Nazim Tapdıqoğlu
tərəfdən atəşə tutulur. İtkilər və dağıntılar olur...
22 aprel 1993-cü il - Goranboy rayonunun Gülüstan yaşayış məntəqəsi ət
rafında şiddətli döyüşlər gedir. 4 nəfər ağır yaralanır...
23 aprel 1827-ci il - Ruslar İrəvan qalasını mühasirəyə alırlar...
23
aprel 1868-ci il - Xəzər dənizinin Bakıya yaxın hissəsində zəlzələ baş verir.
Bakıda Xəzər dənizinin səviyyəsinin az vaxt içərisində kəskin surətdə aşağı
düşməsi müşahidə olunur...
23 aprel 1883-cü il - "Qafqaz ölkə idarəsinin təsis olunması" ilə əlaqədar ola
raq Qafqaz canişinliyi ləğv edilir...
23 aprel 1918-ci il - Naxçıvan qəzasının Qaraxanbəyli kəndi yaxınlığında
erməni daşnaqları terror aktı nəticəsində 3 nəfər azərbaycanlını qətlə yetirir
lər...
23
aprel 1918 -ci il- Səlmasda quduzlaşmış cilov qüvvələri erməni silahlıları
ilə birgə dinc müsəlman əhalisinə qarşı qırğın törədirlər. Təkcə Sədaqyan dar
vazasının yaxınlığında şəhər əhalisindən 100-э yaxın qadın öz balasını itirir.
Quldurlar Əhrəncan darvazasından şəhərə daxil olub evləri yandırırlar, əhalini
vəhşicəsinə qırıb-tökürlər. Şəhərin demək olar ki, hər yeri cəsədlərlə dolur.
Fəryad səsləri hər tərəfi bürüyür. Cilovlarla ermənilər evlərin bağlı qapılarını
sındıraraq onlarla müsəlman ailəsini vəhşicəsinə qətlə yetirirlər...
23 aprel 1920-ci il - ABŞ Ermənistanı de-fakto tanıyır...
23 aprel 1920-ci il - Erməni quldur birləşmələri Şişqaya Azərbaycan kəndinə
basqın edir və bütün sakinləri öldürürlər. Qətlə yetirilənlər arasında qocalar və
qadınlar da olur. Erməni quldurlar uşaqları diri-diri quyulara atır...
23 aprel 1923-cü il - Rusiya K(b)P MK XII qurultayında K.Radek çıxışında
Azərbaycandakı erməni şovinizmindən bəhs edir. İ.Stalin isə ona qarşı çıxır...
23
aprel 1943-cü il - Azərbaycanın igid oğlu, Böyük Vətən müharibəsi qəh
rəmanı, partizan hərəkatının iştirakçısı, kapitan İsmayıl Əlibala oğlu Əliyev
döyüş zamanı həlak olur...
23 aprel 1991-ci il - Şuşa şəhəri mərmi atəşinə tutulur. Gövhərağa məscidinin
damı və 22 ev dağıdılır. 4 nəfər dinc sakin ağır yaralanır...
23 aprel 1991-ci il - «Qarabağ»
terror təşkilatının nəzarət etdiyi erməni qul
dur birləşmələri Şuşa şəhərini ağır toplardan
a t ə ş ə
tuturlar. Yaşayış binalarına
ciddi zərər dəyir. Dinc vətəndaşlar arasında ölənlər və yaralananlar olur...
23 aprel 1994-cü il - "Azərbaycan Bayrağı" ordenli, tərtərli taqım koman
diri Mehrac Məmməd oğlu Mahmudov ermənilərlə döyüşdə həlak olur...
102
Azərbaycan faciələrinin təqvimi
24
aprel 1915-ci il - Erməni silahlı quldurları Van yaxınlığında türklər və
azərbaycanlılar yaşayan kəndlərə hücum edərək onların əhalisini qırırlar; kənd
lər yandırılaraq dağıdılır. Daşnaq ermənilər bu ərazilərdə sayı qeydə alınmayan
qətliamlar törədirlər...
24
aprel 1877-ci il - Rusiya Türkiyəyə müharibə elan edir. Bundan sonra
artıq Qafqaz da Balkanlar kimi qızğın hərbi əməliyyat meydanına çevrilir...
24
aprel 1918-ci il - Daşnaq terrorçuları Naxçıvan qəzasının Arıqlı kəndinə
hücum edərək, 25 dinc sakini amansızlıqla qətlə yetirirlər. Xoşlu və Nehrəm
kəndlərinə də hücum edən erməni quldurları 2 nəfər dinc sakini öldürür, 1 nəfəri
isə girov aparırlar...
24
aprel 1931-ci il - Ermənilər igidliyi ilə Qərbi Azərbaycanda ad qazanmış
Qaçaq Bəhramı öldürüb atm üstünə bağlayırlar, sonra onu tut ağacına sarıyıb
donuzlara yedirirlər...
24 aprel 1983-cü il - Erməni daşnaqları "genosid” gününü bəhanə edərək
Masis (Zəngibasar)
rayonu mərkəzində - Uluxanlıda və digər ərazilərdə azər
baycanlılar yaşayan kəndlərə basqınlar edir, onlara məxsus olan qəbiristanlı
qları dağıdırlar. Əliyalın və müdafiəsiz qalan əhali Türkiyə-SSRİ
sərhədlərinə
sığınmağa məcbur olur...
24 aprel 1988-ci il - Xankəndi şəhər İK-nin qərarı ilə ilk dəfə olaraq «1915-
ci il erməni genosidi»m
anma mərasimi keçirilir. Burada vilayət rəhbərləri və 9
minədək erməni iştirak edir. Bu gün Xankəndindəki erməni abidəsi qarşısında
təntənəli surətdə 2 azərbaycanlını qurban kəsmək planlaşdırılır...
24
aprel 1992-ci il - Ağdamın Şelli, Papravənd, Abdal-Gülablı kəndləri er
məni hücumuna məruz qalır. 2 nəfər həlak olur, 10 nəfər yaralanır...
24 aprel 1993-cü il - Füzuli və Cəbrayıl rayonlarının əraziləri ermənilər tə
rəfindən müxtəlif silah növlərindən atəşə məruz qalır...
24 aprel 1994-cü il - Yerevanda prezident L.Ter-Petrosyanın iştirakı ilə keçi
rilən Təhlükəsizlik Şurasının iclasında Murad Şahnazaryanın Zəngilan-Füzuli
sərhəd zolaqları ilə bağlı "İqtisadi proqram"mdan bəhs edən məktubu müzaki
rəyə çıxarılır...
25 aprel 1221-ci il - Monqollar Azərbaycana, Arrana və Şirvana ikinci dəfə
yürüş edirlər. Beyləqan şəhəri
onlar tərəfindən demək olar ki, tamamilə dağıdı
lır...
25
aprel 1841-ci il - Qazax, Şəmşəddin və Borçalı nahiyələrində yaşayan
ağalar torpaq sahibliyindən və həmin torpaqları becərən kəndlilər üzərində
103
Dostları ilə paylaş: |