Nazim Tapdıqoğlu
18
aprel 1991-ci il - Füzuli rayonunun' Divanalılar kəndi yaxınlığında yerli
milis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularını aparan
“Təcili
yardım”
maşını atəşə tutulur. Sürücü
Əlvan Ərşad oğlu Ağayev, milis zabiti
Namiq Həsən oğlu Hümbətov, hərbi
qulluqçu Ainur Raşitoviç Inayev həlak olur
lar,
2 nəfər - milis serjantı
Çingiz Ərşad oğlu İsmayılov, hərbi qulluqçu
İqor Vla-
dimiroviç Şelmenkov ağır yaralanırlar...
18
aprel 1991-ci il - Q.Sarkisyanın başçılıq etdiyi erməni terrorçuları Azər
baycan Respublikasının Dağlıq Qarabağ Vilayətinin Xocavənd rayonundakı
Ağoğlan türbəsi yanında dayanmış avtomobili atəşə tutur. 3 azərbaycanlı milis
əməkdaşı həlak olur...
18
aprel 1992-ci il -
Qazax-Cəfərli
avtomobil yolunun 10-cu kilometrliyində
"VAZ"
markalı maşın ermənilərin silahlı basqınına məruz qalır, nəticədə 2 nəfər
azərbaycanlı ağır yaralanır...
18 aprel 1993-cü il - Ermənilər Kəlbəcərdən girov götürdükləri
30 nəfərdən
19-nu Əmirəliyeva Arzu Binnət qızının gözləri qarşısında güllələyirlər. Güllələ-
nənlər arasında onun həyat yoldaşı, anası, bacısı, qayınatası, qaynı, baldızı və
əmisi arvadı da olur...
18 aprel 1994 - cü il - Ağdam rayonunun
Güllücə, Suma, İlxıçılar, Tağıbəyli
kəndləri ərazisində şiddətli döyüşlər gedir. İtkilər olur...
18 aprel 1994-cü il - Ağdam rayonunun
Cəvahirli kəndi istiqamətində er
məni yaraqlıları ilə gedən qanlı döyüşlərdə
Nazim İbrahim oğlu Cəbrayılov həlak
olur...
19 aprel 1919-cu il - Yaraqh erməni quldurları azərbaycanlıların yaşadıqları
Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Zərzibil, Çayəhmədli, İnəkdağ, Qara
İman, Kəsəmən, Baş Kənd, Kiçik Məzrə, Şişqaya, Baş Hacı, Qərib Qaya kənd
lərinə yenidən basqın edirlər. Silahsız azərbaycanlılar kəndi yenidən tərk etməyə
məcbur olurlar. Ölən və yaralananlar olur. Azərbaycanlıların bütün əmlak və
mal-qaraları qarət olunur...
19
aprel 1920-ci il - Erməni quldur birləşmələri
«Daşnaksütyun»
terror təş
kilatının göstərişini yerinə yetirərək,
indiki Ağdam rayonunun Gülablı
kəndinin
ətraf məhəllələrini yandırır. Sakinlər arasında çaxnaşma salmır. Bir neçə kəndli
əsir götürülür...
19
aprel 1921-ci il - RSFSR Xalq Komissarları Soveti
“Neft sənayesi və onu
yeni iqtisadi siyasət yoluna salmaq məsələsi’n
i müzakirə edir və
"lazımi tədbirlər"
görür...
19 aprel 1939-cu il - Görkəmli Azərbaycan ziyalısı
Əsəd Nəsir oğlu Axundov
98
Azərbaycan faciələrinin təqvimi
güllələnir...
19
aprel 1991-ci il - Azərbaycanın
2 nəfər işıqlı ziyalısı - Azərbaycan Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, Azərbaycan Ali Sovetinin depu
tatı (1990), parlamentin millətlərarası münasibətlər üzrə daimi komissiyasının
sədri, xalq hərəkatının liderlərindən biri, Qarabağa Xalq Yardımı Komitəsinin
sədr müavini, Azərbaycan Yazıçılar İttifaqı katibliyinin heyət üzvü, tanınmış
türkoloq-alim
Aydm Məmmədov (1944-cü il təvəllüdlü
) və Azərbaycan xalq hə
rəkatının digər vətənpərvər öncüllərindən biri, Azərbaycan SSR Ali Sovetinin
deputatı (1990), AMEA Nizami adma Dil və Ədəbiyyat İnstitutunun bölmə
müdiri və elmi işçisi, filologiya elmləri doktoru
Dilarə Əliyeva (1929-cu il tə
vəllüdlü)
müəmmalı avtomobil qəzasında həlak olurlar...
19
aprel 1991-ci il -
Şuşa-Ağdam
avtomobil yolunda maşın karvanı - sürücü
Mirzəyevin idarə etdiyi
99-67 AQD,
Qədir Əmirovun idarə etdiyi
96-20 AQYA
nömrəli avtobuslar, Həsən Quliyevin idarə etdiyi
96-79 A Q V n ö mrəli
“UAZ”
markalı maşını
Ağa körpüsü
yaxınlığında ermənilər tərəfindən partlayışa məruz
qalır; Allahverdi Cümşüdovun şəxsi maşını tam yararsız hala düşür. Bu hadisə
nəticəsində ağır yaralananlar da olur...
19
aprel 1992-ci il - Ermənilər Xocavənd rayonunun Əmirallar kəndini zi
rehli maşınlardan və iriçaplı pulemyotlardan atəşə tuturlar. Kəndin müdafiəçi
lərindən
Xanoğlan Həsənov və
Xanoğlan Salahov həlak olurlar...
19 aprel 1992-ci il -
"Müqəddəs Erməni Vətən birliyi" təşkilatı
(təşkilat 3
dekabr 1989-cu ildə Xartumda erməni mühaciri Emin Aydınyanın təşəbbüsü ilə
yaradılıb)
Laçın rayonunun
Hacılar kəndində müstəqil silahlı dəstə kimi fəa
liyyətə başlayır...
20 aprel 1827-ci il - Rusiya-İran müharibəsi zamanı ruslar
Xudafərin körpü
lərini tuturlar. Döyüşlər zamanı çoxlu sayda azərbaycanlı dinc sakinlər həlak
olurlar...
20 aprel 1847-ciil- "Kəndli əsasnamələri"
adlı sənədlər nəşr olunur...
20
aprel 1915-ci il - Ruslar cəbhə xəttində insanlığa sığmayan üsulla müsəl
manlara qarşı birinci deportasiyalarını yekunlaşdırırlar. Bu aksiya nəticəsində
Türkiyənin təxminən
400 000 nəfər müsəlman əhalisi qətlə yetirilir və itkin
düşür...
20 aprel 1918-ci il - Ərəş qəzasının
Ərəbki kəndinə basqın edən erməni silahlı
quldurları 8 dinc azərbaycanlı sakinini qətlə yetirirlər; bu cəsədlərin gözləri
süngü ilə oyulur...
20 aprel 1920-ci il - San-Remo konfransında «erməni məsələsi» müzakirə
99