Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə45/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   41   42   43   44   45   46   47   48   ...   112

Nazim Tapdıqoğlu
19  may  1992-ci il - Əlavə azərbaycanlı girov da  "Sonasar" əsir düşərgəsinə 
göndərilir.  "Sonasar
 
"da terrorçu-həkim Aida Saakyanın zəhərli iynə və prepa­
ratları ilə qətlə yetirilən uşaqlar üçün ayrıca qəbiristanlıq salmır. Dərə adlanan 
qəbiristanlıqda erməni muzdluları bir gündə 36 azərbaycanlım basdırırlar  (bu 
barədə əldə etdiyi ilk məlumatı 27 mayda BMT-nin  Uşaq Fonduna diplomat Fran- 
çesko  Vendrellçatdırmışdır)...
19  may  1992-ci il - Ağdam rayon mərkəzi atəşə tutulur.  Dağıntılar olur...
19  may  1992-ci il - Laçın rayonunun kəndində dar ağadan qurulur. Hicran 
Əmirova (1948-ci il təvəllüdlü), Rəbiyyə AbduUayeva  (1950-ci il təvəllüdlü)  və 
neçə-neçə başqaları bu dar ağaclarından asılır. "Alxaslı kəndindəki dar ağacın­
dan bəlkə də ana-bala olan qadın asılmışdı"  (İran jurnalisti Səyyah  Hüseyn: 
"Laçın dəftəri"kitabı.  "Morteza qardaşları"nəşriyyatı,  1995,  s.  52)...
20  may  1687-ci il - Dövrünün görkəmli mütəfəkkiri Dərviş Əmirəddin Ərdə- 
bili  ölür...
20 
may  1903-cü il - Gümrüdə daşnaq terrorçuları dinc türklərə rəğbəti ol­
duğuna görə rus kahini Vasilycvi qətlə yetirirlər...
.20  may  1991-ci il - Cəbrayıl şəhəri, Süleymanlı, Qışlaq, Şirik, Dolanlar kənd­
ləri ermənilər tərəfindən atəşə tutulur...
20  may  1991-ci  il  -  Şuşa rayonunun  Turşsu kəndi  sakini,  70 yaşlı Məstan 
Həsənov daşnaq terrorçusu tərəfindən oğurlanır...
20  may  1992-ci il - Zəngilan rayonunun Qazançı kəndi yaxınlığında  "U A Z- 
469"  markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın ermənilər tərəfindən 
silahlı basqına məruz qahr; nəticədə  2  nəfər həlak olur,  2  nəfər yaralanır...
20  may  1993-cü il - Tərtər,  Goranboy,  Füzuli,  Cəbrayıl, Ağdam,  Qubadlı 
rayonlarının əraziləri ermənilər tərəfindən top və qrad qurğularından atəşə tu­
tulur.  Dağıntılar olur...
21  may  1805-ci il - Şəki xanı Səlim xan da Rusiya hakimiyyətini qəbul edə­
rək  "Kürəkçay" müqaviləsini imzalayır.  O,  Rusiyaya hər  il 7 min çervon bac 
verməyi öhdəsinə götürür.  Şəki xanlığı Rusiyaya ilhaq edilir.  1819-cu ildə Şəki 
xanlığının ləğvi ilə əlaqədar olaraq "Kürəkçay müqaviləsi"  də  öz qüvvəsini iti­
rir...
21 
may  1920-ci il - Tərtərdə və Şəkidə yerli əhali kommunist işğalına qarşı 
üsyan  törədirlər.  Günahsız  azərbaycanlılar  arasında  ölənlər və  yaralananlar 
olur.  Müqavimətin qarşısını almaq üçün Gəncədən Qarabağa süvari bölmələri
126
Azərbaycan faciələrinin təqvimi
gətirilir. Ermənilər xəyanət edərək düşmən tərəfinə keçirlər. Üsyan amansızlıqla 
yatırılır.....
21 
may  1988-ci il - Sov.İKP MK-nın tapşırığı ilə Yerevana ezam olunmuş 
MK katibi  A.N.Yakovlev  «demokratiya  ideyaları»
 
ilə erməniləri  dəstəkləyir. 
Digər  bir M K katibi Y.K.Lİqaçov Bakıda DQMV-in Ermənistan  SSR-ə bir­
ləşdirilməsinin yolverilməz olduğunu bildirir. DQMV-da müəssisə və təşkilatlar 
öz işini dayandırır.  Küçələrə axışan adamlar birləşərək ziddiyyətli çəkişmələrə 
girişirlər. Xankəndində qırmızı rəngli «Partiya, Lenin, Qorbaçov» şüarı altında 
qara hərflərlə yazılmış  “Stalin, Beriya, Liqaçov ” şüarları çoxluq təşkil edir. Tə- 
tilçilərə Yerevandan hər gün 5 təyyarə ərzaq göndərilir...
21  may  1992-ci il -  15  gün  düşmən  əlində  olan  Gövşad kənd  sakini Tahir 
Məmmədovun cəsədi ermənilərdən pis vəziyyətdə geri alınır...
21  may  1994-cü  il  -  Parisin  "Kontinental"  hotelində  akademik  A.Aqan- 
bekyamn başçılığı ilə erməni icmasının üzvləri tərəfindən müzakirələr keçirilir, 
bununla  da  Azərbaycana  qarşı  ekoloji  hücumun  başlanğıcı  qoyulur.  "Azər­
baycan millətinə qarşı erməni millətinin Ekoloji proqramı
 
"sənədi erməni icması­
nın üzvləri tərəfindən müzakirə edilir...
22  may  1916 -cı il - Erməni silahlı quldurları  Van şəhəri yaxınlığındakı Ke- 
priköy kəndini yerlə yeksan edirlər. 200 nəfər türk vəhşicəsinə öldürülür...
22 
may  1919-cu il - A.İ.Mikoyan Rusiya K(b)P MK-nə və V.İ.Leninə mə­
lumat verərək bildirir ki, Ermənistan hökumətinin agentləri olan daşnaklar Qa­
rabağın Ermənistana birləşdirilməsinə çalışırlar, lakin bu, Qarabağ əhalisi üçün 
Bakı kimi dolanacaq mənbəyindən məhrum olmaq və heç vaxt, heç nə ilə bağlı 
olmadığı Erivanla bağlanmaq demək olardı.  Erməni kəndliləri özlərinin V qu­
rultayında Sovet Azərbaycanını  "tanımağı"
 
və onunla  "birləşməyi"
 
qərara alır­
lar...
22 
may  1992-ci il - Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələri atəşə 
tutulur.  İtkilər və dağıntılar olur...
22  may  1992-ci il - Ağdam rayonunun bir sıra kəndləri ermənilər tərəfindən 
mərmi yağışına tutulur.  Dağıntılar olur...
23  may  1524-cü il - Azərbaycan Səfəvi dövlətinin banisi, görkəmli sərkərdə, 
şair və dövlət başçısı I Şah İsmayıl Xətai Sultan Heydər oğlu Sayın aşırımında 
ölür...
23  may  1905-ci il -  Ermənilər İrəvanda,  Üçmüəzzində,  Gümrüdə,  Qırxbu-
127


Nazim Tapdıqoğlu
laqda,  Qazançıda,  Kamanda  azərbaycanlılara qarşı amansız faciə törədirlər. 
Bu qətliamlar nəticəsində yüzlərlə azərbaycanlı öldürülür...
23 
may  1991-cü il - Laçının Qayğı qəsəbəsi ərazisində şiddətli döyüşlər gedir. 
Şəfa Abduləli oğlu Qədimalıyev döyüş zamanı həlak olur. O, Laçının münaqişə 
başlanandan öldürülən 20-ci qurbanı hesab olunur...
23 
may  1993-cü il - Füzuli və Cəbrayıl rayonlarının əraziləri ermənilər tərə­
findən atəşə tutulur. İtkilər və dağıntılar olur...
24 
may  1905-ci il  -  Ermənilər İrəvanda  azərbaycanlı  soyqırımı törətməyə 
cəhd edirlər. Erməni quldurları 11 nəfər azərbaycanlım - qadın, uşaq, kişini 
amansızcasına qətlə yetirirlər...
24  may  1914-cü il - Qarabağın Baş Güney pəyə kəndinə hücum edən ermə­
nilər Şirinsu adlanan dərədə nəfər dinc sakini amansızlıqla qətlə yetirərək on­
ların başlarını kəsirlər...
24  may  1918-ci il - Daşnaq terrorçular Naxçıvan şəhərinin ətraf kəndlərinə 
silahlı basqın edərək,  nəfəri öldürür,  1  qadım və kişini isə yaralayırlar.  100 
baş malqara aparılır...
24 
may 1920-ci il - Azərbaycan İnqilab Komitəsi neft sənayesinin milliləşdi­
rilməsi haqqında dekret verir...
24  may  1989-cu il - ABŞ-da (Kaliforniya, Nyu-Cersi ştatları)  "13-lər" adlı 
terror təşkilatı (liderlərindən - hüquqşünas Sirus Badamçıyan) yaradılır...
24 
may  1990-cı il - Erməni yaraqlıları  “Qrad” qurğularından atdıqları atəş­
lərdən sonra Qazax rayonunun kəndlərinə hücum edirlər. Mülki əhali arasında 
ölənlər və yaralananlar olur...
24  may  1992-ci il - Ağdam rayonunun Papravənd kəndi ermənilər tərəfindən 
güclü atəşə tutulur.  Kənd müdafiəçilərindən Sahib Məmmədov  həlak olur,  1 
nəfər isə ağır yaralanır...
24 
may  1992-ci il - Zəngilan rayon icra hakimiyyətinin binasmda xoşagəlməz 
olay baş verir. 2  nəfər azərbaycanlı özümüzünkülər tərəfindən güllələnərək qətlə 
yetirilir;  1  nəfər isə yaralanır...
24  may  1993-cü  il  -  Ağdam,  Füzuli,  Cəbrayıl,  Zəngilan,  Qubadh, Tərtər 
rayonlarının əraziləri ermənilər tərəfindən güclü artilleriya atəşinə məruz qalır. 
Dağıntılar və tələfat olur...
'ШШш
25  may  1387-ci il - Qaraqoyunlular Təbrizə daxil olub, Şahəlinihəbs edir...
25  may  1918-ci il - Daşnaq terrorçuları Zəngəzur qəzasımn Şnif kəndinə so­
128
Azərbaycan faciələrinin 
təqvimi
xularaq  95  nəfəri amansızlıqla qətlə yetirirlər...
25 
may  1918-ci il - Erməni terrorçuları Ərəş qəzasımn Kürto kəndinə basqın 
edərək 67 azərbaycanlını qətlə yetirirlər. Bıçaqlanan qadın və uşaqların meyid­
ləri arxa tullanılır, bəziləri isə diri-diri divara mismarlanaraq öldürülür...
25 
may  1920-ci il - Sovet rejiminə, kommunist işğalına,  bolşeviklərin 28-ci 
atıcı diviziyasına qoşulan daşnaq terror qruplaşmalarına qarşı Gəncədə Cavad 
bəy Şıxlinskinin, Mirzə Məhəmməd Qacarın və Cahangir bəy Kazımbəyovun baş- 
çihğı ilə üsyan baş verir. Ölənlər və yaralananlar olur. 12.000 insan qanı Gəncəni 
dəhşətli al rəngə boyayır...
25 
may  1947-ci il - Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəh­
bərlərindən biri Firudin Qəni oğlu İbrahimi edam edilir...
25 
may  1989-cu il - SSRİ Xalq Deputatlarının qurultayı keçirilir. Qurul­
tayın gedişi televiziya ilə birbaşa yayımlanır. Erməni deputatlar burada üstünlük 
əldə edirlər. Azərbaycandan gedən deputatların passivliyi və M.S.Qorbaçovun 
erməniləri müdafiə etməsi nəticəsində qəbul olunan qərarlar ermənilərin xeyrinə 
olur...
25 
may  1992-ci il - Ağdam rayonunun bir sıra yaşayış məntəqələri ermənilər 
tərəfindən atəşə tutulur. Dağıntılar və tələfat olur...
25 
may  1992-ci il - Erməni birləşmiş silahlı qüvvələri Laçm rayonunun Gü- 
ləbirdkəndi istiqamətində güclü hücuma keçirlər...
25  may  2004-cü il - AŞPA-nm iclasında həmin qurumun  Dağlıq Qarabağ 
üzrə məruzəçisi  TerriDevis müəmmalı çıxış edir...
26  may  1132-ci il - Həmədan yaxınlığındakı Dey-Mərc adlanan yerdə şah- 
zadələr-Məsud və Səlcuq Şahın  birləşmiş qüvvələri ilə Səncərin qoşunları ara­
sında qanlı döyüş baş verir...
26 may  1827-ci il - Ruslar Naxçıvanı işğal edir...
26  may 1918-ci il - Daşnaq terrorçular Naxçıvan şəhərinin kənarında azər­
baycanlını amansızlıqla qətlə yetirirlər...
26 
may  1918 - ci il - Zaqafqaziya Seymi özünü buraxmazdan  əvvəl Seymin 
erməni sektoru İrəvan şəhərinin Ermənistana verilməsi haqqında Seymin Azər­
baycan sektoruna müraciət edir. Bundan gün sonra Azərbaycanin İrəvan şə­
həri  Azərbaycandan  ayrı  düşərək  erməni  terror  təşkilatının  mərkəzi 
qərargahlarından birinə çevrilir...
26 
may  1920-ci il - Gəncədə Sovet rejiminə qarşı etiraz çıxışı baş verir. Bu, 
üsyana  çevrilir.  Üsyanın  başlanmasına  səbəb  Azərbaycan  diviziyasının 
komanda heyətinin XI Ordu qərargahından göndərilmiş zabitlərlə əvəz edilməsi
129


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə