Hər bir azərbaycanlı üçün yaddaş kitabı



Yüklə 10,91 Mb.
Pdf görüntüsü
səhifə71/112
tarix31.10.2018
ölçüsü10,91 Mb.
#77267
1   ...   67   68   69   70   71   72   73   74   ...   112

Nazim Tapdıqoğlu
22 
avqust  1905-ci il - Bakıda mühasirə vəziyyəti elan olunur. Çar hökuməti 
tətilçilərə qarşı qoşun yeridir. Çoxlu sayda fəhlə işdən qovulur. Sabunçu xəstə­
xanasını səngərə çevirən fəhlələr mühasirəyə almır, bina atəşə tutulur.  Ölənlər 
və yaralananlar olur...
22 
avqust  1922-ci il - Erməni şahidlərinin yalan ifadələri əsasında  Tiflis şə­
hərində  1919-cu ilin baharında AXC-nin  əleyhinə Qarabağda qiyam qaldıran 
daşnaq generalı Dro Kananyanın və Dəli Qazann terror qruplarının darmadağın 
edilməsi əməliyyatına başçılıq etmiş general-mayor Həbib bəy Yusif oğlu Səlimov 
daşnaq-bolşevik qaragüruhçuları tərəfindən güllələnir...
22  avqust  1990-cı il - DQMV üzrə Respublika Təşkilat Komitəsinin Xocalı 
və Kərkicahan yaşayış məntəqələrində sosial obyektlərin tikilməsi müzakirə olu­
nur...
22  avqust  1990-cı il  -  Ağdam-Füzuli  şose  yolu  üzərində  Qarqar çayının 
körpüsü ermənilər tərəfindən partladılır...
22  avqust  1991-ci il - Qazax rayonunun Bağanis-Ayrım kəndinə basqın edən 
erməni terrorçuları kəndi viran qoyurlar; əhali yurdundan didərgin salmır...
22 
avqust  1992-ci il - Ruslan Həmid oğlu Muradov Gülyataq kəndi uğrunda 
erməni yaraqlıları ilə döyüşdə həlak olur...
22  avqust  1992-ci il  Sığnaq dağı  yaxınlığında döyüşlər gedir.  Düşmənin 
mərmi skladı partladılır, axşama qədər düşmən mövqelərindən partlayış səsləri 
kəsilmir. DQMV-nin paytaxtı Xankəndi şəhəri ilə neçə-neçə yaşayış məntəqələ­
rini ələ keçirən Azərbaycan əsgərlərinin arası cəmi 14 kilometrdir. Azərbaycan 
tərəfi döyüşlər zamanı çoxlu sayda itkilər verir...
22 
avqust  1992-ci il - Zakir Adıgözəl oğlu İmanov Qarabağın Qarakənd ya­
xınlığında erməni yaraqlıları ilə döyüşdə həlak olur...
22 
avqust  1992-ci il - Qarabağın Manikli, Xatınbəyli,  Orta Güneypəyə kənd­
ləri çoxlu sayda itkilər bahasına düşməndən təmizlənir...
22  avqust  1992-ci il - Erməni terrorçuları qəflətən Zəngilan rayonunun Şa- 
yıflı kəndinə basqın edirlər. Şayıflı dəmiryol stansiyasının rəisi Məhəmməd Qa­
sımov və oğlu Baloğlan Qasımov iş yerlərində tutularaq ələ keçirlər. Onların hər 
ikisi qəddarcasına doğranılır...
22  avqust  1993-cü il - Zərdab rayon məhkəməsinin hakimi Məhərrəm Fehruz 
oğlu Məmmədov, onun Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində yaşayan 
anası Səfurə Mirsəlim qızı Məmmədova, onların yaxın qohumları Rəsul Bəyqulu 
oğlu İbrahimov və  Aminə  Ədil qızı Hüseynova Məhərrəmə məxsus  olan  şəxsi 
minik maşınında,  Horadiz- Beyləqan  avtomobil yolunda  ,  “Kültəpə” adlanan
200
Azərbaycan faciələrinin təqvimi
yerdə ermənilərin atdığı raket atəşinə tuş gəlirlər.  Onların hamısı  od alan ma­
şında yanıb külə dönürlər...
23  avqust  1514-cü il - Maku yaxınlığında baş verən Çaldıran döyüşü səfəvi- 
lərin məğlubiyyəti ilə nəticələnir.  Osmanlı dövləti  Ərzurum  şəhəri ilə birlikdə 
Şərqi Anadolu və Şimali Mesopotamiyanı da ələ keçirir...
23 
avqust  1514-cü il - Çaldıran döyüşündə görkəmli Səfəvi sərkərdəsi şamlı 
tayfasından olan əmir-əl-üməra Hüseynbəy Lələ Şamlı  (Lələ bəy)  öldürülür...
23  avqust  1722-ci il - 1 Pyotrun rus piyada qoşunları Dərbəndi işğal edir...
23 
avqust  1744-cü  il -  Nadir  şah Osmanlılarla müharibədə  Qars qalasına 
şiddətli hücum  edirsə də,  onu  ala bilmir.  Hər iki  tərəfdən  çoxlu sayda itkilər 
olur...
23 
avqust  1905-ci il  -  Şuşa  qəzasında erməni  terrorçuları  2-ci  dəfə güclü 
qırğın törədirlər. 4  kənd yerlə yeksan olir.  Dinc əhalidən 100 nəfər  qətlə  yeti­
rilir...
23 avqust  1920-ci il - Quba qəzasının Küzün kəndinin  əhalisi sevet rejiminə 
qarşı silahlı üsyan qaldırır.  Qəza Komitəsi üsyanın  qarşısını  almaq  üçün 4-cü 
süvari  alayından 45 nəfərlik  dəstə göndərir.  Sovet qüvvələri ilə bərabər üsyan­
çılar da itki verirlər...
23  avqust  1989-cu il -  Erməni quldur yaraqlıları Ağdərə bölgəsində Soltan 
Ağayevi namərdcəsinə qətlə yetirirlər.  Onun  “Niva” markalı minik maşını da­
ğıdılaraq yararsız hala salmır...
23  avqust  1990-cı il - Ermənistan Respublikası müstəqillik haqqında Bəyan­
namə  qəbul  edir.  Bəyannamədə  Ermənistan  və  «Dağlıq  Qarabağ 
Respublikasımm birlikdə müstəqil olduğu göstərilir...
23 
avqust  1991-ci il  -  Erməni  terrorçuları Şuşa-Cəmilli yolunda  avtobusu 
gülləyə tuturlar. nəfər həlak olur, 13 nəfər yaralanır...
23  avqust  1991-ci il -  Goranboy rayonunun Rus Borisi kəndinə  ermənilər 
basqın edirlər.  Bəzi kənd sakinləri soyğunçuluğa məruz qalır...
23 
avqust  1991-ci il -  Şuşa-Cəmilli yolu ilə hərəkət edən sərnişin  avtobusu 
erməni yaraqlıları tərəfindən atəşə tutulur. nəfər ( Vaqif Sadıqov, Natiq Sala- 
hov,  94 yaşlı  Göyüş  Cavadov,  5 yaşlı Maya Abdullayeva) həlak  olur;  16 nəfər 
yaralanır...
23 
avqust  1993-cü  il -  Azərbaycanın  çox  böyük strateji əhəmiyyətə malik 
olan Cəbrayıl və Füzuli rayonları, eləcə də onların birlikdə demək olar ki, 80-ə 
qədər kəndi erməni hərbi birləşmələrinin hücumu nəticəsində işğal edilir. On­
larla dinc sakinlər qətlə yetirilir və ya girov düşür. Füzulinin 110 000, Cəbrayılın
201


Yüklə 10,91 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə