Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə46/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   42   43   44   45   46   47   48   49   ...   112

Nazim Tapdıqoğlu
olur.  Şəhər  komendantı Məhəmməd Mirzə  Qacar vəzifəsindən  azad  olunur. 
Podpolkovnik Cahangir Kazımbəyovun başçılığı ilə 3-cü atıcı alayı üsyana qal­
xır.  Üsyana  rəhbərlik  üçün  general  Cavad  bəy  Şıxlinski,  Məhəmməd Mirzə 
Qacar,  Cahangir Kazımbəyov və başqalarının daxil olduqları Hərbi Şura yara­
dılır. Ətraf kəndlərin əhalisi də üsyançıların tərəfmə keçir. Üsyançılar çətinliklə 
də olsa,  şəhərin ermənilər yaşayan hissəsini tuta bilirlər.  İtkilər də çox olur.  6 
gün davam edən şiddətli döyüşlər nəticəsində üsyançılar məhv edilir...
26 
may  1990-cı il - Daşnaq terrorçusu tərəfindən Qazax rayonunun Əski- 
para kəndinin uşaq bağçası raket atəşinə tutulur...
26 
may  1991-ci il - Şuşa-Ağdam marşrutu ilə hərəkət edən sərnişin avtobu­
suna ermənilər tərəfindən partlayıcı raketlər atılır...
26  may  1992-ci il - Goranboy rayonunun Todan və Şəfəq kəndləri ermənilər 
tərəfindən atəşə tutulur.  3  nəfər həlak olur,  8  nəfər yaralanır...
27  may  1918-ci il - Naxçıvan qəzasının Qaraxanbəyli kəndində yuva salan 
erməni terrorçuları Qızılca və Çeşməbasar kəndlərinə basqın edərək 6 nəfər azər­
baycanlını qətlə yetirirlər. Girov düşən  2  nəfər də az sonra öldürülür...
27 
may  1990-cı il - Erməni terrorçuları Xanlar (Göygöl) rayonunun Oktyabr 
kənd sakini  T. İbrahimovu girov götürürlər...
27 
may  1990-cı il - Dəfələrlə rüşvətxorluqda, kütləvi iğtişaşlar,  oğurluqlar 
təşkil etməkdə təqsirli bilinərək həbs olunan və Qarabağda məşhur başdaşı,  si­
nədaşı alverçisi olan qatı millətçi Arkadi Manuçarov SSRİ Prokurorluğunun is­
tintaqı altında olsa da, hansı yolla isə Ermənistan SSR-in xalq deputatı seçilir. 
Nə  SSRİ-nin hüquq-mühafizə orqanları, nə də Azərbaycan tərəfi bu məsələyə 
münasibət bildirmirlər...
27 
may  1993-cü il - Ağdam şəhərinin qərbində yerləşən kəndlər ermənilər 
tərəfindən atəşə tutulur. Ölənlər və yaralananlar olur...
27  may  1993-cü  il -  Füzuli  rayonunun  Xocavənd  rayonu ilə  həmsərhəd 
kəndləri ermənilər tərəfindən atəşə tutulur. Dağıntılar və tələfat olur...
28  may  1248-ci il - Dövrünün görkəmli mütəfəkkiri,  şairi Bəşir ibn Hamid 
ibn Süleyman ibn Yus if  ibn Süleyman ibn Abdulla İmam Nəcməddin Əbu Nöman 
Cəfəri Təbrizi ölür...
28  may  1805-ci il - Azərbaycanın Şəki xanlığı  ruslar tərəfindən tutulur...
28 
may  1812-ci il - Osmanlılarla ruslar arasında Buxarestdə sülh müqaviləsi 
imzalanır...
130
Azərbaycan faciələrinin təqvimi
28 
may  1841-ci il - Xəzər vilayətinin tiyuldar bəylərinin torpaqlarının müsa­
dirəsi haqqında qanun verilir...
28  may  1914-cü il - Bakı fəhlələrinin yeni ümumi tətili başlayır...
28  may 1918-ci il - İndiki Ermənistanın çox kiçik bir ərazisində Ararat Res­
publikası yaradılır və o, tezliklə qonşularına qarşı təcavüzkar siyasətə keçərək 
ərazisini genişləndirməyə başlayır...
28  aprel  1920-ci il - ADR -in hökumət başçısı Nəsib bəy Yusifbəyli aman­
sızlıqla qətlə yetirilir; onun cəsədi itirilir...
28  may  1993-cü il - Cəbrayıl və Füzuli rayonlarının yaşayış məntəqələri  Xo­
cavənd rayonunun ermənilər yaşayan kəndlərindən atəşə tutulur.  Ölənlər, ya­
ralananlar və dağıntılar olur...
29 
may  1555-ci il - Səfəvilərlə Osmanlılar arasında Amasiya sülh müqaviləsi 
imzalanır. Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsi başa çatır...
29 
may  1610-cu il - Böyük istedad sahibi, dövrünün görkəmli şəxsiyyəti, vəzir 
Safi Xacə Hatəmbəy  Etimadüddövlə Urmiya  şəhərinin Dəmdən qalası  altında 
gözlənilmədən ölür...
29 
may  1905 - ci il - Silahlı ermənilər İrəvanda müsəlmanlara qarşı soyqırım 
törədirlər...
29 
may  1918-ci il -  İrəvan şəhəri Cənubi  Qafqazda sülh  və əmin-amanlıq 
yaradılması məqsədilə  bir  siyasi mərkəz kimi ermənilərə  güzəşt olaraq  verilir. 
Amma ermənilər  vədlərinə  növbəti  dəfə xilaf çıxaraq  həm  Cümhuriyyət,  həm 
də Sovet hakimiyyəti illərində Azərbaycana qarşı ərazi iddialarım davam etdi­
rirlər...
29 
may  1920 -ci il -Bakmm sabiq general -qubernatoru Murad Gəray oğlu 
ÇK-nın baş müstəntiqi, daşnaq Adamyan tərəfindən istintaqa cəlb edilərək gü­
nahı sübut olunmadan gecə güllələnir...
29 
may  1988-ci  il  -  Azərbaycan  və  Ermənistan  rəhbərləri  Ə.X.Vəzirovla 
S.Q.Arutyunyan Qazax rayonunda Dağlıq Qarabağ məsələsini müzakirə etmək 
məqsədilə görüşürlər...
29  may  1991-ci il - Şuşa-Ağdam avtomobil yolunda, Ağa körpüsü ilə Zərin 
bağı adlanan  yer  arasında Ağdama gedən  maşın  karvanı  ermənilər  tərəfindən 
partladılır.  10 nəfər azərbaycanlı müxtəlif dərəcədə qəlpə yarası alır,  2 avtobus 
tamamilə yararsız hala düşür;  3 digər nəqliyyat vasitəsi ciddi zədələnir. 2 avto­
bus partladılır...
131


Nazim Tapdıqoğlu
30 
may  1990-cı il Ağdam-Şuşa yolu ilə hərəkət edən azərbaycanlılara məx­
sus  17 maşın Əsgəran  ərazisində ermənilər tərəfindən daş-qalaq edilir.  Xeyli 
adam bədən xəsarəti alır...
30  may  1990-cı il - Şahbuz rayonunun Kərməçataq, eləcə də  ВаЬэк və Culfa 
rayonlarının Ermənistanla həmsərhəd  kəndləri  atəşə tutulur.  Ölənlər və yara­
lananlar olur...
30  may  1991-ci il - Dağıstanın Xasavyurd stansiyası yaxınlığında  "Moskva- 
Bakı" sərnişin qatarı  erməni terrorçuları  tərəfindən  partladılır.  7 nəfər  qadın 
olmaqla 15 nəfər həlak olur, 22 nəfər ağır yaralanır...
30  may  1991-ci il - Erməni yaraqlıları Ağdam rayonunun Əliağalı kəndinə 
basqın edirlər. Məmməd Hüseynov və Ah Hacıyev ağır güllə yarası alır. 3 nəfər 
Elşm Talıbov,  Elman və Nuru Cəfərov qardaşları girov götürülürlər...
30 
may  1992-ci il - Erməni terrorçuları Ağdam rayonunun Əliağalı kəndinə 
hücum edir. 2  nəfər yaralanır, 3  nəfər girov götürülür...
30  may  1992-ci il - Ağdamın Gülablı, Abdal, Papravənd, Şelli və Əhmədavar 
kəndləri ermənilər tərəfindən atəşə tutulur. 3 nəfər yaralanır...
31 
may 
1906-cı il 

Azərbaycanda  I Dumaya  müəmmalı  seçkilər  keçirilir...
31  may  1920-ci il - Gəncədə bir neçə gün  qabaq C.B.Şıxlinskinin, M.M.Qa-
carm və C.B.Kazımbəyovun başçılığı ilə başlanan qanlı üsyan amansızlıqla ya­
tırılır. XI Ordu  Gəncəyə daxil olur...
31 
may  1920-ci il - Gəncə üsyanı ilə əlaqəsi olmayan ADR-m Səhiyyə və So­
sial Təminat naziri  vəzifəsində çalışmış  Xudadat bəy Rəfibəyov üsyanda  qarı­
şıqlıq zamanı həlak olur...
31 
may  1990-cı il -  Şahbuz və Culfa rayonlarının bir neçə kəndləri erməni 
terrorçuları tərəfindən atəşə tutulur. Ölənlər və yaralananlar olur...
31 
may  1993-cü  il - Zəngilan,  Qubadlı,  Cəbrayıl rayonlarının əraziləri er­
mənilər tərəfindən güclü artilleriya atəşinə tutulur. Dağıntılar və itkilər olur...
132
Azərbaycan faciələrinin təqvimi
İ Y U N
1  iyun  1905-ci il -  Silahlı erməni  daşnaqları İrəvanda  və ətraf kəndlərdə 
müsəlmanlara qarşı qırğınlar törədirlər...
1 iyun  1918-ci il - Andranikin qoşun birləşmələri bu gündən Dilican,  Yele- 
novka  (Sevan),  Nov-Bayazit, Martuni, Dərələyəz istiqamətində hərəkət edərək 
iyunun 17-də Naxçıvana çatır...
1  iyun  1992-ci il  -  Cəbrayıl rayonunun  Qışlaq kəndi ermənilər tərəfindən 
atəşə tutulur. Sırxavənd,  Orta Güneypəyə, Baş Güneypəyə, Kiçan, Bəşirlər, Ma- 
nikli,  Qaraşlar kəndləri ərazilərində döyüşlər gedir. İtkilər olur...
1  iyun  1992-ci il - Milli Qəhrəman Şikar Davud oğlu Aslanov Sur kəndi ya­
xınlığında ermənilərlə döyüşdə düşmən qumbarasından həlak olur...
1  iyun  1993-cü il - Erməni terrorçu qrupları Ağdam,  Füzuli və Cəbrayıl ray­
onları istiqamətində bir neçə hücum əməliyyatı həyata keçirirlər.  Dağıntılar və 
itkilər olur...
2  iyun  1806-cı il -  Rus  bölüm komandiri,  mayor Lisaneviç gecəyarısı  ailə 
üzvləri ilə Qaraqaya deyilən ərazidə düşərgə salmış hünərli və ədalətli Qarabağ 
xanı Ibrahimxəlil  xanı,  eləcə də  onun  arvadını,  oğlunu,  qızını,  nəvəsini  və bir 
neçə yaxın adamını vəhşicəsinə qətlə yetirir...

iyun  1806-cı il  -1400 nəfər piyada,  bir o  qədər də  süvaridən ibarət və 9 
topu  olan  olan  rus  qoşunları general  Qlazenapın komandanlığı  altında Xəzər 
dənizi sahili boyu cənuba doğru hərəkət edir...

iyun  1829-cu  il  -  Çaborio  yanında  (Axalsıx  vilayətində)  baş  vermiş 
döyüşdə rus  ordusu  tərkibində vuruşan  qarabağlılardan  təşkil  olunmuş  3-cü 
Azərbaycan alayı  türklərdən bayraq, top və xeyli əsləhə qənimət götürür...

iyun  1905-ci il - Ermənilər İrəvanın Mənkus kəndinə hücum edirlər. Silah­
sız kənd sakinləri qaçmağa başlayır. Ələ keçən 80 yaşlı əlil bir kişi ermənilər tə­
rəfindən təndir şişi ilə əzab verilərək öldürülür...

iyun  1907-ci il -  İnqilabi  ruhlu millət vəkilləri çoxluq  təşkil etdiyinə görə 
II  Dövlət  Duması  da çar fərmanı ilə buraxılır...
2  iyun  1989-cu il - Ermənistan KP MK-nin I katibi S.Q.Arutyunyan Mosk­
vada  «1989-cu il iyunun 1-nə Ermənistanda bir nəfər də olsun azərbaycanlı ailəsi 
qalmamışdır,  halbuki hələ də Azərbaycanda 450.000 nəfər erməni yaşayır» - söz­
ləri ilə çıxış edir...
133


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə