Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə17/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   13   14   15   16   17   18   19   20   ...   112

Nazim Tapdıqoğlu
mədov,  Mübariz  Əsəd  oğlu  Mehdiyev,  Şahlar  Cavad  oğlu  Musayev,  Coşqun 
Müzəffər oğlu Nəbiyev ermənilərlə döyüşdə həlak olurlar...
18 
fevral  1610-cu il - Şabran qalasında Osmanlı sərkərdəsi, Şirvan bəylərbəyi 
Zülfüqar xan  Qaramanlı öz xeyməsində yatdığı halda doğranaraq qətlə yetiri­
lir...
18 
fevral  1905-ci il - II Nikolayın fərmam ilə Bakıda və Bakı quberniyasının 
digər ərazilərində hərbi vəziyyət elan olunur...
18 
fevral  1929-cu il - Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan MR-na məx­
sus olan 657 kv. km ərazi - Qurdbulaq, Horadiz,  Oğbun, Almalı, İtqiran, Sultan- 
bəy,  Qarsevən,  Kilid və digər kəndlər, həmçinin Zəngilan  rayonunun Nüvədi 
kəndi,  Qazax rayonunun 4.400 hektarlıq meşə sahəsi Ermənistana verilir...
18 
fevral  1988-ci il - Azərbaycan Respublikası Ermənistandan  (Zəngəzur­
dan )  zorla  çıxarılan  4  min  nəfər  Qafan  rayon  sakinlərini  -  qaçqınları  qəbul 
edir...
18 
fevral  1988-ci il -  Ermənilərin  "Qarabağ”
 
və  "Krunk”
 
liderlərinin təşki­
latçılığı ilə Xankəndində ixtişaşlar baş verir. İnstitutda azərbaycanlı müəllim və 
tələbələrin üzərinə hücumlar edilir.  Onlar döyülərək təhqir olunur. Dərslər po­
zulur... -
18  fevral  1990-cı il -  Yevlax-Laçın
 
yolunun  105-c\
 
kilometrliyində  "Şuşa- 
Bakı " marşrutu ilə hərəkət edən sərnişin avtobusu ermənilər tərəfindən partla­
dılır.  Ölən  və  çoxlu  sayda  ağır  yaralananlar  (13  nəfər)  olur.  Bir  neçə  nəfər 
ömürlük şikəst olur...
18  fevral  1992-ci il - Ağdam rayon DİŞ-nin rəisi İslah Paşayev vəzifəsindən 
azad edilir...
18 
fevral  1992-ci il «Qarabağ»
 
terror təşkilatından olan erməni saqqallıları 
azərbaycanlılar yaşayan  Ağdam rayonunun  Şelli kəndinə etdikləri hücum za­
manı kənddən məktəblini - Natiq və Niyaməddin İbadovları,  eləcə də başqa 
1  nəfər kənd sakinini girov  götürürlər.  Sonra isə  ultimatum verirlər ki, Şelli 
kəndinin sakinləri qısa müddətdə doğma yerlərini tərk etməlidirlər, əks təqdirdə 
uşaqlara divan tutulacaqdır...
18  fevral  1992-ci il - Prezident fərmanı ilə Tahir Əliyev Ağdam şəhərinin ko­
mendantı təyin olunur. Ağdam rayonu ərazisində fövqəladə vəziyyət tətbiq edi­
lir...
18 
fevral 
1992-ci 
il 
- Laçın rayonunun Hacılar kəndi eməni yaraqlıları tərə­
findən güclü atəşə tutulur. Atışma zamanı Şəfi Səməd 
oğlu Abdullayev 
(1968-ci 
il təvəllüdlü)
 
həlak olur...
48
Azərbaycan faciələrinin təqvimi
18  fevral  1993-cüil-  Azərbaycan Bayrağı" ordenli Bəylər Eldar oğlu Məm­
mədov Aterk kəndi yaxınlığında həlak olur...
18 
fevral  1994-cü il - Ömər aşırımı da daxil olmaqla, Kəlbəcərin şimal hissəsi 
ermənilərin nəzarəti altına keçir...
18 
fevral  1994-cü il - Azərbaycan ordusu geri çəkilir. İki Azərbaycan briqa­
dası mühasirəyə düşür.  Qoşunlarımız 1500 nəfər itki verir...
18  fevral  1994-cü il - Moskvada Rusiya, Ermənistan və Azərbaycan nüma­
yəndələrinin görüşündə Rusiyanın hazırladığı plan «müzakirə»  (sənəddə Şuşa, 
Laçın adı çəkilmir)  edilir...
19  fevral  1921-ci il - Erməni terrorçuları Zəngibasar ərazisində 18 nəfər azər­
baycanlını qətlə yetirir...
19  fevral  1937-ci il - Görkəmli hərbçi, polkovnik Qalib İbrahim ağa oğlu Və- 
kilov həlak olur...
19  fevral  1938-ci  il - Azərbaycan SSR XDİK-in  müavini,  mayor Rayevin 
əmri ilə 45 nəfər güllələnir...
19 
fevral  1978-ci il - Qumda baş vermiş qanlı hadisənin 40-cı günü nümayişə 
çıxmış  100  min  nəfər  adam  polisin  və  ordunun  zorakılığına  cavab  olaraq 
mövcud quruluşa qarşı üsyana qalxır.  Üsyan qan içərisində yatırılır...
19 
fevral  1988-ci il - DQMV Partiya Komitəsinin geniş tərkibdə büro iclası 
keçirilir.  Ermənilər sosial-iqtisadi təzyiqlərə məruz qaldıqlarını bəyan  edirlər. 
Xankəndi şəhər PK-nin birinci katibi Zaven Movsesyanm təklifi ilə büronun qə­
rarından çıxarışı Moskvaya göndərmək və oradan nümayəndə heyəti çağırmaq 
qərara alm ır...
19  fevral  1988-ci il - Bakıda Dağlıq Qarabağ məsələsi ilə bağlı ilk etiraz mi­
tinqi keçirilir. Mitinq müxtəlif qüvvələr tərəfindən dağıdılır...
19 
fevral  1988-ci il -İrəvanda  "Ermənistan yalnız ermənilər üçündür!",  ’’Er­
mənistanda yalnız ermənilər yaşamalıdır!”,
 
"Ermənistanı türklərdən təmizləmə­
li" şüarları altında antitürk mövqeli mitinq keçirilir...
19  fevral  1988 - ci il - Erməni terrorçuları İrəvanda cümə məscidindən so­
nuncusunu, şəhərin bəzəyi olan  gözəl memarlıq abidəsini - Göy Məscidi vəhşi­
cəsinə yandırırlar...
19 
fevral  1992-ci il - B. Yeltsin, L.Ter-Petrosyan və B.Şapoşnikov Moskvada 
məxfi görüşürlər...
19  fevral  1992-ci il - Xocavənd rayonunun  Qaradağlı kənd sakinləri Altay 
Məhəmməd  oğlu Həsənovun və  Xanalı Həbib oğlu Hüseynovun meyidləri Ağ­
dama gətirilərək oradakı «Şəhidlər xiyabanı»uda
 
dəfn olunur...
49


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə