Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə62/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   58   59   60   61   62   63   64   65   ...   112

Nazim Tapdıqoğlu
istisna olmaqla)  adi ov silahlan da yığılmağa başlanılır. Dağlıq Qarabağın azər­
baycanlılar yaşayan kəndlərində isə bu missiyanı rus qoşunu yerinə yetirməyə 
başlayır...
25  iyul  1992-ci il - Ağdərə rayonunun Muxurataq kəndi yaxınlığında əsir 
götürülmüş bir azərbaycanlının 20 yaşlı bir erməni qızı tərəfindən başı kəsilir...
25  iyul  1992-ci il - Cəbhənin Füzuli bölgəsində Üryandağ döyüşündə Binnət 
Manaf oğlu Abbasquliyev ermənilər tərəfindən amansızlıqla qətlə yetirilir...
26  iyul  1579-cu il - Abbas Mirzənin  (IŞah Abbas)  anası Xeyrənnisə bəyim 
Mirzə Abdulla xan qızı Mazandaranlı qətlə yetirilir...
26 
iyul  1723-cü il - Rus batalyonları Bakını tutur.  Matyuşkin Bakı sultanı­
nın  Hacı Davudla əlaqəsini eşidib Məhəmməd Hüseyn bəyi həbsə  almağı əmr 
edir. Knyaz Baryatinski Bakının komendantı təyin edilir...
26 
iyul  1826-cı il - İran ordusu Qarabağa hərəkət edərək Şuşanı mühasirəyə 
alır.  48  gün şəhər mühasirədə qalsa da, Abbas  Mirzənin ordusu onu tuta bil­
mir...
26 
iyul  1826-cı il - Şah qoşunları Salyana hücum edir.  Əhalinin bir hissəsi 
qırılır, digər hissəsi əsir aparılır. Şəhər yaxınlığındakı balıq vətəgələri qarət edi­
lir...
26 
iyul  1937-ci il - Azərbaycan  SSR XDİK idarəsinin  3 -cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 46 nəfəri azərbaycanlı olan 47 nəfər 
güllələnir...
26  iyul  1938-ci il - Azərbaycan SSR XDİK DT baş  mayoru Rayevin əmri 
ilə nəfər güllələnir...
26  iyul  1990-cı il -  Erməni silahlı quldurları Vedinin Yeni Həyat kəndinin 
sakini  Şamo  Əli oğlu Süleymanovun Əyricə yaylağındakı yurd yerinə basqın 
edirlər.  74 yaşlı  Şamo  Süleymanov,  70 yaşlı  həyat yoldaşı Seyran Yusifova  və 
köməkçi,  62 yaşlı Gözəl Həsənova qətlə yetirilir.  Cəsədlər üzərinə erməni qan­
sızları tərəfindən benzin tökülərək yandırılır, onların bütün əmlakları qarət olu­
nur...
26  iyul  1992-ci il - Füzuli rayonunun Qaradağlı kəndi ermənilər tərəfindən 
müxtəlif növ silahlardan atəşə tutulur.  1 nəfər dinc kənd sakini həlak olur. Kənd 
dağıntıya məruz qalır...
26  iyul  1993-cü il - Ağdam rayonunun Maqsudlu,  Tərnöyüt, Şahbulaq kənd­
ləri də erməni hərbi birləşmələri tərəfindən işğal edilir...
26  iyul  1995-ci il - Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində 10 yaşlı 
azərbaycanlı günahsız uşaq erməni millətçiləri tərəfindən torpağa basdırılır...
178
Azərbaycan faciələrinin təqvimi
27 
iyul  1804-cü  il  -  Eçmiədzin  və  Qəmərlidə  ruslarla  qanlı  döyüşlər  baş 
verir...
27 
iyul  1826-cı il - Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə üsyan başla­
nır...
27 
iyul  1937-ci il - Azərbaycan SSR XDİK üçlüyünün qərarı və 3-cü dərəcəli 
dövlət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 53 nəfər güllələnir...
27 
iyul  1989-cu il - Azərbaycan dəmir yolunun Mincivan-Mehri-Culfa his­
səsində erməni təxribatı nəticəsində sərnişin və yük qatarlarının hərəkəti kəsi­
lir. ..
27 
iyul  1992-ci il - Ağdam şəhəri, rayonun Çuxurməhlə,  Əhmədavar, Xıdırlı 
kəndləri ermənilər tərəfindən güclü atəşə tutulur...
27  iyul  1992-ci il - Zəylik, Umudlu, Medşen, Aşağı Oratağ, Akop Komari 
kəndləri artıq düşmən əlinə keçir.  Ermənilər artıq Sərsəng  su bəndinə nəzarət 
edirlər...
28  iyul  1049-cu il - Şirvanşah Qubad ibn  Yəzid öldürülür. ..
28  iyul  1723-cü il - Bakı ruslar tərəfindən işğal edilir. Bakı hakimi Məhəm­
məd Hüseyn bəy Hacı Davudla əlaqədə olduğu üçün Roqaçevskiyə sürgün edi­
lir...
28 
iyul  1918- ci il - Urmiyada şəhəri tərk edərək qaçan ermənilər qarşılarına 
çıxan hər bir müsəlmanı vəhşicəsinə qətlə yetirirlər...
28 
iyul  1920-ci il - Naxçıvan sovetləşir. XI Qızıl Ordunun I Qafqaz polku- 
nun 28-ci atıcı  diviziyası  Naxçıvana  daxil  olaraq  orada  sovet  hakimiyyətini 
elan edir...
28  iyul  1937-ci il - Siyasi Üçlüyün qərarı  ilə Əhməd Hacmski,  Əbülfəz Ba­
bayev kimi ziyalılar güllələnir...
28 
iyul  1937-ci il - Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının xüsusi 
üçlüyünün qərarı ilə Mehdi bəy EynaJIı oğlu Sultanov, Qəzənfər Hacı Zeynal oğlu 
Sultanov,  Mövsüm Məzahir  oğtu Bəydəmirov,  Əbdülbağı  Nəsrulla  oğlu Məm­
mədzadə, Əbdül Abbas oğlu Əbdülzadə, Süleyman Hüseyn oğlu İsrafilov, Əbdül- 
həsən Ələkbər oğlu Rəhimov, Şükür Hacı oğlu Hacıyev və Mirəbdülqəni Ələkbər 
oğlu Mirqasımov güllələnirlər...
28 
iyul  1992-ci  il - İgid döyüşçülər  -  Taleh  Bulud oğlu  Məmmədov, Rizvan 
Əliş oğlu Quliyev, Qabil Nəzər oğlu Məmmədov, Mütalib Əli oğlu Abbasov, Əli 
İsmayıl  oğlu  Kərimov Ağdam  rayonunun  Papravənd kəndinin  ermənilərdən
179


Nazim Tapdıqoğlu
müdafiəsi zamanı həlak olurlar...
29 
iyul  1599-cu il 1  Şah Abbas  ilə Dinməhəmməd xan  Özbək  arasında 
Herat yaxınlığında döyüş baş verir.  Hər iki tərəfdən çoxlu sayda itkilər olur.  I 
Şah Abbas Mavərənnəhri öz təsiri altına ala bilir...
29  iyul  1744-cü il - Nadir şah Osmanlılarla 4-cü müharibəyə başlayır...
29  iyul  1906-cı il -  Ermənilər Zəngəzurdakı Karxana kəndinə basqın edir. 
Müharibədə öldürülmüş Tahir Ordubadimin arvadı Pakizə və onun südəmər qızı 
Firuzə də daxil olmaqla 30 nəfər müsəlman-qadın ermənilər tərəfindən vəhşicə­
sinə qətlə yetirilir...
29  iyul  1906-cı il  -  Zəngəzur  ərazisində  qaraçəmənli Səfiyar  bəy dəvətlə 
Mədən bazarına gələrkən bağlar yaxınlığında, həmzəli Şamil bəy isə Gorus ya­
xınlığında erməni daşnak qatilləri tərəfindən pusquya salınaraq vəhşicəsinə qətlə 
yetirilirlər...
29  iyul  1906-cı il -  Erməni silahlı dəstələri  azərbaycanlılar yaşayan Xələc, 
Saldaşlı, İncəvar, Daşnov kəndlərini viran qoyurlar. Qaçıb canlarını qurtaranlar 
Qatar kəndinə pənah gətirirlər...
29 
iyul  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli Dövlət 
Təhlükəsizlik Komissarı Sumbatovun əmri ilə 90 %-i azərbaycanlı olan 79 nəfər 
qətlə yetirilir...
29 
iyul  1989-cu U - Ermənilərin davamlı hücumlarının nəticəsi olaraq Azər­
baycanın mərkəzindən Naxçıvana  gedən qatarların hərəkəti tamamilə dayan­
dırılır. Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşür...
29 
iyul  1991-ci il - Erməni terrorçuları Hadrutdan bir neçə kilometr aralıda 
“Şəhriyar” kolxozunun nəfər işçisini  -  30 yaşlı Arzumam və 28 yaşlı İmranı 
amansızlıqla qətlə yetirirlər...
29 
iyul  1992-ci ü - Ağdam şəhəri, Abdal, Gülablı, Əhmədavar, Əliağalı, Qa­
layçılar, Papravənd, Çuxurməhlə və Şelli kəndləri atəşə məruz qalır. Dağıntılar, 
yaralananlar olur...
29  iyul  1992-ci il -  Cəbrayıl istiqamətində döyüşlər davam edir.  Daşbaşı, 
Sur, Süleymanlı kəndləri atəşə tutulur...
29  iyul  1992-ci il - Milli  Qəhrəman Kamil Balədə oğlu Nəsibov erməni ya­
raqlıları ilə döyüşdə həlak olur...
29 
iyul  1993-cü il - BMT TŞ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 853 saylı 
qətnamə qəbul edir. Lakin erməni tərəfi bu qətnamənin də tələblərini yerinə ye­
tirmir...
29  iyul  2001-ci il -  Mərkəzi Nyu-York və Londonda olan Erməni Ümum- 
xeyriyyə İttifaqının Qarabağda şöbəsi yaradılır...
180
Azərbaycan faciələrinin təqvimi
30  iyul  1731-ciil - Osmanlılar Səfəvilərlə müharibədə Kirmanşahı tutur...
30  iyul  1902-ci il - Bakı gəmi təmiri zavodunun fəhlələri tətil edirlər...
30  iyul  1906-cı il - Erməni yaraqlıları Karxana kəndinin camaatını qırandan 
sonra Lov,  Xələc,  Saldaşlı,  İncəvar və Daşnov  kəndlərinə hücum edərək çoxlu 
sayda sakinləri məhv edir, kəndləri yandırırlar...
30  iyul  1919-cu il - Erməni silahlı birləşmələri Gərnibasarın Xaştab, Ağbaşy- 
amaclar,  Qocansura, Hacıqurbanlar, Atgöz, Dəhla,  Qurqərqə kəndlərinə basqın 
edərək  300 evi  dağıdırlar.  Çoxlu sayda günahsız kənd  sakinləri  öldürülür.  58 
qadın və uşaq amansızlıqla qətlə yetirilir...
30  iyul  1992-ci il - Cəbrayıl rayonunun Süleymanlı kəndi erməni yaraqlıları 
tərəfindən atəşə tutulur. 3 nəfər yaralanır...
30  iyul  1992-ci il - Qarabağ döyüşlərində şəmkirli igidlər - Rasim Abbas oğlu 
Abbasov və Asif Ələddin oğlu Hacıyev Ağdərə bölgəsində həlak olurlar...
30  iyul  1993-cü il -  Füzuli və Cəbrayıl rayonlarının bir sıra yaşayış məntə­
qələri ermənilərin atdıqları top mərmisinə tuş gəlir. Tələfat və dağıntılar olur...
31  iyul  1744-cü il - Nadir şah Naxçıvandan  Qars  istiqamətinə yürüş edir. 
O,  bununla  burada  əhalinin  müqavimətinə  son  qoymaq istəyir.  Qars  qalasını 
mühasirəyə alan Nadir şah Əhməd paşaya ultimatum göndərib yalançı Səfi Mir­
zəni tələb edir. Əhməd paşa rədd cavabı verir.  Osmanlı komandanlığı mühasi­
rədə olanlara kömək edə  bilmir.  Əhməd paşa  bir neçə zabiti  xeyli  hədiyyə  ilə 
İran düşərgəsinə  göndərib  Osmanlı  sarayının  sülh bağlamaq niyyətində  oldu­
ğunu bildirir...
31  iyul 1918-ci il - Bakı Xalq Komissarları Şurası süqut edir...
31 
iyul 1990-cı il - Gürcüstana Azərbaycandan qonaq getmiş iki şəmkirli er­
məni terrorçusu tərəfindən Şulaverdə təcavüzə məruz qalır. Onlardan biri qətlə 
yetirilir, digəri Ermənistana girov aparılır...
31  iyul  1991-ci il - Dağıstanın Temirtau stansiyası yaxınlığında  "Moskva- 
Bakı" sərnişin  qatarı  erməni  terrorçuları  tərəfindən partladılır.  Nəticədə  16 
nəfər həlak olur, 23  nəfər ağır yaralanır...
31 
iyul  1992-ci il - Ağdərə yüksəklikləri uğrunda gedən qanlı döyüşlərdə tər- 
tərli zabit  İsmayıl Ziyəddin oğlu Məmmədov  həlak olur...
31 
iyul  1993-cü il - Füzuli və Ağdam cəbhələrində  qızğın döyüşlər davam 
edir. İtkilər olur...
181


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə