Nazim Tapdıqoğlu
başlayır...
14
sentyabr 1920-ci il - Şah hökumətinin hücumu nəticəsində Təbriz üsyanı
yatırılır. “Təcəddüd” qəzetinin binası dağıdılır. Üsyançılara amansız divan tu
tulur. Çoxlu sayda adamlar qətlə yetirilir. Milli hökumətin rəhbəri Şeyx Mə
həmməd Hacı Əbdülhəmid oğlu Xiyabani vəhşicəsinə öldürülür. Şeyxin 300
nəfərdən çox tərəfdarı tutularaq həbs edilir...
14
sentyabr 1990-cı il - Cinli və Gülablı kəndləri ermənilər tərəfindən aramsız
atəşə tutulur...
14
sentyabr 1990-cı il - Xocalıdan Ağdama doğru hərəkət edən avtomaşın
və onun içərisindəki azərbaycanlılar Əsgəran yaxınlığında ermənilər tərəfindən
güclü daşqalaq edilir. 7 nəfər yaralanır...
14 sentyabr 1991-ci il - Goranboy rayonunun Buzluq, Baş Qışlaq və Mənəşli
kəndləri ermənilər tərəfindən müxtəlif növ silahlardan atəşə tutulur. Bəzi kənd
lərə hücum edilir. Nəticədə 14 nəfər azərbaycanlı (4 polis əməkdaşı, 10 mülki
şəxs) həlak olur, 4 nəfər (3 polis əməkdaşı, 1 nəfər mülki şəxs) yaralanır, 3 polis
nəfəri itkin düşür. Buzluq, Mənəşli, Erkəc kəndləri düşmən əlinə keçir...
14 sentyabr 1991-ci il - Milli Qəhrəman Yusif Əliyusif oğlu Əliyev Goranboy
rayonunun Buzluq kəndi ərazisində erməni yaraqlıları ilə döyüşdə həlak olur...
14 sentyabr 1991-ci il - Xocavənd rayonunun Zamzur kəndi ətrafında Cəb
rayıl rayon PŞ-nin UAZ-469 markalı avtomaşını ermənilərin basdırdıqları mi
naya düşərək partladılır. 2 polis əməkdaşı (Zamzur polis bölməsinin rəisi Zahid
Əhmədov və sürücü Əsgər Veysəlov) həlak olur...
14
sentyabr 1992-ci il - Cəbrayıl rayonunun Quşçular, Qışlaq, Süleymanlı
kəndləri ermənilər tərəfindən atəşə tutulur. Dağıntılar olur...
14
sentyabr 1992-ci il - Milli Qəhrəman Ənvər Səyyad oğlu Fərəcov erməni
yaraqlıları ilə döyüşdə həlak olur...
14 sentyabr 1993-cü il - Cəbrayıl rayonunun Xələfli kənd sakini, 11 yaşlı İsa
Musa oğlu Hüseynov Füzuli rayonunun Bəhmənli kəndi ərazisində erməni ter
rorçularının atdıqları mərmi atəşinə tuş gələrək elə yerindəcə dünyasım dəyi
şir...
14
sentyabr 2004-cü il - AŞPA-nm Qarabağ münaqişəsi üzrə məruzəçisi Terri
Devisin yazılı hesabatı AŞPA-nm Siyasi Komitəsinin müzakirəsinə çıxarılır...
15 sentyabr 1814-cü il - Qüvvəyə minən "Gülüstan " müqaviləsinə görə Azər
baycanın 7 xanlığının (Qarabağ, Quba, Şəki, Şirvan, Gəncə, Bakı, Lənkəran)
ərazisi, eləcə də Şərqi Gürcüstan və Dağıstan (Dərbənd xanlığı) əraziləri də Ru
siyanın himayəsinə keçir. "Gülüstan müqaviləsi" Azərbaycanın parçalanmasının
218
Azərbaycan faciələrinin təqvimi
əsasını qoyur. Azərbaycan xalqı 2 yerə bölünür...
15 sentyabr 1918-ci U - Qafqaz İslam Ordusunun və Azərbaycanın hərbi
hissələri Qurban bayramı günlərində birlikdə Bakıya daxil olurlar. Bakı uğrun-
dakı döyüşlərdə 1.000 nəfərdən çox türk əsgər və zabiti, 5.000 nəfərdən çox yerli
əhali şəhid olur...
15 sentyabr 1989-cu il - Qərbi Azərbaycanda, ulu Ağbabada, Yeniyol kənd
sakini, çoban Bəkir Binnət oğlu Hüseynov ermənilər tərəfindən su hovuzunda
boğularaq öldürülür...
15 sentyabr 1989-cu il - Gorus rayonunun Ağbulaq kənd sakini Bərxudar
Əsgərov öz toy günündə evinə dönərkən erməni quldur yaraqlısı tərəfindən na-
mərdcəsinə qətlə yetirilir...
15 sentyabr 1989-cu il- Azərbaycan SSR Ali Sovetinin sessiyasında DQMV
Xüsusi İdarə Komitəsinin ləğv olunması üzrə müvafiq qərar qəbul edilməsi üçün
SSRİ Ali Sovetinin Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar
qəbul olunur...
15 sentyabr 1990-cı il - Bir dəstə erməni terrorçusu DQMV-nin Xankəndi
şəhərində radioteleviziya mərkəzini partladır...
15 sentyabr 1991-ci il - Erməni quldur birləşmələri artilleriyanın və ZTR-
lərin köməyi ilə Goranboy rayonunda azərbaycanlılar yaşayan bir neçə kəndə
hücum edirlər. Dinc əhali arasında ölənlər və yaralananlar olur...
15 sentyabr 1993-cü il - Azərbaycanın Qazax rayonu Ermənistanın İcevan
rayonu tərəfdən güclü artilleriya atəşinə tutulur. Ölənlər, yaralananlar və da
ğıntılar olur...
16 sentyabr 1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3-cü dərəcəli döv
lət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə tərkibində xeyli azərbaycanlı
olan 427nəfər güllələnir...
16 sentyabr 1938-ci il - Azərbaycan SSR XDİK DT baş mayoru Rayevin
əmri ilə 7 nəfər güllələnir...
16
sentyabr 1989-cu il - "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin av
tobusu ermənilər tərəfindən partladılır. 5 nəfər ( o cümlədən 2 qadm və 5 yaşlı
Azər Musayev) həlak olur, 2 7 nəfər yaralanır...
16 sentyabr 1989-cu il - Xəzər dənizinin Bakıya yaxın sahəsində zəlzələ baş
verir...
16
sentyabr 1991-ci il - Dağlıq Qarabağın sərhəd kəndlərində atışma zamanı
kalaşnikov avtomatının patronları ələ keçirilir. Təəccüblü odur ki, ələ keçən gi
lizlərin üzərindəki nömrələr ərəb rəqəmləri ilə yazılmışdır...
219
Dostları ilə paylaş: |