Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə19/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   15   16   17   18   19   20   21   22   ...   112

Nazim Tapdıqoğlu
22 
fevral  1988-ci il - Bakıda ermənilərin Dağlıq Qarabağdakı hədyan bərə­
kətləri ilə bağlı azərbaycanlıların ilk nizamsız ümumxalq mitinqi keçirilir...
22  fevral  1992-ci il - Füzuli rayonunun  Yuxan  Veysəlli kəndi erməni yaraq­
lıları  tərəfindən zirehli  texnikanın köməyi ilə işğal  olunur.  8  nəfər  həlak  olur, 
20 nəfər yaralanır, 16 yaşlı bir oğlan itkin düşür. Kəndin  1.000  nəfərlik əhalisi 
doğma yurd yerlərini tərk etmək məcburiyyətində qalır. Düşmən onlarla evi od 
vuraraq yandırır...
22  fevral  1992-ci il - Terrorçu ermənilər Füzuli rayonunun Cəmillı kəndinə 
silahlı basqın edirlər.  2  nəfər milis əməkdaşı həlak olur,  4  nəfər yaralanır...
22  fevral  1992-ci il - Ermənilər Xocalı şəhərini atəşə tuturlar. nəfər həlak 
olur, 9 nəfər yaralanır...
23  fevral  1918-ci il - O dərəcədə də nüfuzu olmayan Zaqafqaziya Seymi açı­
lır...
23 
fevral  1919-cu il - Andranikin quldur dəstələrindən biri  Tuğ kəndi  (ha­
zırda Xocavənd rayonunun  tabeliyindədir)  istiqamətində hücum edərək  kəndi 
talan edir,  azərbaycanlıların bir qismini öldürür,  onların evlərini yandırır, əm­
lakım, mal-qaralarını daşıyıb aparırlar.
23 
fevral  1988-ci il - Qarabağ müharibəsinin ilk qurbanları - Ağdam sakin­
ləri Bəxtiyar Quliyev və Əli Hacıyev Əsgəranda şəhid olurlar. 19 nəfər yaralanır. 
Bu qanlı  hadisə ilə ermənilər silahlı münaqişədə maraqlı olduqlarını nümayiş 
etdirirlər...
23  fevral  1988-ci il - Vilayət Aqrar-Sənaye Komitəsinin sədri Q.A.Poqosyan 
DQMV PK-nin birinci katibi vəzifəsinə seçilir...
23  fevral  1988-ci ü - Ermənilər Ermənistanda  ( Qərbi Azərbaycanda)
 
etnik 
təmizləmə  siyasətini həyata keçirərək mindən çox azərbaycanlını oradan qo­
vurlar...
23 
Tevral  1990-cı il - Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı 
ilə Azərbaycan Respublikasının ərazisi olan Qarabağın dağlıq hissəsində Ermə­
nistan SSR Ali Sovetinə deputatlar seçilməsi üzrə 12 seçki dairəsi yaradılır. Bu 
qərar dünya praktikasında misli  görünməmiş  bir  hal hesab  olunur:  bir dövlət 
qərar qəbul edib digər dövlətin ərazisində öz parlamentinə seçkilər keçirir. Təd­
qiqatçılar tərəfindən bu fakt «Daşnaksütyun»un göstərişini yerinə yetirən erməni 
terror və quldur birləşmələrinin işğalçılıq fəaliyyətində Ermənistan hökumətinin 
birbaşa iştirak etməsinin növbəti sübutu kimi qiymətləndirilir...
23  fevral  1991-ci il - Cəbrayıl rayonunun Nüsüs,  Qışlaq, Süleymanlı kəndləri 
atəşə məruz qalır.  2 nəfər yaralanır.  Erməni yaraqlıları Qışlaq kəndinə hücum
52
Azərbaycan faciələrinin təqvimi
edir...
23  fevral  1992-ci il - Ağdam rayonu ərazisində yerləşən  Uzundərə hərbi sur­
sat anbarı və istehkamçı-mühəndis batalyonunun əmlakı zəbt edilir. Çoxlu miq­
darda döyüş və hərbi sursatlar müxtəlif naməlum istiqamətlərə daşınır...
23  fevral  1992-ci il - Xramord kənd istiqamətində mövqe döyüşləri davam 
edir.  Xocalı ilə  birləşmək  məqsədi ilə Əsgərana Ağdamdan  gözlənilən hücum 
əməliyyatı nədənsə baş tutmur. Manikli kəndi ərazisindəki mühüm strateji əhə­
miyyəti olan Sığnaq yüksəkliyi ermənilər tərəfindən atəşə tutaraq hücuma məruz 
qalır.  Bir neçə nəfər azərbaycanlı həlak olur...
23  fevral  1992 -ci il -  Şuşa  şəhəri  ermənilər  tərəfdən  top  atəşinə tutulur. 
Cümşüd Bəşirov həlak olur. Onun oğlu  Vidadi, yeznəsi Səfalı ağır yaralanırlar...
23  fevral  1993-cü  il  -  Mövqe  döyüşləri aparan düşmən  Sərsəng  su anbarı 
rayonuna çıxa bilir...
23  fevral  1993-cü il - Azərbaycan Respublikası Prezidenti Əbülfəz Elçibəy 
1918-ci il soyqırımında həlak olan azərbaycanlıların şərəfmə Bakıdakı «26Bakı 
Komissarı»  bağında  abidə  ucaldılması  haqqında 471  saylı  qərar  qəbul  edir. 
Həmin  bağın  admm  dəyişdirilərək  «Qaçqınlar bağı»  qoyulması  qərara  almır. 
Amma bütün bunlar kağız üzərində qalır...
24 
fevral  1576-cı il - Görkəmli alim, şair, rəssam, musiqiçi, astroloq, filosof 
İbrahim Mirzə Əbülfət Zəhirəddin Bəhram Mirzə oğlu Cahi öldürülür...
24  fevral 1739-cu il - Nadir şahın 90 minlik qoşunu ilə Məhəmməd şahın 200 
minlik ordusu üz-üzə gəlir.  Bu qanlı, məşəqqətli savaşda hər iki tərəfdən çoxlu 
sayda itkilər olur. Hindistan ordusunun baş komandanı Xan Dövran yaralanır, 
sərkərdələrdən Səadət xan əsir almır...
24  fevral  1830-cu il - Rus generalı İF.Paskeviç Azərbaycana, Car-Balakənə
qoşun yeridir...
24 
fevral  1920-ci il - Zaruşat tərəfdən hücuma keçən daşnaqlar Düzkəndin 
Şurakəni yaşayış məntəqəsini tamam dağıdırlar.  Bütün kişilər qılıncdan keçiri­
lir...
24 
fevral  1920-ci il - RK(b) P Qafqaz Ölkə Komitəsi,  AK(b) P M K və BK 
partiya təşkilatlarını hərbi vəziyyətdə elan edirlər...
24  fevral  1991-ci il Şuşa-Ağdam marşrutu ilə hərəkət edən  avtobus ermə­
nilər tərəfindən partladılır,  ağır yaralananlar olur.  Cəmilli kəndinə erməni ya­
raqlıları basqın edir; ölən və yaralananlar olur...
24  fevral  1992-ci il - Saat 22:00 radələrində Ağdam-Əsgəran yolu ilə Xra­
mord kəndinə kəşfiyyata gedən Xüsusi Təyinatlı  Milis  Dəstəsi ilə  "Qarabağ"
53


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə