Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə68/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   64   65   66   67   68   69   70   71   ...   112

Nazim Tapdıqoğlu
15  avqust  1919-cu il - Erməni terrorçuları Ərzurumda şəhərin 426 günahsız 
dinc sakinini diri-diri yandırırlar...
15  avqust  1950-ci il  -  Görkəmli filosof,  ictimai xadim,  akademik Heydər 
Nəcəf oğlu Hüseynov müəmmalı şəkildə intihar edir...
15  avqust  1989-cu il -  Erməni yaraqlıları saat 23.00 radələrində Sırxavənd 
kəndinə basqın edirlər...
15  avqust  1992-ci il - Cəbrayıl cəbhəsində uğursuz  "Şişqaya əməliyyatı" hə­
yata keçirilir.  40  nəfər Azərbaycan əsgəri həlak olur,  110  nəfər isə yaralanır...
15  avqust  1992-ci il -  Cəbrayıl rayonu istiqamətində, erməni quldurları ilə 
döyüşdə  Şişdağ  deyilən  ərazidə  güclü hücum zamanı  Azərbaycan  əsgərləri  - 
Ələddin Şükür oğlu Həşimov (Saatlı), Əli Səlim oğlu Məhəmmədov (Saatlı), Hə- 
bibulla Musa oğlu Suliyev (Saatlı), Füzuli Qulu oğlu Zamanov (Cəbrayıl, Balyand 
kəndi), Natiq Kənan oğlu Süleymanov (Gəncə), Əligürşad Ağacavad oğlu Cava­
dov (Saatlı), Ramiz Süleyman oğlu Xudiyev (Cəbrayıl, Daş Veysəlli kəndi), Azər 
Hümbət oğlu Aslanov  (Cəbrayıl,  Daş Veysəlli kəndi),  Elşən Güloğlan oğlu Al­
lahverdiyev (Cəbrayıl, Mərcanlı kəndi), Mirsəyab Zülfüqar oğlu Bayramov (Bakı 
şəhəri, Nizami rayonu), Bayram Fəxrəddin oğlu Məmmədov (Gəncə), Sərbaz Al­
lahqulu oğlu Zeynalov (Bakı şəhəri, Sabunçu rayonu), Rövşən Həsən oğlu Əliyev 
(Gəncə),  Pənah  Kamran  oğlu  Şükürov  (Cəbrayıl,  Çərəkən  kəndi),  Mahmud 
Həbib oğlu Allahverdiyev (Cəbrayıl, Çullu kəndi), Murad İsmayılxan oğlu Meh­
balıyev (Saatlı), Murad Dövlət oğlu Muradov (Saath), Savalan Ömər oğlu Quliyev 
(Cəbrayıl,  Daş  Veysəlli  kəndi),  Faiq Nazim  oğlu Mehdiyev  (Cəbrayıl),  Sahib 
İslam  oğlu Quliyev  (Cəbrayıl,  Qaracallı  kəndi),  Alış  Alışan  oğlu Məmmədov 
(İmişli),  Nazir  Ələkbər  oğlu  Məmmədov  (Bakı),  Şahin  Yaqub  oğlu  Qasımov 
(Cəbrayıl, Karxulu kəndi), Zahid Aydın oğlu Əsgərov (Saatlı), İlqar Məcid oğlu 
Qasımov (Sabirabad),  Asəf Ağası oğlu Məmmədov  (Gəncə), Arif Şamxal  oğlu 
Hüseynov (Cəbrayıl,  Daşkəsən kəndi), Hafiz Maarif oğlu Əliyev (Bakı şəhəri, 
Nərimanov  rayonu),  İlqar Qabil oğlu  Məmmədov  (Bakı),  Salman Yolçu oğlu 
Həsənov (Sumqayıt),  Firdovsi Əmrah oğlu Osmanov  (Gəncə) və daha bir neçə 
nəfər həlak olur,  100 nəfərdən çox əsgərimiz isə yaralanır...
15  avqust  1992-ci il - Füzuli rayonunun  Yuxarı  Veysəlli kəndi istiqamətində 
də döyüş əməliyyatı keçirilir. Taqım komandiri Elxan Bayandır oğlu Yusifov və 
digər 10 nəfər həlak olur, 15 nəfər yaralanır. 814 saylı hərbi hissənin şəxsi heyəti 
səhər saat 8.20-də kəndi  ermənilərdən  təmizləyir.  Kömək  gəlmədiyi üçün  əsg­
ərlərimiz günortadan sonra düşmənin güclü hücumu qarşısında davam gətirmə­
yib geri çəkilməyə məcbur olur...
15  avqust  1992-ci  il  -  Füzuli-Yuxarı  Veysəlli,  Məngələnata-Üçbulaq  və 
Füzuli-Məlikcan  (Xocavənd rayonu)  istiqamətlərində hücumlar zamanı füzulili
192
Azərbaycan faciələrinin təqvimi
igid əsgərlər - Azadi Qara oğlu Əliyev, Tərlan Zakir oğlu Əliyev, Nizami Müşfiq 
oğlu  Əmirov,  Marks İbad oğlu Hacıyev,  Ernest Yusif oğlu  Hüseynov, Nazim 
Məhiş oğlu Quliyev, Mahir Sayuz oğlu Mikayılov, İlyas Mehralı oğlu Sultanov, 
Elxan Bayandır oğlu Yusifov, Muğan Gəray oğlu Əliyev, Azər Qara oğlu Əhmə­
dov, Şikar Qara oğlu Əhmədov, Aydm İldırım oğlu Gülüşov, Qeyrət Məcnun oğlu 
İbişov, Azər  Həmid oğlu  Soltanov,  Zeynal Sadıq  oğlu  Zeynalov,  Alim İbrahim 
oğlu Məmmədov, Səfa Məmmədxan oğlu Məmmədov həlak olurlar...
15  avqust  1993-cü il - Xocavənd rayonunun Quşçular, Sur və Daşbaşı kənd­
ləri ərazilərindəki  ermənilərlə baş verən  döyüşdə  cəbrayıllı  igidlər  -  Rantiq 
Novruz oğlu Məmmədov, Rüfət Rəvan oğtu Məmmədov, Faiq Fərman oğlu Məm­
mədov, Elsevər Kalbalı oğlu Mirzəyev, Qərib Mehdi oğlu Mirimov, Mətləb Əvəz 
oğlu Rəhimov, Mədət Mürşüd oğlu Rüstəmov,  Cəbrayıl Əli oğlu Sevdimahyev, 
Fərhad İdris oğlu Fərhadov, Bayram Məhyəddin oğlu Fərhadov, Arif Məhəmməd 
oğlu Fərhadov,  Hafiz Məhəmməd oğlu Fətəliyev, Nurəddin Məbəmmədəli oğlu 
Fətullayev,  Yusif Musa  oğlu  Hüseynov,  Həsən  Hüseyn oğlu  Hüseynov,  Zahid 
Əvəz oğlu Abdullayev, Ramiz Eldar oğlu Ağayev, Elçin Eldar oğlu Abdullayev, 
Samir Qədir oğlu Alıyev, Aydın Tapdıq oğlu Quliyev, Teymur Eyvaz oğtu Eyva­
zov,  Etibar  İslam  oğlu  Əliyev,  Süleyman  İbrahim  oğlu  Əmirxanov,  Müslüm 
Cəmil  oğlu  İmanov,  Elman  Bəhram oğlu  Yusifov,  Vahab  Yaşar oğlu Kazımov, 
Rəfayıl Məhəmməd oğlu  Gülməmmədov,  Qədir  Sərxan oğlu Məlikov,  Murad 
Hafiz oğlu Cəfərov, Rövşən Bəhlul oğlu Şəmilov, Səxavət Möhübbət oğlu Həsrə- 
tov, Məhəmmədəli Səməd oğlu Həsrətov həlak olur. Onların əksəriyyətinin baş­
ları kəsilir...
15  avqust  1993-cü il - Düşmən Füzuli rayonunun Aşağı Veysəlli, Dördlər və 
Yuxarı Yağlıvənd kəndlərini, eləcə də Cəbrayıl rayonunun Zamzur, Sur, Bana- 
zur, Quşçular, Qışlaq, Doşulu, Qaracallı, Süleymanlı, Balyand, Əfəndilər kənd­
lərini işğal  edir.  Çox  keçmir  ki,  düşmən  Cəbrayıl  şəhərinin 2  kilometrliyinə 
yaxınlaşır.  Sirik və Mülkədərə istiqamətlərində  ağır döyüşlər gedir.  Ölənlər və 
yaralananlar olur...
15  avqust  1993-cü il - Erməni silahlı dəstələri Cəbrayıl rayonunun Qaracallı 
və Balyand kəndlərinə hücum edirlər.  Balyand  kənd sakinləri Səkinə Heydər 
qızı Vəliyeva, İsa Surxay oğlu Hüseynov və kənd orta məktəbinin müəllimi Oruc 
Həmzə oğlu  Babaşov qətlə yetirilirlər.  Qaracallı  kənd sakini Nizami Cümşüd 
oğlu Alışov girov götürülür...
15  avqust  1993-cü il - Hərəkül kəndi ərazisində Cəbrayıl rayonunun Hovuslu 
kənd  sakinləri  Səxavət  Möhübbət  oğlu  Həsrətov, Məhəmmədəli  Səməd oğlu 
Həsrətov, Sofulu kənd sakini Qərib Mehdi oğlu  Mirimov ermənilər tərəfindən 
qətlə yetirilir...
193


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə