Nazim Tapdıqoğlu
11 may 1992-ci il - Qazax rayonunun
Qızılhacılı kəndi ermənilər tərəfindən
işğal edilir...
11
may 1992-ci il - Şuşa həbsxanasında ermənilər tərəfindən
197 əsir alınmış
azərbaycanlıya işgəncələr verilir...
11
may 1992-ci il - Marquşevan kəndinə uğursuz hücum əməliyyatı nəticə
sində Azərbaycan tərəfi itkilərə məruz qalır...
11 may 1994-cü il - Milli Qəhrəman
Eldar İsfəndiyar oğlu Həsənov Füzuli
rayonu ərazisində ermənilərlə baş verən döyüşdə həlak olur...
12
may 1920-ci il - İnqilab Komitəsinin xalq məhkəməsinin yaradılması,
silki və mülki rütbələrin ləğv edilməsi haqqında dekret verililir. Əksinqilab və
təxribatçılığa qarşı mübarizə üçün Fövqəladə Komissiya Ali İnqilabi Tribunal
təsis edir...
12
may 1920-ci il - Erməni şahidlərinin uydurma ifadələri əsasında müstən
tiq M.Səfıxanyanm saxta ittihamları ilə Gəncənin general-qubernatoru
Xudadat
bəy Rəfibəyli Bakıda güllələnir və onun cəsədi dənizə atılır...
12 may 1920-ci il - XI Qızıl Ordu Balakəni
"azad edir "...
12
may 1992-ci il -
Ağdam şəhəri, Şelli, Əhmədavar, Xıdırlı, Qalayçılar,
Abdal-Gülablı kəndləri atəşə tutulur. Dağıntılar olur...
12
may 1994-cü il - Azərbaycanın son həftələr düşmən üzərində hərbi uğur
larına baxmayaraq Azərbaycanla Ermənistan arasında cəbhədə
atəşkəs elan
olunur.
R. Quliyev Rusiyanın təklif etdiyi
Bişkek protokolunu imzalayır...
13 may 1905-ci il - Ermənilər İrəvanda
Qarsaçay bağçasında azərbaycanlı
lara qarşı hücuma keçirlər. Qırğın nəticəsində yüzlərlə azərbaycanlı həlak olur...
13 may 1947-ci il - İranda Milli Hökumətin baş prokuroru
Firudin Qəni
oğlu İbrahimi 6 aylıq ağır məhbəs həyatından sonra toya gedirmiş kimi açıq
alınla dar ağacının altına gedir. Şah görsün deyə onun cəsədi
3 gün dar ağacın
dan asılı saxlanılır...
13
may 1988-ci il - Daşnaq terrorçuları Xankəndindəki Pedaqoji İnstituta
basqın edirlər. 6 nəfər azərbaycanlı tələbə ağır bədən xəsarəti alır...
13
may 1992-ci il - Ağdam şəhəri və Abdal-Gülablı kəndi atəşə tutulur.
Güllücə, Boy əhmədli, Şotlanlı kəndləri hücuma məruz qalır. Bir neçə kənd
düşmən əlinə keçir. Ölən, yaralananlar və dağıntılar olur...
13
may 1992-ci il - Tərtər və Bərdə şəhərləri ermənilər tərəfindən raket atə
şinə tutulur. Bərdə şəhərinin
C. Cabbarlı küçəsindəki 5 saylı ev dağıdılır,
120
Azərbaycan faciələrinin təqvimi
5 nəfər azərbaycanlı dinc sakin həlak olur...
13 may 1992-ci il - Polkovnik
M. Ovsepyanın mühacir silahlı dəstəsi Laçın
rayonu istiqamətində hücuma hazırlaşır...
13
may 1992-ci il - İsfahanda erməni icmasının iclas
salonunda fars mənşəli
Yadigarinin Şuşadan çəkib gətirdiyi faciələri əks etdirən sənədli kadrlar nümayiş
etdirilir...
13 may 2002-ci U - Yerevan Vaşinqtondan aldığı
103 milyon ABŞ dollarının
42 milyonunu ərazidə nüvə tədqiqatı məsələlərinə sərf etməyi planlaşdırır...
14 may 1805-ci il - Rusiya ilə Qarabağ və Şəki xanlıqları arasında müqavilə
imzalanır. Gəncə yaxınlığındakı
Kürəkçay sahilində bağlanan bu müqaviləni
Qarabağ xanı İbrahimxəlil xan ilə Zaqafqaziyadakı rus ordusunun baş koman
danı P.D. Sisianov imzalayırlar.
"Kürəkçay müqaviləsi"nə görə Qarabağ xanlığı
Rusiyanın himayəsinə keçir; İbrahimxəlil xan Qarabağda yerləşdirilən rus qo
şunlarını ərzaqla təmin etməyi, hər il Rusiyaya 8 min çervon bac verməyi öhdə
sinə götürür. Xan hakimiyyətinin irsiliyi imperator tərəfindən təsdiq edilmək
şərti ilə saxlanılır. Vergi
toplamaq, məhkəmə işləri və s. xanın ixtiyarında qalır.
İb-rahimxəlil xana general-leytenant, oğlanları-Məmmədhəsən və Mehdiqulu
ağaya isə general-mayor rütbəsi verilir.
"Kürəkçay müqaviləsi" ilə Qarabağ xan
lığı faktiki olaraq Rusiyaya ilhaq edilir. Mayın 21-də Şəki xanı da
"Kürəkçay"
müqaviləsini imzalayır. 1819-cu ildə Şəki, 1822-ci ildə Qarabağ xanlıqlarının
ləğvi ilə "Kürəkçay müqaviləsi" öz qüvvəsini itirir...
14 may 1870-ci il - Şimali Azərbaycanda kəndli islahatı keçirilir...
14
may 1915-ci il - Bu gün tarixə ən çox müsəlmanın
(əsasən türk və azər
baycanlı), o cümlədən, qadın və uşaqların ermənilər tərəfindən qətlə yetirildiyi
gün kimi düşür...
14
may 1915-ci il - Erməni silahlı
könüllüləri Vanı zəbt edirlər. 200-dən çox
türk əsgəri amansızlıqla qətlə yetirilir...
14
may 1921-ci il - Xaçmazda
(Oğuz rayonu) sovet əleyhinə çıxanların həb
sinə başlanılır. Yerli sakinlər buna sərt təpki göstərirlər. Göndərilən milis də
stələri ilə yerlilər arasında gecə döyüş baş verir. Ölənlər və yaralananlar olur.
Kəndlilər və ətrafdakılar türk
Hüseyn Əfəndinin başçılığı ilə hücuma keçirlər.
Üsyanı yatırmaq üçün Zaqataladan Atakarılovun rəhbərliyi ilə alay köməyə
gəlir. Türk
Şərif Əfəndi döyüşlərin birində öldürülür. Üsyançılar geri çəkilmək
məcburiyyətində qalaraq, dağ kəndlərinə, əsasən də Filfıli kəndinə toplanırlar.
Bu üsyanın yatırılmasına ermənilər də yaxından köməklik edirlər. Az sonra bu
üsyan da yatırılır. Üsyançıların bir qismi güllələnir, bir hissəsi həbs olunur, qa
121