Nazim Tapdıqoğlu
18 avqust 1472-ci il - II Mehmetin oğlu Mustafa ilə ağqoyunlular arasında
döyüşdə ağqoyunlular məğlub olur. Uzun Həsənin oğlu Yusif Mirzə və digər
iki qardaşı əsir düşərək edam edilirlər...
18
avqust 1905-ci il - Şuşada ermənilərlə müsəlmanlar arasında qanlı, silahlı
hadisə, toqquşma baş verir...
18 avqust 1918 -ci il - Erməni quldur birləşmələri Eçmiədzin, Sürməli, İrəvan
və Yeni Bayazid qəzalarının azərbaycanlılar yaşayan 50 kəndini viran qoyur
lar...
18
avqust 1943-cü il - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı
Əlağa İsmayıl Ağa oğlu Şıxlinski ölür...
18 avqust 1989-cu il - Laçın rayonunun Cicimli kənd sakini Mehdi Rüstəm
oğlu Məmmədov kəndin yaxınlığında pusquda dayanmış erməni yaraqlısı tərə
findən namərdcəsinə qətlə yetirilir...
18
avqust 1990-cı il - Qazax rayonu ərazisində 2 nəfər azərbaycanlı erməni
quldurları tərəfindən vəhşicəsinə qətlə yetiririlir...
18 avqust 1991-ci il - Erməni hərbi hissələri rusların köməyi ilə vertolyotlar
və ağır texnikadan istifadə etməklə Qazax rayonuna - Bağanis-Ayrım kəndinə
hücum edir, kənd dağılır, dinc əhaliyə işgəncə verilir...
18 avqust 1991-ci il - Erməni terrorçuları Goranboy rayonunun Buzlaq və
Tapqaraqoyunlu kəndinə hücum edirlər. Bu hücum nəticəsində azərbaycanlılar
dan 3 nəfər (Hüseyn Mehdiyev, Akif Abdullayev, Eldar Babayev) öldürülür və
daha 3 nəfər yaralanır, 3 nəfər girov düşür...
18 avqust 1991-ci ü - Goranboy rayonunun Mənəşli, Buzluq, Erkəc və Todan
kəndlərinə ermənilər tərəfindən hücum olunur. Buzluq və Erkəc kənd sakinləri
kəndi tərk edir. 2 nəfər öldürülür, 3 nəfər yaralanır, 3 nəfər girov götürülür...
18 avqust 1992-ci U - Ağdam şəhəri və Abdal-Gülablı kəndləri ermənilər tə
rəfindən atəşə tutulur...
18 avqust 1992-ci il - Cəbrayıl rayon mərkəzi və onun yaxınlığında yerləşən
kəndlər ermənilərin atdıqları mərmilər nəticəsində çoxlu dağıntıya məruz
qalır...
18 avqust 1992-ci il - Milli Qəhrəman Səxavət Ələmdar oğlu Məhərrəmov
Ağdərə rayonunun Mehrətağ kəndi yaxınlığında erməni yaraqlıları ilə döyüşdə
həlak olur...
18 avqust 1993-cü il - Erməni hərbi birləşmələri Cəbrayıl şəhəri istiqamətində
güclü hücuma keçirlər. Bu döyüş əməliyyatı zamanı çoxlu sayda ölən və yarala
nanlar olur...
196
Azərbaycan faciələrinin təqvimi
18 avqust 1993-cü il - Füzuli şəhəri istiqamətində erməni hərbi birləşmələri
nin 35 ədəd T-72 tankı mövqe döyüşlərinə çıxarılır. Şəhərin 3 kilometrliyində
döyüşlər gedir. Cəbrayıl və Füzuli şəhərləri istiqamətində güclü hücuma keçən
düşmən Azərbaycan ordusunun müdafiə xəttini poza bilir. Düşmən Cəbrayıl və
Füzuli istiqamətində bir neçə yaşayış məntəqələrini ələ keçirməyə müvəffəq
olur...
18 avqust 1993-cü il - Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi erməni
hərbi birləşmələri tərəfindən viran edilərək dağıdılır. 25 nəfər amansızlıqla qətlə
yetirilir...
18 avqust 1993-cü i l -Erməni yaraqlıları Cəbrayıl rayonun un Yuxarı Məzrə
və Daşkəsən kəndlərinə hücum edir. Yuxarı Məzrə kənd sakini Qönçə Səfəralı
qızı Təhməzova həyətyanı sahədə işləyərkən güllələnir. Onun həmkəndlisi Nu-
rəddin Mehdiyev güllə yarası alır. Baxış Zeynal oğlu İbişov mərmi atəşi ilə qətlə
yetirilir. Daşkəsən kənd sakini Manya Məmmədalı qızı Bəbirova itkin düşür...
18 avqust 1993-cü il - Cəbrayıl rayon mərkəzində şiddətli döyüşlər gedir.
Düşmən Cəbrayıl şəhəri yaxınlığında bir neçə yaşayış məntəqəsini ələ keçirə
bilir. Çoxlu sayda əsgərimiz şəhid olur. Cəbrayıl şəhəri müvəqqəti də olsa əldən-
ələ keçir...
18 avqust 2001-ci il - Erməni-daşnaq faşizminin yetirməsi olan Murad Qur
banovun başçılıq etdiyi terrorçu qrupun üzvləri tərəfindən Rusiya işğallarına
qarşı Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalqının azadlıq rəmzi hesab
olunan Şeyx Şamilin Zaqatala şəhərində qoyulmuş büstü partladılır...
19 avqust 1293-cü il - Görkəmli şair, alim Şihabəddin Əbu Abdulla Məhəm
məd ibn Əhməd ibn Xəlil Zülfünün Şafii Xoylu Şamda ölür...
19 avqust 1891-ci il - Nəsrəddin şahın “8 mart 1890-cı il” müqaviləsinə eti
raz əlaməti olaraq Təbriz əhalisi bazarı bağlayır. 20.000 adam silahlanır. Şaha
teleqram vurulur...
19
avqust 1905-ci il - Ermənilər Şuşada güclü qırğın törədirlər. 30-dan çox
azərbaycanlı qətlə yetirilir. Xəlfəli və Köçərli məhəllərində 18 ev yandırılır...
19
avqust 1919-cu il - Dağlıq Qarabağ erməniləri özlərinin VII qurultayını
keçirir...
19 avqust 1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 49 nəfər güllələnir...
19 avqust 1990-cı ü - Erməni terrorçuları Əskipara-Qazax marşrutu ilə hə
rəkət edən sərnişin avtobusuna hücum edirlər. 2 nəfər dinc sakin qətlə yetirilir.
Milli Qəhrəman Şamoy Məhyəddin oğlu Çobanov Qazax rayonu ərazisində,
197
Nazim Tapdıqoğlu
Aşağı Əskipara kəndindən Yuxarı Əskipara kəndinə gedən sərnişin dolu avto
busu müşayiət edərkən erməni yaraqlıları ilə atışmada həlak olur. 2 nəfər polis
əməkdaşı və 2 dinc sakin güllə yarası alır...
19 avqust 1990-cı il - Milli Qəhrəman İlham Müzəffər oğlu Əliyev Aşağı Əs
kipara kəndi uğrunda erməni yaraqlıları ilə döyüşdə aldığı güllə yarasından 1
gün sonra həlak olur...
19 avqust 1992-ci il - Sur, Süleymanlı, Qışlaq, Quşçular kəndləri növbəti
dəfə ermənilər tərəfindən atəşə tutulur...
20 avqust 1220-ci il - Monqolların Şirvana ilk basqını olur. Çətinliklə olsa
da Şamaxı və Dərbənd monqollar tərəfindən zəbt olunur...
20 avqust 1783-cü il - Potyomkin Georgiyevsk müqaviləsinin bağlanması
haqqında Azərbaycan xanlarına müraciət edir...
20
avqust 1837-ci il - Kəndxuda Hacı Məhəmmədin toyunda Şamilin m ək
tubu oxunur və üsyana başlamaq qərara almır. Hacı Məhəmməd və köməkçisi
Yarəli üsyana rəhbərlik edirlər. Beləliklə, Quba üsyanının ikinci mərhələsi baş
lanır...
20 avqust 1905-ci il - Bakının Merkuri və Milyutinski küçələrində ermənilər
yol keçən müsəlmanlara atəş açırlar. Bir nəfər müsəlman fanarçı qətlə yetiri
lir...
20
avqust 1905-ci il - Çar hökuməti fitnəsinin əli ilə Bakıda milli qırğın, neft
mədənlərində isə yanğınlar törədilir. Saat 17.30-da ermənilər müsəlmanlara
hücum edir. Çoxlu sayda ölən və yaralananlar olur. Yaxşı silahlanmış erməni
quldur birləşmələri şəhərin əhalisi sıx olan müsəlman məhəllələrinə basqın edir
lər. Çoxlu sayda insanlar vəhşicəsinə öldürülür. Kişilərin başını kəsir, hamilə
qadınların qarnını yırtır, uşaqları tonqallara atır, ya da su quyularında boğur
lar. Meyidlərin bir qismi dənizə atılır...
20
avqust 1989-cu il - «Milli müdafiə dəstələri» yaratmaqla 17 yaşından 50
yaşınadək olan bütün ermənilər bu «ixtisaslaşdırılmış» dəstələrə cəlb olunur
lar...
20 avqust 1990-cı il - Ermənistan silahlı qüvvələri Qazax rayonunun Bağanis
Ayrım kəndini işğal edir. 5 nəfər kənd sakini ermənilər tərəfindən vəhşicəsinə
öz evlərində diri-diri yandırılır...
20
avqust 1992-ci il - Füzuli və Cəbrayıl şəhərləri ermənilər tərəfindən güclü
raket atəşinə tutulur. Ölən və yaralananlar, dağıntılar olur...
20
avqust 1992-ci il - Cəbrayıl rayonunun Süleymanlı, Qışlaq və Quşçular
kəndləri ermənilər tərəfindən atəşə tutulur. Cəbrayıl şəhəri ətrafında qanlı
198
Azərbaycan faciələrinin təqvimi
döyüşlər gedir. Rayon mərkəzi yaxınlığında yerləşən bir neçə kənd işğal olunur.
Xeyli sayda ölənlər və yaralananlar olur. Erməni yaraqlıları Papı və Çərəkən
kəndlərinə hücum edirlər. Papı kənd sakini Xəlil Balaca oğlu Həsənov qətlə ye
tirilir. Çərəkən kənd sakinləri Eldar Musa oğlu Musayev, Seyilxan Salman oğlu
Şükürov itkin düşürlər.....
20 avqust 1992-ci il - Canyataq və Gülyataq kəndləri erməni quldurlarından
azad edilir. Azərbaycan tərəfi də çoxlu sayda itki verir...
21 avqust 1905-ci il - Bakıda 4 nəfər müsəlman ermənilər tərəfindən qətlə
yetirilir, 3 müsəlman yaralanır...
21
avqust 1905-ci il - Ermənilərlə müsəlmanlar arasında Şuşada baş verən
döyüşlərdə erməni silahlı quldurları dinc əhaliyə qarşı silah işlədirlər və nəticədə
qətlə yetirilənlər olur. Orada Realm məktəbin təmirində işləyən iranlı (azər
baycanlı ) 17 fəhlə də ermənilər tərəfindən vəhşicəsinə öldürülür. Onların başları
kəsilir...
21 avqust 1921-ci il - Tarixi sənədlərə istinadən 28 aprel 1920-ci il tarixdən
bu günədək 48.000 azərbaycanlı ermənilərin əli ilə məhv edilib...
21
avqust 1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 7 azərbaycanlı güllələnir...
21
avqust 1990-cı il - Qazax rayonu ərazisində 2 nəfər azərbaycanlı ermənilər
tərəfindən vəhşicəsinə qətlə yetirilir...
21 avqust 1990-cı il - Qazax rayonu ərazisində Səhər Müslüm qızı Qəhrə
manova, İldırım Müzəffər oğlu Əliyev və hərbi qulluqçu Aleksandr Vladimiroviç
Lipatov erməni yaraqlıları tərəfindən amansızlıqla qətlə yetirilir...
21
avqust 1991-ci il - Polis əməkdaşlarını Cəbrayıl rayonunun ərazisindəki
Şayaq postuna aparan "KA V Z ”
markalı 70-30 AQO dövlət nömrə nişanlı av
tobus erməni terrorçuları tərəfindən atəşə tutularaq partladılır. 2 nəfər (o cümlə
dən sürücü Şamil Heydər oğlu Əhmədov) həlak olur; 3 nəfər (polis baş leytenantı
Şəmil Şərif oğlu Əhmədov, polis serjantı Camal Məmmədov, sıravi Rövşən Xəli
lov) isə ağır yaralanır...
21 avqust 1991-ci il - Goranboyun Mənəşli, Buzluq, Erkəc kəndləri uğrunda
şiddətli döyüşlər gedir...
21
avqust 1991-ci il - Erməni terrorçuları Qazax rayonu ərazisində 2 nəfər
azərbaycanlı mülki şəxsini vəhşicəsinə qətlə yetirirlər...
21 avqust 1993-cü il - Cənub bölgəsində Əlikram Hümbətovun başçılığı ilə
davam edən qiyam başqa ərazilərə də yayılır...
199
Dostları ilə paylaş: |