Nazim Tapdıqoğlu
10
aprel 1840-cı il - Çar hökuməti Cənubi Qafqazda inzibati-hərbi islahat
keçirir.
"Cənubi Qafqaz diyarının idarəsi üçün təsisatlar"
haqqında qanun qəbul
edilir. Bu islahata görə
Qarabağ əyaləti Şuşa qəzasına çevrilir və Kaspi vilayə
tinə tabe edilir. Bununla da
Qarabağ anlayışı öz siyasi mənasını itirmiş olur və
yalnız coğrafi anlayış kimi qalır...
10 aprel 1990-cı il - Erməni terrorçusu tərəfindən Laçın rayonunun
Sadınlar
kənd sakini
Cavanşir San oğlu İbrahimov Meşə başı
adlanan sahədə təsərrüfat
işi gördüyü yerdə qətlə yetirilir...
10
aprel 1990-cı
il - Erməni millətçiləri
səhər saat 8.30-
da Martuni
(Xoca
vənd)
rayonunun
Qaradağlı kənd sakini
İlqar Əliyevi odlu silahla ağır yarala
yırlar. Çoxlu qan itirdiyindən halı pisləşən İlqar güclə özünü evinə yetirib həyat
yoldaşını və 5 körpəsini azğınlaşmış ermənilərdən xilas etmək məqsədi ilə qapı
sını bağlayır. Kənd camaatı ermənilərə tərəf atəş açır. İlqar yollarda güllə yağışı
altında, çətinliklə xəstəxanaya çatdırılır...
10 aprel 1991-ci il - Cəbrayıl rayonunun
Yuxarı Məzrə kəndindəki milis
postu ermənilər tərəfindən atəşə tutulur...
10
aprel 1992-ci il - Ağdamın
Şelli, Gülablı, Abdal, Əliağalı, Qalayçılar, Pap-
ravəndvs Şotlanlı kəndləri ermənilər tərəfindən atəşə və basqına məruz qalır...
10
aprel 1992-ci il - Goranboy rayonunun
Xanqərvənd, Tapqaraqoyunlu,
Şəfəq kəndləri atəşə tutulur.
Şəfəq kəndi hücuma məruz qalır...
10 aprel 1992-ci il - Erməni hərbi birləşməsi
Marquşevan kəndindən Tərtər
istiqamətində hücuma keçir.
İntiqam Həsənov, Nəriman Quliyev itkin düşür; 10
nəfər döyüşçü yaralanır...
10
aprel 1992-ci il - Azərbaycan ordusu Marquşevan kəndi istiqamətində
hücuma keçir. Keçmiş Ağdərə rayonunun
Marquşevan kəndi uğrunda döyüş
lərdə tərtərli döyüşçülər -
Rasim Aydm oğlu Mürsəlov, Vəli Tapdıq oğlu Abbasov,
Rövşən Cümşüd oğlu Kərimov, Vüqar Haqverdi oğlu Məmmədov, Knyaz Cümşüd
oğlu Qurbanov, Vüqar Tofiq oğlu Həsənov, Nəriman Allahverdi oğlu Quliyev
həlak olurlar...
10 aprel 1992-ci il - İtaliyanın
Genuya şəhərində konfrans öz işinə başlayır...
10
aprel 1993-cü il - Zəngilan ərazisində ermənilərlə döyüşdə igid oğullarımız
- Nizami İsrafil oğlu
Sərxanov (Neftçala r . f
Xanlar İsbənd oğlu Qafarov (Bilə
suvar r., ismətli k.), Maarif Atakişi oğlu İsmayılov (Əlibayramlı (Şirvan)ş.)
həlak olurlar...
10
aprel 1993-cü il - Ermənilərlə qanlı müharibədə zəngilanlı döyüşçülər -
Qorxmaz Bahadur oğlu Allahverdiyev (Zəngilan ş.),
Müşfiq Əjdər oğlu Mehra-
lıyev (Nəcəflər k.),
Sərvan Qüdrət oğlu Cəfərov (Zəngilan ş.),
Vüqar Abbasqulu
oğlu Abışov (Alıbəyli k.)
həlak olurlar...
90
Azərbaycan faciələrinin təqvimi
10 aprel 1994-cü il - Düşmən
3 istiqamətdən
Tərtər üzərinə zərbələr endirir.
Əsas zərbə istiqamətində Ermənistanın 83-cü motoatıcı briqadası və Stepana
kert
(Xankəndi) yerli alayının qüvvələrindən istifadə olunur. İtkilərimiz olur.
10 aprel 2003-cü il - Görkəmli azərbaycanlı islam alimi
Ayətullah Şeyx Mə
həmməd Xoylu Seyyid Əbülqasım Musəvi oğlu İraqın Nəcəf şəhərindəki məsc
iddə Amerika əsgərlərinin əli ilə öldürülərək şəhid olur...
11 aprel 1553-cü il - Dövrünün görkəmli şəxsiyyəti
Əmir Əbdülməkarim Si-
racəddin Qasım Mövlana Seyid Əhməd oğlu ölür...
11 aprel 1635 - ci il - Şahın hərbi şurası
İrəvan qalasının təcili geri alınması
haqqında qərar verir və itkilər hesabına olsa da qala geri
alınır
11 aprel 1918-ci il - Naxçıvanın
Qaraxanbəyli kəndi ərazisinə toplaşan daş-
naq terrorçuları Naxçıvan şəhərinə və ətraf kəndlərə basqın edirlər. Naxçıvan
şəhərində 2 nəfər qətlə yetirilir. Şəhər ətrafında 4 nəfər girov götürülür. Qonşu
kəndlərdə isə
150 nəfər azərbaycanh dinc sakin qətlə yetirilir...
11
aprel 1988-ci il - DQMV PK vilayətdə gedən proseslər haqqında respub
lika və ittifaq miqyaslı təşkilatlara çoxsaylı məktublar göndərməyə başlayır.
Məktublarda Azərbaycanın və azərbaycanlıların ünvanına yalan və təhqirlərlə
dolu
«faktlar»
göstərilir. Ermənilər əsasən SSRİ Ali Sovetinə, SSRİ Prokuror
luğuna, Ermənistan SSR-in rəhbərliyinə ünvanlanmış bu məktublarda
hüquqlarının pozulması barədə yazıb vilayətdə baş alıb gedən mitinqləri əsa
slandırmağa çalışırlar. Qəribə burası idi ki,
M.S.Qorbaçov cinayətkarlar barə
sində ölçü götürməyə icazə vermir...
11 aprel 1991-ci il - Qarabağda Xocalı rayonunun
Meşəli kəndi ermənilər
tərəfindən güclü raket atəşinə tutulur...
11
aprel 1992-ci il - Milli Qəhrəman
Pəhlivan Əhliman oğlu Fərzəliyev Füzuli
rayonunun
Qacar kəndi istiqamətində erməni yaraqlıları ilə döyüşdə həlak
olur...
11
aprel 1992-ci il - Milli Qəhrəman
Fəxrəddin Musa oğlu Musayev döyüş
əməliyyatı zamanı faciəli surətdə həlak olur...
11
aprel 1992-ci il - Erməni hərbi birləşmələri
250 nəfərlik silahlı dəstə ilə
Füzuli rayonunun
Qacar kəndi istiqamətində güclü hücuma keçirlər. Kəndin
özünümüdafiə qüvvələrinin birləşmiş dəstələri düşmənlə ölüm-dirim mübarizə
sinə qalxırlar.
Cəmilli kəndi işğal olunur. Cəmillidə
2 nəfər, Qacarda
4 nəfər -
Qacar kənd sakini, kəndin ilk şəhidi, 1967-ci il təvəllüdlü topçu
Miralim Həşim
oğlu Əliyev və daha
3 nəfər kənd müdafiəçisi həlak olur...
11 aprel 1992-ci il - Füzuli rayonunun
Qacar kəndinin
(Füzuli rayonu)
sə
91