Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə18/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   14   15   16   17   18   19   20   21   ...   112

Nazim Tapdıqoğlu
19  fevral  1992-ci il - Erməni quldur birləşmələri Ermənistan ərazisindən Qu­
badlı rayonunun kəndlərini atəşə tutmuşlar.  Dinc əhali arasında ölənlər olur...
19  fevral  1992-ci a - Milli Qəhrəman Aqil Sahib oğlu Quliyev erməni yaraq­
lıları ilə döyüşdə həlak olur...
19 
fevral  1992-ci il - 7-ci ordunun Baş komandanı general Reutun Moskva­
dan  aldığı  17  fevral  tarixli,  general A.N.Kovalyovun imzaladığı  "201/4 AK" 
nömrəli  sərəncama  əsasən,  16  erməni üçün  9  müxtəlif markalı  (əsasən  'Mİ- 
24P")
 
hərbi vertolyotlar ayrılır. 22 fevralda vertolyot eskadrilyası 366-cı alayın 
tərkibinə keçirilir...
19 
fevral  1992-ci il -  Erməni terrorçuları səhər  saat radələrində  Qubadlı 
rayonunun Əliquluuşağı kəndinə basqın edirlər. Mehman Ağayev, Gülməmməd 
Məmmədov,  Anar  Rəsulov  həlak  olurlar.  4  nəfər  (Xəqani Abbasov,  Vəliyar 
Əbdülov,  Bəhlul Ağayev, İdris Cəlilov)  ağır yaralanır...
19 
fevral  1992-ci il - Şuşa şəhəri ermənilər tərəfindən mərmi atəşinə tutulur. 
35 ev dağıdılır.  Şəhər sakini Etibar Qaçay oğlu Əhmədov yaralanır...
19  fevral  1993-cü  il  -  Milli  Qəhrəman  Vəzir İsa  oğlu  Sədiyev  ermənilərlə 
döyüşdə həlak olur...
19  fevral  2004-cü il - Budapeştdə vətənpərvər azərbaycanlı zabit Ramil Sə­
fərovun  şəxsiyyəti  və  onun mənsub  olduğu Azərbaycan dövlətinin bayrağı er­
məni zabiti Qurgen Markaryan tərəfindən təhqir olunur...
20  fevral  1988-ci il -  DQMV  XDS-nin yalnız erməni deputatlarının iştirakı 
ilə keçirilən növbədənkənar sessiyası Vilayətin Azərbaycanın tərkibindən çıxa­
rılıb Ermənistanın ərazi-inzibati bölgüsünə daxil edilməsi barəsində qərar qəbul 
edir.  Dağlıq Qarabağın Ermənistan ilə birləşməsi haqqında Azərbaycan  SSR- 
in və  Ermənistan  SSR-in  hakimiyyət  orqanlarına müraciət  edilir.  Ermənilər 
Xankəndində, Vilayət Partiya Komitəsinin binası qarşısında 3.000 nəfərin işti­
rakı ilə mitinq keçirir. Dağlıq Qarabağın Vilayət Soveti Ermənistana birləşmək 
haqqında qərar çıxarır və onu SSRİ Ali Sovetinə də göndərir...
20 
fevral  1988-ci il - Yerevan Opera Teatrı meydanında keçirilən mitinqdə 
Ermənistanın tanınmış simaları  tərəfindən Azərbaycana qarşı  əsassız iddialar 
səsləndirilir... 
1
20  fevral  1991-ci il - Erməni terrorçuları Xanlar (Göygöl) rayonunda mülki 
maşını gülləyə tuturlar. 2 nəfər azərbaycanlı həlak olur...
20  fevral  1991-ci il Laçın
  -  
Yevlax
 
avtomobil yolunun 106-cı kilometrliyində 
Zərin bağı adlanan  ərazidə  “Kamaz 5511" markalı 25 - 3 1 A Q T nömrəli avto­
maşın ermənilər tərəfindən partladılır. Sürücü İlham Baxşeyiş oğlu Allahverdiyev
50
Azərbaycan faciələrinin təqvimi
və onun yaxın  qohumu  Güman Əvəz  oğlu  Qocayev faciəli  şəkildə həlak  olur­
lar...
21  fevral  1914-cü il -  «Hnçak»
 
partiyası Qarsda və Ərdahanda silahlı üsyan 
qaldırır. 30.000 etnik türk öldürülür...
21  fevral  1915-ci il - Ermənilər Şərqi Anadolunun Bitlis,  Van,  Muş, Diyar- 
bəkir və bir çox digər əyalətlərində üsyan qaldırırlar...
21  fevral  1921-ci il -  Rza xan rus kazak hissələrindən ibarət 2.500 nəfərlik 
dəstəni Tehrana gətirir və çevrilişi həyata keçirir...
21  fevral  1988-ci il -  Erməni vandalları  İrəvanda  (Yerevanda)  qalmış son 
məscidə də hücum edərək onu yandırıb dağıdırlar...
21  fevral  1988-ci il - Sovet İttifaqı KP MK Siyasi Bürosunda «Dağlıq Qa­
rabağ» hadisələrinə dair müzakirə  (?)  aparılır...
21  fevral  1990-cı il - Stepanakertdə  (Xankəndi şəhəri)
 
asfalt zavodunun ha­
sarı arxasından ermənilər içərisində 32 nəfər azərbaycanlılar olan Şuşa-Ağdam 
marşrutu ilə hərəkət edən avtobusa qumbara atırlar.  Sərnişinlər arasında olan 
Şuşa həbsxanasının əməkdaşı Səyyad Həsənov cəld tərpənərək qumbaranı av­
tobusun  içərisindən  götürüb bayıra tullayır.  Güclü partlayış  baş  verir.  Azər­
baycanlılardan da xəsarət alanlar olur...
21  fevral  1992-ci il - Ayaz Mütəllibovun fərmanı ilə Səyyaf Verdiyev Ağdam 
rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunur...
21  fevral  1992-ci il -  Şuşanın  Qaybalı kəndi ermənilər tərəfindən işğal olu­
nur...
21  fevral  1993-cü il - Erməni hərbi birləşmələri Ağdamın Şelli və Ergi isti­
qamətlərində hücuma keçir.  Şelli kəndi ətrafında şiddətli döyüşlər gedir...
21  fevral  1997-ci il - Azərbaycanın görkəmli ziyalısı,  Sovet İttifaqı Qəhrə­
manı,  Milli Məclisin üzvü,  tarixçi, akademik Ziya Musa oğlu Bünyadov faciəli 
şəkildə öldürülür...
22  fevral  1762-ci il - Rus çarı Yekaterina ermənilərin «Yüksək mərhəmətə 
layiq görülməsi»
 
haqqında fərman imzalayır...
22 
fevral  1918-ci il  -  Urmiyada xristianlarla müsəlmanlar  arasında qarşı­
durma baş verir. Müsəlmanlardan da çoxlu sayda itkilər olur...
22  fevral  1922-ci il - Sovet respublikaları Rusiya Federasiyası ilə saziş bağ­
layır.  Sazişə əsasən bütün respublikalar beynəlxalq münasibətlərdə öz mənafe­
lərini müdafiə etməyi Rusiya Federasiyasına tapşırır...
51


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə