Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə11/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   7   8   9   10   11   12   13   14   ...   112

Nazim Tapdıqoğlu
31 yanvar 1990-cı il - İmişli rayonunun ərazisində  "Bi-Bi-Si" radiokorpora- 
siyasmm əməkdaşları,  Böyük  Britaniya vətəndaşları - Bencamin Braun və Рек 
Rorini SSRİ ərazisində yerdəyişmə qaydaları  və sərhəd zonasında  olmaq reji­
mini pozmaq üstündə yaxalanırlar. Onların üzərində müxtəlif məxfi sənədlər aş­
karlanır. Azərbaycan hökuməti bununla bağlı heç bir tədbir görmür...
31 yanvar  1991 -ci il - Dağıstanın Temirtau stansiyası yaxınlığında "Moskva- 
B akı” sərnişin qatarı partladılır.  16 nəfər həlak olur, 20 nəfər yaralanır...
31  yanvar  1992-ci il - Ağdamın Xıdırlı kəndi  yaxınlığında Təbriz Xəlil Rza 
oğlu Xəlilbəyli, Asif Talıbov, Azər Məmmədov və daha bir neçə nəfər erməni ya­
raqlıları ilə döyüşdə həlak olurlar...
31 
yanvar  1992-ci il Xramord,  Fərrux  kəndləri istiqamətində döyüş əmə­
liyyatları keçirilir.  Fərrux kəndi  ermənilərdən azad edilir.  İtkilər olur...
31  yanvar  1992-ci il - Erməni terrorçuları Ağdam rayonunun Şelli, Abdal- 
Gülablı, Xıdırlı,  Cinli,  Əliağalı,  Əhmədavar kəndlərinə hücum edirlər. Faiq Hə­
şimov, Xankişi Cəfərov, Azər Abbasov, Mübariz Vətənoğlu, Eldar Həsənov həlak 
olurlar. 53  nəfər yaralanır...
31 
yanvar  1994-cü il - Bərdə rayon İH-nin nümayəndələri gecə döyüş bölgə­
sindən qayıdarkən erməni snayperlərinin pusqusuna düşürlər. Düşmənin aram­
sız, atəşləri  nəticəsində  «Niva»  markalı maşın  dəlik-deşik  olaraq yararsız hala 
düşür...
32
Azərbaycan faciələrinin təqvimi
F E V R A L

fevral  1734-cü il Nadirlə qiyam qaldırmış Mahmud xan Bəluc arasında 
Şirazda şiddətli döyüş baş verir...

fevral  1904-cü il - Balaxanı şosesində fəhlələr nümayiş edir. Nümayiş da­
ğıdılır. Xəsarət alanlar olur...

fevral  1920 -ci il -  Erməni yaraqlıları  Şirakel mahalının  Carcur kəndinə 
basqın edirlər.  Ağır qətliam  baş  verir.  2.150 nəfər  günahsız  azərbaycanlı  dinc 
sakin vəhşicəsinə qətlə yetirilir...

fevral  1979-cu il - Azərbaycanlılara qarşı aqressiv mövqe nümayiş etdirən 
Ayətulla Xomeyni Parisdən İrana gəlir...
1  fevral  1992-ci il - Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ermənilər 
tərəfindən aramsız atəşə tutulur.  3  nəfər azyaşlı uşaq həlak olur...
1  fevral  1992-ci il - Erməni yaraqlıları Ağdam rayonunun Cinli kəndinə bas­
qın edirlər. Dinc sakin Zahid Şükürov həlak olur, digər dinc sakin yaralanır...
1  fevral  1992-ci ü - Terrorçu daşnaq birləşmələri Ağdam rayonunun Xıdırlı 
kəndi və  Qarağacı məzarlığı istiqamətlərində hücuma keçirlər.  12  nəfər  azər­
baycanlı - Təbriz Xəlilbəyli, Asif Tahbov, Azər Məmmədov və başqaları müdafiə 
zamanı həlak olurlar...
1  fevral  1994-cü il - Bakı dəmir yolu vağzalında törədilən terror aktı nəticə­
sində ( "Bakı-Kislovodsk" sərnişin qatarının partladılması)  5  nəfər həlak olur, 
20  nəfər yaralanır...
2  fevral  1905-ci il - Daşnaq terrorçuları Bakıda milli zəmində terror aktı tö­
rədirlər.  Mühafizəçi  əsgər cildinə girmiş  erməni  terrorçusu tərəfindən  dustaq 
Aşurbəyov məhkəmə zalından çıxarılıb həbsxanaya aparılarkən yolda qətlə ye­
tirilir...

fevral  1919-cu il - Pilimyan və Hişanyanm başçılıq etdikləri silahlı daşnaq 
dəstələri  Gəncə quberniyasının  Qızılvəng,  Subasan,  Şahab  və digər  kəndlərini 
dağıdır, əhalisini məhv edirlər. Qadınlar öldürülməzdən əvvəl zorlanır, uşaqlar 
isə diri-diri təndirə atılır...
2  fevral  1920-ci il -  Erməni  yaraqlıları Qərbi Azərbaycanın Şurakel şəhəri 
və onun yaxınlığındakı yaşayış məntəqələrində 1.350 nəfər azərbaycanlını vəh­
şicəsinə qətlə yetirirlər...
2  fevral  1948-ci il  - Respublika Nazirlər Soveti Ümumittifaq hökumətinin
33


Nazim Tapdıq oğlu
köçürmə haqqında çıxardığı qərarı qəbul edir...
2  fevral  1992-ci il - Goranboy rayonunun  Tapqaraqoyunlu, Şəfəq və Zeyvə 
kəndləri ermənilər tərəfindən atəşə tutulur. Tələfat olur...
2  fevral  1992-ci il - Keçmiş Ağdərə rayonunun Manikli kəndinə basqın edən 
terrorçu ermənilər  1  nəfər  azərbaycanlını  qətlə yetirir,  2  nəfəri isə yaralayır­
lar...
2  fevral  1993-cü il - Ağdam rayonunun Mərziti kəndi ermənilər tərəfindən 
atəşə tutulur...
2  fevral  1993-cü il - Füzuli rayonunun cənub-qərb cəbhəsində, Qoçəhmədli 
kəndi yaxınlığında keçirilən döyüş əməliyyatında həmin rayonun İşıqlı kənd sa­
kini Tahir Əmirxan oğlu Rəsulov həlak olur...
2  fevral 1994-cü il - Zəngilanlı döyüşçülərdən - Xaliq Seyidalı oğlu Mustafa­
yev  (Yuxarı  Yeməzlik.),  Əbülfət Mürşüd oğlu Alımirzəyev  (Ördəkli k.),  Əmir 
Dünyamalı oğlu Dünyamalıyev  (Sobu k.),  Əfqan Xudayar oğlu Həsənov (Şayıflı 
k,),  Yavər İsmayıl oğlu İsmayılov  (Hacallı k.)
 
ermənilərlə  döyüşdə şəhid olur­
lar...
3  fevral  1919-cu il - Dusurun və Xaçatur Bukanm tapşırığı ilə 30 nəfər Ağ­
dərə  ermənisi
 
azərbaycanlıların yaşadıqları kəndlərə basqın  edərək  mal-qara 
sürülərini aparmağa cəhd göstərirlər.  Bu barədə Böyük Britaniyanın 
Şuşadakı 
nümayəndəsinə xəbər verilir...

fevral  1943-cü il - Stalin repressiyasının qurbanlarından biri, dəyərli ziyalı, 
ADR hakimiyyəti dövründə Azərbaycan Parlamentinin üzvü, Nazirlər Şurası­
nın sədri vəzifəsində çalışmış Həmid bəy Ağa Xəlil oğlu Şahtaxtinski Rusiyanın 
Arxangelsk vilayətində  (o,  1941-ci ildə həbs edilmişdi)
 
həlak olur...

fevral  1993-cü il - Ağdam şəhəri və ətraf kəndlər ermənilər tərəfdən qrad 
qurğularından atəşə tutulur. Dağıntılar olur...

fevral  1993 -cü il -  Füzuli şəhəri və şəhərin qərbində yerləşən kəndlər er­
mənilər tərəfindən atəşə tutulur. Dağıntılar olur...
3  fevral  1992-ci il  -  Daşnaq terrorçular  Füzuli rayonunun  Qacar kəndinə 
basqın edirlər. Dinc kənd sakini Həmidİbişov ağır yaralamr...
4 
fevral 
1895-ci il - Dövrünün görkəmli şəxsiyyəti 
Hacı Mirzə 
Cavad 
Müctə­
hid Mirzə Əhməd Təbrizi 
oğlu, 
Təbrizdə müəmmalı  şəkildə ölür.  Onun ölümü 
münasibətilə Təbriz
 
şəhərində 40 gün matəm mərasimi keçirilir...
4  fevral  1993-cü il - Ermənilər Narınclar və Çıraqlı kəndlərini işğal edirlər.
34
Azərbaycan faciələrinin təqvimi
Ağdam şəhəri və şəhərə yaxın olan kəndlər ermənilər tərəfindən mərmi atəşinə 
tutulur.  İtkilər və tələfat olur...

fevral  1994-cü il - Tərtər şəhəri ilə Ağdərə yaşayış məntəqələri arasındakı 
10 kvadratkilometrlik sahə  zolağında  erməni  qəsbkarları  ilə  azərbaycanlı 
əsgərlər  arasında bütün  növ  silahlardan istifadə  olunmaqla  şiddətli döyüşlər 
gedir. İtkilər olur. Keçmiş Ağdərə rayonunun Narınclar və Çıraqlı kəndləri er­
məni terrorçu birləşmələrinin hücumları nəticəsində işğal edilir. Hər iki kəndin 
əhalisi didərgin düşür...
4  fevral  2000-ci il - Ağcabədi rayonunun Bayat kəndindən hərbi səfərbərliyə 
alınmış  vətənpərvər əsgər Ramin Xəlil oğlu Sadıqov döyüş  bölgəsində həqiqi 
hərbi xidmət zamanı həlak olur...
5  fevral  1743-cü il - Dağıstanda itkilər vermiş Nadir şah Osmanlı ordusuna 
qarşı  üçüncü  yürüşə  başlayaraq,  Dağıstandan  birbaşa  Osmanlı  torpağına
375.000  nəfərlik ordu ilə hücum edir...
5  fevral  1905-ci il - Erməni terrorçuları Bakıda Sabunçu kənd sakini Ağarza 
Babayevi öldürürlər.  Həmin gün  Bakıda  daha  13 nəfər azərbaycanlı ermənilər 
tərəfindən qətlə yetirilir...
5  fevral  1919-cu il -Silahlanmış erməni  saqqallıları Abdulluq Azərbaycan 
kəndinə hücum edərək 25 uşağı, 15 qadını və 60 kişini vəhşicəsinə qətlə yetirirlər, 
144 ev yandırılır...
5  fevral  1919 -cu il - Erməni yaraqlıları Muğanski hökumətinin əmri ilə Lən­
kəran qəzasında onlarla kəndi yandırıb onları xarabalığa çevirirlər.  Kəndlərin 
(Qədirli, Xallıcanlı, Köçəkli,  Ərəbli, Həsənli,  Qarğalıq, Şəhriyar, Dəlləkli, Eminli, 
Məmmədxanlı,  Ağatənəli,  Xırmandalı,  Toxulacaq,  Kərbəlayi Abdullah  Təkləsi 
və s.)
 
əhalisi didərgin düşür. Biçarə kənd qadınlarının ismətinə təcavüz olunur...

fevral  1919-cu il - Kilani-Turani Azərbaycan kəndində erməni quldurları 
10 kişini,  qadını,  1  uşağı öldürür, 170 evi yandırırlar...
5  fevral  1919-cu il - Erməni yaraqlıları Göyçə mahalının Daşkənd oymağına 
hücum  edirlər.  21  azərbaycanlı  qətlə  yetirilir.  El  sənətkarı  Aşıq Nəcəf girov 
düşür. Onu gün ac-susuz çalıb-oxumağa məcbur edirlər. Sonra onu Çaxırlı və 
Basarkeçər kəndləri arasında - Kültəpə adlı yerdə işgəncə ilə  (kürəyinə qaynar 
samovar bağlayıb küləyin əksi istiqamətində onu qaçmağa məcbur edirlər)
 
qətlə 
yetirirlər...

fevral  1919-cu il - Erməni silahhları Göyçənin Şorca kəndinə hücum edir. 
Kəndin bütün kişiləri öldürülür.  Uşaqlar təndirlərə atılır.  Seçmə 8 qadın kənd­
dən aparılıb 20 gün saxlanılır.  Onlar şərəflərinə toxunulduqdan sonra buraxı-
35


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə