Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə72/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   68   69   70   71   72   73   74   75   ...   112

Nazim Tapdıqoğiu
isə 60 000 nəfər əhalisi doğma yurd-yuvalarmdan didərgin salmır. Bununla d a, 
Azərbaycan xalqının növbəti  qanlı  faciə  tarixinin daha bir qara səhifəsi yazı­
lır...
23  avqust  1993-cü il - Azərbaycanın cənub bölgəsində Əlikram Hümbət ovun 
başçılıq etdiyi qiyam çətinliklə olsa da yatırılır. Qondarma  "Talış-Muğan Res­
publikası" yaratmaq planı iflasa uğrayır. Amma itkilər də olur...
23  avqust  1993-cü il - Saat 16-da  160-cı briqadanın və yerli Füzuli briqada­
sının müdafiə etdiyi Füzuli şəhəri düşmən əlinə keçir. Çoxlu sayda itkilər olur...
23  avqust  1993-cü  il -  Lənkəran sakinləri -  Etibar  Böyükağa  oğlu  Əliyev, 
Sultan Nəhmət oğlu Bayramov, Paşa Qurban oğlu Təhməzov "Talış-Muğan Res­
publikası" yaratmaq istəyən nadanların atdığı güllələrin qurbanı olurlar...
23  avqust  1993-cü il - Fərhad Həsən oğlu Qaraşov, Həsən Hüseyn oğlu Qa- 
raşov, İsmiyəli İsmayıl oğlu Həsənov, Fatma Hüseynqulu qızı Həsənova, Mətanət 
Əli qızı Mehdiyeva, Umudvar Əli oğlu Qəhrəmanov, Tərlan Allahverdi qızı Məm­
mədova, Hamlet Tahir oğlu Həsənov, Arzu Süleyman oğlu Nərimanov, Rafiq Həsi 
oğlu Rzayev və daha bir neçə nəfər  Füzuli  rayonu  ərazisində  şəhid  olur və ya 
itkin düşürlər...
23  avqust  2005-ci il - Moskva şəhərində Azərbaycan və Ermənistan Xarici 
İşlər Nazirlərinin görüşü keçirilir...
24  avqust  944-cü il  -  Ruslar Bərdəni mühasirəyə  alırlar.  Salari  hakiminin 
Bərdədəki naibi  öhdəsində olan 5600 nəfərlə  yadelli  işğalçılara  müqavimət 
göstərir. Mərzban ibn Məhəmməd topladığı 30 000-lik qoşunla Bərdənin müda­
fiəsinə köməyə gəlir.  Güclü döyüşlərdə hər iki tərəfdən çoxlu sayda adam tələf 
olur.  Bərdə şəhəri ruslar tərəfindən tutulur...
24  avqust  1578-ci il - Türklər  Tiflisi  ələ keçirir...
24  avqust  1905-ci il - Bakıda, Birinci Kantapin küçəsindəki 29 nömrəli evin 
qarşısında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən 55 yaşlı bir müsəlman 
meyidi aşkarlanır...
24 
avqust  1918-ci il - Daşnaq terrorçular Üçmüəzzin, Sürməli, İrəvan,  Yeni 
Bayazit qəzalarında qətliamlar törədirlər. Onlarla kənd talan edilərək dağıdılır...
24 
avqust  1988-ci il - Xankəndində DQMV XDS İK-nin sessiyası çağırılır. 
Moskvanın  nümayəndəsi Arkadi Volski iclasda iştirak  edir.  Sessiya başlanan 
kimi tribunaya qalxan ermənilər Azərbaycanın və azərbaycanlıların ünvanına 
təhqir  və  söyüşlər  yağdırırlar.  Azərbaycanlılar  sessiyadan  yarımçıq  çıxmalı 
olur...
24  avqust  1990-cı il - Kəlbəcər rayonunun Alolar kənd sakini B. Ramazanov
202
Azərbaycan faciələrinin təqvimi
erməni yaraqlıları tərəfindən girov götürülür...
24  avqust  1991-ci il - Xocalı şəhəri raket atəşinə məruz qalır...
24 avqust 1991-ci il - Ağdamın Şotlanh yaylağı atəşə tutulur;  nəfər yarala­
nır...
24  avqust  1992-ci il - Ağdam rayonunun A bdal və Gülablı kəndləri ermənilər 
tərəfindən güclü atəşə tutulur. Tələfat və dağıntılar olur...
25  avqust  1905-ci il  -  Bakıda Krasnovodsk  (Səməd  Vurğun)  və  Suraxanı 
(Bir  M ay)
 
küçələrinin  kəsişdiyi  ərazidə  ermənilərlə  müsəlmanlar  arasında 
atışma baş verir...
25  avqust  1905-ci il - 3 erməni xəncərlə Məhəmmədqulu bəy Şəfi ağa oğlunu
qətlə yetirir...
25  avqust  1905-ci il - Cavanşir qəzasının Qaladərəsi kəndinin yaraqlı erməni 
quldur sakinləri  Əbdürrəhman bəy Kərim bəy oğlunun köçünə basqın edir.  Bəy 
öldürülür, onun çoxlu sayda qoyun sürüləri, 55 baş qaramah və əmlakı zəbt olu­
nur...
25  avqust  1905-ci il - Qondarma daşnaq generalı Hamazasp və onun əlaltısı 
A.Mikoyanın rəhbəri olduqları terror qruplaşması Cavanşir qəzasının  Çıraxlı, 
Kəmərli, Hacıqərvənd və Pirxud kəndlərinə basqın edirlər. 100-ə yaxın azərbayc­
anlı qətlə yetirilir.  Kəndlərin əhalisi yurd-yuvalarmdan didərgin salınır...
25  avqust  1938-ci il - Azərbaycan SSR XDİK baş mayoru Rayevin əmri ilə 
82 nəfər güllələnir...
25  avqust  1941-ci il - Sovet qoşunu Sovet-İran müqaviləsinin 6-cı maddəsinə 
əsasən Şimali İrana - Cənubi Azərbaycana  Ərdəbil və  Təbriz istiqamətində 40 
kilometr irəliləyirlər),
 
ingilis qoşunları isə İranın cənubuna çıxarılır...
25  avqust  1943-cü il  - Böyük Vətən müharibəsinin  tərkib hissəsi  olan və  5 
ay davam edən Dnepr uğrunda döyüş başlayır. Bu qanlı vuruşmalarda minlərlə 
azərbaycanlı da həlak olur...
25  avqust  1988-ci il - Xocalı Deputatlar Sovetinin sessiyası keçirilir...
25  avqust  1990-cı il - Ermənilərin  “Amaras” terror dəstəsi Şuşanın Göytəpə 
yaşayış məntəqəsinə basqın edirlər. Valideynləri qətlə yetirilən , evləri yandırılan 
5 yaşlı Elçin Allahverdiyev yetim və evsiz qalır...
25 
avqust  1991-ci il - Goranboy rayonunun Şəfəq kəndi ermənilər tərəfindən 
atəşə tutulur.  1  nəfər həlak olur, 1 nəfər yaralanır, 2 nəfər kontuziya alır...
25  avqust  1992-ci il - Ağdam şəhəri və onun Yuxarı Qarabağla həmsərhəd 
olan kəndləri atəşə tutulur...
25  avqust  1993-cü il -  Erməni yaraqlıları  Cəbrayıl  rayonunun Dağtumas
203


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə