Nazim Tapdıqoğiu
isə 60 000 nəfər əhalisi doğma yurd-yuvalarmdan didərgin salmır. Bununla d a,
Azərbaycan xalqının növbəti
qanlı faciə tarixinin daha bir qara səhifəsi yazı
lır...
23 avqust 1993-cü il - Azərbaycanın cənub bölgəsində Əlikram Hümbət ovun
başçılıq etdiyi qiyam çətinliklə olsa da yatırılır. Qondarma
"Talış-Muğan Res
publikası" yaratmaq planı iflasa uğrayır. Amma itkilər də olur...
23 avqust 1993-cü il - Saat
16-da 160-cı briqadanın və yerli Füzuli briqada
sının müdafiə etdiyi
Füzuli şəhəri düşmən əlinə keçir. Çoxlu sayda itkilər olur...
23 avqust 1993-cü il - Lənkəran sakinləri -
Etibar Böyükağa oğlu Əliyev,
Sultan Nəhmət oğlu Bayramov, Paşa Qurban oğlu Təhməzov "Talış-Muğan Res
publikası" yaratmaq istəyən nadanların atdığı güllələrin qurbanı olurlar...
23 avqust 1993-cü il - Fərhad Həsən oğlu Qaraşov, Həsən Hüseyn oğlu Qa-
raşov, İsmiyəli İsmayıl oğlu Həsənov, Fatma Hüseynqulu qızı Həsənova, Mətanət
Əli qızı Mehdiyeva, Umudvar Əli oğlu Qəhrəmanov, Tərlan Allahverdi qızı Məm
mədova, Hamlet Tahir oğlu Həsənov, Arzu Süleyman oğlu Nərimanov, Rafiq Həsi
oğlu Rzayev və daha bir neçə nəfər Füzuli rayonu ərazisində şəhid olur və ya
itkin düşürlər...
23 avqust 2005-ci il - Moskva şəhərində Azərbaycan və Ermənistan Xarici
İşlər Nazirlərinin görüşü keçirilir...
24 avqust 944-cü il - Ruslar Bərdəni mühasirəyə alırlar. Salari hakiminin
Bərdədəki naibi öhdəsində olan
5600 nəfərlə yadelli işğalçılara müqavimət
göstərir.
Mərzban ibn Məhəmməd topladığı
30 000-lik qoşunla Bərdənin müda
fiəsinə köməyə gəlir. Güclü döyüşlərdə hər iki tərəfdən çoxlu sayda adam tələf
olur. Bərdə şəhəri ruslar tərəfindən tutulur...
24 avqust 1578-ci il - Türklər Tiflisi ələ keçirir...
24 avqust 1905-ci il - Bakıda,
Birinci Kantapin küçəsindəki
29 nömrəli evin
qarşısında ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən 55 yaşlı bir müsəlman
meyidi aşkarlanır...
24
avqust 1918-ci il - Daşnaq terrorçular
Üçmüəzzin, Sürməli, İrəvan, Yeni
Bayazit qəzalarında
qətliamlar törədirlər. Onlarla kənd talan edilərək dağıdılır...
24
avqust 1988-ci il - Xankəndində DQMV XDS İK-nin sessiyası çağırılır.
Moskvanın nümayəndəsi Arkadi Volski iclasda iştirak edir. Sessiya başlanan
kimi tribunaya qalxan ermənilər Azərbaycanın və azərbaycanlıların ünvanına
təhqir və söyüşlər yağdırırlar. Azərbaycanlılar sessiyadan yarımçıq çıxmalı
olur...
24 avqust 1990-cı il - Kəlbəcər rayonunun
Alolar kənd sakini
B. Ramazanov
202
Azərbaycan faciələrinin təqvimi
erməni yaraqlıları tərəfindən girov götürülür...
24 avqust 1991-ci il - Xocalı şəhəri raket atəşinə məruz qalır...
24 avqust 1991-ci il - Ağdamın
Şotlanh yaylağı atəşə tutulur;
1 nəfər yarala
nır...
24 avqust 1992-ci il - Ağdam rayonunun
A bdal və
Gülablı kəndləri ermənilər
tərəfindən güclü atəşə tutulur. Tələfat və dağıntılar olur...
25 avqust 1905-ci il - Bakıda Krasnovodsk
(Səməd Vurğun) və Suraxanı
(Bir M ay)
küçələrinin kəsişdiyi ərazidə ermənilərlə müsəlmanlar arasında
atışma baş verir...
25 avqust 1905-ci il - 3 erməni xəncərlə
Məhəmmədqulu bəy Şəfi ağa oğlunu
qətlə yetirir...
25 avqust 1905-ci il - Cavanşir qəzasının
Qaladərəsi kəndinin yaraqlı erməni
quldur sakinləri
Əbdürrəhman bəy Kərim bəy oğlunun köçünə basqın edir. Bəy
öldürülür, onun çoxlu sayda qoyun sürüləri,
55 baş qaramah və əmlakı zəbt olu
nur...
25 avqust 1905-ci il - Qondarma daşnaq generalı
Hamazasp və onun əlaltısı
A.Mikoyanın rəhbəri olduqları terror qruplaşması Cavanşir qəzasının
Çıraxlı,
Kəmərli, Hacıqərvənd və
Pirxud kəndlərinə basqın edirlər.
100-ə yaxın azərbayc
anlı qətlə yetirilir. Kəndlərin əhalisi yurd-yuvalarmdan didərgin salınır...
25
avqust 1938-ci il - Azərbaycan SSR XDİK baş mayoru
Rayevin əmri ilə
82 nəfər güllələnir...
25
avqust 1941-ci il - Sovet qoşunu
Sovet-İran müqaviləsinin 6-cı maddəsinə
əsasən Şimali İrana - Cənubi Azərbaycana
( Ərdəbil və Təbriz istiqamətində 40
kilometr irəliləyirlər),
ingilis qoşunları isə İranın cənubuna çıxarılır...
25 avqust 1943-cü il - Böyük Vətən müharibəsinin tərkib hissəsi olan və
5
ay davam edən
Dnepr uğrunda döyüş başlayır. Bu qanlı vuruşmalarda minlərlə
azərbaycanlı da həlak olur...
25
avqust 1988-ci il - Xocalı Deputatlar Sovetinin sessiyası keçirilir...
25
avqust 1990-cı il - Ermənilərin
“Amaras” terror dəstəsi Şuşanın
Göytəpə
yaşayış məntəqəsinə basqın edirlər. Valideynləri qətlə yetirilən , evləri yandırılan
5 yaşlı
Elçin Allahverdiyev yetim və evsiz qalır...
25
avqust 1991-ci il - Goranboy rayonunun
Şəfəq kəndi ermənilər tərəfindən
atəşə tutulur. 1 nəfər həlak olur, 1 nəfər yaralanır, 2 nəfər kontuziya alır...
25
avqust 1992-ci il - Ağdam şəhəri və onun Yuxarı Qarabağla həmsərhəd
olan kəndləri atəşə tutulur...
25
avqust 1993-cü
il - Erməni yaraqlıları Cəbrayıl rayonunun
Dağtumas
203