Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə54/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   50   51   52   53   54   55   56   57   ...   112

Nazim Tapdıqoğlu
21  iyun  2004-cü il - Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin P ra­
qada görüşü keçirilir...
İtggfgb
22  iyun 1806-cı il - Dərbənd ruslar tərəfindən işğal olunur...
22 
iyun  1915 ci il - Erməni terrorçu birləşmələri Vanın vaxtında qaçıb camnı 
qurtara bilməyən bütün müsəlman əhalisini - türkləri, azərbaycanlıları, kürdləri 
vəhşicəsinə öldürürlər...
22  iyun  1918-ci il  - Andranik dəstəsi ilə qəflətən  Culfaya  (Naxçıvan MR) 
hücum edib burada qırğın törədir...
22  iyun  1920-ci il - Bakıda bir sıra qəzaların inqilab komitələrinin /  qurultayı 
toplaşır...
22 
iyun 1941-ci il - Almaniya SSRİ-yə hücum edir. Faşist İtaliyası da SSRİ- 
yə müharibə elan edir. 350 000 nəfər azərbaycanlının da ölümü ilə nəticələnən 
Böyük Vətən müharibəsi  başlayır...
22  iyun  1991-ci il - Ağdərə rayonunun Sırxavənd kəndinin qoyun sürülərinə 
basqın edən daşnaq terrorçular dinc sakin olan azərbaycanlı çobanı qətlə yeti­
rərək, 200  başdan çox qoyunu sürüb aparırlar...
22  iyun  1992-ci il  -  Milli  Qəhrəman  Səyavuş  Həsən oğlu Həsənov Ağdərə 
rayonunun Qarsiravan  (Qırmızıkənd)  kəndi yaxınlığında erməni yaraqlıları ilə 
döyüşdə həlak olur...
22 
iyun  1992-ci il - Hidayət Lənkəran oğlu İbrahimov 
k ə ş f i y y a t a   g e d ə r k ə n  
q ə z a y a   d ü ş ə r ə k   h ə l a k   o l u r ...
22 
iyun  1992-ci il - Araz Əliyev ermənilərlə Naxçıvanik  kəndi uğrunda 
gedən döyüşlərdə həlak olur...
fğğ/МШВ''
23  iyun  1828-ci il - Rus qoşunları qəti hücumla Qarsı alırlar...
23 
iyun  1908-ci il - Tehranda əksinqilabi çevriliş baş verir.  Ölkədə xüsusi 
irtica qüvvələri  ( “Fetovvat”,  “Səadət”,  “İslamiyyə”)  təşkil edilir.  Konstitusiya 
tərəfdarlarına və demokratik qüvvələrə qarşı  divan tutulur.  Şahın göstərişi ilə 
rus  kazak  dəstələri tərəfindən  (komandir-polkovnik Lyaxov)
 
məclisin və pay­
taxtdakı Azərbaycan şurasının binası top atəşinə tutulur. Xalq döyüşə hazırlığa 
başlayır.  Mərkəz Tehrandan Təbrizə köçürülür...
23 
iyun  1918-ci il - Azərbaycanda yaranmış gərgin vəziyyətlə əlaqədar bütün 
ölkə ərazisində hərbi vəziyyət elan olunur...
23  iyun  1918-ci il - Silahlı erməni quldur birləşmələri  (Andranik və başqa­
ları )  sübh çağı Xoy şəhərinin  yaxınlığında  şəhər əhalisini atəşə tuturlar.  Yerli
152
Azərbaycan faciələrinin təqvimi
əhali güclü müqavimət göstərirsə də, itkilər olur...
23  iyun  1993-cü il - Ağdam rayonunun Yeddixırman, Şelli kəndləri yaxınlı­
ğındakı yüksəkliklər ermənilərin əlinə keçir...
23  iyun  2005-ci il - Qarabağ probleminin mövcudluğu ilə yaranmış AŞPA- 
nm alt komitəsinin birinci  iclasında ilk növbədə alt komitənin sədri, AŞPA-nın 
keçmiş baş katibi Lord Rassel Constonun  “bəsit ” məruzəsi dinlənilir...
24  iyun  1135-ci il - Xəlifənin qoşunları Bisütun dağları ətrafında Məsud tə­
rəfindən darmadağın edilir...
24 
iyun  1724-cü il - Osmanlı və Rusiya dövlətləri arasında bağlanan İstanbul 
müqaviləsinə əsasən,  İrəvan,  Gürcüstan və Xəzəryanı bölgələr istisna olmaqla 
bütün Azərbaycan Türkiyəyə, Xəzərsahili ərazilər, Dərbənd, Bakı, Salyan, Lən­
kəran,  Rəşt və Ənzəli zolağı Rusiyaya verilir...
24 
iyun  1903-cü il - Lənkəranda 6,5 bal gücündə zəlzələ baş verir. Tələfat və 
dağıntılar olur...
24 
iyun 1930-cu il - Ağdam şəhərində keçirilən BSİ-nin Fövqəladə Üçlüyünün 
iclasının protokolundan çıxarışa əsasən antisovet təbliğat apardığına görə Şuşa 
rayonunun Malıbəyli kənd  sakini,  45 yaşlı ziyalı  Əsgər Qəmbər  oğlu Hacıyev 
güllələnir...
24  iyun 1988-ci il - Arkadı Volski Moskvanın xüsusi nümayəndəsi kimi Dağ­
lıq Qarabağ Muxtar Vilayətinə göndərilir...
24 iyun 1993-cü il - Əsgərlərimiz ermənilərlə Ağdam şəhərindən 5 km şimalda 
mövqe döyüşləri aparırlar. İtkilər olur...
25  iyun  1718-ci il Pyotrun yaxın adamı  Volınski Azərbaycanı tərk edir. 
Bir müddət Azərbaycanda  xaos yaranır...
25  iyun  1914-cü il - Qarşılıqlı kənd təsərrüfatı kredit cəmiyyəti açılır...
25  iyun  1938-ci il - Azərbaycan SSR XƏİK DT baş mayoru Rayevin əmri 
ilə 33 nəfər güllələnir...
25  iyun  1989-cu il - Bakı şəhər sakini Əli Məhəmməd oğlu Nəbiyev Kərkica- 
han  yaşayış məntəqəsində yaşayan qardaşıgilə gedərkən yolda erməni yaraqlı­
ları  tərəfindən qətlə yetirilir...
25  iyun  1991-ci il - Ağdərənin Mahal yurdu yaylağında daşnaq terrorçular 
M.F.Axundov adma sovxozun  çobanını  amansızlıqla qətlə yetirirlər...
25  iyun  1991-ci il - ABŞ  Senatı ermənilərin Azərbaycan ərazisindən  «zorla 
köçürülməsini» pisləyən qətnamə qəbul edir...
153


Nazim Tapdıqoğlu
25  iyun  1993-cü il  - Ağdam rayonunun Boy əhmədli və Papravənd kəndləri 
ermənilər tərəfindən işğal olunur...
25  iyun  2000-ci il - Beyrutda Ümumerməni  Kilsə Şurası  "Erməni üçün bə­
rabər pay bölgüsü" qətnaməsi çıxarır...
26  iyun  1723-cü il - 1 Pyotrun qoşunu Bakıya daxil olur...
26  iyun  1826-cı il -  1  gün sonra Gəncədə üsyana başlamaq planlaşdırılır...
26  iyun  1826-cı il - Naxçıvan rus qoşunları tərəfindən döyüşsüz almır...
26  iyun  1918-ci il - Əhalisinin 91,9 faizinin müsəlman olduğu Zaqatala ma­
halına  (dairəsinə)
 
aid məsələ Azərbaycanla Gürcüstan arasında "müzakirə"edi­
lir...
26 
iyun  1918-ci il - Xoy şəhəri erməni işğalından azad edilirsə də, şəhər əha­
lisinin hər dörddən biri ermənilər tərəfindən qətlə yetirilir...
26 
iyun  1990-cı il - Erməni yaraqlıları Gədəbəy rayonunun Göyəli kəndinə 
basqın edirlər. Dinc sakinlərdən İ. Nuriyev, M. Nağıyev və İ. Orucov vəhşicəsinə 
qətlə yetirilir, t. İsmayılov itkin düşür. İ. Muradov yaralanır...
26  iyun  1991-ci il - Ağdərə rayonunun İmarət Qərvənd kənd sakini Murov­
dağ yolunda ermənilər tərəfdən qətlə yetirilir; digər kənd sakini isə ağır yarala­
nır...
26  iyun  1992-ci il - Azərbaycanın Milli Ordu hissələri Ağdərə istiqamətində 
düşmənin  müqavimətini qıraraq  ayrı-ayrı yaşayış  məntəqələri uğrunda ölüm- 
dirim mübarizəsinə qalxır.  İtkilər olur...
26 
iyun  1993-cü il - Ağdərə istiqamətində şiddətli döyüşlər gedir.  Düşmən 
Ağdərəni zəbt edir. Ermənilər böyük qüvvə ilə - 4 piyada alayı, 2 tank batalyonu 
(60 tank),  5 artilleriya divizionu (120 artilleriya sistemi),  1
 
vertolyot eskadrily­
ası  (10-a qədər Mİ-24 vertolyotu),  1
 
desant hücum alayı Ağdam üzərinə yeriyir. 
30-a qədər əsgərimiz şəhid olur...
26  iyun  1993-cü il - Ağdam rayonunun Boyəhmədli,  Qızıl Kəngərli, Sofulu, 
Mollalar,  Papravənd,  Qarapirim kəndləri erməni silahlı birləşmələri tərəfindən 
işğal olunur. İtkilər olur...
27  iyun  1607-ci il -  Qızılbaşlar Şamaxını ələ keçirir,  şəhəri osmanlılardan 
azad edirlər. Hər iki tərəf çoxlu sayda itkilər verir. Şamaxı qalası təslim olur...
27 
iyun  1722-ci il - Çar I Pyotrun qoşunu Xəzər dənizinin kənarı ilə hərəkət 
edərək Qafqaza daxil olur...
27  iyun  1826-cı il - Gəncədə ruslara qarşı üsyan başlayır...
154
Azərbaycan faciələrinin təqvimi
27  iyun  1918-ci il - Göyçay ətrafında Nuru paşa ordusunun əsas qüvvələri 
ilə Sovet döyüşçüləri arasında qanlı döyüşlər baş verir...
27 
iyun  1918-ci il - Azərbaycan ilə Gürcüstan arasında Denikinə qarşı birgə 
mübarizə aparmaq üçün hərbi saziş imzalanır.  Ermənistan bu sazişə qoşulma­
yıb,  Denikinlə müqavilə  bağlayaraq  Qarabağ və Dilican  tərəfə qoşun yeridir. 
ADR mövcud vəziyyəti nəzərə alıb, həmin istiqamətlərdə qoşun yerləşdirməyə 
məcbur olur...
27 
iyun  1921-ci il - Azərbaycan ICP MK Siyasi Bürosu və Təşkilat Bürosu­
nun iclası keçirilir. Azərbaycan-Ermənistan sərhədləri haqqında Tiflis komissi­
yasının işi müzakirə olunur...
27 
iyun  1923-cü il - Zaqafqaziya Ölkə Komitəsinin Plenumunun iclası Azər­
baycan Kommunist Partiyası Mərkəzi Komitəsinə Şaduns və Qaragözovun mə­
ruzəsi  əsasında  bir  ay  müddətində  Dağlıq  Qarabağın  muxtar  vilayət  kimi 
ayrılmasını tapşırır...
27  iyun  1993-cü il - Ağdam,  Füzuli, Cəbrayıl rayonlarının əraziləri ermə­
nilər tərəfindən artilleriya atəşinə tutulur. Çoxlu dağıntılar və tələfat olur...
28  iyun  1192-ci il - Qəzvin yaxınlığında Toğrul ilə Qutluq-İnanc Mahmud və
tərəfdarlarının  15  minlik  qoşunları  arasında  şiddətli döyüş  baş  verir.  Qutluq 
İnancın  döyüşçülərinin  əksəriyyəti  III  Toğrulun tərəfinə  keçir.  Qutluq İnanc 
məğlub olur...
28 
iyun  1458-cü il - Cahanşah Teymurilərin paytaxtı olan Herata daxil olur, 
Şahruxun taxtında oturur...
28 
iyun  1722-ci il -  Matyuşkinin  başçılığı ilə hərəkət  edən rus  donanması 
Bakını tutur...
28  iyun  1918-ci il - Göyçay ətrafındakı döyüşdə birləşmiş Azərbaycan-Türk 
hərbi qüvvələri Bakı Sovetinin qoşunları ilə qanlı mübarizə aparır...
28 
iyun  1918-ci il - Böyük Britaniya hökuməti qoşunların Bakıdan çıxarıl­
ması haqqında Paris sülh konfransına məlumat verir.  İngilis qoşunlarının  İta­
liya  ordusu ilə  əvəz olunması  haqqında  qərar  qəbul  olunursa  da,  İtaliyadakı 
hökumət dəyişikliyi buna imkan vermir...
28  iyun  1991-ci il - Gecə saat 1-də Azərbaycan Respublikası Martuni  (Xo­
cavənd)  rayonunun  Qaradağlı kəndi ermənilər yaşayan məntəqələrdən toplar­
dan, qrad qurğularından, qumbaraatanlardan,  pulemyot və avtomatlardan  bir 
neçə saat atəşə tutulur.  "Qarabağ” terror təşkilatından olan silahlı erməni qul­
durlarının hücum  əməliyyatı zamanı atdıqları  atəş nəticəsində yatmaqda olan 
insanların bağırtıları, ah-nalələri göylərə yüksəlir. 20  ev  yanır.  Kəndin 4 kilo­
155


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə