilərin atəşinə 
məruz qalır. Ölənlər və yaralananlar olur...

mart  2001-ci il - Livanın Sayda liman şəhərindəki Dini Mərkəzdə Roma 
katolik kilsəsinin  "Allahın  ordusu"
 
ilə  "ASALA " erməni terrorçu hərbi korpu­
sunun bir qolu  olan  "Vartan  cəngavərləri” arasında  "Yardım.  Aktı"
 
imzalanır 
və müştərək bəyannamə qəbul olunur...
9  mart  2006-cı il  -  Murovdağ istiqamətində  Silahlı  Qüvvələrimizin əsgəri 
Elmir Əliyev xidməti borcunu yerinə yetirərkən həlak olur...
9  mart  2006-cı il - Ağdam rayonunun  Yusifcanlı kəndi yaxınlığında Silahlı 
Qüvvələrimizin əsgəri Rasim Əlövsət oğlu Ələkbərov minaya düşərək bir ayağım 
itirir...
9 mart  2008-ci il - Azərbaycan Milli Ordusunun əsgəri Yaqub Muxtarov cəb­
hənin Tovuz rayonu ərazisində ermənilər tərəfindən əsir götürülür...
10 mart 1718-ci il - Pyotrun yaxın adamı Volmski rus elçisi Lopuxini müəyyən 
məqsədlər üçün
 
Azərbaycana göndərir...
10 
mart  1735-ci il - Gəncə şəhərində Nadir ilə Rusiya nümayəndəsi S.Qolit- 
sın arasında müqavilə - Azərbaycanın Rusiya tərəfindən istilası barədə  Gəncə 
traktatı  imzalanır...
10 
mart  1831-ci il -  Lənkəran  qalası üsyançılar tərəfindən mühasirəyə alı­
nır...
10  mart  1911-ci il - Erməni əsilli Yeprem  (David Yantes Əsirheğian)
 
yenidən 
Tehran polis təşkilatının sədri vəzifəsinə seçilir...
10 
mart  1923-cü il - Zaqafqaziya Ölkə Komitəsi Dağlıq Qarabağa muxta­
riyyət verilməsini həyata keçirməyi tələb edir...
10 
mart  1937-ci  il  -  Azərbaycan  SSR-nin  Yeni  Konstitusiyası  qəbul  olu­
nur...
10 
mart 1948-ci  il -  SSRİ Nazirlər  Soveti  azərbaycanlıların  Ermənistandan 
köçürülməsi ilə bağh tədbirlər  planını müəyyən  edən  754  nömrəli  qərar çıxa­
rır...
10 
mart  1988-ci il - Xankəndində keçirilən mitinq vilayətin fövqəladə partiya 
konfransını keçirməyi tələb  edir.  Vilayət rəhbərliyi  dərhal  buna  öz  razılığını 
verir...
10 
mart  1988-ci il - Yerevan ətrafında 10 nəfər azərbaycanlı ermənilər tərə­
findən amansızlıqla qətlə yetirilir...
63


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə