Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə10/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   6   7   8   9   10   11   12   13   ...   112

Nazim Tapdıq oğlu
daşa basılır, 2 nəfər yaralanır...
25  yanvar  1990-cı il  -  "Qurtuluş"  təşkilatının rəhbəri Məhəmməd Hatəmi 
həbs edilir...
25 
yanvar  1991-ci il - Ağdamdan yola düşən avtobus ermənilər tərəfindən 
daşa basılır. Sərnişinlər erməni millətçiləri tərəfindən təhqir olunur. 2 nəfər azər­
baycanlı ağır yaralanır...
25 
yanvar  1993-cü il - Ağdamdakı hərbi hissədə törədilən partlayış nəticə­
sində çoxlu sayda ölənlər və yaralananlar olur. Ağdam şəhəri ermənilər tərəfin­
dən toplardan və qrad quğularmdan atəşə tutulur...
25 
yanvar  2005-ciil- AŞPA Terri Devisin və Devid Atkinsonun məruzələri 
əsasında Dağlıq Qarabağ üzrə qətnamə və tövsiyələr qəbul edir. AŞPA nədənsə 
1994-cü ilin mayında Qarabağda atəşkəsə nail olunmasına görə Rusiyaya deyil, 
ATƏT nümayəndələrinə minnətdarlıq bildirir...
26 
yanvar  1904-cü  il - Podrat qazıma  mexaniki zavodunun fəhlələri tətil 
edirlər.  Tətil gülləbaran edilərək dağıdılır.:.
26 
yanvar  1989-cu il - Azərbaycan KP MK-nın birinci katibi Ə.X.Vəzirov 
DQMV  Xüsusi  İdarə  Komitəsinin  sədri,  Sovet  İKP  MK-nın  şöbə  müdiri
A.İ.Volski ilə görüşür...
26  yanvar  1990-cı il -  Saat 02.30-da.  Moskvada  çoxlu sayda milis işçiləri 
nümayəndəliyin qapı və pəncərəsini qırıb içəri daxil olurlar. Adamları avtomat 
qundağı  ilə vurur,  itələyir,  üst-başlarını yoxlayırlar.  AXC lideri Etibar Məm­
mədov həbs olunur...
26  yanvar  1990-cı il - Tərkibində erməni əsgərləri də olan rus ordusu Lən­
kəran  şəhərinə yeridilir.  Şəhər sakinlərindən  Salman Babaxan oğlu Baxşıyev, 
Тагу el Hacıbala oğlu Abdullayev, Şahin Zahid oğlu Məmmədov, Rövşən Seyfulla 
oğlu Bədəlov, Rahim Vəüağa oğlu Məmmədov, Vaqif Məhəmməd oğlu Məmmə­
dov vəhşicəsinə qətlə yetirilir...
26 
yanvar  1990-cı il - Neftçala şəhərinə yeridilən rus ordusu şəhər sakinlə­
rindən Nurəddin Aslan oğlu Ağahüseynov və Əbülfəz Böyükağa oğlu Cəfərovu
qətlə yetirir...
26 
yanvar  1991-ci il - Ağdamdan Şuşaya gedən maşın karvanı ermənilər tə­
rəfindən gülləbaran edilir.  maşm yandırılır, nəfər yaralanır...
26  yanvar  1991-ci il - Ağdamdan Şuşaya gedən yük maşını ermənilər tə­
rəfindən atəşə tutulur, ağır yaralananlar olur...
26  yanvar  1992-ci il - Goranboy rayonunun Qaraçinar kəndi uğrunda gedən 
döyüşdə goranboylu Vüqar Zülfüqar oğlu Bayramov  həyata əlvida deyir...
28
Azərbaycan faciələrinin təqvimi
26 
yanvar  1992-ci il - Daşnaq  terrorçularının  Şuşanı  atəşə tutması nəticə­
sində Zahid Rafayıl oğlu Nəsirov  həlak olur...
26 
yanvar  1992-ci il 1  Kəşfiyyat batalyonunun Şuşan rayonunun Daşaltı 
kəndi ərazisində  "Daşaltı əməliyyatı" keçirmək cəhdi  uğurlu  alınmır.  Azər­
baycanlılardan 100 nəfərdən çox  ölən, itkin düşən  və yaralananlar olur...
26  yanvar  1993-cü il - Yuxarı Qarabağın Fərrux yüksəkliyi uğrunda şiddətli 
döyüşlər gedir. İtkilər olur...
26
 
yanvar  1994-cü 
il 
-  Ermənilərlə  döyüşdə  zəngilanlı  döyüşçülər Səməd 
Rəhim oğlu Məmmədov (Zəngilan şəhəri), Cəlil Allahverdi oğlu Kalbahyev (Sa- 
rallı-Xəştab kəndi) həlak olurlar...
27  yanvar  1911-ciil  - İran Azərbaycanında əksinqilabi çevriliş olur.  Milli 
Şura  Məclisinin  işinə  xitam  verilməsinə  yardım  edilir.  Məşrutə  tarixinin  ən 
üzüntülü hadisələrindən biri baş verir...
27  yanvar  1922-ci il - Azərbaycan K(b)P-nm qalmaqallı IV qurultayı keçi­
rilir...
27  yanvar  1991-ci il - Ermənilər laçmlı Firdovsi Səhüyalı oğlu Tağıyevi aman­
sızlıqla qətlə yetirirlər...
27  yanvar  1993-cü il - Ağdam şəhəri,eləcə də rayonun  Bağbanlar,  Muğanlı 
kəndləri  ermənilər  tərəfindən  raket  mərmilərindən  atəşə  tutulur.  Dağıntılar 
olur...
28  yanvar  1828-ci il  - Rus  qoşunları Urmiyanı tutur.  Çoxlu  sayda  azər­
baycanlı qətlə yetirilir...
28 
yanvar  1919-cu il - Silahlı ermənilər Andranikin quldur dəstələrinin baş­
çılığı ilə Gığı dərəsi ərazisində yerləşən Girətağ,  Qovşud, Baharlı, Gığı, Daşbaşı, 
Key baxış,  Kəqaçatu,  Kuruzot,  Mollalı,  Kayçan,  Acıbağ kəndlərini mühasirəyə 
alıb ultimativ şəkildə sakinlərin silahlarını və əmlaklarını təhvil vermələrini tələb 
edirlər, əks təqdirdə onları məhv edəcəkləri ilə hədələyirlər. Ermənilər bu kənd­
lərin bəzisinə hücum edir. Kənd sakinlərindən ölənlər və yaralananlar olur...
28  yanvar  1919-cu  il -  Erməni  yaraqlıları  Gəncə  quberniyasının  azər­
baycanlılar  yaşayan  Zağalı  (indi Daşkəsən rayonunun  tabeliyində  olan kənd) 
kəndini  yandırırlar.  25 nəfər dinc sakin,  o cümlədən qadınlar  və  uşaqlar qətlə 
yetirilir...
28 
yanvar  1989-cu il A.İ. Volski  Ermənistana  gedərək  onun rəhbərləri ilə 
gizli və açıq şəkildə Dağlıq Qarabağ məsələsini müzakirə edir...
28  yanvar  1990-cı il - SSRİ Müdafiə nazirinin müavini, ordu generalı  V.İ. Va-
29


Nazim Tapdıqoğlu
rennikov Gəncədə gəncəlilərlə görüşür. Yaranmış vəziyyət müzakirə olunarkən 
ermənilərin törətdikləri cinayətlərin üstü malalanır...
28 
yanvar  1991 -ci il - Martuni  (Xocavənd)  rayonunun Xocavənd kənd sa­
kini Fənər Nəzərova öz həyətində çörək bişirən zam an erməni yaraqlısı tərəfin­
dən  qətlə  yetirilir.  Kənd  sakinləri  -  Cəllad  Şirin  oğlu  Əhmədov  və  12  yaşlı
I.Məmmədov ağır güllə yarası alırlar...
28 
yanvar  1992-ci il - Füzuli şəhəri ermənilər tərəfindən qrad qurğularından 
atəşə tutulur.  Dağıntılar olur...
28 
yanvar  1992-ci il - Şuşa səmasında içərisində azərbaycanlılar (çoxu qadın 
və uşaq) olan və Ağdam-Şuşa reysi ilə uçan M İ-8 mülki vertolyotu ermənilər tə­
rəfindən vurulur. Vertolyotdakılarm hamısı (44 nəfər sərnişin  ...  və 3 nəfər eki­
paj  üzvü -  Ərəstun İsbəndi oğlu Mahmudov,  Səfa Fətulla oğlu Axundov,  Şakir 
Şamil oğlu Salahov) həlak olurlar...
28 
yanvar 2010-cu il - Daşkəsən rayonu ərazisində yerləşən  “N ” hərbi hissə­
sində baş verən hadisə nəticəsində Silahlı Qüvvələrimizin  6 əsgəri həlak olur, 4 
nəfər yaralanır...
29  yanvar 1744-cü il - Nəsrullah Mirzə Surxay xanın oğlu Şahzadə Məhəm­
məd xanm gözünü çıxarıb Osmanlı hərbi əsirləri ilə Qarsa göndərir...
29  yanvar  1916-cı il - Rus ordusu Ərzurum istiqamətində hücuma keçir...
29 
yanvar  1919-cu il -  Şuşa,  Cavanşir,  Cəbrayıl, Zəngəzur qəzalarını əhatə 
edən,  mərkəzi  Şuşa şəhəri olan  (Xosrov bəy  Sultanov general-qubernator təyin 
edilir), yeni yaradılan general-qubernatorluğu ermənilər tanımaq istəmir və elə 
həmin gün onlar Zəngəzurda və Qarabağda terror aktını davam elətdirirlər...
29  yanvar  1992-ci il - Xocalıdan sonuncu vertolyot uçur. Xocalı şəhəri tam 
mühasirədə  qalır...
29 
yanvar  1992-ci il -  Ağdam rayonunun  şəhərin  (Ağdam şəhərinin)  qər­
bində yerləşən kəndləri ermənilər tərəfindən atılan raket atəşlərinə məruz qalır. 
Yanacaqdoldurma məntəqəsinə düşən raket mərmisinin partlaması nəticəsində 
1 nəfər həlak olur...
29 
yanvar  1992-ci il - Ermənilər tərəfindən atılan mərmi Ağdamdakı saylı 
SMD-nin həyətinə düşür.  Sürücü Nemət Abdullayev həlak olur, nəfər ağır ya­
ralanır, 1 ədəd KamAZ markalı maşın yanaraq yararsız hala düşür...
30  yanvar  1806-cı il - Qafqaz canişini,  knyaz Sisianov  1663  nəfər piyada 
qoşun və 10 top ilə Bakıya çatır. O, Naxər bulağı yaxınlığında  (sonralar Petrapet
30
Azərbaycan faciələrinin təqvimi
(indiki Fəvvarələr meydanı) )   düşərgə salır...
30  yanvar  1919-cu il - Erməni silahlı dəstələri  Kəvər mahalının Bığlı,  Əfəndi, 
Hacı,  Muğan,  Əyrivənd,  Ağzıbir kəndlərinə hücum edir.  Didərgin düşən əhali 
Ağmanğan dağının yuxarı hissəsində mühasirədə saxlanılır, nəticədə 3000 sakin 
donaraq məhv olur.  Hücum zamanı ermənilər Əfəndi kənd sakini İbrahim Ha- 
cıhüseynoğlunun gözlərini çıxarandan sonra onu diri-diri yandırırlar...
30 
yanvar  1919-cu il 10-lar Şurasının iclasında ABŞ prezidenti V.Vilsonun 
təklifi ilə qərara almır ki, fevralın 28-də ermənilər 10-lar Şurasımn iclasında «Də­
nizdən dənizə Böyük Ermənistan yaratmaq» proqramı ilə çıxış etsinlər. ABŞ Pre­
zidenti V.Vilson bütün Sülh konfransı boyu ermənilərin müdafiəçisi kimi çıxış 
edir...
30  yanvar  1920-ci il  il - Daşnaq terrorçular Uluxanlı dəmiryol stansiyasında 
azərbaycanh qaçqınları daşıyan qatara hücum edirlər.  1 nəfər qətlə yetirilir, 12 
nəfər girov götürülür,  85 nəfər isə qarət olunur...
30  yanvar  1990-cı il - Erməni yaraqhları Gədəbəy rayonunun Şınıx bölgəsinə 
basqın edirlər. Əsgər Xələfov, Arif Zeynalov, Fərhad Niftahyev, İbrahim Hüsey­
nov, Əkbər Qurbanov, Məhərrəm Vəliyev vəhşicəsinə qətlə yetirilir. Güllü kənd 
sakini olan el ağsaqqalı Hüseyn Cəfərov girov düşür...
30 
yanvar  1990-cı i l -Gədəbəy rayonunun 5 nəfər azərbaycanlı sakini erməni 
terrorçularının qəfil hücumu nəticəsində itkin düşür. Bir neçə gündən sonra be­
şinin də cəsədi eybəcər hala  salınmış  vəziyyətdə  Ermənistan ərazisindən tapı­
lır...
30 
yanvar  1992-ci il - Goranboy rayonunun Şəfəq kəndi ermənilər tərəfindən 
atəşə tutulur;  1  nəfər yaralanır...
30  yanvar  1992-ci  il  -  Azərbaycan  və  Ermənistan  eyni  vaxtda  ATƏM 
(A T Ə T) üzvlüyünə qəbul edilirlər...
30 yanvar 1992-ci il -  "M İ-8 "hərbi vertolyotundan Xocalı-Şuşa istiqamətin­
dəki yaşayış məntəqələrinə üstündə  "Böyük Ermənistan " xəritəsi cızılmış vərə­
qələr atılır. Azərbaycan hökuməti buna demək olar ki, heç bir reaksiya vermir...
30  yanvar  1992-ci il - Ağdam rayonunun Papravənd kəndinə erməni yaraq­
lıları basqın edir...
да
31  yanvar  1902-ci il - Qədim Şirvamn paytaxtı olan Şamaxıda çoxlu sayda 
insan tələfatı və dağıntılarla nəticələnən güclü zəlzələ baş verir...
31  yanvar  1905-ci il - Erməni yaraqlıları Cavanşir qəzası ərazisindəki Çıraqlı 
və Hactqərvənd kəndlərində faciə törədirlər. Bu kəndlərdən olan 10 nəfər müsəl­
man qətlə yetirilir...
31


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə