Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə73/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   69   70   71   72   73   74   75   76   ...   112

Nazim Tapdıqoğlu
kəndinə basqm edirlər.  Kənd xəstəxanasının baş həkimi Əli Mahmudov, kənd 
ağsaqqalı Əli Quliyev, baytar həkim Qüdrət Rüstəmov,  1916-cı il təvəllüdlü Bə­
növşə İbrahim qızı Osmanova, 1918-ci il təvəllüdlü Əziz Salman oğlu Mehrəliyev, 
eləcə də Məhəmməd Əvəz oğlu Məmmədov və onun oğlu Səxavət,  1930-cu il tə­
vəllüdlü Məhəmmədəli Ədil oğlu Hacıyev,  onun həyat  yoldaşı  Gülarə İsmayıl 
qızı Nəcəfova və  başqaları güllələnirlər.  Girov düşən  qadınların zinət  əşyaları 
əllərindən almır. Evlərə od vurulur.  3.000-ş  yaxın əhali doğma dədə-baba yur­
dundan didərgin düşür...
25  avqust  1993-cü il - Cəbrayıl rayonunun Hovuslu kəndi erməni yaraqlıla­
rının hücumuna məruz qalır. Aydın Adışirin oğlu Cavadov, onun həyat yoldaşı 
Şövkət Məmməd qızı Məmmədova,  Nənəxanım Məmməd qızı Piralıyeva,  Nar- 
xanım Məmməd qızı Məmmədova, Mahnisə Şıxəli qızı Əmrahova qətlə yetirilir­
lər...
25  avqust  1993-cü il - Erməni yaraqlıları Cəbrayıl rayonunun Daşveysəlli 
kəndinə basqm edirlər. El ağsaqqalı Hüseyn Ataş oğlu Hüseynov, Şakir Məhəm­
məd oğlu Əliyev, Şura Şəmil qızı Yunisova amansızlıqlla qətlə yetirilir...
25  avqust  1993-cü  il  -  Ermənilərlə  döyüşdə zəngilanlı igidlər -  Əsgər  Vəli 
oğlu Nağıyev (Bartaz k.), Məmməd İlyas oğlu Məmmədov (Vəliqulubəyli k.), Ra­
mazan Dünyamalı oğlu Quliyev (Məmmədbəyli k.), Faiq Əvəz oğlu Rzayev (Zə­
ngilan ş.) həlak olurlar...
26  avqust  837-ci il - Babəkin əsas iqamətgahı olan Bəzz qalası ərəblər tərə­
findən  tutulur.  Qalanın müdafiəsinə  cəsur  sərkərdə Adin başçılıq edirdi.  Bəzz 
döyüşü orta əsr müharibələri tarixində ən çox insan qırğınına səbəb olan döyüş- 
lərdəndir.  Bu döyüşlərdə yaralananlardan və itkin düşənlərdən başqa, ərəblər­
dən  100  000  nəfər,  üsyançılardan  isə  80  000  nəfər  həlak  olur.  Qala 
müdafiəçilərindən  7600  nəfər  əsir  götürülür.  Onların  arasında  Babəkin  ailə 
üzvləri və yaxın  qohumları,  o  cümlədən  17 oğlu,  23  arvadı,  qızı  və  gəlini də 
vardı...
26 
avqust  1896-cı il - Osmanlı bankı erməni terrorçuları tərəfindən tutulur 
və bank işçiləri girov götürülür.  Sədr Əzəm Xəlil Rifət Paşaya sui-qəsd edilir...
26  avqust  1905-ci il - Ermənilər Sultan Əbdül Həmidə sui-qəsd edirlər...
26  avqust  1905-ci il - Bakının Balaxanı  (Füzuli)  küçəsində ermənilər Fərid 
Əbdül Zeynal oğluna  25  güllə vururlar...
26 
avqust  1919-cu il - Qarabağ və bir sıra digər ərazilər ermənilər və azər­
baycanlılar arasında «mübahisəli» sayıldığı üçün Qarabağ ermənilərinin VII qu­
rultayında  «Dağlıq  Qarabağ ermənilərinin Azərbaycan  hökuməti ilə müvəqqəti
204
Azərbaycan faciələrinin təqvimi
razılığı»
 
qəbul edilir...
26  avqust  1920-ci il - Taxıl ticarətinin inhisara alınması haqqında dekret ve­
rilir...
26  avqust  1936-cı il - Görkəmli ziyalı Məhəmmədhəsən Baharlı
 
yenidən həbs 
olunur...
26  avqust  1941-ci il - Sovet ordu hissələri Ərdəbil və Təbriz şəhərlərinə daxil 
olurlar...
26  avqust  1989-cu il - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti DQMV- 
də  Konstitusiyaya zidd tədbir haqqında Dağlıq Qarabağın Azərbaycan SSR- 
dən qoparılmasma qarşı qərar çıxarır...
26  avqust  1992-ci il - Ağdam şəhəri və rayonun Yuxarı Qarabağla həmsər­
həd kəndləri atəşə tutulur...
27  avqust  1905-ci il - Dolanlar kəndində məskən salmış erməni  daşnaqları 
Dağtumas kəndinə binagüzarlığa gedən Qazanzəmi kənd sakini Şükür Məmməd 
oğlunu Tumas-Ata dağının yamacında qətlə yetirirlər...
27 
avqust  1918-ci il -  3  ay davam  edən  alman-rus  danışıqları  nəhayət  ki, 
başa çatır. Berlində bağlanmış sazişin  14-cü maddəsində göstərilir ki, Almaniya 
Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi əməliyyatlarda hər hansı 
3-cü  dövlətə  heç  bir yardım  göstərməyəcəkdir.  “Rusiya
 
Bakı  vilayətində neft 
çıxarılmanın bütün imkanlarını Almaniyaya verəcəkdir".  27 avqust sazişi ilə bağlı 
Azərbaycan nümayəndə heyəti Almaniya səfirliyinə  etiraz notası  verir...
27 
avqust  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 148 nəfər güllələnir...
27  avqust  1991-ci il - Goranboy rayonunun Todan, Erkəc, Mənəşli kəndləri 
ermənilər tərəfdən atəşə tutulur. nəfər ağır yaralanır.  Daşnaqlarm Rus Borisi 
kəndinə qəflətən  olan  həmlələri 3  nəfər  naxırçının  ölümcül hala  salınması  və 
mal-qaranın oğurlanaraq aparılması ilə nəticələnir...
27  avqust  1992-ci il - Şuşanın  1964-cü il təvəllüdlü vətənpərvər oğlu Süley­
man Firudin oğlu Bayramov həlak olur...
27  avqust  1992-ci il - Allahverdi Qənbərov və daha nəfər mərmi partlayı­
şından həlak olurlar...
27  avqust  1992-ci il - Milli Qəhrəman Şövqüyar Cəmil oğlu Abdullayev er­
mənilərlə döyüşdə həlak olur...
28  avqust  1919-cu  il  -  Erməni  daşnaqları  Vedibasarm Şahablı  kəndində
205


Nazim Tapdıqoğlu
amansız qətliam törədirlər.  Kişilər öldürülür, uşaqlar təndirə atılır, qadınlar qı­
lıncdan keçirilir.  Bir neçə gözəgəlimli qadının namusuna təcavüz edilir...
28 
avqust  1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli dövlət 
təhlükəsizlik komissarı Sumbatovun əmri ilə 25 nəfər güllələnir...
28 
avqust  1969-cu il - Xankəndi şəhərində Azərbaycan SSR Maarif Nazirliyi 
tərəfindən  keçirilən müəllimlərin zona müşavirəsi iştirakçılarının  azərbaycan- 
lıılardan ibarət qrupunun qaldıqları  “Qarabağ” mehmanxanası qarşısında daş- 
naq  terrorçusu  azərbaycanlı  ziyalılarını  öldürmək  məqsədi  ilə  əl  qumbarası 
partladır; 3 azərbaycanlı müəllim ağır qəlpə yarası alır...
28 
avqust  1988-ci il - Şuşa-Ağdam yolunda hərəkət edən, sərnişinləri azər­
baycanlılardan ibarət olan avtobusa daş və dəmir parçaları ilə silahlanmış er­
məni  yaraqlıları  pusqu  quraraq  hücum  edirlər.  18  adam  müxtəlif dərəcədə 
xəsarət alır, nəfər - Ə.Fərzəliyev, B.Saidler, S.Kərimov Ağdam xəstəxanasına 
gətirilir...
28  avqust  1991-ci il - Xocalı şəhəri Mehdikənd və К ətik kəndləri istiqamə­
tindən raket atəşinə tutulur. Xocalıda məktəb binası və 20 yaşayış evi zədələnir, 
elektrik enerjisi kəsilir. Çoxlu dağıntılar olur...
28  avqust  1991-ci il  -  Şuşa  şəhər  sakinləri  -  Yaqub Muradov  və Müdafət 
Hiiseynov ermənilər tərəfindən girov götürülür...
29  avqust  1734-cü il - Nadir döyüş üçün Şirvana gəlir. Surxay xan Dağıstana 
qaçır...
29  avqust  1903-cü il - Gəncədə “Hnçak” terror təşkilatının hazırladığı sse­
nari əsasında ermənilərlə azərbaycanlılar arasında baş verən silahlı toqquşmada 
günahsız azərbaycanlılar  qətlə yetirilir.  II  Hissə deyilən ərazədə daşnaqlar er­
məni kilsəsinin çağırışı ilə türklərin yaşadıqları məhəllələrə silahlı basqın edərək 
orada talanlar törədir, xeyli sayda dinc sakini qətlə yetirirlər...
29 
avqust  1905-ci il - Erməni quldur birləşmələri Bakıda şəhərin sakinlərinə 
- etnik azərbaycanlılara dəhşətli divan tuturlar. Şahidlərin dediklərinə görə, Ba­
kıda avqustun axırlarında baş vermiş bu hadisələr öz qəddarlığına və kütləvili­
yinə görə elə həmin ilin fevralında Bakıda törədilmiş faciəni kölgədə qoyur...
29 
avqust  1905-ci il - Batum şəhərində erməni komitəsi tərəfindən göndərilən 
terrorçular Məhəmmədqulu bəy Kəngərlini qətlə yetirirlər...
29 
avqust  1920-ci il - Azərbaycan Həmkarlar İttifaqının I qurultayı keçirilir. 
Qurultay müxtəlif məsələləri müzakirə edir, Azərbaycan Həmkarlar ittifaqları 
Şurasını  (AHİŞ)  seçir.  Şuranın sədri A.İ.Mikoyan olur...
29  avqust  1991-ci il - Goranboy rayonunun Şəfəq kəndi erməni yaraqlıları
206
Azərbaycan faciələrinin təqvimi
tərəfindən atəşə tutulur.  1  nəfər mülki şəxs öldürülür,  3  nəfər yaralanır...
29  avqust  1993-cü il - Erməni silahlı birləşmələri Qubadlı rayonu istiqamə­
tində irimiqyaslı hücum həyata keçirməyə başlayırlar...
29  avqust 1997-ci il - Rusiya ilə Ermənistan arasında dostluq və əməkdaşlıq 
adı altında hərbi ittifaq müqaviləsi imzalanır...
30  avqust  1410-cu il - Qaraqoyunlu Qara  Yusifilə Cəlairi Sultan Əhməd ara­
sında  Təbriz  yaxınlığındakı  Əsəd qəsəbəsində,  Şənbi-Qazan  adlı yerdə döyüş 
olur. Qara Yusif  qalib gəlir.  Cəlairilər dövləti  süquta uğrayır...
30  avqust  1941-ci il - Sovet qoşunları irəliləyərək  Zəncana  daxilolurlar...
30 
avqust  1991-ci il - Cəfər Musa oğlu Məmmədov Mehmanə kəndi yaxınlı­
ğında erməni yaraqlıları ilə döyüşdə həlak olur...
30  avqust  1991-ci il -  Goranboy rayonunun  Todan,  Erkəc,  Şəfəq kəndləri 
ermənilər tərəfdən atəşə tutulur. 1 nəfər həlak olur, 2 nəfər yaralanır...
30  avqust  1991-ci  il  -  Erməni  yaraqlıları Füzuli  rayonunun Aşağı  Veysəlli 
kəndinə hücum edirlər.  6  nəfər mülki şəxs sahədə ot yığarkən girov götürülür...
30 
avqust  1992-ci il  -  Ramiz Şahlar oğlu  Ramazanov Ağdərənin Mehmana 
kəndi  uğrunda gedən döyüşdə həlak olur...
30 
avqust  1992-ci il - Cəbrayıl şəhəri və Süleymanlı kəndi ermənilər tərəfdən 
müxtəlif silahlardan  atəşə  tutulur.  Tofiq Mustafa oğlu  Süleymanov,  Səmayə 
Qiyas  qızı Kərimova,  Ramiz  Surxay  oğlu  Həsənov,  Rəfiqə  İsa  qızı  Kazımova 
həlak olurlar.  Nüzgar kənd sakini  Qafqaz  Əli oğlu Fərgüzarov və daha 30  nə­
fərədək günahsız dinc sakin yaralanır...
30 
avqust  1993-cü il - Hadrut  (Xocavənd)
 
rayonu ərazisində  "Zil"
 
markalı 
avtomaşın ermənilər tərəfindən partladılır.  2  nəfər həlak olur...
30  avqust  1993-cü il -  “Xanlıq qaşı ’’ (Cəbrayıl-Qubadlı sərhədində) deyilən 
ərazidə ermənilər tərəfindən Cəbrayıl  avtonəqliyyat müəssisəsinə məxsus  olan 
avtobus partladılır. Dağtumas kənd sakinləri Abbas Rüstəmov, Həsən Məmmə­
dov,  İlham  Rüstəmov,  Pənah  Rüstəmov  həlak  olurlar.  Çaytumas  kənd  sakini 
Mövlam er di İbrahim oğlu  ağır yaralanır...
30  avqust  2004-cü il - Azərbaycan və Ermənistan Xarici  İşlər Nazirlərinin 
Praqada  növbəti görüşü keçirilir...
31  avqust  1903-cü il - Tiflisdə, erməni kilsəsinin yanında keşiş Ter-Ararato- 
vun göstərişi ilə erməni silahlıları günahsız müsəlman vətəndaşlarına atəş açır­
lar...
207


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə