Nazim Tapdıqoğlu
qələrində azərbaycanlılara qarşı vəhşicəsinə
basqınlar edilir, onlar amansızlıqla
döyülür və köçüb getmələri tələb olunur...
4 oktyabr 1991-ci U - Ağdam rayonunun
Cinli, Qalayçılar, Papravənd və
X ı
dırlı kəndləri ermənilər tərəfindən müxtəlif silah növlərindən atəşə tutulur...
4
oktyabr 1992-ci il - Milli Qəhrəman
Fəxrəddin Vəliyəddin oğlu Nəcəfov
Çıldıran kəndi yaxınlığında erməni yaraqhları ilə döyüşdə həlak olur...
4 oktyabr 1994-cü il - Dövlət çevrilişinə cəhd edilir. Gəncədə
Surət Hüsey
novun tərəfdarları icra hakimiyyətinin binasını tuturlar. Baş nazir qiyamçıları
müdafiə edir. Prezident yaranmış vəziyyətlə bağlı televiziya və radio ilə xalqa
müraciət edir...
5 oktyabr 1921-ci il - 1920-ci ilin mayından
Camal paşanın başçılığı ilə baş
layan üsyan oktyabrın 5-də yatırılır...
5 oktyabr 1958-ci il - Xəzər dənizinin
Makarov Sayı adlanan hissəsində güclü
zəlzələ baş verir. Dağıntılar olur...
5 oktyabr 1989-cu il - Gorusdan gələn
Mİ-26 vertolyotu
Hadrut rayonuna
enir. Vertolyotdan silah və döyüş sursatı - partladıcı qurğular, ov tüfəngləri, h a
belə partladıcı qurğular və zenit topları üçün xeyli miqdarda döyüş sursatı və
hissələri tapılır. Onun ardınca 2-ci vertolyot da oraya enmək istəyir,
lakin enmə
meydançasında hərbi qulluqçular olduğunu görən pilotlar vertolyotu hündürə
qaldırıb Gorus tərəfə uzaqlaşırlar. Ən qəribəsi odur ki, Azərbaycanın rəsmi
dövlət qurumları bu kimi məsələlərə etinasız yanaşmaqda davam edirlər...
5
oktyabr 1990-cı il - Qafan şəhərində yuva salmış erməni terrorçuları
3
nəfər
Zəngilan şəhər sakinini girov götürürlər...
5 oktyabr 1992-ci il - Ağdam rayonunun Yuxarı Qarabağla həmsərhəd
kəndləri ermənilər tərəfindən müxtəlif silah növlərindən atəşə tutulur. Dağıntılar
olur...
6 oktyabr 1944-cü il - Qvardiya leytenantı, Sovet İttifaqı Qəhrəmanı
(ölümündən sonra, 24.03.1945)
Cəmil Məmməd oğlu Əhmədov həlak olur...
6
oktyabr 1917-ci il - Müvəqqəti hökumət tərəfindən duma buraxılır...
6
oktyabr 1991 -ci il - Erməni terrorçuları Qazax rayonunun
Xeyrimli kən
dinə basqın edirlər.
1 nəfər azərbaycanlı dinc
sakin qətlə yetirilir,
1 nəfər yara
lanır...
6
oktyabr 1991-ci il -Ağdam rayonunun
Abdal vs Gülablı kəndləri ermənilər
tərəfindən atəşə məruz qalır. Gülablıda
2 nəfər yaralanır...
234
Azərbaycan faciələrinin təqvimi
7 oktyabr 1931-ci il - Xəzər dənizinin
Bakı şəhərinə yaxın hissəsində güclü
zəlzələ baş verir...
7 oktyabr 1987-ci il - Akademik
Abel Aqanbekyan Fransanın
“Fiqaro” qə
zetində
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikasının ərazisi
olmasını iddia edir...
7
oktyabr 1989-cu il - Erməni terrorçusu
Artur Artaşoviç Abramyan Ağdam
-Şuşa şose yolu və
Xəlfəliçay üzərindəki
Ağa körpüsünü partladır...
7 oktyabr 1989-cu il - Konstitusiya günü Martuni
(indiki Xocavənd) rayonu
nun
Qaradağlı kəndinə məxsus olan
2 yük maşını ermənilər tərəfindən yararsız
hala salmır; yaralananlar olur...
7 oktyabr 1991-ci il - Ağdam rayonunun
Cinli kəndi ermənilər tərəfindən
atəşə tutulur. Ciddi dağıntılar olur...
7 oktyabr 2000-ci il - Erməni diasporunun
Qarabağ hərbi qanadı ilə
"SadvaVçılara məxsus ləzgi diasporunun hərbi qanadı Xankəndidə əlaqə yara
dırlar. ..
8 oktyabr 1509-cu il - Dövrünün görkəmli mütəfəkkiri
Möhyəddin Mövlana
Seyid Əhməd oğlu öldürülür...
8
oktyabr 1821-ci il - Çar fərmanı ilə Cənubi Qafqazda güzəştli ticarət tari
finin tətbiq edilməsinə görə buraya gətirilən əcnəbi malların yalnız 50 %-dən
gömrük haqqı alınmasına icazə verilir...
8 oktyabr 1991-ci il - Ağdam rayonunun
Abdal və
Gülablı kəndləri növbəti
dəfə ermənilər tərəfindən atəşə tutulur...
8
oktyabr 1991- ci il - Xocalı şəhəri daşnaq terrorçuların toplaşdığı Noraguh
tərəfdən atəşə tutulur. Xocalı şəhər DİŞ-nin milis nəfəri
Vaqif Yusif oğlu Beh
budov həlak olur...
8
oktyabr 1992-ci il - Erməni hərbi birləşmələri növbəti dəfə böyük qüvvə
ilə Füzuli rayonunun
Qacar kəndinə hücum edir. Hücum nəticəsində Milli Or
dunun
17 əsgəri şəhid olur...
8
oktyabr 1992-ci il - Füzuli şəhəri
"naməlum qüvvələr" tərəfindən bomba
lanır. 8 nəfər həlak olar, 10 nəfər yaralanır...
8 oktyabr 1992-ci il - Laçmlı igidlər, qardaşlar -
Cavanşir Cəmil oğlu Ağayev,
Fazil Cəmil oğlu Ağayev doğma kəndləri olan
Qazıdərə yaşayış məntəqəsi uğ
randa gedən döyüşlərdə həlak olurlar...
235
Nazim Tapdıqoğlu
9 oktyabr 1989-cu il - Laçm rayonunun
Kalafahq kənd sakini, 1960-cı il t ə
vəllüdlü
Rza Cəlal oğlu Sadıqov şəxsi maşınında odlu silahla ermənilər tərəfin
dən Qaladərəsi kəndinə gedən zaman qətlə yetirilir...
9
oktyabr 1989-cu il - Qaradağlı kəndi
(Xocavənd rayonu) yaxınlığında e r
mənilər 1 xüsusi maşını zədələyib yararsız hala salır və 2 yük maşınını dağıdır
lar...
9
oktyabr 1991-ci il - Kərkicahan qəsəbəsi Xankəndi şəhəri
istiqamətindən
ermənilər tərəfindən atəşə tutulur. Qəsəbəyə qonaq gəlmiş dinc sakin
Nadir
Qoçaq oğlu Əliyev həlak olur...
9
oktyabr 1991-ci il - Kərkicahan qəsəbəsi, Cəmilli kəndi və Xocalı yaşayış
məntəqəsi müxtəlif istiqamətlərdən ermənilər tərəfindən atəşə tutulur...
9 oktyabr 1991-ci il - Füzuli rayon hərbi komendantlığmda
Füzuli, Cəbrayıl,
Hadrut rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərlərinin, SSRİ D İN ,
DQ, rayonların hərbi komendantlarının və sərhəd zonası komendantlığı nüma
yəndələrinin görüşü keçirilir...
9 oktyabr 1991-ci il - Goranboy rayonunun
Şəfəq və Zeyvə kəndləri erməni
lər, tərəfindən atəşə tutulur.
1 nəfər azərbaycanlı mülki şəxs həlak olur,
2 nəfər
yaralanır...
9
oktyabr 2006-cı il - ATƏT-in ekoloji vəziyyəti qiymətləndirən missiyası
ilə görüşən
«Dağlıq Qarabağ»m «xarici işlər naziri» Masis Mailyan hazırda
«Dağlıq Qarabağ» ərazisinin 15%-nin - Martuni
(Xocavənd) rayonunun şərq,
Mardakert
(Ağdərə) rayonunun şimal-şərq hissəsinin və Şaumyan
(Ağcakənd)
rayonunun bütünlüklə Azərbaycan
«işğalı» altında olduğunu bildirir...
10
oktyabr 1812-ci il - Aslandüz yaxınlığında baş verən döyüşdə ruslar iran
lılar üzərində əhəmiyyətli və həlledici qələbə qazanır...
10
oktyabr 1918-ci il - Zəngəzurun
Balahəsənli kəndinə basqın edən daş-
naqlar kəndi viran qoyurlar. Dinc kənd sakinləri öldürülərək oda atılır...
10
oktyabr 1989-cu
il - Erməni terrorçuları
Qaladərəsi kəndində
1 nəfər azər
baycanlını - Laçın rayonunun Kalafahq kənd sakini
Rza Cəlal oğlu Sadıqovu
şəxsi minik maşınında odlu silahla namərdcəsinə qətlə yetirirlər...
10
oktyabr 1989-cu il - Ağdam rayon taksimotor parkına məxsus
87-96
AQD dövlət nişanlı
QAZ-24 markalı maşın
Qaradağlı kənd
(keçmiş Martuni
rayonu) sakinlərini apararkən kənddən
6 kilometr məsafədə,
Qişi yolunda er
məni quldurları tərəfindən saxlanılır. Sürücü və sərnişinlər vəhşicəsinə döyülür.
236
Azərbaycan faciələrinin təqvimi
Firudin Hüseynovun pulu, pasportu, digər sənədləri əlindən alınır. Müqəddəs
nemət olan çörəyi ayaqları altında tapdayan ermənilər taksi maşınını əzib sın
dırırlar...
10 oktyabr 1989-cu il - Turşsu kəndi istiqamətində hücuma keçən erməni
yaraqlıları
14 yaşlı
Kamil Axundovu qətlə yetirirlər...
10 oktyabr 1993-cü il - Zəngilan rayonunun bir sıra yaşayış məntəqələri er
mənilər tərəfindən güclü atəşə tutulur. İtkilər olur...
10 oktyabr 1994-cü il - Erməni Silahlı Qüvvələri
atəşkəsi pozaraq Goranboy
rayonunun
Tapqaraqoyunlu kəndi istiqamətində irəliləyir. Neytral zona
100
metrə qədər ixtisar olunur...
11 oktyabr 1743-cü il - Surxay xanın yardımı ilə
Yeni Şamaxını (Ağsu) tut
muş
I Sam Mirzənin üsyanından Mosulda ikən xəbər tutan Nadir şah onun
üstünə oğlu Nəsrullah Mirzəni göndərir; o da yalançı şahzadəni ələ keçirərək
öldürür və Heydər xanı Şamaxıya hakim təyin edir...
11
oktyabr 1937-ci il - Azərbaycan SSR XDİK idarəsinin 3 -cü dərəcəli döv
lət təhlükəsizlik komissarı
Sumbatovun əmri ilə
51 nəfər güllələnir...
11
oktyabr 1937-ci il - SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının bağlı məh
kəmə iclasının çıxardığı qərara görə
(Matuleviç, Zaryanov, Jiqur) görkəmli
Azərbaycan ziyalısı, Azərbaycan Partiya Tarixi İnstitutunun baş elmi işçisi,
ADU-nun tarix müəllimi
Hüseynəli Süleyman oğlu Biləndorli güllələnir...
11
oktyabr 1941-ci il - Sovet Ordusu əsgərləri Cənubi Azərbaycanda yerləş
dirilir...
11 oktyabr 1988-ci il - Azərbaycan və Ermənistan
I katiblərinin növbəti
görüşləri də müsbət bir nəticə vermir...
11 oktyabr 1989-cu il - Martuni rayonunun
Qaradağlı kənd kolxozunun ya
xınlığındakı ferma ermənilər tərəfindən atəşə tutulur. İşçiləri fermadan qovan
ermənilər ot və saman tayalarına od vururlar...
11
oktyabr 1992-ciil - Füzuli rayonunun Yuxarı Qarabağla həmsərhəd əra
zisində yerləşən bəzi kəndləri ermənilər tərəfindən atəşə tutulur...
11 oktyabr 1992-ci il - Milli Qəhrəman
Zakir Tofiq oğlu Yusifov döyüş əmə
liyyatı zamanı qəhrəmancasına həlak olur...
11 oktyabr 1992-ci il - Milli Qəhrəman
Tahir Əminağa oğlu Bağırov döyüş
tapşırığını yerinə yetirərkən dünyasını dəyişir...
12 oktyabr 1813-cü il - İran ilə Rusiya arasında Qarabağın tabeliyində olan
237