Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə27/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   23   24   25   26   27   28   29   30   ...   112

Nazim Tapdıqoğlu
liyev həlak olurlar. Elektrik şəbəkəsinin  Yaqub adlı sürücüsü ağır yaralanır...
25 
mart  1739-cu il - Nadir şahın öldürülməsi şayiəsi yayılır.  Hindistanlılar 
şahənşahın təxminən 5.000 əsgərini öldürürlər.  Bundan xəbər tutan Nadir şah 
ertəsi gün əhalini qırmağı əmr edir və 6 saat içərisində üsyanı yatırır...
25  mart  1920-ci il - Erməni  "Daşnaksütun" təşkilatının yaraqlı dəstəsi Cəb­
rayıl şəhərinə  basqın edərək dinc əhaliyə qarşı  qətliam törədir.  Xıdırlı,  Davalı 
və digər Qarabağ kəndləri  yandırılır...
25  mart  1920-ci il -  Erməni quldur birləşmələri Xudərə,  Dankeyrə,  Davalı 
müsəlman kəndlərini qarət edərək yandırırlar. Dinc əhali arasında çoxlu tələfat 
olur.  Sağ qalanlar qonşu kəndlərə qaçırlar...
25  mart  1938-ci il - Azərbaycan SSR XDİK DT baş mayoru Rayevin əmri 
ilə tərkibində azərbaycanlılar da olan 318 nəfər güllələnir...
25 
mart  1988-ci il - Ermənistanın Ararat rayonunun azərbaycanlılar yaşayan 
kəndlərində 100-dən çox ev ermənilər tərəfindən yandırılır; onların əhalisi dədə- 
baba torpaqlarından qovulur...
25  mart  1988-ci il - Vedibasarda el ağsaqqalı Seyid Ağabala ermənilər tərə­
findən vəhşicəsinə qətlə yetirilir...
25 
mart  1992-ci  il  -  Ağdamla  Əsgəran  arasındakı  post  dağıdılır;  düşmən 
əks-hücumla geri oturdulur. Şelli,  Qalayçılar,  Əhmə dav ar,  Çuxurməhlə, Abdal- 
Gülablı kəndləri atəşə tutulur...
25  mart  1992-ci il - Erməni quldur birləşmələri  Tərtər,  Goranboy,  Zəngilan 
və  Qubadlı  rayonlarının  kəndlərini  atəşə tuturlar.  Dinc əhali  arasında  çoxlu 
sayda ölənlər olur...
26 
mart  1918-ci il -  S.Lalayanm başçılıq etdiyi terrorçu qrup Azərbaycan 
milyonçusu Yusif  ağa Hacı  ağa  oğlu Dadaşovun  qarşısını  kəsirlər. S.balayan 
tələb edir ki, o, sağ qalmaq istəyirsə onun qılıncının altından keçsin. Yusif ağa 
Hacı ağa oğlu cavabında deyir.  “Mən türkəm.  Türk ölər,  amma harsın dığasının 
qılınsının ahından keçməz”.
 
Terrorçular Yusif ağam qətlə yetirir, cəsədini qarət 
edir və onu itirirlər...
26 
mart  1919-cu  il 

«Daşnaksütyun»
 
terror təşkilatının quldur dəstələri tə­
rəfindən  Yeni Bayazid mahalının azərbaycanlı əhalisi kütləvi surətdə qırılır...
26 
mart  1930-cu il  -  Sovet hərbi dəstələri  Muğanda Mustafa bəy və Həsən 
bəy Mustafaoğlunu üsyançı olduqları üçün həbs edirlər...
26  mart  1944-cü  il -  İgid  dənizçi,  Sovet  İttifaqı  Qəhrəmanı Əmi Ağa oğlu
78
Azərbaycan faciələrinin təqvimi
Məmmədov həlak olur...
26  mart  1962-ci il - Siyəzən rayonu ərazisində bal gücündə zəlzələ baş verir. 
Dağıntılar olur.  Sunami dalğalan müşahidə edilir...
26  mart  1992-ci il - Ağdamın Əliağalı, Papravənd, Şelli,  Cinli kəndləri atəşə 
tutulur...
26  mart  1994-cü il -  "Sərhədsiz həkimlər "in,  Qırmızı Xaç Cəmiyyətlərinin, 
insan Hüquqları ilə məşğul olan beynəlxalq təşkilatların üzünə bağlı olan  "So- 
nasar" əsir düşərgəsi  (Laçın rayonu)  "Sonasar bazarı" kimi tanınmağa başla­
yır...
26  mart  1998-ci il - Vaxtilə Şuşa məscidindən oğurlanmış yaşı 400 ildən çox 
olan  6 xalçadan üçü Nyu Cersi ştatında Ümummilli Erməni Konqresinin icla­
sında nümayiş etdirilir...
27  mart  1831-ci il -  Lənkəran qalası üsyançılar tərəfindən mühasirəyə  alı­
nır...
27 
mart  1872-ci il - Qafqaz müsəlmanlarının lideri, dövrünün görkəmli maa- 
rifçi-pedaqoqu Məmməd Əfəndi Müfti Osman Əfəndi oğlu Müflizadə 51 yaşında 
müəmmalı şəkildə dünyasını dəyişir...
27 
mart  1906-cı il - Erməni-tatar müşavirəsinin üzvləri S.Arutyunov, A.Ka- 
lantar,  Xatisov qraf İ.Vorontsov-Daşkovla  görüşürlər.  Onlar Şuşa qəzasında 
baş verən qanlı toqquşmalara son qoyulmasını, erməni vəhşiliklərinin qarşısının 
alınmasını xahiş edirlər...
27 
mart  1917-ci il - Bakıda Müsəlman Milli  Şurasının  Müvəqqəti icraiyyə 
Komitəsi seçilir...
27  mart  1993-cü il  - Ermənilər Kəlbəcəri  zəbt  etmək  üçün  Vardenis,Cer- 
mux,Laçın dəhlizi və Qarabağın şimal-şərq  sektoru tərəfdən güclü hücuma ke­
çirlər.
27 
mart  1993-cü il - Erməni qoşun birləşmələri Kəlbəcər rayonu ərazisində 
qəfil hücuma keçirlər. Ağqaya və Mərcimək kəndləri uğrunda şiddətli və gərgin 
döyüşlər gedir.  İtkilər o lur...
27 
mart  1993-cü il - Ermənilər Kəlbəcər şəhəri istiqamətində hücumu geniş­
ləndirərək  Taxtabaşı,  Bağlıpəyə,  Çərəktar kəndlərini işğal edirlər...
27 
mart  1993-cü il - Erməni silahlı  qruplaşmaları  ikinci  dəfə  Kəlbəcər 
rayonunun Ağdaban  kəndinə  hücum edirlər.  49 nəfər dinc  sakin  amansızlıqla 
qətlə yetirilir. Evlər dağıdılır, əhali didərgin düşür...
y j f i C
79


Nazim Tapdıqoğlu
28 
mart  1938-ci il -  Azərbaycan  SSR XDİK-in  sədr  müavini,  DT  baş 
mayoru Rayevin əmri ilə tərkibində günahsız azərbaycanlılar da olan 209 nəfər 
güllələnir...
28 
mart  1984-cü il - Tehranda Türkiyə səfirliyi əməkdaşlarına qarşı erməni 
terrorçuları  "plan" həyata keçirirlər. Erməni terrorçusu Semaperdyan bomba­
nın partlaması nəticəsində həlak  olur.  Türk səfirliyinin əməkdaşı İsmayıl Pa- 
mukçu  və  Türkiyənin  İrandakı  səfirinin  birinci  katibi  Həsən  Oqtay  ağır 
yaralanır. Ermənilərin AS ALA terror təşkilatı məsuliyyəti öz üzərinə götürür...
28 
mart  1990-cı il - Naxçıvanın Kərməçataq kəndinə hücum edən erməni 
yaraqlıları 38 yaşlı Vəli  Zeynalovu qətlə yetirirlər...
28 
mart  1991-ci il -  Cəbrayıl  rayonunun  İsaqh  kəndindən  Xocavənd 
rayonunun Dolanlar kəndinə doğru hərəkət edən  "KamAZ"markalı yük maşını 
erməni terrorçuları tərəfindən partladılır. 2 nəfər mülki şəxs həlak olur,  1 nəfər 
isə yaralanır. Rayonun Qışlaq, Doşulu, Sirik, Süleymanlı kəndləri ermənilər tə­
rəfindən atəşə tutulur.  Ermənilər Tatar, İsaqlı, Şıxlar kəndlərinə hücum edir...
28 
mart  1992-ci il - Daşnaq terrorçular Goranboyun sərhəd kəndlərini atəşə 
tuturlar.  "Kamaz-5410”markalı 40-53 A QS dövlət nişam olan avtomaşın ermə­
nilər tərəfindən partladılır; 3 nəfər həlak olur, 2 nəfər yaralanır...
28 
mart  1992-ci il - Ağdam rayonunun Şelli, Abdal-Gülablı kəndləri ermə­
nilər tərəfindən atəşə tutulur. Tələfat və dağıntılar olur...
28 
mart  1992-ci il -  Goranboy rayonunun ermənilərlə həmsərhəd kəndləri 
atəşə tutulur.  1 nəfər həlak olur, 1 nəfər yaralanır...
28  mart  1993-cü il - Ermənilər güclü hücum nəticəsində Kəlbəcər rayonunun 
Ağqaya, M  ər çimək,  Təzə kənd, Ağcakənd, Narışlar kəndlərini işğal edir...
29  mart  1555-ci il - Amasiyada Səfəvi-Osmanlı dövlətləri arasında  müqavilə 
imzalanır...
29 
mart  1803-cü il - Aylarla davam edən qanlı döyüşdən sonra Qulyakovun 
başçılığı ilə rus qoşunları Zaqatala yaxınlığındakı Carıqarlı kəndini tuturlar...
29 
mart  1918-ci il  -  Stepan  Lalayanın  silahlı  dəstəsi Bakıdan  Şamaxıya 
gəlir...
29 
mart  1918-ci il -  Lənkərana getmək  istəyən paraxodun  saxlanması və 
tərksilah edilməsi milli qırğın üçün bəhanə olur. Bakı şəhərində ermənilər tərə­
findən yüzlərlə azərbaycanlı amansızlıqla qətlə yetirilir...
29 
mart  1919-cu il - İrəvan quberniyasının  Yeni Bayazid qəzasının 26 türk 
kəndinin əhalisi erməni yaraqlılarının törətdikləri vəhşiliklər haqqında  (yandı­
rılıb dağıdılmış 270 kənd barədə)  dünya müsəlmanlarına müraciət edirlər...
80
Azərbaycan faciələrinin təqvimi
29 
mart  1990-cı il - Tovuz rayonunun  Əlibəyli kəndi ərazisindəki meşədə 
müxtəlif partlayıcı  və  partladıcı  vasitələrlə,  əldə düzəlmiş  qumbaralarla,  odlu 
silahlarla silahlanmış Ermənistanın Berd  qəsəbəsində  (Şəmsəddin rayonu)  ya­
şayan Ervand Qaleçyan, Samvel Xaçatury an, Araik Apery an saxlanılır. Az sonra 
onlar nədənsə  (?)  azad olunurlar...
29 
mart  1990-cı il - Babək rayonunun Gərməçatax kəndində  1  nəfər azər­
baycanlı ermənilər tərəfindən amansızlıqla öldürülür...
29 
mart  1990-cı il - Daşnaq terrorçularının atəşi altında qalan Sədərəkdə 
12 yaşlı azərbaycanlı bir qız ağır güllə yarası alır...
29 
mart  1992-ci il - Ağdamın Şelli, Abdal-Gülablı kəndləri yenidən atəşə tu­
tulur.  Tələfat və dağıntılar olur...
29 
mart  1992-ci il -  Milli Qəhrəman Nizami Murad oğlu Məmmədov  Şuşa 
ermənilərin atdığı  "Kristal"raketlərdən atəşə tutulan zaman yarabları təhlükəsiz 
yerə apararkən , orada dinc əhalinin təhlükəsizliyini təmin edərkən həlak olur...
29 
mart  1992-ci il - Milli  Qəhrəman Fərhad Qəmbər oğlu Hümbətov ermə­
nilərlə döyüşdə həlak olur...
29 
mart  1992-ci il - Milli Qəhrəman Cəmil Səmədxan oğlu Niftəliyev Ağdam 
rayonunun Şelli kəndi ərazisində erməni yaraqlıları ilə döyüşdə həlak olur...
29 
mart  1992-ci il - Milli Qəhrəman Sadıq Dayandur oğlu Hüseynov Şuşada 
ermənilərlə döyüşdə həlak olur...
29  mart  1992-ci il - Milli Qəhrəman Tabil Qasım oğlu Həsənov Yuxarı Qa­
rabağda erməni yaraqlıları ilə döyüşdə həlak olur...
30 
mart  1918-ci il - Bakı rayonlarında kortəbii mitinqlər başlayır. Qızıl Ordu 
dəstələrinin provakasiya xarakterli gülləbaranı Bakı Kommunasmm bolşevik- 
daşnaq  rəhbərliyinə  imkan verir ki,  azərbaycanlı  əhaliyə qarşı hücuma başla­
sınlar. Erməni-bolşevik qüvvələri (Şaumyan, Avakyan, Saakyan, Korqanyan və 
daşnaq muzdlusu Petrovun rəhbərliyi ilə) Bakıda və ətraf ərazilərdə bir neçə gün 
davam edən müsəlman soyqırımı törədirlər. Saakyanın əmri ilə gəmidən atəşlər 
açılır.  Qızıl Ordu qərargahının rəisi S.Avetisyan,  dəstə rəhbəri Amazasp və Ko- 
zarev  azərbaycanlılara  xüsusilə şiddətli  divan  tuturlar.  10  000-dən  çox adam 
qətlə yetirilir.  Bakının  «Məmmədli»,  «Zibilli dərə»  və digər məhəllələrində gü­
norta radələrində ermənilər tərəfindən süngülərə taxılmış onlarla azərbaycanlı­
ların  meyidləri  aşkarlanır.  Azərbaycanlıların  evləri,  onlara  məxsus  olan 
dükan-mağazalar, bazarlar, binalar, mətbəələr, redaksiyalar, xəstəxanalar, mək­
təblər ...  ermənilər tərəfindən vəhşicəsinə yandırılır. Təzəpir məscidi top atəşinə 
tutulur. 80 yaşlı Hacı Əmir Əliyevin evinə soxulan ermənilər onu və 60 yaşlı ar-
81


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə