Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə15/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   11   12   13   14   15   16   17   18   ...   112

Nazim Tapdıqoğlu
Əbdürrəhman oğlu, Kərimov Haqverdi Tapdıq oğlu,  Mehdiyev  Ədalət  Əlqəmə 
oğlu, Mədətov Cavid Adil oğlu, Mədətov Cəsarət Bayram oğlu, Mədətova Yeganə 
Dadaş qızı, Fərhadov Elşən Barat oğlu, Xudiyev Sərdar Bağdadur oğlu, Hümbə- 
tov İnqilab  Niftalı  oğlu,  Teymurov Rizvan  Rəhman  oğlu,  Zeynalov  Qaryağdı 
Əsgər oğlu, Zeynalova  Nübar Kərim qızı,  Zeynalova Səriyyə Tağı qızı...  həlak 
olurlar. Sakinlər evlərindən bir çöp belə götürə bilmirlər.  Kəndin müdafiəçiləri 
qadınların, uşaqların, qocaların düşmən əlinə keçməməsi üçün təpədən-dırnağa 
silahlanıb irəliləyən vəhşi ermənilərlə demək olar ki,  əlbəyaxa döyüşür,  tələfat 
verərək geri çəkilməyə məcbur olurlar.  Ermənilər tərəfindən vəhşicəsinə yandı­
rılan tarixi-memarlıq abidələri ilə zəngin olan Malıbəyli və Quşçular kəndlərinin 
tüstüsü göylərə bülənd olur. Köməksiz kənd camaatı düşmən pəncəsində pərən- 
pərən düşür. nəfər yaşlı sakin kəndi tərk edə bilmir. Erməni terrorçuları onları 
amansızlıqla qətlə yetirirlər.  Bir ana 3 aylıq körpəsini beşikdən götürə bilməsə 
də, namusunu düşməndən xilas edə bilir... Düşmən əlinə keçərsə, ismətinin tap ­
danacağını düşünən qadınlar ərlərinin,  qardaşlarının, oğullarının gülləsi ilə öl­
məyi  hər  şeydən  üstün  tuturlar.  Bu  faciə  zamanı  tarixdə  misli-bərabəri 
görünməmiş bir hadisə baş verir: bir ata düşmən gülləsindən ağır yaralanmış 17 
yaşlı  oğlunu aparmağın  mümkünsüzlüyünü  görüb həmin yeniyetmənin təkidli 
arzularına  ( “Ata, yalvarıram, məni erməniyə qoymayın!’’,  “Ata, məni özün vur!’’) 
əməl edir. Ata oğlunu üzüqoylu uzadıb gözlərini yumaraq əlindəki silahın təti­
yini  çəkir  (Allah  bilir ki,  ata  o zaman hansı  hisslər keçirirmiş)',
 
silahdan  güllə 
açılmır. İkinci dəfə əlləri əsə-əsə atəş açır. Yenə güllə açılmır  (Möcüzəyə,  qismətə 
bax,  İlahi!  Yəqin  Ulu  Tanrı atanı oğul qatili etməyə qıymamışdır).
 
Oğlan yaralı 
vəziyyətdə orada qalır.  Onun ölüb-qaldısmdan sonralar dəqiq bir xəbər olmur. 
Bəzi adamlar mərmi və güllə yağışlarının qurbanları olsalar da, kənd camaatının 
müəyyən hissəsi  silahlı kənd cavanlarının  (onlar cəmi
 
58 nəfər idi)  igidliyi və 
bir də möcüzə nəticəsində ölümün caynağından xilas ola bilirlər...
11 
fevral  1992-ci il -  Əsgərana hücum hazırlansa da,  respublika rəhbərliyi 
buna imkan və icazə vermir.  Ağdamdakı hərbi qüvvələrin gücündən yetərincə 
istifadə olunmur...
11 
fevral  1994-cü il - Kəlbəcər istiqamətində qızğın döyüşlər gedir. Milli Or­
dunun zabiti,  baş leytenant Sahib Hüseyn oğlu Hüseynov ayağından ağır yara­
lanır...
11 
fevral  2009-cu il - Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava 
Hücumundan  Müdafiə Qoşunlarının komandanı,  general-leytenant Rail R za­
yev evinin yaxınlığında naməlum şəxslər tərəfindən güllələnərək  faciəli surətdə 
qətlə yetirilir...
42
Azərbaycan faciələrinin təqvimi
12 
fevral  1790-cı il - Bütün İranı öz hakimiyyəti altına almış Ağaməhəmməd 
şah Qacar qardaşı Hüseynqulu Cahansuz şahın oğlu Baba xam (sonralar Fətəli 
şah)
 
özünə vəliəhd  (naibüssəltənə)
 
elan edir...
12  fevral  1918-ci il - Daşnaqlarm Ərzurum şəhərinin vağzalında törətdikləri 
terror aktı nəticəsində 10  nəfər türk dinc sakin həlak olur...
12  fevral  1988-ci il - İrəvanda  (Yerevanda)
 
küçələrə çıxmış ermənilər tərə­
findən  “Ermənistanı  türklərdən təmizləməli!”,  “Ermənistanda erməni yaşamalı­
dır!”
 
və s. millətçi şüarlar səsləndirilir...
12 
fevral  1988-ci il - Xankəndi şəhərində DQMV-nin Azərbaycanın tərki­
bindən  çıxarılaraq  Ermənistana birləşdirilməsi  tələbi ilə  ermənilər tərəfindən 
mitinq keçirilir...
12 
fevral  1992-ci il - Gəncədən Xocalıya ərzaq və yanacaqla yüklənmiş bir 
hərbi vertolyot gəlir.  Yaşayış məntəqəsinin ətrafında yerləşən mövqelər ermə­
nilər tərəfindən atəşə tutulur.  Tələfat və dağıntılar olur...
12  fevral  1992-ci il - Rusiya Prezidenti B.N.Yeltsin  Telavi
 
vertolyot baza­
sında  kursu  bitirmiş  erməni  pilotlarına  yeni və  dəqiq hərbi  uçuşa malik  olan 
"Mİ-24P " markalı vertolyotların verilməsi haqqında 7-ci ordunun baş koman­
dam, general-mayor Reuta göstəriş verir...
12 
fevral  1992-ci il - Marşal Şapoşnikov azərbaycanlı deputat nümayəndə­
lərinə 366-cı alayın çıxarılması ilə bağlı razılıq bildirmir...
12  fevral  1994-cü il - Ermənistan ordusu 3 istiqamətdən  (Zod- Yatışaq,  Kəl- 
bəcər-Qamışlı,  Ağdaban-Meydançay)
 
əks  hücuma keçir.  Ermənilər çoxlu itki 
verirlərsə də, Azərbaycan tərəfinin də çoxlu itkiləri olur...
13  fevral  1745-ci il - Nadir şah ikinci dəfə Şəkiyə hücum edir.  Çoxlu sayda 
insan tələfatına yol verilir. Nadir şəkililəri itaətə gətirmək üçün yaşayış yerlərinin 
yaxınlığındakı bağları və taxıl zəmilərini  məhv  etməyi  ,  ağacları  kəsməyi əmr 
edir. Çətin dağ keçidlərindən məharətlə istifadə edən şəkililər itkilər verirlərsə 
də inadla vuruşurlar.  Şəkililəri itaətə  gətirə bilməyən Nadir şah  Şəki şəhərini 
yandırmaq əmrini verir...
13  fevral  1902-ci il - Şamaxıda gücü təxminən 9 bal olan zəlzələ baş verir. 
Şamaxı şəhərində və 30-a yaxın ətraf kənddə 3500 ev dağılır, yer səthində çatlar 
əmələ  gəlir.  1300 nəfər adam həlak olur...
13 
fevral  1979-cu il - Azərbaycan xalqı yeni inqilabdan  da gözlədiyini ala 
bilmir.  Cənubi Azərbaycana mutariyyət verilmir. Azərbaycan dilinin və mədə­
niyyətinin inkişafı üçün  şərait yaradılmır.  İslam rejiminin sərtliyi ilə əlaqədar
43


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə