Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə23/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   19   20   21   22   23   24   25   26   ...   112

Nazim Tapdıqoğlu
10  mart  1988-ci il  -  Zəngibasarm Mehmandar kəndində ermənilər  5  azər­
baycanlını qətlə yetirirlər...
10  mart  1990-cı il -  Daşnaq terrorçular Marneuli rayonunun  (Gürcüstan) 
Sadaxlı kənd sakinini oğurlayırlar. İndiyə qədər həmin adamdan bir xəbər yox­
dur...
10  mart  1992-ci il -  Laçın rayonunun Zabux  kəndindən 2,  Hacılardan 3, 
Pircahandan 2, Əhmədlidən 3, Quşçudan nəfər...  "Müqəddəs Sultan-Kar ap et" 
qrupu və digər qurumlar tərəfindən oğurlanır...
10  mart  1992-ci il - Marşal Şapoşnikovun əmri ilə 366-cı motoatıcı alay ləğv 
edilir...
10  mart  1993-cü il -  Ermənistanın müdafiə naziri  V.Manukyan gizli yolla 
Azərbaycan Respublikasının Ağdərə rayonuna gələrək orada yerləşdirilmiş er­
məni hərbi hissələrinin döyüş hazırlığını yoxlayır...
11  mart  1918-ci il -  Ərzurum yaxınlığındakı  Yaşıl yaylada ermənilər tərə­
findən 2000-dən çox türk əhalisi məhv edilir...
11 
mart  1926-cı il - Müsavat Partiyasının antisovet fəaliyyətini ləğv etmək 
məqsədilə  Azərbaycan  Fövqəladə Komissiyası  görkəmli ziyalılar - Dadaş  Hə­
sənovu, Əhməd Hacmskini, Əli Yusifzadəni həbs edir...
11 
mart  1991-ci il - Xocalı tikinti idarəsinə məxsus vertolyot Ağdərənin Qa­
zançı kəndi üzərindən keçərkən ermənilər tərəfindən gülləbaran edilir. Vertolyot 
3 yerdən deşilir...
11  mart  1992-ci il 
-  Milli Qəhrəman 
Elgiz Kərim oğlu Kərimov Əs
gəran ya­
xınlığında ermənilərlə şiddətli döyüşdə həlak olur...
11  mart  1992-ci il -  Ağdam rayonunun Şelli kəndinə ermənilər tərəfindən 
basqın edilir. Zərərçəkənlər və dağıntılar olur...
12  mart  1786-cı il - Tehranda səltənət  taxtına əyləşən Ağaməhəmməd şah 
Qacar Tehran şəhərinin şahlığın paytaxtı olmasına forman verir...
12  mart  1831-ci il - Lənkəran qarnizonunun Şirvan və Qarabağ ilə quru yolla 
olan əlaqəsi kəsilir...
12  mart  1854-cü il - Türkiyə, İngiltərə və Fransa 
R u s i y a y a  
qarşı İstambulda 
müqavilə imzalayırlar...
12 
mart  1922-ci il - Azərbaycan,  Gürcüstan və Ermənistan MİK-nin  səla­
hiyyətli  nümayəndələri  ZSFSR-in  yaradılması  haqqında  müqaviləni  təsdiq 
edir...
64
Azərbaycan faciələrinin təqvimi
12  mart  1923-cü il - Azərbaycan K(b)P-nm qalmaqallı  V qurultayı öz işinə 
başlayır...
12  mart  1992-ci il - Əlavə qüvvə toplayan erməni yaraqlıları Sırxavənd, Baş 
Güney, Manikli istiqamətində hücuma keçirlər.  Erməni birləşmiş silahlı qüvvə­
ləri Sırxavənd, Bəşirlər,  Qaraşlar, Xatınbəyli,  Telli Binə, Manikli kəndlərini işğal 
edib viran qoyurlar. Baş Güney və Orta Güney kəndləri mühasirədə qalır. On­
larla azərbaycanlı dinc sakin - qadınlar, qocalar, uşaqlar vəhşicəsinə güllələnir. 
Təkcə Baş Güney
 
döyüşlərində Ələddin, Əvəz, İsa, Qəzənfər, Xosrov,  Əsəddin, 
Nizami, Ziya, Qurban və daha bir neçə igid əsgər oğullarımız şəhid olurlar...
12  mart  1992-ci il - Qazax rayonunun Aşağı Əskipara kəndi ermənilər tərə­
findən işğal olunur...
12  mart  1992-ci il - Erməni quldur birləşmələri tərəfindən Ağdam şəhəri növ­
bəti dəfə güclü raket atəşinə tutulur.  30  adam həlak olur,  100  nəfər yaralanır. 
15-dən çox bina və ev dağıdılır...
12 mart  1992-ci il - Ağdamın Qarağacı qəbiristanlığı ərazisindən bir neçə ki­
lometr  kənarda döyüşlər gedir.  Şelli,  Qalayçılar kəndləri  ermənilər tərəfindən 
atəşə tutulur. nəfər Şellidə həlak olur. Əhmədavar kəndi, Qaraqaya milis postu 
və Ağdam şəhəri güclü atəşə tutulur.  Ölənlər və yaralananlar olur...
12 
mart 1992-ci il - Şuşa şəhəri səhər erkən artilleriya atəşinə tutulur. 11 nəfər 
həlak olur, 31 nəfər yaralanır.  Qadın və uşaqlar şəhərdən çıxarılır...
12  mart  1992-ci il  -  Qarabağın  Xramord və Xanabad kəndləri  ətrafında 
döyüşlər davam edir.  İtkilər olur...
12  mart 1993-cü il - Qarabağın Canyataq və Gülyataq kəndləri istiqamətlə­
rində mövqe döyüşləri gedir...
12  mart  2001-ci il  -  "Vartan cəngavərləri"nin  Dağlıq  Qarabağla  əlaqədar 
məktubu ABŞ Prezidenti Corc Buşa ünvanlanır...
13 mart  1736-cı il - Azərbaycan Səfəvi dövləti süqut edir.  Nadir Muğanda, 
suqovuşanda özünü şah elan edir...
13  mart  1896-cı il - Xalqımızın vətənpərvər, qəhrəman oğlu Qaçaq Nəbi öz 
yoldaşları ilə Kərbəla şəhərindən qayıdarkən Türkiyə ilə İran sərhəddində olan 
Larni kəndində dayanır. O, çarizm və İran hakim dairələrinin muzdlu nökərləri 
(Şahhüseyn  və  Kərbəlayi  İman)  tərəfindən  43  yaşında  xaincəsinə  qəflətən 
öldürülür...
13 
mart  1988-ci il - Ali erməni kilsəsi rəhbərliyinin çağırışı ilə Nyu-Yorkda 
ermənilərin  Dağlıq Qarabağ  ermənilərini müdafiə  edən mitinqi  keçirilir.  Mi­
tinqdə Azərbaycana qəzəb dolu ittihamlar səsləndirilir...
65


Nazim Tapdıqoğlu
13  mart  1918-ci il - Erməni terrorçuları Naxçıvan şəhərinin Zaviyə məhəl­
ləsinə silahlı basqın edərək vəhşicəsinə qətllər törədirlər...
13  mart  1991-ci il - Ağdam-Şuşa
 
yolu ilə hərəkət edən 40 maşından  ibarət 
avtomobil karvanı ermənilərin hücumu nəticəsində zədələnir...
13  mart  1991-ci il -  Goranboy  rayonunun  Todan  kəndində  4  traktora, 
7  sistern yanacağa ermənilər tərəfindən od vurulur...
13 
mart  1992-ci il - Ağdam şəhəri ermənilər tərəfindən raket mərmilərindən 
güclü atəşə tutulur.  nəfər həlak olur, 10 nəfər yaralanır...
13  mart  1992-ci il - Ermənilər Goranboy rayonunun Şəfəq kəndinə hücum 
edir.  2 nəfər həlak olur,  1  nəfər yaralanır...
13  mart  1992-ci il - Goranboyun Zeyvə və  Tapqaraqoyunlu kəndləri ermə­
nilər tərəfindən güclü atəşə tutulur.  nəfər həlak olur, 2 nəfər yaralanır...
13  mart  1995-ci il - Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları Ağstafa 
və  Qazax rayonlarında dövlət idarələrini ələ keçirirlər...
14  mart  838-ci il - Xalq qəhrəmanı Babək xəlifə Mötəsimin hökmü ilə edam 
edilir...
14  mart 1812-ci il - İngiltərə ilə İran arasında  müqavilə  imzalanır...
14  mart  1831-ci il - 800 nəfərlik üsyançı dəstə çar qoşunlarını Lənkəran ət­
rafında sıxışdırmaq istəyəndə, üsyançıların bu hücumu yerli əhalidən ibarət milis 
qüvvələrinin köməyi ilə dəf olunur...
14  mart 1919-cu il - Azərbaycanın tanınmış şairi, jurnalist Əliqulu Ələkbər 
oğlu  Nəcəfov  (Əliqulu  Qəmküsar)  Tiflisdə  qaragüruhçular  tərəfindən 
öldürülür...
14  mart  1991-ci il Ağdam-Şuşa
 
marşrutu ilə hərəkət edən Elman Paşayevin 
idarə  etdiyi  73-53 AQYA  nömrəli  sərnişin  avtobusu  Əsgəran  yaxınlığında er­
mənilər tərəfindən atəşə tutulur; nəfər - Şuşa şəhər sakini, 20 yaşlı israfil İn­
qilab oğlu Quliyev, Kosalar kənd sakini Cəllad Bayramov və Ağdam rayonunun 
Əhmədavar kənd sakini Yəhya adlı bir nəfər  həlak olur, nəfər isə ağır yara­
lanır. ..
14  mart 1992-ci il - Erməni silahlı birləşmələri Ağdam-Ağdərə bölgəsində işğ­
alçılıq hücumlarını davam etdirərək keçmiş Ağdərə rayonunun Sırxavənd,  Baş 
Güney,  Orta Güney və Manikli  (hazırda bu kəndlər Ağdam rayonunun balansın- 
dadır )  kəndlərini tamam zəbt edir. Bu döyüşlər zamanı 100 nəfərdən çox azər­
baycanlı həlak olur, yaralanır, əsir və girov düşür...
14  mart 1992-ci il - Ağdərənin Baş Güneypəyə kəndinə ermənilər tərəfdən si­
lahlı basqın edilir.  10  nəfər kənd sakini həlak olur...
66
Azərbaycan faciələrinin təqvimi
14 
mart  1992-ci il - Ağdam şəhəri və Şelli kəndi ermənilər tərəfindən yenidən 
atəşə tutulur...
14 
mart  1995-ci il - Elçin Əmiraslanovun rəhbərliyi ilə OMON-çular Qazax 
və Ağstafada dəhşətli qırğın törədirlər.  Ölənlər və yaralananlar olur...
14  mart  1995-ci il - Rövşən Cavadov Respublika Prezidentinin və Milli Məc­
lis  sədrinin istefasını  tələb edir.  Qiyamçılar 8-ci kilometr  qəsəbəsində məskən 
salır...
15  mart  1426-cı il - Dövrünün görkəmli şəxsiyyəti, şair, filosof Siyapuş Sul- 
tanəli ibn Şeyx Sədrəddin Musa Beytülmüqəddəsdə ölür...
15 
mart  1827-ci il - Bu gündən başlayaraq ermənilərin İrandan kütləvi su­
rətdə köçürülməsi başlayır...
15 
mart  1918-ci il  - Andranikin  silahlı  dəstələri Xoy  və Urmiyada böyük 
qırğınlar  törədərək yüzlərlə azərbaycanlını vəhşicəsinə qətlə yetirirlər...
15 
mart 1918-ci il - Ermən və müsəlmanlar arasında Şamaxı rayonu Meysəri 
kəndində ilk toqquşma baş verir.  Ölənlər və yaralananlar olur...
15 
mart 1938-ci il - Klassik şərq mədəniyyətinə yaxından bələd olan görkəmli 
ziyalı,  vətənpərvər din xadimi,  Zəngəzur qəzasının  qazisi Bəhlul Mustafa oğlu 
Əfəndiyev  (Bəhlul Behcət)  NKVD  üçlüyünün  qərarı ilə  ən  ağır  cəzaya  (ölüm) 
məhkum olunur...
15 
mart  1940-cı il - Yırtıcı heyvanlar təlimi üzrə ilk azərbaycanlı sirk ustası, 
akrobat, janqlyor və məşhur ekvilibrist Ələkbər Fərrux  tamaşa zamanı faciəli 
surətdə həlak olur...
15 
mart  1988-ci il - Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya  Komitəsində 
keçirilən geniş müşavirədə faktlar qarşısında  (bu faktlar A. T.Rasizadənin çıxı­
şında öz əksini tapmışdır)  davam gətirməyən  ermənilər  məqsədlərinin  Ermə­
nistana birləşməkdən ibarət olduğunu açıq şəkildə qeyd edirlər...
15 
mart  1992-ci il - Milli Qəhrəman Pərviz Əbdüləhəd oğlu Səmədov döyüş 
zamanı erməni snayperinin gülləsindən həlak olur...
15  mart  1992-ci il - Ağdamın Şelli və Qalayçılar kəndləri ermənilər tərəfin­
dən atəşə tutulur.  Qalayçılar,  Əliağalı,  Cinli,  Əlimədətli,  Papravənd kəndlərinə 
erməni yaraqlıları güclü hücum edir. Qızğın döyüşlər gedir. İtkilər və dağıntılar 
olur...
15  mart  1992-ci il - Füzuli rayonunun  Üçbulaq  (Hoğa)  və Govşad kəndləri 
ermənilər tərəfindən atəşə tutulur...
15 
mart  1993-cü il - Xramord kəndi ətrafında qızğın döyüşlər gedir; itkilər 
olur...
67


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə