Nazim Tapdıqoğlu
Gülüstan kəndində "Gülüstan " adlanan barışıq aktı imzalanır. İran tərəfindən
şahın vəkili Mirzə Əbdülhəsən xan Şirazi, Rusiya tərəfindən Qafqazın baş
komandanı Rtişşev bu müqaviləyə imza atırlar. İngiltərənin səfiri ser Qravzli
burada iştirak edir. Bu barışıq aktı 12 gün sonra - 24 oktyabrda "Gülüstan "
sülh müqaviləsi kimi imzalanır. Qarabağ, Gəncə, Şəki, Şirvan, Quba, Bakı, Talış
xankqları, habelə, Şərqi Gürcüstan və Dağıstan əraziləri Rusiyaya birləşdirilir...
12 oktyabr 1930-cu il- Naxçıvanın Ərəfsə kənd sakini Əliqulu Hacı Cabbar
oğlu, Kulis kənd sakinləri Mürşüd Mirzə Məmməd oğlu, Eyniş Əlixan oğlu M ə
hərrəmov, Novruz Kərbəlayi Həsən oğlu Məhərrəmov Fövqəladə Üçlüyün qərarı
ilə antisovet fəaliyyətlərinə görə güllələnirlər...
12
oktyabr 1937-ci il - Azərbaycan SSR XD İK idarəsinin 3-cü dərəcəli döv
lət təhlükəsizlik komissarı Sumbatovun əmri ilə görkəmli ziyalı Vəli Məm-
mədhüseyn oğlu Xuluflu ilə bərabər digər 45 nəfər tanınmış şəxsiyyətlər
güllələnir...
12
oktyabr 1937-ci il - Azərbaycanın mücadilə, azadlıq mübarizəsi tarixində
öz dəst-xətti olan və bütün türk dünyasında tanınan vətənpərvər şair, istibdada,
sosial ədalətsizliyə qarşı mübarizədə “pantürkist ’’ damğası alan böyük düşüncə
sahibi, Azərbaycan Dövlət Himninin müəllifi Axundzadə Cavad Məhəmmədəli
oğlu (Əhməd Cavad) güllələnir...
12
oktyabr 1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə
tanınmış Azərbaycan ziyalısı Məmmədkazım Ələkbər oğlu Ələkbərli güllələnir...
12 oktyabr 1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası səyyar sessi
yasının qərarı ilə tanınmış ziyalı, SSRİ EA Azərbaycan filialı Tarix İnstitutunun
doktorantı Əbdüləziz Heydər oğlu Salamzadə güllələnir...
12
oktyabr 1937-ci il - SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı
ilə Azərbaycanın tanınmış ziyalısı, Azərbaycan K(b)P MK-nin məsul işçisi,
Azərbaycan MK-nin plenum üzvü, respublika təbliğatçıları kursunun müdiri
Mikayıl Namaz oğlu Hüseynov güllələnir...
12 oktyabr 1937-ci il - Bir gün əvvəl keçirilmiş SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyası Səyyar məhkəməsinin qərarı ilə Azərbaycanın görkəmli ziyalısı, uni
versitetin rektoru, professor Balabəy Cabbar oğlu Həsənbəyov Bakı şəhərində
güllələnir...
12 oktyabr 1991-ci il - Goranboy rayonunun Todan kəndi ermənilər tərə
findən atəşə tutulur. 1 nəfər həlak olur, 12 nəfər yaralanır...
12 oktyabr 1991-ci il - Saat 10.00-da M artuni (Xocavənd) rayonunun Aşan
kəndi istiqamətindən Qaradağlı kəndinə ermənilər tərəfindən hücum edilir. Yerli
milis işçisi Rayət Mütəllim oğlu Quliyev ağır yaralanır...
12 oktyabr 1992-ci il - Erməni silahlı hərbi birləşmələri Füzuli rayonunun
238
Azərbaycan faciələrinin təqvimi
Qacar kəndinə güclü hücuma keçir. Kəndin müdafiəsi uğrunda şiddətli döyüşdə
çoxlu sayda ölənlər və yaralananlar olur...
12 oktyabr 1992-ci il - Ağdamın işğal olunmuş kəndlərini geri qaytarmaq
üçün Xocavənd rayonu istiqamətində güclü döyüş əməliyyatları keçirilir. İtkilər
olur...
12 oktyabr 1993-cü il - Ağdamın Göytəpə kəndi yaxınlığında döyüşdə azər
baycanlı əsgərlərdən - Habil Nəsibov, Vüqar adlı bir gənc və zəngilanlı 1 nəfər
döyüşçü yaralanırlar...
13 oktyabr 1827-ci il - Təbrizin qəhrəmancasına müdafiə olunmasına bax
mayaraq ruslar onu işğal edirlər. Polkovnik Burtsev Təbrizə komendant təyin
olunur. Təbrizin fəthindən sonra Abbas Mirzə ilə Paskeviç arasında sülh danı
şıqları başlayır...
13
oktyabr 1918-ci il - 33 evli Salakətin kəndi (hazırda Xocavənd rayonunun
tabeliyindədir) ermənilər tərəfindən tamamilə yandırılır; kəndin bütün əmlakı
və mal-qaraları qarət edilir...
13
oktyabr 1921-ci il - Qars şəhərində RSFSR-in iştirakı ilə Azərbaycan,
Ermənistan və Gürcüstan Sovet Sosialist Respublikaları ilə Türkiyə arasında
müqavilə imzalanır...
13 oktyabr 1937-ci il - Fövqəladə Üçlüyün qərarı ilə tanınmış ziyalı İbrahim
Tağıyev güllələnir...
13
oktyabr 1937-ci il - Bir gün əvvəl keçirilmiş SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyası Səyyar sessiyasının (Matuleviç, Zaryanov, Jiqur) bağlı məhkəmə
iclasının qərarı ilə Azərbaycanın görkəmli ziyalısı, sovet Şərqinin ilk professoru,
SSRİ EA Azərbaycan filialının baş elmi işçisi, APİ və ADU-nun dil və ədəbiyyat
kafedrasının müdiri Bəkir Vahab oğlu Çobanzadə güllələnir...
13
oktyabr 1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar ses
siyasının (Matuleviç, Zaryanov, Jiqur) qərarı ilə görkəmli ziyalı, Azərbaycan
SSR EA Ədəbiyyat və Dilçilik İnstitutunun elmi katibi, dil-ədəbiyyat şöbəsinin
müdiri Hənəfi Baba oğlu Zeynallı güllələnməyə məhkum olunur. İstintaq işinin
392-ci səhifəsindəki arayışa görə hökm
13
oktyabrda Bakıda icra edilmişdir...
13 oktyabr 1937-ci il - Bir gün öncə keçirilmiş SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasının bağlı məhkəmə iclasının qərarı ilə (Matuleviç, Zaryanov, Jiqur)
Azərbaycanın görkəmli ziyalısı, Yazıçılar İttifaqının, Azərbaycan MİK-nin və
Bakı Sovetinin üzvü Böyükağa Mirqasım oğlu Talıblı güllələnir...
13
oktyabr 1937-ci il - Fövqəladə Üçlüyün qərarı ilə Azərbaycanın görkəmli
ziyalısı, Mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin rəisi İbrahim Ab
239
Dostları ilə paylaş: |