Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə33/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   29   30   31   32   33   34   35   36   ...   112

Nazim Tapdıqoğlu
15  aprel  1994-cü il - Ermənilər Ağdam rayonunun Suma, Güllücə, İlxıçılar, 
Tağıbəyli kəndləri istiqamətlərində güclü hücuma keçir. Azərbaycan tərəfi çoxlu 
sayda itkilər verir...
15  aprel  1994-cü il -ATƏM-in Minsk qrupu Praqada keçirilən görüşündə 
“Etimadı  möhkəmləndirmək tədbirləri
 
” adlı plan işləyib hazırlayır və  “doqquz­
lar ”ın
 
bəyanatı qəbul olunur...
16  aprel  1945-ci il - 2 həftədən çox davam edən və yüzlərlə azərbaycanlının 
da ölümünə səbəb olan Berlin əməliyyatı başlayır...
16 
aprel 1945-ci il - Sovet İttifaqı Qəhrəmanı, 67-ci zenit-artilleriya diviziya­
sının komandiri, qvardiya polkovniki Həbibulla Hüseynov həlak olur...
16 
aprel  1945-ci  il  -  Azərbaycanın  igid  oğlu,  Sovet  İttifaqı  Qəhrəmanı 
(ölümündən sonra-31.05.1945), starşina Məstan Aslan oğlu Əliyev döyüş zamanı 
həlak olur...
16  aprel  1991-ci  il - Ağdam-Füzuli
 
avtomobil yolunda  "Moskviç”
 
markalı 
93-69 AQV taksi maşını erməni yaraqlıları tərəfindən gülləbaran edilir. Sürücü 
Adil  İntiqam oğlu İbrahimov və  sərnişin Mübariz  İnqilab oğlu İsmayılov həlak 
olurlar; digər sərnişinlər -  Çingiz Axundov  və  Nazim  adlı bir nəfər yaralanır­
lar...
16  aprel  1991-ci il - Goranboy rayonunun Zeyvə və Tapqaraqoyunlu kəndləri 
ermənilər  tərəfindən  atəşə  tutulur.  Erməni yaraqlıları Zeyvə  kəndinə basqın 
edirlər.  "Əzizbəyov" kolxozunun 3 nəfər işçisi vəhşicəsinə qətlə yetirilir...
16  aprel  1991-ci il  -  Erməni  yaraqlıları  Xocavənd rayonunun  Qarakənd 
kəndi yaxınlığında bir nəfər azərbaycanlını qətlə yetirirlər...
16  aprel  1992-ci il - Ağdam rayonunun  Abdal,  Şelli  kəndləri atəşə tutu­
lur...
16  aprel  1993-ci il -  Erməni  silahlıları Ağdamın  Əliağalı  kəndinə hücum 
edir. 2  nəfər həlak olur, 7  nəfər yaralanır...
16 
aprel  1993-cü  il  -  Avropa  Şurası  Nazirlər  Komitəsi  Dağlıq  Qarabağ 
münaqişəsinin genişlənməsi ilə əlaqədar bəyanatla çıxış edir. Bəyanatda Kəlbə­
cər rayonunun ermənilər tərəfindən işğalı  haqqında heç bir söz deyilmir. Ümu­
miyyətlə,  təcavüzkarın  kim  olması  məsələsinin  üstündən  (Ermənistanın  adı 
ümumiyyətlə çəkilmir)
 
büsbütün yan keçilir...
16 
aprel  1994-cü  il  - Erməni yaraqlıları  Tərtər cəbhəsi xəttini yarmaq üçün 
davamlı cəhd edir. 
İ t k i l ə r i m i z  
olur...
16 
aprel  2002-ci il - Beynəlxalq axtarışda olan 53 yaşlı tanınmış erməni ter­
rorçu-cinayətkarı Qriqori Əsriyan Rusiya DİN əməkdaşları tərəfindən saxlanılır
96
Azərbaycan faciələrinin təqvimi
(Qarabağda, Azərbaycanın digər bölgələrində,  eləcə də müxtəlif ölkə ərazilərində 
onlarla qanunsuz terror əməliyyatları həyata keçirmiş bu qatı cinayətkar təəssüf 
ki,  hələ də öz layiqli cəzasını almayıbdır)...
17 
aprel  1930-cu il - Bakıdan gələn ordu hissələri Nuxada üsyanı amansız­
lıqla yatırırlar.  Üsyanın yatırılmasında  64-cü  Qafqaz polku,  66-cı Qafqaz es- 
kadronunun  9-cu  polkunun  1  rotası  və 4-cü polkun  rotası iştirak  edir.  Dinc 
əhaliyə  divan tutulur.  100-dən çox adam öldürülür,  150 nəfər  yaralanır,  865 
nəfər həbs olunur. Üsyançıların bir hissəsi müqavimət göstərə bilmədikləri üçün 
dağlara çəkilib qaçaqçıhqla məşğul olur...
17  aprel  1930-cu il - Sovet silahlı dəstələri tərəfindən Dəhnə  (Şəki)  kəndinə 
hücum edilir.  Molla Sübhan Yusif oğlu, Hacı Məhəmməd Sadiq oğlu, Həbillah 
Mustafa oğlu, Hacı Hümmət Qasım oğlu, Məmmədhəsən Cəlil oğlu, Hacı İbra­
him Mustafa Salman oğlu kənddə güllələnirlər. 23 nəfər kənd sakini - Məhəmməd 
Mikayıl oğlu, Zülqədər Musa oğlu, Hüseyn Süleyman oğlu, Əli Hacı Qasım oğlu, 
Zəkəriyyə Kazım  oğlu,  İsgəndər Kazım oğlu,  Hacı Quzu  Sadiq  oğlu,  Mahmud 
Hacı  Quzu  oğlu,  Məhəmməd  Musa  oğlu,  Abdurahman  Abdulla  oğlu,  Qafar 
Süleyman oğlu, İsaq  Löyman oğlu,  Muxtar Məhəmməd oğlu, Yusif Məmməd 
oğlu,  Əliəşrəf  İbadulla oğlu,  Camal İbadulla  oğlu,  Əyri  İbadulla  oğlu,  Ziyad 
Cəlal oğlu, Hacı Yusif Kümçüzadə, Hamil Cəmaləddin oğlu, Nəsrullah Məmməd 
oğlu, Maqsud Qədir oğlu, Əziz Cəmil oğlu sürgün olunurlar...
17 
aprel  1980-ci il - Türkiyənin Yatikandakı səfiri  Vecdi Turelə qarşı erməni 
yaraqlıları silah işlədirlər. Səfir, onun mühafizəçisi və sürücüsü yaralanır...
17  aprel  1991-ci il - Cəbrayıl rayonunun Doşulu kəndi erməni yaraqlıları tə­
rəfindən atəşə tutulur...
17 aprel 1994-cü il - Goranboy rayonunun  Tapqaraqoyunlu kəndi istiqamə­
tində ermənilər güclü hücuma keçir...
17 
aprel  2000-ci il -  "Dağlıq Qarabağ Respublikası Konstitusiyası”nm
 
rus va­
riantım Moskvaya gətirən və onun Rusiya Ədliyyə Nazirliyində kiçik müzaki­
rəsini  təşkil  edən  doktor  Vladimir  Nazaryan  bu  qurumun  erməni  üzvləri  ilə 
görüşür...
■$?>
18  aprel  1796-cıil-  "Qızılayaq"
 
general  Valerian Zubov Azərbaycana hərbi 
yürüşə başlayır...
18 
aprel  1920-ci U  -  Qafqaz Cəbhəsi  qərargahı Moskvaya məruzə edir ki, 
hücuma hazırdır...
97


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə