Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə6/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   2   3   4   5   6   7   8   9   ...   112

Nazim Tapdıqoğlu
rılır.  Bir həftə davam edən bu qanlı döyüşlərdə yüzlərlə azərbacanlı igidlər də 
həlak olur...
12 
yanvar  1945-ci il - Sovet qoşunları bütün cəbhə boyu hücuma keçir.  Bu 
qanlı döyüşlərdə minlərlə azərbaycanlı da həlak olur...
12  yanvar  1989  -  cu  il  -  Erməni  daşnaqlrı  Xanlar  (Göygöl)
 
rayonunun 
Todan kəndinə hücum edirlər. nəfər dinc sakin qətlə yetirilir...
12 
yanvar  1989-cu il  -  SSRİ  Ali Soveti  Rəyasət  Heyəti  Dağlıq Qarabağı 
Azərbaycandan  qoparıb  Ermənistana  birləşdirmək  məqsədilə  "Azərbaycan 
SSR-in Dağlıq Qarabağ Muxtar  Vilayətində xüsusi idarəçilik formasının tətbiqi 
haqqında" qərar  qəbul  edir.  A. Volskinin
 
başçılığı  ilə  Xüsusi  İdarə  Komitəsi 
(XİK) yaradılır.  Komitənin tərkibinə  5  rus,  2  erməni,  1  nəfər azərbaycanlı 
təyin edilir...
12  yanvar  1990-cı il - Erməni yaraqlıları Goranboy rayonunun Todan kən­
dinə hücum edir.  Kənddən nəfər girov götürülür.  Onlardan nəfəri (Abbas­
qulu, Bəxtiyar, Əliqara, Yadigar)  vəhşicəsinə qətlə yetirilir...
12  yanvar  1990-cı il - Xanlar rayonunun  Quşçu kəndinə basqın edən  500 
nəfər silahlı ermənilər  kəndi dağıdır,  onlarla silahsız,  əliyalın  azərbaycanlını 
vəhşicəsinə öldürürlər.  Qadınlar, uşaqlar, qocalar gülləbaran edilir...
.  12  yanvar  1992-ci il - Ağdamdan Qaradağlıya uçan vertolyot atəşə tutulur. 
Vertolyotla Qaradağlı kəndinə  (Xocavənd rayonu)
 
ərzaq və hərbi sursat gətirən 
kənd icra hakimiyyətinin nümayəndəsi  Cavay Hüseynov ağır yaralanır.  Güclü 
atəş səbəbindən 2 saat ərzində ona kömək etmək mümkün olmur. O, çoxlu qan 
itirir. Həmin gün daha nəfər - Şahruz Əliyev və kənd mağazasının müdiri Alov 
Əzizov da yaralanırlar...
13 
yanvar  1918-ci il - Terrorçu erməni yaraqlıları Zəngəzur qəzasının azər­
baycanlılar yaşayan Pulkənd yaşayış məntəqəsinə basqın edərək  19 nəfər dinc 
sakini qətlə yetirir. Kənd basqınçılar tərəfindən talan olunur...
13 
yanvar  1990-cı il - Bakıda bir erməni daşnaq muzdlusu tərəfindən nəfər 
azərbaycanlı qətlə yetirilir.  Şəhərdə müxtəlif erməni talanları həyata keçirilir...
13  yanvar  1990-cı il - Füzuli rayon PK-nm birinci katibi Cavanşir Məmmə­
dov  istefa  verir.  Rayonun  bir  neçə  yerində  qarşıdurma  hallarına  yol  verilir. 
Rayon mərkəzində  20.  000  nəfərlik  izdihamlı mitinq  keçirilir.  Rayon  PK-nm 
binasında plenum  axşamadək  davam edir.  Plenumun  işində Azərbaycan  KP 
M K Təşkilat Şöbəsinin müdiri  Səbuhi  Abdinov  iştirak edir...
13  yanvar  1990-cı il - Goranboy rayonunun Todan kəndi ərazisində şiddətli 
döyüş  gedir.  Erməni  yaraqlıları  fermada  işləyən  ata  və  onun  oğlunu  girov
16
Azərbaycan faciələrinin təqvimi
götürür, bır nəfəri isə yaralayırlar. Ermənistana məxsus vertolyot kəndlərin üzə­
rindən uçub atəş açaraq 3 nəfər Gəncə sakinini və 1 nəfər Todan kənd sakinini 
(kolxoz sədri)
 
qətlə yetirir. Ermənistandan Çaykəndə vertolyotla silah və ərzaq 
gətirilir...
13 
yanvar  1992-ci il Kərkicahan qəsəbəsi
 
ermənilər tərəfindən atəşə tutulur. 
Qəsəbə sakini İlham Bahadur oğlu Əliyev həlak olur, A sif Ələkbərov yaralanır, 
2 ev yandırılır...
13  yanvar  1992-ci il - Milli Qəhrəman Mehdi Yusif oğlu Abbasov Məlikcan 
kəndi ətrafında erməni yaraqlıları ilə döyüşdə həlak olur...
13  yanvar  1994-cü  il  -  Milli  Qəhrəman  İsrafil  Şahverdi oğlu  Şahverdiyev
Füzuli rayonunun  Horadiz
 
kəndi  uğrunda döyüşdə həlak olur...
14 
yanvar  1938-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun
 
əmri  ilə  aralarında  azərbaycanlı ziyalılar 
da olan 238 nəfər güllələnir...
14 
yanvar  1990-cı il - Daşnaq terrorçular Hadrut  (Xocavənd)
 
rayonunun 
Tuğ kəndinə basqın edərək kəndin keşiyini çəkən hərbçilərdən birini qətlə yeti­
rirlər...
14  yanvar  1990-cı il - Erməni yaraqlıları  5  azərbaycanlını qətlə yetirir...
14  yanvar  1990-cı il - Bakıdan Naxçıvana gedən qatara Meğri rayonu əra­
zisində ermənilər tərəfindən silahlı basqın olunur...
14 
yanvar  1990-cı il  -  Ermənilər vertolyotla Xanlar  (Göygöl)
 
rayonunun 
Aşıqlar kəndinə hücum edirlər.  1 nəfər ölür, xeyli adam yaralanır...
14  yanvar  1990-cı il - Erməni yaraqlıları Hacıkənd yaşayış məntəqəsinə bas­
qın edirlər.  Kənd sakinləri  - Nemət Əli oğlu Vəliyev, Səbuhi Hacıyev, Ələkbər 
Hüseynov amansızlıqla qətlə yetirilir...
14  yanvar  1992-ci il - Ağdam rayonunun  Gülablı kəndi  atəşə tutulur...
14 
yanvar  1992-ci il - Milli Qəhrəman Elman Süleyman oğlu Hüseynov Qa­
rabağın  Vəng kəndi istiqamətində gedən qanlı döyüşdə həlak olur...
14 
yanvar  1994-cü il -  Erməni separatçılarının ideoloqlarından biri, yazıçı 
Zori Balayan milliyyətcə ləzgi olan hərbi əsir Azər Aslanovla  (o,  3 iyul 1994-cü 
il tarixdə Bakı metrosunun  "28 M ay” və  "Gənclik" stansiyaları arasında qatarda 
terror aktım həyata keçirmişdir)  görüşür...
14 
yanvar  1999-cu il - Qeyri-adi zəkaya malik olan tanınmış ziyalı, alim, pe- 
daqoq,  şair,  rəssam, jurnalist,  münəccim,  loğman,  açıq fikirli xeyirxah insan, 
hadisələri öncəgörmək duyumlu ekstrasens Etibar Elkin Məmmədəliyev 51 ya­
şında Bakıda, Bayıldakı evində2 gənc və idmançı oğlu ilə bərabər gecədən xeyli
İşlə' i  q ry s i
I  PREZİDENT KİTABXANASI


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə