Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə20/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   16   17   18   19   20   21   22   23   ...   112

Nazim Tapdıqoğlu
könüllülər  dəstəsinin  18  üzvü  yük  maşınında  naməlum  səbəbdən  qəzaya 
düşürlər. Partlayış nəticəsində 3 nəfər ağır bədən xəsarəti alır...
24  fevral  1992-ci il - Ağdam rayonunun Qarağacı qəbiristanlığı yaxınlığında 
yerləşən milis postunun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 16 nəfər 
azərbaycanlı yaralanır...
24  fevral  1992-ci il - Tahir Əliyev Prezident fərmanı ilə Respublikamn müda­
fiə naziri təyin olunur...
24  fevral  1992-ci il - Axşam saat 21:15-də 4-cü ordunun 23-cü diviziyasının 
366-cı alayının komandiri, polkovnik Y.Zarviqarov general rütbəsi ilə mükafat­
landırılır...
25  fevral  1506-cı il - Dövrünün görkəmli şəxsiyyəti Mövlanə Seyid Əhməd
Təbrizdə müəmmalı şəkildə ölür...
25  fevral  1725-ci il - 25 minlik türk qoşunu  Tabriz*  doğru hərəkət edir...
25  fevral  1918-ci il - Tiflisdə Zaqafqaziya seyminin plenar iclası keçirilir...
25 
fevral  1921-ci il - Bolşeviklər başda olmaqla üsyan etmiş Gürcüstan fəhlə 
və kəndliləri Qızıl Ordunun köməyi ilə menşevik hökumətini yıxırlar və Sovet 
hakimiyyətini elan edirlər...
25  fevral  1991-ci il Gülablı kəndi yaxınlığında ermənilər azərbaycanlını 
girov  götürməyə cəhd  edirlər.  1  nəfər-  sürücü Məhəmmədiyyə Mehdiyev  qaçıb 
canını qurtara bilirsə də, o biri azərbaycanlı - Ağdam rayon DİŞ-nin əməkdaşı 
Qorxmaz  Muradov vəhşicəsinə qətlə yetirilir...
25  fevral  1991-ci il - Erməni terrorçuları Əsgəran rayonunun Cəmilli kəndinə 
hücum edirlər.  14 yaşlı Elşən  Sadıqov qətlə yetirilir...
25  fevral  1992-ci il - Ağdam rayon PŞ-nin rəisi Rəşid Məmmədov müəyyən 
müddət ötdükdən sonra (?) vəzifəsinin icrasına başlayır...
25 
fevral  1992-ci il - Xocalıdan Ağdama ağrılı xəbərlər gəlir.  Rəsmilər isə 
demək olar ki, heç bir tədbir görmür...
25  fevral  1992-ci il- DQ vilayət prokurorluğunun məsul işçisi Şahmalı Məm­
mədov Xankəndini tərk etmək məcburiyyətində qalır...
26  fevral  1828-ci il - Rus qoşunları tərkibində İrana qarşı vuruşan erməni 
zabiti,  polkovnik  Yeğızar Lazaryan Azərbycanda  (İran)
 
yaşayan erməni və 
digər xristianları İrəvan,  Qarabağ və Naxçıvan vilayətlərinə köçürmək haqqında 
Rusiya rəhbərliyindən göstəriş alır...
26  fevral  1905-ci il - Qafqaz 
canişinliyi 
bərpa 
edilir. Vorontsov-Daşkov ca­
54
Azərbaycan faciələrinin təqvimi
nişin təyin olunur.  Bakı quberniyası ərazisində hərbi vəziyyət rejimi yaradılır... 
26  fevral  1921-ci il - Sovet Rusiyası ilə İran arasında  müqavilə  bağlanır...
26  fevral  1988-ci il - Sumqayıtda Qriqoryanın başçılığı ilə erməni millətçiləri 
qarşıdurma yaradırlar. Bu  "qarşıdurma"faciə ilə nəticələnir. Bir neçə gün davam 
edən bu münaqişədə 31 nəfər həlak olur. Sumqayıt şəhərində ermənilər tərəfin­
dən  törədilən bu təxribat  xarakterli  qırğınlar nəticəsində  6 nəfər azərbaycanh 
öldürülür...
26 
fevral  1988-ci  il  -  M.S.Qorbaçov  tərəfindən  Ermənistana  göndərilən 
Sovet İKP MK-nin katibi V.İ.Dolqix burada bəzi «çıxışlar» edir. Onun dediyi 
«Dağlıq  Qarabağ məsələsinə baxılacaq» fikri  erməni əhalisi  tərəfindən alqışla­
nır...
26 
fevral  1992-ci il - Erməni hərbi birləşmələri Qarabağda yerləşən Rusiya­
nın  366-cı motoatıcı  alayının əsgərləri ilə  birlikdə Xocalıda  azərbaycanlılara 
qarşı dəhşətli soyqırım aktını törədirlər. Xocalı faciəsi erməni separatçı-terror­
çuları ilə birlikdə  Ermənistan hərbi  qüvvələrinin insanlığa  qarşı ən kütləvi ge- 
nosididir. Öldürülənlərin əksəriyyəti xüsusi qəddarlıqla qətlə yetirilir. XX əsrin 
bu ən  amansız faciəsində  107-si qadın və  60-ı uşaq  olmaqla 613  nəfər  azər­
baycanh dinc sakin öldürülür, 487 nəfər yaralanır və ya əlil olur, 1275 nəfər əsir 
almır, 8 ailə tamamilə məhv olunur,  150 nəfər irkin düşür...
26  fevral  1992-ci il - Milli Qəhrəman Əlif Lətif oğlu Hacıyev son nəfəsinədək 
ermənilərlə vuruşaraq həlak olur...
26 
fevral  1992-ci il - Ağdam özünümüdafiə qüvvələri tərəfindən Xocalı sa­
kinlərini xilas etmək məqsədilə uğursuz əməliyyat keçirilir. Qaraqaya postunun 
yaxınlığında çoxlu  sayda  azərbaycanlı  qətlə yetirilir.  Allahverdi Bağırovun də­
stəsindən 3 nəfər həlak olur...
26  fevral  1992-ci il - Milli Qəhrəman Canpolad Yaqub oğlu Rzayev ölüm təh­
lükəsi ilə üz-üzə qalmış xocalılara kömək edərkən Qaraqaya yaxınlığında həlak 
olur...
26  fevral  1992-ci il - Milli Qəhrəman Hikmət Baba oğlu Nəzərli erməni ya­
raqlıları ilə döyüşdə Xocalı rayonu ərazisində həlak olur...
26  fevral  1992-ci il - 20 yaşı tamam olan Nazim Adil oğlu Rəşidov və atası 
Adil Məhəmməd oğlu Rəşidov itkin düşürlər...
26 
fevral  1992-ci il - Erməni terrorçuları Tərtər rayonunun Qapanlı, Seydimli 
kəndlərinə hücum edirlər.  4  nəfər həlak olur,  9  nəfər yaralanır...
26 
fevral 1992-ci il -  Erməni silahlı quldur birləşmələri Xankəndinin həndə­
vərində azərbaycanlıların yaşadıqları məhəllələri, eləcə də Şuşa-Xocalı boyunca 
və  Şuşa şəhərinin ətrafında yerləşmiş  bir sıra yaşayış məntəqələrini işğal edir­
lər. ..
55


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə